Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


hər bir  uşağın inkişafı üçün bərabər imkanların yaradılması



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə9/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   5   6   7   8   9   10   11   12   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

hər bir 
uşağın inkişafı üçün bərabər imkanların yaradılması
zərurətini 
meydana çıxır. Beləliklə, keyfiyyətli təhsil baxımından
bütün 
uşaqlar üçün eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların 
potensial imkanlarını nəzərə almaqla tənzimlənir. Məktəbəqədər 
təhsil proqramı (kurikulumu) sənədində ümumi təlim nəticələrini 
reallaşdırmaq üçün uşaqların inkişafında bərabər imkanların 
yaradılması xüsusi prinsiplərdən biridir. 
Millilik və dünyəvilik
milli və ümumbəşəri dəyərlərin qorun-
ması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında 
dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsidir. 
Məktəbəqədər təhsil kurikulumunun məqsədlərindən biri də 
uşaqların məktəb təliminə hazırlanmasıdır.
Uşaqların məktəb 
təliminə hazırlığı onlarda oxumaq həvəsini, məktəbə müsbət 
emosional münasibəti inkişaf etdirir və möhkəmləndirir. Uşaqların 
məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda sosial 
keyfiyyətləri formalaşdırır. Məktəb təliminə hazırlığın əsas məqsədi 
uşaqların tələb və imkanlarını nəzərə almaqla onların inkişafı, 
tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbəqədər təhsil 
proqramında (kurikulumunda) bu mühüm məsələlər xüsusi olaraq 
nəzərə alınmışdır. 
 
 
 
 
 
 
 
 


15 
I.
 
MƏKTƏBƏQƏDƏR TƏHSİLİN MƏZMUNU 
 
1.1.Ümumi inkişaf və təlim nəticələri 
 
Məktəbəqədər təhsil pilləsinin sonunda uşaq: 

sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir

qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir; 

böyük, kiçik və hissi (sensor)-motor hərəkətlərini koordinasi-
ya edir; 

təhlükəsizlik qaydalarına əməl edir; 

nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən 
istifadə edir; 

sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirir; 

əşya və hadisələr haqqında ilkin təsəvvürlərə malikdir və 
anlayışları izah edir; 

səbəb-nəticə əlaqələrini müəyyən edir və fərziyyələr irəli 
sürür; 

sadə təqdimatlar edir; 

sosial və mənəvi dəyərlərə öz münasibətini bildirir;

insanlara qarşı hörmət və dözümlülük (tolerantlıq) nümayiş 
etdirir; 

özündən kiçiklərlə, həmyaşıdları və böyüklərlə qarşılıqlı 
ünsiyyət qurur; 

sosial normaları dərk edir və davranışında ona riayət edir;

sadə əmək bacarıqları nümayiş etdirir; 

sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir; 

özünüdərk bacarıqları nümayiş etdirir; 

mədəni-estetik təsəvvürlərə malikdir və yaradıcılıq bacarıqları 
nümayiş etdirir. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə