Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə10/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   6   7   8   9   10   11   12   13   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
 
 
 


16 
1.2. İnkişaf sahələri və ona aid təlim nəticələri. 
 
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik
 
Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki inkişafi
sağlamlığının qorunması və təhlükəsizliyi təmin olunur. Sаğlamlığın 
möhkəmləndirilməsi, orqanizmin müqavimət qabiliyyətinin yüksəl-
dilməsinin əhəmiyyəti haqqında anlayışlar yaradılır. Fiziki inkişafa 
böyük, kiçik və hissi (sensor) motor hərəkətlərinin inkişafı daxildir. 
Uşağın hərtərəfli inkişafı üçün daha səmərəli vasitələrin müəyyən 
edilməsi, gigiyenik tələblərə cavab verən şəraitin yaradılması 
(rasional qidalanma, düzgün təşkil edilmiş rejim, fiziki mədəniyyət 
məşğələləri və s.), bunların qarşılıqlı əlaqədə olması, düzgün qamət, 
hərəkət texnikası, hərəkətli oyunların qaydaları, eləcə də, hərəkət 
vərdişləri ilə yanaşı, uşaqlarda fiziki keyfiyyətlərin inkişaf 
etdirilməsi təmin olunur. 
Təhlükə və çətinliklərə hazırlıq, yol-hərəkəti qaydaları, ekstre-
mal vəziyyətlərdə və təhlükəli situasiyalarda necə hərəkət etmək 
haqqında ilkin təsəvvürlərin formalaşdırılmasına, məişətdə ehtiyatlı, 
küçədə mədəni davranmaq, təbii hadisələr və yanğın zamanı 
müraciət qaydalarının mənimsənilməsinə, ekoloji mədəniyyətin 
formalaşdırılmasına imkan yaranır.
 
Ümumi inkişaf və təlim nəticələri 
Uşaq: 

sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir

qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir; 

böyük, kiçik və hissi (sensor)-motor hərəkətlərini koordinasi-
ya edir; 

təhlükəsizlik qaydalarına əməl edir. 
 
İdrakın inkişafı 
Məktəbəqədər yaşlı uşaqlarda idrakın inkişafı onlarda öyrən-
məyə həvəs və maraq formalaşdırır. Məktəbəqədər yaşlı uşağın 


17 
idrak fəaliyyətində sistemlilik, ardıcıllıq, əlaqəlilik, həyat şəraitinə 
uyğunluq və həyatda tətbiq etmə mühüm şərt hesab olunur. 
Məktəbəqədər yaş dövründə uşaq idrakın inkişafı baxımından, ilk 
növbədə, sadə danışıq dilinə və rabitəli nitqə yiyələnir, ətrafdakılarla 
ünsiyyət qurur, öz fikirlərini təqdim etməyi öyrənir. Uşaqlar 
təmasda olduqları əşyaların adlarını, əlamətlərini, necə hərəkət 
etməsini düzgün ifadə edir, bu istiqamətdə məntiqi mühakimə 
yürütmək, düzgün, sadə ümumiləşdirmələr aparmaq, əqli nəticəyə 
gəlmək qabiliyyəti nümayiş etdirir. İdrak üzrə uşağın yerinə 
yetirdiyi tapşırıqlar onların məntiqi mühakimə yürüdə bilmək 
bacarıqlarını, intuisiyasını, məkan və zaman haqqında təsəvvürlərini 
genişləndirir. Riyazi tapşırıqların həlli zamanı uşaqlarda induksiya 
və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, analiz və sintez
təsnifetmə və sistemləşdirmə, mücərrədləşdirmə və analogiya kimi 
mühakimə qabiliyyətləri inkişaf edir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə