III FƏSİL. Beynəlxalq inteqrsiya proseslərinin
tarixi əsasları və xüsusiyyətləri
Regional inteqrasiyanın xüsusiyyətləri
Beynəlxalq İqtisadi İnteqrasiyanın təkamülü
İnteqrasiya proseslərində tendensiyalar və xarici faktorların rolu
1) XX əsrin ikinci yarısından aparıcı sənaye ölkələrinin inkişafı nəticəsində beynəlxalq infrastrukun, ticarətin, nəqliyyat və kommunikasiya vasitələrinin təkmilləşdirilməsi ilə beynəlxalq münasibətlərin inkişafında güclü keyfiyyət dəyişiklikləri baş vermişdir. Daha doğrusu beynəlxalq iqtisadiyyatın və ticarətin müxtəlif istehsal və texnoloji amillərinin beynəlxalq hərəkəti ilə daha da tamamlanır. Nəticədə hazır əmtəələrin ixracı ilə yanaşı bütün istehsal təcrübəsinin xaricə axması və yerləşdirilməsi genişlənmişdir və ölkələrarası fəaliyyət artmışdır.
Bu iqtisadi fəaliyyət birliyi hər şeydən əvvəl yerləşdiyi müxtəlif ərazilərdə deyil, yaxın qonşu dövlətlər arasında yaranır. Burada regional və yaxud ərazi anlayışı sadəcə olaraq coğrafi sərhədi göstərmir. Qonşu dövlətlər istər-istəməz sərhəd yaxınlığı ilə yanaşı, müəyyən tarixi ümumilik, oxşarlıq, ənənəvilik, təsərrüfat-mədəni eynilik, demoqrafik quruluş və s. kimi ümumi cəhətlərlə səciyyələnir. Bununla yanaşı:
Sosial-iqtisadi birliyə qoşulan dövlətlər hər şeydən əvvəl ictimai-təsərrüfat inkişafı baxımından yaxın olmalıdırlar.
Bu ölkələr ümumi sərhədə malik olmaqla tarixən onların arasında sağlam iqtisadi münasibətlər mövcud olmalıdır.
Hər bir qrup ölkələrdə yaranan iqtisadi problem ümumi birliyin gücü ilə həll olunmalıdır.
Beləliklə, zaman ötdükcə beynəlxalq miqyasda ölkələrin təsərrüfat həyatında beynəlmiləlləşmə prosesi güclənmişdir. İnteqrasiya latın sözü olub "qovuşma", "çuğlaşma", "birləşmə" deməkdir. Lakin aydındır ki, burada sadəcə birləşmə deyil, iqtisadi fəaliyyətlərin qarşılıqlı, razılaşdırılmış siyasəti ümumi sosial mühütin yaranmasını nəzərdə tutulur. Ərazi üzrə iqtisadi inteqrasiya prosesi dedikdə ən ümumi mənada ayrı-ayrı ölkələrin təsərrüfat həyatının tədricən birləşməsi prosesi nəzərdə tutulur. Bu cür birləşmə nəticəsində yeni bütöv təsərrüfat mexanizmi formalaşır və beynəlxalq regional sistem yaranır. Bu regional komplekslər dünya iqtisadiyyatının və eləcə də beynəlxalq inteqrasiya münasibətlərinin subyektinə çevrilirlər. Qeyd etməliyik ki, istər dünya iqtisadiyyatının və istərsə də BİM-in genişlənməsində inteqrasiya prosesi daha hərtərəfli və keyfiyyət cəhətləri ilə fərqlənir. Burada sadəcə olaraq məhsulun artması deyil, xalqlar arasında hərtərəfli mübadilə münasibətləri, geniş ünsiyyət, vahid məkan, iqtisadi birlik, mədəni birlik, siyasi birlik psixologiyası yaranır.
Dünya iqtisadiyyatında qloballaşma genişləndikcə təsərrüfat həyatında baş verən qarşılıqlı proseslər də artır. Belə şəraitdə milli dövlətlər bir çox hallarda öz mənafelərinin ödənilməsini dünya bazarı vasitəsilə həyata keçirməyə üstünlük verirlər.
Ayrı-ayrı beynəlxalq şirkətlər müəssisələr və dövlətlər məhsul, əmtəə satışı və xammal mənbələri uğrunda gedən rəqabətdə bir-biri ilə maddi və maliyyə baxımından öz qüvvələrini birləş-dirməklə bir çox əlavə xərclərdən azad olur və birgə qüvvə ilə rəqabətə girmək imkanı əldə edirlər. Beləliklə milli dövlət mənafeyi regional mənafəyə çevrilir. Buradan da dünya təsərrüfatındakı qloballaşma prosesi regionallaşma prosesi ilə tamamlanmış olur. Adətən inteqrasiya prosesi az və ya çox mənada qarşılıqlı ticarətin liberallaşdırılması ilə başlanır. Bu hal əmtəələrin, xidmətlərin və kapitalın hərəkətinin məhdudlaş-dırılmasını aradan qaldırır. Tədricən vahid iqtisadi, hüquqi, informasiya məkanı yaranır. Buradan da yeni keyfiyyətli beynəlxalq iqtisadi münasibətlər meydana gəlir. Qeyd etməliyik ki, regional inteqrasiya bir çox əlamətləri ilə dövlətlərarası digər əlaqə və formalardan fərqlənir. Beləliklə:
1. İnteqrasiyaya daxil olan hər ölkə öz iqtisadi siyasətlərində müəyyən razılığa gəlirlər.
2. Onlar öz milli qanunvericiliklərinə, norma və standartlarını uyğunlaşdırırlar, vahid hala salırlar.
3. Region daxilində istehsal prosesində vahid texnologiya mövcud olur.
4. İstehsalda, elm və texnikada beynəlxalq ixtisaslaşma və kooperasiyanın inkişafına zəmin yaranır.
5. İnteqrasiya prosesinin tənzimlənməsi məqsədilə vahid idarəçilik orqanları yaradılır.
2) Növünə, tipinə və formalaşmasına görə inteqrasiya prosesləri dünyanın regionlarında müxtəlifdir. Ölkələr arasında birlik iştirakçılarının münasibətlərinin xarakterləri, orqanların strukturları, aralarında alınmış nəticələr müxtəlif ola bilər.
İkinci Dünya Müharibəsindən sonra beynəlxalq inteqrasiya prosesləri inkişaf etməyə başladı. Bu dövrdə inteqrasiya birliklərinə daha cox Avropada ehtiyac duyulurdu. Çünki müharibə arenası olan Avropanın təsərrüfat infrastruktur sistemləri dağılmışdı. Avropa dövlətləri siyasi stabilliyi bərpa və quruculuğa ehtiyac olan bu ölkələrin səylərini birləşdirmək, əməkdaşlıq etmək qərarına gəldilər. İnkişafın özəyi bilavasitə hasilat istehsal sənayesidir. Beynəlxalq inteqrasiyanın təməli ticarət, təsərrüfat, hasilat və istehsal əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsindən başlanır və yeni qurumların, birliklərin yaranması ilə davam edir.
İnteqrasiya bloklarında birləşən dövlətlər üçün qloballaşmanın ən vacib şərtlərindən biri ölkələrin milli iqtisadiyyatlarını xarici arzuolunmaz təsirlərdən qorumaq idi ki, bunu da ənənəvi metodlarla etmək mümkün deyildi. İqtisadi maliyyə mərkəzlərinin bir-biri ilə rəqabətlərinin güclənməsi, bu ölkələrin öz təsir sferalarını genişləndirmə arzusu dövlətlərini kollektiv şəkildə qloballaşmanın çağırışlarına qarşı durmağa və milli iqtisadiyyatlarını neqativ təsirlərdən qorumağa vadar edirdi.
Bu müstəvidə birinci mərhəbə – XX əsrin 50–70-ci illərində inteqrasiyanın birinci dalğası kimi birliklərin ittifaqlarının yaranması və formalaşması kimi yadda qalır.
Dünayda baş verən çoxlu sayda inteqrasiya prosesləri məhz bu dövrə təsadüf edir. Bu etapda aktiv şəkildə inteqrasiya blokları yaradılırdı və inkişaf etmiş ölkələr tərəfindən onların planları, struktur mexanizmləri verilirdi, liberal ticarətdə ilk addımlar atılırdı.
İkinci mərhələ – 1980-ci illəri əhatə edir.
Bu dövr inteqrasiaya proseslərində böhran vəziyyəti müşahidə olunurdu, əsasən də inkişaf etməkdə olan ölkələrdə bu, özünü daha aşkar şəkildə göstərirdi. İnteqrasiya bloklarının formal mövcudluğu iştirakçı milli dövlətlərin maddi-texniki bazalarında önəmli müsbət dəyişikliklər baş vermirdi.
Üçüncü mərhələ – 1990-cı illərin ortalarından artıq inteqrasiya proseslərində yeni və müsbət dəyişikliklər baş vermişdir. Regional iqtisadi, sosial və humanitar inteqrasiyanın inkişafında əsas faktorlar inkişafda olan ölkələrin qloballaşmanın çağırışlarını və onun neqativ təsirlərini azaltmağa can atmasıdır.
3) Beynəlxalq əmək bölgüsü, milli təsərüffatların beynəlmiləlləşməsi, məhsuldar qüvvələrin inkişafı, qloballaşma və beynəlxalq iqtisadi inteqrasiya bir-biri ilə sıx qarşılıqlı əlaqəlidirlər və bir sıra ümumi cəhəti var. Bu proseslərin regional və subregional istiqamətiləri və təsirləri vardır. Bunlar sıradakılardır:
Dünya ölkələrinin bir-birindən asılılığını, qarşılıqlı bağlılığını obyektiv tendensiya kimi gücləndirmə faktoru kimi qalır.
İnteqrasiya prosesi milli iqtisadiyyatların qarşılıqlı şəkildə uyğunlaşması onların vahid ixtisaslaşmış təsərrüfat sisteminin yaradılmasına gətirir. İnteqrasiya prosesinin iştirakçı ölkələrin tarixi, ərazi, təsərrüfat, struktur və texnoloji yaxınlığını müəyyən edir və onun regional xarakterikliyini səciyyələndirir.
Sosial təsərrüfat həyatın beynəlmiləlləşməsində, dövlətlərin iqtisadi birliyinin qovuşma prosesində müasir mərhələdə beynəlxalq inteqrasiyası ən yüksək pillədədir. Bu dövlətlər razılıq əsasında vahid siyasət formalaşdıraraq fəaliyyət göstərən təşkilat strukturuna malikdirlər.
İstehsal güclərinin təkamülü, beynəlxalq əmək bölgüsünün inkişafı və qloballaşan dünya iqtisadiyyatının nəticəsində meydana gəlir.
Nəinki ölkələr səviyyəsində, hətta qlobal səviyyədə hərtərəfli böyüyən əhəmiyyətə malik olur.
Dünya iqtisadiyyatı ilə və beynəlxalq iqtisadi əlaqələrlə sıx bağlı olur. Onlar müəyyən təsir göstərən, lakin özü onların evolyusiyası altında transformasiya edir.
Beynəlxalq transmilli şirkətlər ölkələrarası səviyyəsində fəaliyyət göstərir .
İştirakçı dövlətlərin, iqtisadi agentlik və assosiasiyaların, müxtəlif iqtisadi, humanitar, hüquqi subyektlərin humanitar, mədəni və başqa sferalarda əməkdaşlıq etmək imkanları genişlənir.
Əmtəə, mal və xidmət, maddi, maliyyə və əmək resursları, elmi və yeni texnologiyalar sahələrində əməkdaşlığın və mübadilənin müasir əməkdaşlıq formaları və şaxələnmiş əlaqələri beynəlxalq inteqrasiyanın mahiyyətini açıqlayır.
Dostları ilə paylaş: |