Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə11/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   7   8   9   10   11   12   13   14   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
 
Ümumi inkişaf və təlim nəticələri 
Uşaq: 

nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən 
istifadə edir; 

sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirir; 

əşya və hadisələr haqqında ilkin təsəvvürlərə malik olur və 
anlayışları izah edir; 

səbəb-nəticə əlaqələrini müəyyən edir və fərziyyələr irəli 
sürür; 

sadə təqdimatlar edir. 
 
Estetik və yaradıcı inkişaf 
Məktəbəqədər təhsil ətraf aləmin gözəlliklərini duymaq, estetik 
cəhətdən qavramaq və müvafiq bədii nümunələr yaratmaq üçün ilkin 
pillədir. Bu sahədə aparılan işlər estetik tərbiyənin vəzifələrinə 
daxildir. Məktəbəqədər yaşlı uşaqların estetik inkişafı onların 
yaradıcılıq qabiliyyətlərini stimullaşdırır. Estetik tərbiyə məktəbəqə-


18 
dər yaşlı uşaqlarda bədii hisslərin və zövqün, bədii yaradıcılıq 
qabiliyyətlərinin, ətraf aləmdəki obyektləri müşahidə və müzakirə 
etmək bacarığının inkişafını təmin edir. Təsviri fəaliyyətdə rənglər 
və formaların yeni birləşməsi, quraşdırma prosesində müxtəlif 
modellərin qurulması, yeni hekayə və nağılın, musiqi fəaliyyətində 
sadə melodiyanın dinlənilməsi, mahnı və uşaq musiqi alətlərində ifa, 
rəqs məktəbəqədər yaşlı uşaqların estetik inkişafına kömək edir. 
Uşaqlarda ətraf aləmin gözəlliklərini düzgün qiymətləndirmək 
bacarığı və ətraf aləmə müsbət emisional münasibət formalaşmağa 
başlayır. 
 
Ümumi inkişaf və təlim nəticələri 
Uşaq: 

sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir; 

mədəni-estetik təsəvvürlərə malik olur və yaradıcılıq 
bacarıqları nümayiş etdirir; 

sadə əmək bacarıqları nümayiş etdirir. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə