Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə5/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
25 
pəncərəsinin  sağ  tərəfindəki  sürüşdürmə  çubuğundan 
istifadə etmək məsləhətdir). 
 
 
 
Şəkil 8. Page Layout (Разметка страницы-Səhifə 
parametrləri) qoşması, Substrate (Подложка-Təlqin) əmri 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
26 
 
 
Şəkil 9. Watemark (Печатная подложка-Çap təlqini) dialoq 
pəncərəsi  
 
İstifadəçi  çalışdığı  şirkətin  loqotipini  hazırlamaq  üçün 
Page  Layout  (Разметка  страницы-Səhifə  parametrləri) 
qoşmasındakı  Substrate  (Подложка-Təlqin)  əmrinə yenidən 
müraciət  etməlidir.  Dialoq  pəncərəsinin  aşağı  hissəsində 
istifadəçinin  Office  serverindən  əlavə  təlqinləri  seçməsinə 
imkan  verən  əmr  yerləşir.  Və  yaxud,  istifadəçi  dialoq 
pəncərəsindən  istifadə  etməklə  özünəməxsus  təlqində 
hazırlaya bilər (şəkil 10.). 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
27 
 
    
Şəkil 10. Dialoq pəncərəsindən istifadə etməklə hazırlanmış 
təlqin 
 
QEYD:  Sənədin  səhifəsi  üçün  hazırlanmış  təlqin 
avtomatik  olaraq  bütün  səhifələrdə  əks  olunacaq. 
İstifadəçinin  müxtəlif  səhifələr  üçün  müxtəlif  təlqinlər 
hazırlaması əbəsdir. 
 
Qeyd  etmək  lazımdır  ki,  istifadəçinin  öndə  göstərilən 
parametrləri  iş  prosesində  hər  zaman  sazlama  imkanı 
yoxdur. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
28 
İstifadəçi  nəzərə  almalıdır  ki,  iş  prosesində  sənədlər 
əsasən  ülgülərdən  (şablonlardan)  istifadə  olunmaqla 
hazırlanır  və  ya  sənədin  hazırlanması  üçün  istifadəçi 
öncədən  hazırladığı  sənəddəki  ülgülərdən  bəhrələnə  bilər, 
çünki, öncədən hazırlanmış sənəddə istifadə olunacaq bütün 
paramerlər əvvəlcədən sazlanmışdırlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
29 
 
MƏTNİN DAXİL EDİLMƏSİ VƏ 
REDAKTƏSİ 
 
 
 Qeyd etmək lazımdır ki, istifadəçinin sənəd üzərində 
müəyyən əməliyyatları yerinə yetirərkən ən çox vaxtını alan 
mətnin  yığılmasıdır  (kompüterə  daxil  edilməsidir).  Mətn 
klaviaturanın  köməkliyi  ilə  daxil  edilir  (yığılır).  Bəzi  hallarda 
isə  istifadəçi  sənədin  daxil  edilməsini  kompüterin  bufer 
yaddaşında  olan,  əvvəlcədən  hazırlanmış  sənədin  surətini 
almaqla,  və  yaxud  da,  Veb-səhifədən  lazım  olan 
fraqmentlərin surətini almaqla daxil edə bilir. Dərs vəsaitində 
bu  baradə  uzun-uzadı  məlumat  verilməyəcək,  çünki 
müəlliflər hesab edirlər ki, kompüter istigadəçilərin çoxu bu 
əməliyyatla tutarlı səviyyədə tanışdır. 
İstifadəçilərin  nəzərinə  çatdırmaq  lazımdır  ki,  istər 
istifadəçi  elektron  poçtun  köməkliyi  ilə  sənədi  digər 
istifadəçiyə  göndərirsə,  və  ya,  mətn  hazırlamaq  üçün  digər 
mətn  redaktorundan  istifadə  edirsə,  bütün  hallarda 
hazırlanmış  mətnin  redaktə  edilməsi  istifadə  edilən  bütün 
proqramlarda eynidir. 
İstifadəçi  mətni  yığmağa  başlayarkən,  ekranda  olan 
boş  sənədin  sol  tərəfində  mətn  kursorunun  dayandığının 
şahidi  olur.  Kursor  şaquli  istiqamətdə  qırpınan  xətt 
parçasıdır.  Mətn  kursoru  istifadəçiyə  mətnin  daxil  ediləcəyi 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
30 
mövqeyi  göstərir.  İstifadəçi  mətnin  bir  simvolunu  (işarəsini 
və  ya  hərfini),  həmçinin  istənilər  bir  rəqəmi  daxil  etdikdə 
kursor sağa doğru bir mövqe hərəkət edir və onun yerində 
mətn  sahəsinə  daxil  edilmiş  simvol  dayanır.  İstifadəçinin 
daxil  etdiyi  simvollardan  sətr  əmələ  gələn  kimi  kursor  yeni 
sətrə keçir, yəni başlanğıc vəziyyətinə qayıdır. İstifadəçi yeni 
sətrdə  yenidən  mətni  daxil  edə  bilər.  İstifadəçinin  nəzərinə 
çatdırılır  ki,  kursorun  yeni  sətrə  keçməsi  proram  tərəfindən 
avtomatik  həyata  keçirilir.  Və  yaxud  da,  mətn  bir  sətrə 
sığışmayanda,  proqram  sətrə  sığışmayan  sözü  avtomatik 
olaraq yeni sətrə yerləşdirir. Və yaxud da, yığılmış mətn bir 
səhifəyə  sığışmayanda  proqram  avtomatik  olaraq  axırıncı 
sətirə şığmayan sətri yeni səhifəyə keçirir. 
Əgər  istifadəçi  yeni  abzas  yaratmaq  fikirindədirsə 
(öndəki  abzasın  sonuncu  sətirindəki  simvolların  sayından 
asılı olmayaraq) onda kursoru yeni sətirə aparmalıdır. Bunun 
üçün  klaviatura  üzərindəki  [Enter]  düyməsinin  sıxılması 
kifayətdir.  
Qeyd  edildi  ki,  sənəd  hazırlanarkən  simvollar  sətirə 
sığışmayanda proqram avtomatik olaraq kursoru yeni sətirə 
keçirir,  yəni,  istifadəçi  tərəfindən  yerinə  yetirilmiş 
formatlama əməliyyatına uyğun olaraq simvollar yeni sətirdə 
dinamiki  olaraq  səhifənin  eninə  uyğun  düzülürlər.  Bununla 
yanaşı  sətirə  yerləşən simvolların  sayının  artırılmasını  və ya 
azaldılmasını mətn redaktoru özü avtomatik tənzimləyir.  


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə