Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə14/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   10   11   12   13   14   15   16   17   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
Böyük qrup (4-5 yaş) 
Uşaq: 
1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir. 
1.1.1. Fiziki tapşırıqların (gimnastika, hərəkətli oyun, gəzinti, 
növbətçilik) yerinə yetirilməsinə maraq nümayiş etdirir.
1.1.2. Orqanizmin möhkəmləndirilməsi prosedurlarından nor-
malara
3
uyğun istifadə edir. 
2
Fiziki tapşırıqları, hərəkətli oyunları yerinə yetirərkən müstəqillik və yaradıcılıq kimi psixi-
fiziki keyfiyyətlər inkişaf edir. 


21 
1.1.3. Özünəxidmət vərdişləri
(səliqə ilə soyunub-geyinmək
yatağını səliqəyə salmaq) nümayiş etdirir. 
1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir. 
1.2.1. Masa arxasında mədəni davranış qaydalarına (yeməyi az-
az götürmək və yaxşı çeynəmək; səssiz yemək; qaşıq və çəngəldən, 
salfetdən düzgün istifadə etmək) əməl edir. 
1.2.2. Şəxsi mədəni gigiyena qaydalarına (yeməkdən əvvəl və 
sonra əllərini sabunla yumaq və qurulamaq,yeməkdən sonra ağzını 
yaxalamaq, xarici görünüşünü səliqəyə salmaq; daraq, burun 
dəsmalı və salfetdən istifadə etmək; asqırıb, öskürərkən üzünü 
çevirib, ağzını və burnunu dəsmalla tutmaq) əməl edir. 
1.3. Böyük, kiçik və hissi(sensor) motor hərəkətləri koordi-
nasiya edir. 
1.3.1. Əsas hərəkətləri (düzgün hərəkət texnikasını gözləməklə 
müxtəlif istiqamətlərə yeriş və qaçış; müxtəlif istiqamətlərə və 
məsafələrə hoppanma;
 
müxtəlif əşyaların üstü və arası ilə sürünmə; 
gimnastika nərdivanına dırmanma; müxtəlif hərəkətləri yerinə 
yetirərkən müvazinətini saxlama; topu, kürəciyi müxtəlif üsullarla 
atıb-tutma) yerinə yetirir. 
1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər
4
nümayiş etdirir. 
1.3.3. Əşyalardan (karandaş, tabaşir, plastilin, gil, fırça, qayçı, 
rəngli boya, mozaika, top, oyuncaqlar, quraşdırma materialları) 
istifadə edir. 
1.3.4. Müxtəlif məsafələrdə olan əşyaları xüsusiyyətinə (forma, 
rəng, hərəkət, ölçü, səs, qoxu) görə müqayisə edir və qruplaşdırır.
 
3
Ayaqlara su tökülməsi prosedurları fərqli temperaturlu su ilə təşkil edilir (34-35

, 2-3 gündən 
bir 1

azaldılaraq son temperatur 26-24

-dək endirilməli). İsti suyun temperaturu tədricən 

40

-yə qədər qaldırılmalı, soyuq suyun temperaturu isə 

18

-dək ağaşı salınmalıdır.Yerli 
su prosedurlarında havanın temperaturu 

20

-dən az olmamalıdır. Ümumi su prosedurlarında 
suyun ilkin temperaturu 34-35

, 2-3 gündən bir 1

azaldılaraq, son temperatur 24-22

-dək 
endirilməlidir. Hava vannası qəbul edərkən havanın temperaturu 23

-dən artıq olmamalıdır. 
4
Fiziki tapşırıqları, hərəkətli oyunları yerinə yetirərkən müstəqillik, yaradıcılıq, sürət, 
dözümlülük, çeviklik, cəldlik kimi keyfiyyətlər inkişaf edir. 


22 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə