Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə8/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   4   5   6   7   8   9   10   11   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

inteqrativ 
xarakterinin bir cəhətidir. 
Məktəbəqədər təhsil proqramında (kurikulumunda) məzmuna, 
həm də uşağa, onun maraq, ehtiyac və imkanlarına və s. uyğun 
müvafiq təlim strategiyaları verilir. Gözlənilən nəticələrin əldə 
olunması və inteqrativliyin nəzərə alınmasında təlim məqsədlərinin 
və mühitin yaradılması vacib hasab edilir. Bu zaman uşaqların bir 
şəxsiyyət kimi fəaliyyətə cəlb edilməsi, onun meyl və maraqlarının 
nəzərə alınması, uşaqlar və böyüklərlə əməkdaşlığı, yaradıcılığı və 
təşəbbüskarlığı xüsusi olaraq nəzərə alınır diqqət mərkəzində 
saxlanılır. 
Orada müəyyən olunmuş nəticələr həyati bacarıq və vərdişləri 
ehtiva etməklə uşaqların idraki, fiziki, estetik, yaradıcı, hissi və 
psixomotor bacarıqlarının inkişafına yönəldilir. Məktəbəqədər təhsil 
proqramının (kurikulumunun) inteqrativ məzmunda hazırlanması 
uşaq bağçalarında uşaqların zəruri bilik, bacarıq və vərdişlər 
qazanmalarına və uşaq şəxsiyyətinin formalaşması üçün lazım olan 
praktik işlərin həyata keçirilməsinə imkan yaradır. Məzmunun 
inteqrativliyi uşaqlar üçün bütün inkişaf sahələrində (fiziki inkişaf, 
sağlamlıq və təhlükəsizlik, idrak, sosial-emosional və estetik inkişaf) 
öyrənmə imkanları yaradır. Tərbiyəçilər həm də uşaqların 
maraqlarını və onların arzularını nəzərə almaqla, təlim mühiti 
yaradırlar. Tədqiqatlar göstərir ki, inteqrativlik məktəbəqədər yaşlı
uşaqların inkişafında ən yaxşı və səmərəli yanaşmadır

Bunun üçün 
işin müvafiq qaydada planlaşdırılması əhəmiyyətli hesab edilir. Ona 
görə də tərbiyəçilər fəaliyyətlərini müasir səviyyədə qurmaq üçün 
plan hazırlamaq bacarığına yiyələnməlidirlər.


14 
Məktəbə hazırlıq mərhələsində uşaqların inkişafı, tərbiyəsi və 
təhsili prosesinin məqsədəuyğun təşkili məktəbəqədər təhsilin 
səmərəliliyinin yüksəldilməsinə xidmət edir. Bu isə həm də 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə