Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


Uşaqların yaş və inkişaf səviyyəsinin qiymətləndirilməsinə



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə3/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   2   3   4   5   6   7   8   9   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

Uşaqların yaş və inkişaf səviyyəsinin qiymətləndirilməsinə 
dair nümunələr
.............................................................................
 
78 
Tezaurus
........................................................................................
 
90 
İstifadə olunmuş ədəbiyyat
..........................................................
 
92 
 
 
 



Ön söz 
 
Müstəqil Azərbaycanın ictimai, siyasi və mədəni həyatındakı 
böyük dəyişikliklər bütövlükdə cəmiyyətimizin inkişafından xəbər 
verir. Artıq Azərbaycan bir çox sahələrdə dünyanın inkişaf etmiş 
ölkələrinin sırasına daxil olmaqla nüfuz qazanmışdır. İnkişaf 
konsepsiyasında göstərildiyi kimi, “Son illərdə təhsil sahəsində 
nəzərə çarpan nailiyyətlərin əldə olunması da bilavasitə ölkəmizin 
modernləşdirilməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətlə 
bağlıdır”. Bu siyasətin ardıcıl olaraq davam etdirilməsi əldə olunmuş 
nailiyyətlərə əsaslanmaq, onları ölkəmizin gələcəyi naminə daha 
uğurla inkişaf etdirməkdən asılıdır. Müasir dünyanın təhsil 
meridianında özünə yer tutmuş dünya standartlarına uyğun modern 
təhsil sisteminin yaradılması istiqamətində fəaliyyətlər davam 
etdirilməlidir. “Azərbaycan Respublikasının təhsil sahəsində Dövlət 
Strategiyası”nda qeyd olunduğu kimi, “Azərbaycan Respublikasının 
inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və 
bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional 
əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir”. Bu 
strateji istiqamətlər təhsil sahəsindəki islahatçılıq fəaliyyətimizin 
metodoloji əsasını təşkil edir. Ölkəmizdə həyata keçirilən təhsil 
islahatlarının müasir tələblər səviyyəsində aparılmasına imkan 
yaradır. Artıq təhsilin bütün pillələrində islahatyönümlü tədbirlər 
həyata keçirilir. İlk nəticəyönümlü məktəbəqədər təhsil proqramının 
(kurikulumunun) hazırlanması da bu tədbirlərdən biri kimi diqqəti 
cəlb edir. Tamamilə yeni mahiyyət və məzmun daşıyan bu sənəd 
Təhsil Nazirliyinin şöbə müdiri, “Kurikulum islahatının davam 
etdirilməsi və kurikulumun tətbiqinə dəstək” alt-komponenti üzrə 
koordinator Aydın Əhmədov və Təhsil Problemləri İnstitutunun 
direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər 
Abbasovun ümumi redaktəsi, beynəlxalq məsləhətçi Susan W.Nallın 
məsləhətçiliyi ilə aşağıdakı tərkibdə işçi qrupu tərəfindən 
hazırlanmışdır.



Nurlana Əliyeva - sədr, Azərbaycan
Dövlət Pedaqoji Kollecinin 
direktoru, filologiya elmləri doktoru, professor; Laləzar Cəfərova- 
işçi qrupunun əlaqələndiricisi, TPİ-nin Məktəbəqədər təhsilin 
kurikulumu şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru
dosent; Nərminə Alnağıyeva - üzv, Təhsil Nazirliyi Məktəbəqədər 
və ümumtəhsil şöbəsinin pilot layihələrlə iş sektorunun müdiri; 
Limunət Əmrahlı –üzv, psixologiya üzrə fəlsəfə doktoru, dosent; 
İlahə Qafarova –üzv, TPİ-nin Məktəbəqədər təhsilin kurikulumu 
şöbəsinin elmi işçisi; Kifayət Məmmədova –üzv, TPİ-nin
Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin elmi işçisi; Şərafət 
Baxışova –üzv, ADPU- nun dosenti, pedaqogika üzrə fəlsəfə 
doktoru; Mehriban İsmayılova –üzv, AMİ-nin dosenti, psixologiya 
üzrə fəlsəfə doktoru; Lalə Həsənova –üzv, BBSİ-nin əməkdaşı, 
həkim-məsləhətçi; Fəridə Əliyeva –üzv, Xətai rayonu, 257 №-li 
uşaq bağçasının metodisti; Dilarə Dadaşzadə -üzv, Sabunçu rayonu, 
247 №-li uşaq bağçasının tərbiyəçisi, şöbənin elmi müxbiri; Zenfira 
Ağayeva –üzv, Nərimanov rayonu, 69 №-li uşaq bağçasının 
tərbiyəçisi; Fəridə Abdullayeva –üzv,Yasamal rayonu, 11 №-li uşaq 
bağçasının tərbiyəçisi; Səbinə Məmmədova –üzv, Sabunçu 
rayonu,105 №-li uşaq bağçasının tərbiyəçisi; Rəhilə Həsənova –
üzv, Xətai rayonu, 236 №-li uşaq bağçasının metodisti; Dilbər 
Səmədova – üzv, Binəqədi rayonu, 266 №-li uşaq bağçasının 
müdiri; Sədaqət Rəhimova – üzv, Xətai rayonu, 240 №-li uşaq 
bağçasının müdiri; Səlahət Musayeva –üzv, Xətai rayonu, 235 №-li 
uşaq bağçasının müdiri; Qəmər Tağıyeva –üzv, Ekologiya liseyinin 
sinif müəllimi; Lətifə Məcidova–üzv, Zəngi liseyinin sinif müəllimi; 
Nigar Zeynalova–üzv,
ADPU-nin müəllimi; Ruhiyyə Mehdiyeva -
üzv, TPİ-nin Tədqiqatların İKT təminatı şöbəsiniun müdiri, 
valideyn. 
Təhsil Nazirliyi Məktəbəqədər təhsil sektorunun müdiri 
Nərminə Alnağıyeva, Təhsil Problemləri İnstitutunun Kurikulum 
Mərkəzi, onun Məktəbəqədər təhsilin kurikulumu şöbəsi (müdir: 
pedaqogika üzrə fəlsəfə doktoru, dosent L.K.Cəfərova) işçi 



qrupunun işini əlaqələndirmək məqsədilə təşkilati tədbirlər həyata 
keçirmiş, məktəbəqədər təhsilin kurikulumunun hazırlanmasında 
yaxından iştirak etmişlər. Sənədin hazırlanmasında həmçinin Bakı 
Avropa liseyinin direktoru psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə 
Veysova, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin icraçı 
direktoru Ülviyyə Mikayılova və proqram meneceri Yuliya 
Kərimova, UNİCEF-in məktəbəqədər təhsil üzrə məsləhətçisi Leyla 
Həsənova, Təhsil Nazirliyinin şöbə müdiri Həbib Kərimov, AMİ-
nin müəllimi dos. Şahrza Ağayev iştirak etmişlər.
Məktəbəqədər təhsilin kurikulumunun layihə variantı müzakirə 
olunmaq üçün çap edilərək geniş pedaqoji ictimaiyyətə çatdırıl-
mışdır. 
Respublikanın 
müxtəlif 
şəhər 
və 
rayonlarından 
məktəbəqədər təhsil üzrə mütəxəssislərdən alınmış rəy və təkliflər 
sənədin təkmilləşdirilməsinə kömək etmişdir. 
“Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı 
(kurikulumu)” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-
cu il 16 iyul tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş 
“Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”na əsasən 
hazırlanmışdır. Bu sənəd tabeliyindən və mülkiyyət formasından 
asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən 
bütün məktəbəqədər təhsil müəssisələrinə şamil olunur. Sənəddə 
təsdiq olunmuş standartların reallaşdırlması üçün nümunəvi təlim 
strategiyaları və qiymətləndirmə mexanizmləri verilmışdir. 
Məktəbəqədər təhsil proqramı (kurikulumu) Azərbaycan 
Respublikasının təhsil nazirinin 10.07.2012-ci il tarixli, 1329 
nömrəli əmri ilə təsdiq olunmuşdur. Bu sənəd məzmununda üç 
mühüm parametri əhatə edir. O parametrlərdən birincisi yeni 
məzmundur. Burada məktəbəqədər təhsilin standartları əhatə 
olunmuşdur. Müasir tələblərə cavab verən bu standartlar 3-6 yaşda 
olan uşaqların inkişaf istiqamətləri üzrə qruplaşdırılmaqla inteqrativ 
xarakter daşıyır. Orada kiçikyaşlı uşaqların əqli, hissi və fiziki 
inkişafı ilə bağlı bacarıqlar əhatə edilir. Müəyyən olunmuş 
nəticələrdə standartlardan ibarət bu məzmun təhsilin başlanğıc 



pilləsində nəinki uşaqların inkişafının istiqamətləndirilməsi, eyni 
zamanda bir təşkilat kimi məktəbəqədər təhsil müəssisəsinin müasir 
texnologiyalara əsasən idarə olunmasına imkan yaradır.
Proqramın ikinci hissəsi “Təlim strategiyası” adlandırılır ki, 
burada da təhsil prosesində istifadə olunması tövsiyə olunan texno-
logiyalar verilir. İlk növbədə əsas tələblər, daha sonra iş formaları, 
üsullar, planlaşdırma nümunələri və valideynlərlə əlaqə məsələləri 
əhatə olunur. Müəyyən olunmuş standartların reallaşdırılması üçün 
texnologiyalardan istifadə etməkdə məktəbəqədər təhsil müəssisə-
sinin əməkdaşlarına sərbəstlik verilir. Onlar müəyyənləşdirdikləri 
məqsədlərin həyata keçirilməsi üçün mövcud strategiyalara yaradıcı 
yanaşmaqda, yaxud müasir tələblərə uyğun texnologiyalar hazırla-
maqda səlahiyyətlidirlər.
Proqramın üçüncü hissəsində uşaqların inkişafının izlənməsinə 
və dəyərləndirilməsinə dair qiymətləndirmə texnologiyaları əhatə 
olunur. Bu texnologiyaları əhəmiyyətliliyi baxımından həm məktə-
bəqədər təhsil mütəxəssislərinin, həm də valideynlərin bilməsi zəruri 
hesab edilir.
Nəhayət, proqrama uşaqların yaş və inkişaf səviyyəsinin qiy-
mətləndirilməsinə dair nümunələr, tezaurus və istifadə olunmuş 
ədəbiyyat siyahısı da daxil edilmişdir ki, bunlar da pedaqoji prosesin 
səmərəli qurulması baxımından faydalı hesab edilir.
“Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı 
(kurikulumu)” ilk nəticəyönümlü məktəbəqədər təhsil sənədi kimi 
nəşr olunur. Onunla bağlı fikir söyləyən, arzu və təkliflərini bildirən 
hər bir kəsə əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
 
Qulu Novruzov,
Təhsil Problemləri İnstitutunun direktoru, 
hüquq üzrə fəlsəfə doktoru 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə