Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
90 
başlıqlarını  hazırlayan  zaman  onlara  uyğun  gələn 
üslublardan istifadə etmək lazımdır. 
Üslubdan  istifadə  müəyyən  dərəcədə  sənəddə 
formatlama  əməliyyatının  aparılmasını  sürətləndirir  (buna 
əyani  misal  hazırlanmış  kitabı  göstərmək  olar).  Üslubdan 
istifadə  istifadəçini  cansıxıcı  işlərdən  azad  edir,  çünki  o, 
lazımı  üslubu  seçdikdən  sonra  hazırladığı  sənədin  istinilən 
hissəsinə  həmin  üslubu  avtomatik  tətbiq  edə  bilir.  Bu 
əməliyyatın  yerinə  yetirilməsi  istifadəçini  sənəddə  şriftlərin 
dəyişdirilməsindən, 
çıxıntıları 
və 
şriftin 
ölçüsünü 
tənzimləməkdən  və  nəhayət  formatlama  üçün  istifadə 
olunacaq parametrlərdən istifadəni asanlaşdırır. 
İstifadəçi  proqramın  təqdim  etdiyi  üslublardan  istifadə 
etməklə yanaşı özünəməxsus üslublarda yarada bilər. Çünki, 
bəzi  hallarda  istifadıçi  çoxlu  sayda  sənədlər  hazırlayarkən 
proqramın  ona  təqdim  etdiyi  eyni  üslublardan  istifadə  edir. 
Bu  əksər  hallarda  təkrarçılığı  gətirib  çıxarır.  Odur  ki, 
istifadəçinin  məqsədinə  uyğun  üslub  yaratması  və  gələcək 
işlərində  yaratdığı  üslublardan  istifadə  etməsi  onun 
hazırladığı  materialları  daha  da  gözəgəlimli  edir.  Bu 
istifadəçinin nəaliyyətidir. 
Şəxsi  üslub  yaratmaq  o  qədər  də  çətin  deyil.  Bunu 
nümunədə aydınlaşdıraq. Məsələn, Arial şriftində, ölçüsü 12, 
şriftin  rəngi  qırmızı,  altıxətli,  tənləşdirilmiş  (mərkəzə  doğru) 
və formatlanmış üslub hazırlayaq. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
91 
İstifadəçinin  nəzərinə  çatdırılmalıdır  ki,  o,  üslubu 
yaradan  zaman  ilk  növbədə  formatlama  parametrlərini 
mətnin seçilmiş framentinə tətbiq edilməsini lazımı səviyyədə 
həyata keçirməlidir.  
Üslubu  hazırlamaq  üçün  aşağıdakı  əməliyyatlar 
ardıcıllığını yerinə yetirmək lazımdır. 
1.İstənilən mətni daxil edin (hətta bir söz və ya cümlə 
də olar). 
2.Daxil olunmuş sözü və ya cümləni seçin. 
3.Şriftlərin siyahısından, məsələn Arial şriftini seçin. 
4.Şriftin ğlçüsünü 12 edin. 
5.Şrifti qırmızı rəngə boyayın. 
6.Underline (Подчеркнутый-Altıxıtli) düyməsini sıxın. 
7.Sözü və ya cümləni mərkəzə tənləşdirin. 
Beləliklə,  seçilmiş  mətn  üçün  formatlama  parametrləri 
müəyyən edildi və tətbiq edildi. İndi üslubu seçmək lazımdır. 
8.Mausun  oxunu  (kursoru)  sözün  və  ya  cümlənin  orta 
hissəsinə yerləşdirin.      
9.Styles (Стили-Üslublar) kolleksiyasını açın. 
10.Styles  (Стили-Üslublar)  kolleksiyasının  aşağı 
hissəsindəki  Create  a  Style  (Создать  стиль-Üslub  yarat) 
əmrini seçin (şəkil 45.). Masaüstünə Create New Style from 
Formatting  (Создание  стиля-Formatlanmış  yeni  üslub 
yaratmalı) dialoq pəncərəsi açılacaq (şəkil 46.). 
11.Dialoq  pəncərəsinin  Name  (Имя-Ad)  sahəsinə 
(qutusuna) yaradılacaq üslubun adını daxil edin. Ad üslubun 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
92 
təyinatını  mütləq  əks  etdirməlidir  (məsələn,  Section  header
 
(Заголовок раздела-Bölmənin adı). 
12.OK  düyməsini  sıxın.  Yaradılmış  üslub  kompüterin 
yaddaşında saxlanılacaq (şəkil 47.). 
Beləliklə,  yaradılmış  üslub  üslublar  kolleksiyasında 
saxlanıldı.  İstifadəçi  istənilən  an  yaratdığı  üslubu  seçilmiş 
fraqmentə tətbiq edə bilər, yəni öncədən üslub üçün yerinə 
yetirilmiş  bütün  formatlama  parametrləri  də  seçilmiş 
fraqmentə tətbiq olunacaqlar. 
İstifadəçinin nəzərinə çatdırmaq lazımdır ki, yaradılmış 
üslub ülgü faylında saxlanılır. Odur ki, istifadəçi yeni ülgüyə 
uyğun sənəd yaratmaq istəsə, onda onun öncədən yaratdığı 
üslub yeni ülgüyə tətbiq olunmayacaq. 
Beləlikə,  istifadəçi  özünəməxsus  istənilən  sayda 
üslublar  yaratmaqla  öz  işini  müəyyən  qədər  asanlaşdırmış 
olur. 
 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
93 
 
 
Şəkil 45. Styles (Стили-Üslublar) kolleksiyasının aşağı 
hissəsi, Create a Style (Создать стиль-Üslub yarat) əmri 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
94 
 
 
Şəkil 46. Create New Style from Formatting (Создание 
стиля-Formatlanmış yeni üslub yaratmalı) dialoq pəncərəsi 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
95 
 
 
Şəkil 47.Yaradılmış üslubun kolleksiyada saxlanması 
 
 
 
 
 
 
 
 
 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
96 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
97 
 
CƏDVƏLLƏRLƏ İŞİN YERİNƏ 
YETİRİLMƏSİ 
 
 
İstifadəçi Word mətn redaktorunda cədvəldən təsadüfü 
hallarda  istifadə  edir.  Mətn  redaktorunda  cədvəl  hər-hansı 
verilənlər  dəstinin  qayda-qanunla  düzülməsini,  həmçinin 
müəyyən 
bir 
informasiyanın 
cədvəl 
formasında 
göstərilməsini  həyata  keçirir.  Word  mətn  redaktorunda 
cədvəldən istifadə etməklə yaradılmış siyahını əlifba sırası ilə 
düzmək,  həmçinin  sadə  hesablamaları  yerinə  yetirmək 
mümkündür.  
İstifadəçi  nəzərə  almalıdır  ki,  hesablamaların  yerinə 
yetirilməsi  Excel  elektron  cədvəlində  həddindən  artıq 
asandır.  
Mətn redaktorunda cədvəli iki üsulla hazırlamaq olur: 
1.Sətirlər və sütunlar sayını müəyyən etməklə
2.Xüsusi alətlərin köməkliyi ilə. 
Qeyd  etmək  lazımdır  ki,  istifadəçinin  cədvəli 
hazırlayarkən birinci üsuldan istifadə etməsi əlverişlidir. 
 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə