Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə4/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   2   3   4   5   6   7   8   9   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
 



GİRİŞ 
Məktəbəqədər təhsilin əhəmiyyəti və rolu.
3-6 yaş dövrü 
uşaqların inkişafında çox mühüm dövrdür. Məhz bu dövrdə 
uşaqların beyin hüceyrələrinin artması və onlar arasında əlaqələrin 
qurulması prosesi baş verir. Bunun da nəticəsində uşağın düşünmə, 
qavrama və ətraf mühitdə insanlar və əşyalarla qarşılıqlı təsir 
istiqamətində daha mürəkkəb mərhələyə keçməsi üçün zəruri 
dəyişikliklər baş verir. Beyinin düzgün inkişafı şəraitində potensial 
dərketmə qabiliyyətləri artır. Əslində beyin o vaxt düzgün inkişaf 
edir ki, uşaq müsbət (özünü sevilən hiss edir) psixoloji və 
stimullaşdırıcı (uşağın ətrafında olan böyüklər: ana, tərbiyəçi və b.) 
mühitdə böyüyür. 
Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, 
ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş 
təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər təhsil 
uşaqların fiziki, psixoloji, idrakı və sosial inkişafında, potensial 
imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə 
əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə 
çıxarılması, sağlamlığının qorunması və estetik inkişafında, 
müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin 
və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. 
Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, mədəni vərdişləri 
mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür və 
qrup şəraitində böyüklər və yaşıdları ilə hərətərəfli ünsiyyət qurmaq 
və ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı əldə edir.
Məktəbəqədər müəssisə də öz növbəsində uşağın ətraf aləmlə 
qarşılıqlı harmoniyasını təmin etməyə, xeyirxah hisslər oyatmağa, 
əməkdaşlığa və müsbət özünütəsdiqə nail olmağa qadirdir. Bunların 
da əsası məktəbəqədər müəssisələrdə qoyulur. Məhz bu dövrdə 
uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər, təfəkkür elementləri 
formalaşır, ətraf aləmin hadisələri, sadə qanunları və qanunauyğun-
luqları arasında qarşılıqlı əlaqələri müəyyənləşdirmək və əldə 



edilmiş bilikləri praktik fəaliyyətdə müstəqil tətbiq etmək bacarığı 
yaranır. Uşaqlar fakt və hadisələri müqayisə etmək, ümumiləş-
dirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxartmaq 
kimi bacarıqlara yiyələnirlər.
Uşaq şəxsiyyətinin inkişafı üçün şərait yaradan sosial mühitdə 
ünsiyyətin rolu böyükdür. Ünsiyyət prosesində maddi və mənəvi 
dünyanın, təbiət, əşya və sosial aləmin dərk olunması, şəxsiyyət-
lərarası münasibətlərin inkişafı, emosional və iradi mədəniyyətin 
təşəkkül tapması baş verir. Ünsiyyət yeni sosial mühitə uyğunlaş-
maya imkan yaradır. Ünsiyyət vasitəsilə uşaq özünü ifadə edir, 
digərlərini başa düşür, cəmiyyətdə öz yerini və vacibliyini dərk 
etməyiə çalışır.
Bunun üçün müvafiq bacarıqların mənimsənilməsi 
zəruri hesab edilir. Kommunikativ bacarıqlara nail olmaq uşağın 
sosial davranışını yaxşılaşdırır: digərini başa düşüb qəbul etməyə
məlumat verməyə, hisslərini ifadə etməyə, bütövlükdə nitq 
inkişafına imkan yaradır. İlkin qazanılan bacarıq və vərdişlər, milli-
mənəvi keyfiyyətlər şəxsiyyətin həyat mövqeyini müəyyənləşdirir. 
Müasir təhsil modelində məktəbəqədər təhsilə ümumi təhsilin birinci 
pilləsi, uşaqların məktəb təliminə müvəffəqiyyətlə keçidi üçün 
bərabər imkanların yaradılmasının əsası kimi baxılır. 
Bu yaş mərhələsində nəinki bütün uşaqlar üçün ümumi olan 
xarakter cizgiləri, həm də xüsusi, fərdi psixi və davranış xüsusiy-
yətlərinin açılmasına və inkişafına nail olunur. Məktəbəqədər yaş 
dövründə uşaqlarda hərəkətliliyə tələbat güclənir, operativ hafizə 
inkişaf edir, hərəkətlərin dəqiqliyi, uyğunluğu, ayrılmazlığı yaranır. 
Bütün hərəki fəaliyyətlər dərk olunur, dinamik və məqsədyönlü 
xarakter daşıyır. Fiziki və idraki çalışqanlıq artır. Xarakter, əqli və 
iradi keyfiyyətlər, motiv formalaşır. Məktəbəqədər təhsil ibtidai 
məktəbə keçid ərəfəsində (5-6 yaş dövrü) uşağın həm məktəbdə, 
həm də sonrakı həyatda uğurlar qazanmasında həlledici rol oynayır. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə