Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə21/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
124 
Cədvəl. Nümunə 
Malın adı 
Satışı (ədədlə) 
1.Karandaş  
1022 
2.Avtoqələm 
673 
3.Markerlər 
115 
4.Kağız (1 bağlama) 
320 
5.Dəftər 
2301 
6.Xətkeşlər 
90 
 
Çeşidləmə əməliyyatını aşağıdakı kimi yerinə yetirin. 
1.Mausun  oxunu  hücrələrdən  istənilən  birinin  üzərinə 
gətirin. 
2.Layout  (Макет-Quruluş)  qoşması,  Data  (Данные-
Verilənlər) qrupuna daxil olan Sort (Сортировка-Çeşidləmə) 
düyməsini  sıxın.  Masaüstünə  Sort  (Сортировка-Çeşidləmə) 
dialoq pəncərəsi açılacaq (şəkil 64.). 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
125 
 
 
Şəkil 64. Sort (Сортировка-Çeşidləmə) dialoq pəncərəsi 
 
Dialoq  pəncərəsində  verilənlərin  çeşidlənməsi  üçün 
parametrlər verilmişdir. Çeşidlənmə üç səviyyəli aparıla bilər 
(bizim nümunəyə bir səviyyə kifayətdir). 
3.Sort  by  (Сначала  по-Başlanğıcda)  qutusundan 
sütunun sərlövhəsini seçin (bizim nümunədə Satış (ədədlə)). 
4.Type  (Тип-Tip)  qutusunun  sağ  tərəfində  aşağı 
istiqamətlənmiş  qara  rəngli  üçbucağı  sıxın  və  açılmış 
siyahıdan  Number  (Число-Say)  tipini  seçin,  çünki  sütunda 
istifadə ediləcək mallar say ilə verilmişdir. 
5.Descending  (По  убыванию-Azalan)  düyməciyini 
aktivləşdirin (şəkil 64.). 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
126 
6.My  list  has  (Список-Siyahı)  sahəsindəki  No  header 
row  (Без  заголовка-Sərlövhəsiz)  düyməciyinin  aktiv 
olduğuna  diqqət  yetirin,  çünki  düyməciyin  passiv 
vəziyyətində çeşidləmə zamanı sərlövhə də nəzərə alınır. 
7.OK  düyməsini  sıxın.  Dialoq  pəncərəsi  bağlanacaq. 
Cədvəl  daxilində  olan  verilənlər  azalma  istiqamətində 
düzüləcəklər (nəticədə aşağıdakı cədvəldə verilir).    
 
Cədvəl. Azalma istiqamətində aparılmış çeşidlənmə   
Malın adı 
Satışı (ədədlə) 
6.Xətkeşlər 
90 
3.Markerlər 
115 
4.Kağız (1 bağlama) 
320 
2.Avtoqələm 
673 
1.Karandaş  
1022 
5.Dəftər 
2301 
 
Cədvələ diqqət yetirin. Mallar satış qiymətlərinə uyğun 
çeşidlənmişdir.  Çeşidlənməyə  uyğun  olaraq  mallarin  adları 
da yenidən düzülmüşdür.  
 
 
 
 
 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
127 
 
KOLONTİTULLARIN QURULMASI 
 
 
 
 
Kolontitullar  –  sənəd  səhifəsinin  yuxarı  və  aşağı 
hissəsindəki  sahədir.  Sahəyə  sənəd  haqqından  informasiya 
yazılır.  İnformasiya  sərlövhələrin  adları,  müəllifin  və  ya 
müəlliflərin adları, sənəd faylının adı, cari taix və ya səhifəni 
nömrəsi  ola  bilər.  Kolontitul  bütün  səhifələr  üçün  bir  dəfə 
yaradılır,  yəni  istifadəçi  səhifəyə  kolontitul  əlavə  edəndə 
avtomatik  olaraq  həmin  kolontitul  bütün  səhifələrə  əlavə 
olunur.  
Kolontitullar cüt və tək səhifələrə ayrılıqda yazıla bilər. 
İstifadəçi  cüt  səhifədəki  kolontitula  bir  informasiyanı 
(məsələn müəlliflərin adlarını), tək səhifədəki kolontitula isə 
başqa informasiyanı (məsələn, kitabın adını) yaza bilər.  
Sənədə kolontitulun əlavə edilməsi prosesini araşdıraq. 
Bunun üçün: 
1.Insert  (Вставка-Daxil  et)  qoşmasındakı  Header 
(Верхный  колонтитул-Yuxarı  kolontitul)  düyməsini  sıxın. 
Masaüstünə kolontitullarin qrafiki təsvirini göstərən kontekst 
menyu açılacaq. 
2.Kontekst  menyudan  istənilən  nümunəni  seçin 
(məsələn,  lnteqral  (Интеграл-İnteqral).  Səhifənin  yuxarı 
hissəsində  Document  Title  (Название  документа-Sənədin 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
128 
adı)  sahəsində  narıncı  rəngli  təlqində  kolontitul  əmələ 
gələcək (şəkil 65.). 
 
QEYD:  Menyudakı  Header  (Верхный  колонтитул-
Yuxarı  kolontitul)  düyməsini  sıxdıqda  ekrana  açılmış  dialoq 
pəncərəsində  tək  və  cüt  nömrəli  səhifələrə  yerlədirilmək 
üçün kolontitullar nəzərə alınmışdır.   
 
 
 
Şəkil 65. Sənədə əlavə edilmiş yuxarı kolontitula nümunə 
 
Sənəddə yuxarı kolontitul əmələ gələn kimi qoşmaların 
siyahısına  Design  (Конструктор-Layihələndirmə)  qoşması 
əlavə  olunacaq.  Qoşma  kolontitulun  xarici  görkəmini 
sazlamaq və kolontitula informasiyanı daxil etmək üçündür. 
Kolontituldan Document Title (Имя документа-Sənədin adı) 
sahəsini  ləğv  edək.  Sahəyə  çap  zamanı  sənədin  adı  daxil 
edilir. Sahəyə  Document Title (Имя документа-Sənədin adı) 
sözünün yerinə sənədin müəllifinin adını yazaq. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
129 
1.Mausun  oxunu  Document  Title  (Имя  документа-
Sənədin  adı)  sahəsinə  gətirin.  Sahədə  Title  (Название-Ad) 
yarlığı əmələ gələcək. 
2.Kursoru  Title  (Название-Ad)  yarlığı  üzərinə  gətirib 
sol düyməni sıxın. Sahə ləğv olunacaq. 
3.Design  (Конструктор-Layihələndirmə)  qoşmasındakı 
Document  Info  (Сведение  о  документа-Sənəd  haqqında 
məlumat)  düyməsini  sıxın.  Masaüstünə  kontekst  menyu 
açılacaq. 
4.Menyudan  Author  (Автор-Müəllif)  əmrini  seçin. 
Kolontitulda  yaranmış  sahəyə  sənədi  hazırlayan  müəllifin 
adını qeyd edin. 
5.Kolontitulun  redaktə  edilməsi  rejimindən  çıxmaq 
üçün  mausun  oxunu  səhifənin  istənilən  sahəsini  gətirin  və 
sol düyməni iki dəfə sıxın. 
Kolontitulun redaktəsi rejiminə qayıtmaq üçün mausun 
oxunu kolontitul üzərinə gətirin və sol düyməni iki dəfə sıxın. 
Eyni  qayda  ilə  aşağı  kolontitulu  da  səhifəyə  əlavə 
etmək  olar.  Bunun  üçün  Insert  (Вставка-Daxil  et) 
qoşmasındakı Footer (Нижный колонтитул-Aşağı kolontitul) 
düyməsindən bəhrələnə bilərsiniz. 
Design (Конструктор-Layihələndirmə) qoşması özündə 
çoxlu  sayda  alətləri  cəmləşdirir.  Alətlərdən  istifadə  etməklə 
kolontitulu redaktə etmək mümkündür. 
Insert  (Вставка-Daxil  et)  qoşmasında  kolontitula 
şəkillər,  ekspres-blok  və  digər  obyektlər  əlavə  etmək  üçün 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə