Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


Məzmunda standartların verilməsi və  bu standartların təhsilalanlara yönəldilməsi  uşaqyönümlülüyü



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə7/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   2   3   4   5   6   7   8   9   10   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

.
Məzmunda standartların verilməsi və 
bu standartların təhsilalanlara yönəldilməsi 
uşaqyönümlülüyü
ifadə 
edir. Bu keyfiyyət uşaqlara nəyi, necə və kiminlə öyrənmək və 
oynamaq istədiklərinə imkan yaradır. Bu yanaşma uşaqları 
fəaliyyətlərə təşəbbüs etməyə, öz yollarını müəyyənləşdirməyə 
istiqamət verir. Öz təcrübələrinə, onları əhatə edən ətraf mühitlə fəal 
ünsiyyətə əsaslanaraq yeni bilik və bacarıqlar əldə etməkdə və 
bütöv şəxsiyyət kimi inkişaf etməkdə uşaqlara şərait yaradır. 
Məktəbəqədər təhsil proqramı (kurikulumu) həm də 
nəticəyönümlüdür. 
Onun məzmunu nəticələr formasında ifadə 
edilmişdir. Nəzərdə tutulmuş bütün bilik və fəaliyyətlər həmin 
nəticələrdə əhatə olunmuşdur. Nəticəyönümlülük son nəticəni 
görməyə, əldə olunacaq nailiyyətləri əvvəlcədən təsəvvür etməyə 
imkan yaradır. Bu isə uşaqların inkişafını müşahidə etmək
istiqamətləndirmək üçün qiymətləndirmə aparmaq baxımından 
əhəmiyyət daşıyır. 
Uşaqların idrak fəallığının izlənilməsi, inkişaf səviyyələri və 
nailiyyətlərinin təhlil edilməsi, bilik, bacarıq və vərdişlərinin inkişaf 
səviyyəsinin tənzimlənməsi onun 
inkişafyönümlülüyünü 
meydana 
çıxarır.
 
Uşaqlar müxtəlif yollarla öyrənir və öyrəndiklərini də 
müxtəlif vasitələrlə ifadə edirlər. Ona görə də kiçikyaşlı uşaqların 
öyrənmə prosesi səmərəli təşkil olunmalıdır. Belə ki, planlaşdırmada 


13 
və təlim zamanı hər bir uşağın inkişaf səviyyəsi və maraq dairəsi
inkişaf prinsipləri nəzərə alınmalı, uşaqların yeni məlumatlar əldə 
etməsi və hərtərəfli inkişafı təmin olunmalşdır.
Məzmunun inteqrativliyi məktəbəqədər yaşlı uşaqların bütün 
inkişaf sahələrinin əlaqəli inkişafını təmin etmək məqsədinə xidmət 
edir. Təlimin məzmununun fiziki, sosial-emosional, idraki və estetik 
bacarıqların ifadə olunmasına yönəlməsi isə onun 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə