Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
130 
alətlər  mövcuddur.  Lent  üzərindəki  Position  (Положение-
Mövqe)  qrupunun  köməkliyi  ilə  istifadəçi  səhifənin  işçi 
sahəsinə  nisbətdə  kolontitulun  vəziyyətini,  Header  and 
Footer  (Колонтитулы-Kolontitullar)  qrupunun  köməkliyi  ilə 
isə yuxarı və aşağı kolontitulların dizaynını dəyişə bilər. 
Kolontitulu  ləğv  etmək  üçün  Footer  (Нижный 
колонтитул-Aşağı  kolontitul)  və  Header  (Верхный 
колонтитул-Yuxarı  kolontitul)  düymələrini  sıxmalı  (ləğv 
ediləcək  kolontitula  uyğun  olaraq)  və  açılmış  menyudan 
Remove  Header  (Удалить  верхный  колонтитул-Yuxarı 
kolontitulu ləğv et) və ya Remove Footer (Удалить нижный 
колотитул-Aşağı  kolontitulu  ləğv  et)  düymələrindən  birini 
sıxmaq lazımdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
131 
 
MƏTN SAHƏSİNİN (QUTUSUNUN) DAXİL 
EDİLMƏSİ 
 
 
Mətn  qutusu  əsas  mətn  ilə  əlaqəsi  olmayan,  səhifədə 
blok  formasında  səhifənin  istənilən  yerinə  yerləşdirilən 
sahədir. 
Mətn qutusuna qeydlər, məsləhətlər, reklam xarakterli 
informasiya,  o  cümlədən  sənədə  aid  olan  bütün  materiallar 
yerləşdirilə bilir. 
Hazırlanmış sənədə mətn qutusu (sahəsi) əlavə edək. 
Bunun üçün: 
1.Lent  üzərindəki  Insert  (Вставка-Daxil  et)  qoşmasına 
keçid alın. 
2.Insert  (Вставка-Daxil  et)  qoşmasındakı
 
İnscription 
(Надпись-Yazı)  düyməsini  sıxın.  Ekrana  (Надпись-Yazı) 
menyusu açılacaq (şəkil 66.). 
  


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
132 
 
 
Şəkil 66. Insert (Вставка-Daxil et) qoşması, İnscription 
(Надпись-Yazı) menyusu 
 
Menyuda  mətn  sahəsinin  çoxlu  sayda  qrafik 
nümunələri vardır.  
3.Zövqə uyğun nümunə seçin. Səhifəyə seçimə uyğun 
mətn qutusu əlavə ediləcək (şəkil 67.). 
4.Mətn qutusuna lazım olan informasiyanı daxil edin. 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
133 
 
 
Şəkil 67. Səhifəyə yerləşdirilmiş mətn qutusu 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
134 
Mətn  qutusunda  yerləşdirilmiş  informasiyanı  redaktə 
etmək, formatlamaq mümkündür. 
Mətn qutusu seçilən kimi qoşmaların siyahısına Format 
(Формат-Format)  qoşması  əlavə  edilir.  Format  (Формат-
Format)  qoşmasında  mətn  sahəsini  dizayn  etmək  üçün 
alətlər  toplumu  vardır.  Onlardan  istifadə  etməklə  qutunun 
rəngini,  konturunu,  üslubunu  və  s.  redaktə  etmək 
mümkündür.  Alətlərin  köməkliyi  ilə  hətta  mətn  qutusuna 
istifadəçinin gözünü oxşayan effektlər də tətbiq etmək olur. 
Mətn  sahəsi  istifadəçiyə  peşəkar  səviyyədə  sənədləri 
tərtib  etməyə  imkan  verir.  Mətn  sahəsinin  bu 
xüsusiyyətindən mətn redaktorunda işgüzar və tədrislə bağlı 
sənədlərin hazırlanmasında, həmçinin bukletlər, broşurlar və 
açıqçalar hazırlamaqda istifadə mümkündür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
135 
 
İSTİNADIN DAXİL EDİLMƏSİ 
 
 
Microsoft  Word  mətn  redaktorunda  istinad  dedikdə 
müxtəlif  Veb-ehtiyatlar,  cari  sənəddə  konkret  yerlər  və  s. 
başa düşülür.  
 
HİPERİSTİNAD 
 
Heperistinad  dedikdə  Veb-ehtiyatlarına  əsaslanan 
obyektlər,  lokal  fayllar,  elektron  poçt  ünvanları,  həmçinin 
cari sənəddə konkret yer (məsələn, istənilən bölmə) nəzərdə 
tutulur.  Əksər  hallarda  hiperistinad  kimi  mətnin  fraqmenti 
(məsələn,  söz  və  ya  Veb-ünvan)  istifadə  edilir.  Hiperistinad 
digər obyekt də ola bilər, məsələn, şəkil və təsvir. 
Veb-ehtiyatdan 
istifadə 
etməklə 
hiperistinadın 
yaradılmasını  nümunə  kimi  araşdıraq.  Bütün  Veb-ünvanlar 
özlərinin  həqiqi  formatlarında  sənədlərə  daxil  edilmişlər 
(məsələn, 
www.microsoft.com
).  Onlar  avtomatik  olaraq 
hiperistinada  çevrilirlər.  Belə  ünvanlar  sənədlərdə  altıxətli 
görünürlər.  İstifadəçi  sənəddə  həmin  zözlərin  üzərinə 
mausun  oxunu  gətirdikdə  Veb-brauzer  açılır  və  göstərilən 
ünvan  yüklənir.  Hiperistinad  istənilən  mətn  ola  bilər. 
Məsələn,  tutaq  ki,  istfadəçi  kommersiya  təklifi  ilə  sənəd 
hazırlayır  (sənəddə  öz  şirkəti  haqqında  məlumatlar  vermək 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
136 
fikirində deyil). İmkanlı müştərini öz məhsulları barədə tanış 
etmək üçün o, müştəriyə onun saytına müraciət etməyi təklif 
edir. Buna görə də hazırladığı sənəddə “Siz bizim məhsullar 
haqqında  tam  məlumatı  bizim  saytdan  ala  bilərsiniz” 
informasiyasını  yerləşdirir.  Məsləhətdir  ki,  göndərilmiş 
müraciətdə “sayt” sözü Hiperistinad ilə əvəz edilsin.  
Beləliklə,  istifadəçi  elektron  poçtunu  oxuyan  zaman 
Sizin  sənəddə  ki  “sayt”  sözünün  üzərinə  mausun  oxunu 
gətirib sol düyməni sıxdıqda brauzer açılır və Sizin tərəfdən 
göstərinmiş  sayt  ona  yüklənir.  Bunu  aşağıdakı  əməliyyatlar 
ardıcıllığı ilə həyata keçirmək olar. 
1.Mətndə hiperistinad edəcəyiniz sözü seçin. 
2.Insert  (Вставка-Daxil  et)  qoşmasındakı  Hyperlink 
(Гиперссылка-Hiperistinad)  düyməsini  sıxın.  Masaüstünə 
Insert 
Hyperlink 
(Гиперссылка-Hiperistinad) 
dialoq 
pəncərəsi açılacaq (şəkil 68.). 
3.Address  (Адрес-Ünvan)  qutusuna  (sahəsinə)  lazım 
olan Veb-ünvanı yazın (şəkil 68.). 
4.OK düyməsini sıxın. Dialoq pəncərəsi bağlanacaq, söz 
hiperistinada çevriləcək. 
Sözdə  hiperistinadın  olması  onun  altından  göy  rəngin 
çəkilməi ilə bilinir (şəkil 69.). 
[Ctrl]  düyməsinin  sıxılmış  vəziyyətində  mausun  oxunu 
hiperistinadın  üzərinə  gətirin,  sol  düyməni  sıxın.  Sizin 
göstərdiyiniz Veb-səhifə yüklənəcək, ona uyğun brauzer işə 
düşəcək. 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə