Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


Məktəbəqədər təhsilin məqsəd və vəzifələri



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə5/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   2   3   4   5   6   7   8   9   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

Məktəbəqədər təhsilin məqsəd və vəzifələri.
Məktəbəqədər 
təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha 
səmərəli qurulması tələb olunur. Bu zaman psixologiya, pedaqogika, 


10 
sosiologiya, biologiya və digər elmlərin nailiyyətlərinə, milli 
mədəniyyətə, adət-ənənələrə, eləcə də müasir dünya təcrübəsinə 
istinad olunması zəruri hesab edilir. Bunlarla yanaşı, uşaqların 
ümumi inkişafı, onların şəxsiyyətinin formalaşdırılması, təlim-
tərbiyənin səmərəliliyinin artırılması, inkişaf və davranışda baş verə 
biləcək ləngimələrin, pozuntuların aradan qaldırılması, “uşaq-uşaq”, 
“tərbiyəçi-uşaq”, “valideyn-tərbiyəçi” münasibətlərinin, eləcə də 
kollektivdə qarşılıqlı münasibətlərin düzgün qurulması mühüm 
istiqamətlər kimi diqqət mərkəzində saxlanılır. 
Məktəbəqədər təhsilin məqsədi uşağın fiziki, psixi, emosional, 
sosial və idraki inkişafı üçün şərait yaratmaq, uşaqların sadə əmək 
vərdişlərinə yiyələnməsini təmin etmək, uşaqlarda məntiqi və 
yaradıcı təfəkkürün ilkin elementlərini formalaşdırmaq və istedadlı 
uşaqların erkən yaşdan üzə çıxarılmasını təmin etməkdən ibarətdir. 
Bu məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata 
keçirilməsi nəzərdə tutulur: 

ailədə və məktəbəqədər müəssisələrdə uşaqların təhlükəsiz-
liyinin qorunması; 

uşaqlarda sağlam həyat tərzinə aid müvafiq bacarıq və 
vərdişlərin formalaşdırılması; 

uşaqların fiziki, psixi, sosial-emosional, idraki inkişafının 
təmin edilməsi

uşaqlarda Vətənə məhəbbət, millətinə, dilinə, dininə, dövlət 
rəmzlərinə, Azərbaycan xalqının, həmçinin digər xalqların milli-
mənəvi dəyərlərinə hörmət hissinin yaranması və inkişafı; 

uşağın tələbat və maraqlarının müəyyən edilməsi, təhsildə 
bu amillərin nəzərə alınması; 

uşaqların məktəb təliminə hazırlanması. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə