Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


Məktəbəqədər təhsil proqramının (kurikulumunun) məqsəd



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə6/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   2   3   4   5   6   7   8   9   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

Məktəbəqədər təhsil proqramının (kurikulumunun) məqsəd 
və vəzifələri.
Məktəbəqədər təhsil proqramında (kurikulumunda) məktəbəqə-
dər yaşlı uşaqların ilkin həyati bacarıq və vərdişlərə yiyələnməsi 


11 
tələb olunur, onlara gələcək həyat fəaliyyətində lazım olacaq bacarıq 
və vərdişlərin, qabiliyyətlərin aşılanması ön plana çəkilir. Onların 
bir 
şəxsiyyət 
kimi 
formalaşmasının 
bünövrəsi 
qoyulur. 
Məktəbəqədər təhsil proqramında (kurikulumunda) uşaq fəaliy-
yətinin təmin olunması və bacarıqlarının formalaşması, onun bir 
subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil şəraitinin 
yaradılması nəzərdə tutulur. 
Bu məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata 
keçirilməsi məqsədəmüvafiq hesab edilir. 
Məktəbəqədər dövrdə uşaqların inkişafının tənzimlənməsi. 
Uşaqların məktəb təliminə hazırlığının məzmununun tənzim-
lənməsi. 
Məktəbəhazırlığın təşkili qaydalarını təqdim etməklə keyfiy-
yətin təmin olunması.
Məktəbəqədər təhsil sahəsində çalışan mütəxəssislərin səriştəli-
liyinin artırılması. 
Bütün maraqlı tərəflərin (məktəbədər təhsil mütəxəssisləri, 
ailələr, valideynlər və s.) rollarının müəyyənləşdirilməsilə məktəbə-
qədər təhsilin keyfiyyətinin təmin edilməsi. 
Məktəbəqədər təhsilin kurikulumu hazırlanarkən aşağıdakı 
prinsiplər əsas götürülmüşdür: 

uşaqyönümlülük; 

nəticəyönümlülük; 

inkişafyönümlülük; 

inteqrativlik; 

hər bir uşağın inkişafı üçün bərabər şəraitin yaradılması; 

millilik və dünyəviliyin nəzərə alınması; 

uşaqların məktəb təliminə hazırlanmasının zəruriliyi. 
Məktəbəqədər təhsil proqramı (kurikulumu) şəxsiyyətyönümlü 
xarakter daşıyır.
Şəxsiyyətyönümlülük proqramın (kurikulumun) 
məqsəd və məzmunu ilə bağlı olub, cəmiyyət üçün yararlı 
şəxsiyyətin formalaşdırılmasının yerinə yetirilməsini təmin edir.


12 
Şəxsiyyətyönümlü təhsil proqramına (kurikulumuna) görə 
uşaqlarla gələcək həyat fəaliyyətində ona lazım olacaq ən zəruri 
ilkin həyati bacarıq və qabiliyyətlərin yaradılması istiqamətində iş 
aparılır, bacarıq və vərdişlər aşılanır, qabiliyyətlərin formalaşması 
ön plana çəkilir. Onların bir şəxsiyyət kimi formalaşmasının 
bünövrəsi qoyulur. İnkişaf sahələri üzrə bütün nəticələr uşaqlara, 
onların inkişafının təmin olunmasına yönəldilir və inkişafı əks 
etdirir. 
Məktəbəqədər təhsil proqramı (kurikulumu) hazırlanarkən uşaq 
fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onun 
bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil şəraitinin 
yaradılması nəzərə alınmışdır

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə