Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


Uşaq:  2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərin-



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə17/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   13   14   15   16   17   18   19   20   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

Uşaq: 
2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərin-
dən istifadə edir. 
2.1.1. Dinlədiyi fikrə əsasən hərəkətlərini tənzimləyir və 
reaksiya verir. 
2.1.2. Danışığında 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə 
edir.
2.1.3. Sadə nitq etiketlərindən (“bəli”, “xeyr”, “salam”, “sağ 
ol”, “çox sağ ol”) istifadə edir. 
2.1.4. Danışıq səslərini müxtəlif dil vahidlərində (heca, söz, 
cümlə) düzgün tələffüz edir. 
2.1.5.Nitqində əlamət, hiss bildirən sözlərdən istifadə edir. 
2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir. 
2.2.1. Üç dairəsində sayma, hesablama əməliyyatları yerinə 
yetirir. 
2.2.2. Həndəsi fiqurları (dairə, üçbucaq) tanıyır. 
2.2.3. Əşyaları müəyyən əlamətinə (forma, ölçü, rəng, 
kəmiyyət) görə fərqləndirir və müqaisə edir. 
2.2.4. Əşyalar, həndəsi fiqurlar və rəqəmlərlə sadə əməliyyatlar 
(toplama, az-çox, uzun-qısa, böyük-kiçik, hündür-alçaq) yerinə 
yetirir. 
2.2.5. Məkan (irəli, geri, yuxarı, aşağı, alt, üst) və zaman (səhər, 
günorta və axşam) anlayışlarını fərqləndirir. 
2.2.6. Əşyaların sayını müəyyən edə bilir və müvafiq rəqəm ilə 
əlaqələndirir. 
2.2.7. Ətraf mühitdə gördüyü obyektlər haqqında məlumat 
toplamaq məqsədilə hisslərindən(baxmaq, eşitmək, toxunmaq
iyləmək, dadmaq) istifadə edir.
2.3. Əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olur və 
anlayışları izah edir. 


25 
2.3.1. Özü və ətrafdakılar haqqında təsəvvürlərini sualların 
köməyi ilə ifadə edir. 
2.3.2. Baş verən hadisələrə aid suallar verir. 
2.3.3. Canlı (insan, heyvan, quş, bitki) və cansız (qum, daş, 
torpaq, işıq) obyektləri tanıyır və adlandırır. 
2.3.4. Problemin həllində sadə yolları tapır və onlardan istifadə 
edir. 
2.3.5.
Valideynlərini və yaxınlarını, özünə məxsus əşyaları 
(otaq, çarpayı, paltar, oyuncaq), yaşadığı yeri (kənd, qəsəbə, şəhər) 
adlandırır. 
2.3.6. Əşya və hadisələr haqqında sadə təqdimatlar edir. 
2.3.7. Gündəlik rast gəldiyi hadisələrdə səbəb-nəticə əlaqələrini 
müəyyən etmək üçün suallar verir və anladığını nümayiş etdirir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə