Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


 Böyük, kiçik və hissi(sensor) motor hərəkətləri koordina-



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə16/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   12   13   14   15   16   17   18   19   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

1.3. Böyük, kiçik və hissi(sensor) motor hərəkətləri koordina-
siya edir. 
1.3.1. Əsas hərəkətləri (qaməti düz saxlamaqla istiqaməti və 
tempi dəyişərək yeriş və qaçış; yerində, uzununa və müxtəlif 
istiqamətlərə hoppanma; müxtəlif əşyaların üstü, altı və arası ilə 
sürünmə; məhdudlaşmış sədd üzərində müvazinəti saxlamaqla yeriş 
və qaçış; gimnastika nərdivanına pillə-pillə dırmanma; topu yerə 
vuraraq irəliləmə; kürəciyi diyirlətmə; qum kisəciyini atma, topu 
hədəf atma) müstəqil yerinə yetirir. 
1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər
6
nümayiş etdirir. 
1.3.3. Əşyalardan (karandaşlar, flamaster, rəngli tabaşir, rəngli 
boya, mozaika, top, musiqi oyuncaqları, yapışqan, pazllar, qayçı, 
düymə), təbiət, tullantı və tikinti materiallarından təyinatına görə 
müstəqi istifadə edir. 
1.3.4. Müxtəlif məsafələrdə olan əşyaları xüsusiyyətinə (forma, 
rəng, hərəkətlilik, ölçü, səs, dad və qoxusuna) görə istifadə edir. 
1.4. Təhlükəsizlik qaydalarına əməl edir. 
1.4.1. Sadə təhlükəsizlik qaydalarına (təhlükəli heyvan, bitki və 
əşyalar, dərman və kimyəvi preparatlarla müvafiq qaydada davran-
maq; yol hərəkəti qaydalarına riayət etmək; situasiyaya uyğun 
yanğınsöndürən, təcili yardım və polisə cağırışlar etmək; özünə və 
başqalarına ilkin yardım göstərmək; təbiət və fövqəladə hadisələr 
zamanı ehtiyat tədbirləri görmək; məişətdə ehtiyatlı davranmaq) 
əməl edir. 
 
 
 
 
6
Uşaq şəxsiyyətinin hərtərəfli inkişafı təmin olunur. Onlarda təmkin, israr, qətiyyət, cəsarət, 
təşkilatçılıq, təşəbbüskarlıq, müstəqillik, yaradıcılıq və fantaziya kimi qabiliyyətlər inkişaf 
edir
.


24 
2. İdrakın inkişafı 
Orta qrup (3-4 yaş) 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə