Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə13/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   9   10   11   12   13   14   15   16   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir. 
1.2.1. Masa arxasında mədəni davranış qaydalarına (qaşıqdan 
istifadə etmək; yeyərkən danışmamaq; yeməyi ağzı bağlı çeynəyib 
udmaq) əməl edir. 
1
Yay vaxtı bütün yaş qrupları üçün ümumi duş qəbul etmə yeməkdən qabaq aparılır. Ayaqları 
üzərindən gah isti, gah da nisbətən aşağı temperaturda su axıdılır. Ümumi su prosedurlarından 
bütün bədənə su axıtmağa keçilir. Suyun ilkin temperaturu 34-35

, 2-3 gündən bir 1

azaldılaraq son temperatur 26-24

-dək endirilməlidir. Hava vannası qəbul edərkən havanın 
temperaturu 23

-dən artıq olmamalıdır. 


20 
1.2.2. Şəxsi mədəni gigiyena qaydalarına (sabundan düzgün 
istifadə etmək; əlini, üzünü, qulağını yumaq və qurulamaq; daraq, 
burun dəsmalı və ya salfetdən istifadə etmək) əməl edir. 
1.3. Böyük, kiçik və hissi (sensor) motor hərəkətlərini 
koordinasiya edir. 
1.3.1. Əsas hərəkətləri (müxtəlif istiqamətlərə yeriş və qaçış 
hərəkətlərini icra etm; uzununa və maneələrin üstündən hoppanma; 
dırmanma, gimnastik skamyanın üstü ilə sürünmək və müvazinətini 
saxlamaqla yeriş; topu, kürəciyi bir-birinə tərəf diyirlətmə və atıb-
tutma) yerinə yetirir. 
1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər
2
nümayiş etdirir. 
1.3.3. Əşyanı (karandaş, flamaster, plastilin, fırça, top və 
oyuncaqları) barmaqları arasında düzgün saxlayaraq şəkil çəkmə
yapışdırma, quraşdırma, atıb-tutma kimi hərəkətləri sadə tərzdə 
yerinə yetirir. 
1.3.4. Müxtəlif fəaliyyət növlərində əşyaların xüsusiyyətinə 
(forma, rəng, hərəkət, ölçü, səs, toxunma, qoxusuna) görə fərqlən-
dirir. 
1.4. Təhlükəsizlik qaydalarına əməl edir.
1.4.1. Kəsici, deşici, yandırıcı əşyalar və elektrik cihazları ilə, 
sahibsiz heyvanlarla, tanış olmayan adamlarla ehtiyatlı davranır. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə