Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


X FƏSİL. Cənubi Amerikada İnteqrasiya Assosiasiyası. Latın Amerikası İnteqrasiya Birliyi. MERKOSUR



Yüklə 0,78 Mb.
səhifə14/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Drs vsaiti.MP.

X FƏSİL. Cənubi Amerikada İnteqrasiya Assosiasiyası. Latın Amerikası İnteqrasiya Birliyi. MERKOSUR


  1. Latın Amerikasında inteqrasiya proseslərinin təkamülü və inkişafı

  2. Cənubi Amerikada Azad Ticarət Zonası (ALADİ)

  3. Latın Amerikası İnteqrasiya Assosiasiyası (LAİA)

  4. Cənubi Amerikada Vahid Bazar (MERKOSUR).

1) XX əsrin 50-ci illərinin sonunda Latın Amerikası öl­kə­lə­ri inteqrasiya birlikləri yaratmaq istəklərini bildirmişdilər. Bu regional iq­ti­sa­di inteqrasiya qurumunun məqsədləri aşağıdakı məsələlərin həllində tapılırdı.



  • Dar çərçivədə olan milli bazarların aradan qaldırılması və optimal miqyasa qədər vahid iqtisadi məkanı genişləndirmək.

  • Milli istehsal emal sənayelərinin ümumi bazasını yaratmaq.

  • Beynəlxalq ixtisaslaşma və istehsalatda əməkdaşlığa əsas­­­­lanaraq, birgə fəaliyyətlə iqtisadi komplekslər ya­rat­maq.

  • Kollektiv proteksionizmin üstünlüyünü qorumaq.

  • Xarici kapital əsasında sənayenin unifikasiya ba­ca­rıq­la­rı­nı yüksəltmək.

  • Xarici borcları azaltmaq və s.

İnteqrasiyanın birinci dalğası 1960–70-ci illəri əhatə et­miş­dir. Bu dövrdə Latın Amerikası Azad Ticarət Zonası, sonra isə La­tın Amerikası İnteqrasiya Assosiasiyası formalaşmışdır. Mər­kə­zi Amerika Ümumi Bazarı, And qrupu, Karib Cəmiyyəti və La­tın Amerikası iqtisadi sistemi kimi birliklər yaranmışdır.
Latın Amerikası Azad Ticarət Zonasının yaradılması haq­qın­­da razılaşma 1960-cı il 18 fevralında Argentina, Braziliya, Mek­si­ka, Paraqvay, Uruqvay və Çili tərəfindən əldə edilmişdir. Latin American Free Trade Agreement (LAFTA). 1961-ci ildə isə iş­tirakçı dövlətlər arasında bu müqavilə qüvvəyə mindi. Gə­lə­cək­də LAFTA-nı LAİA əvəz etmişdir. O bütün Latın Ame­ri­kası ölkələri üçün açıq bir qurum olmuşdur. LAFTA-nın məq­sə­di iştirakçı ölkələrin iqtisadi yüksəliş tempini artırmaq və in­kişaf etmiş ölkələrin iqtisadi təzyiqinə tab gətirmək ilk növ­bə­də ABŞ və Qərbi Avropa təzyiqlərinə.
2) Latın Amerikası Assosiasiyası Latın Amerikası ölkələri ara­sında ən iri ticarət-iqtisadi inteqrasiya qruplaşmasıdır. Təş­ki­lat, 1980-ci ildə təsis edilmişdir. LAİ-nin yaradılmasının əsas məqsədi, Latın Amerikası regionunda iqtisadi və sosial in­ki­şafı təmin etmək üçün vahid bazar yaratmaqdır. LAİ-ya 11 üz­v ölkə Mərkəzi Amerika və Cənubi Amerika dövlətləri daxildir. Üzv dövlətlər öz aralarında prefensial ticarət haqqında ra­zı­laş­ma imzalayırlar. Nəzərdə tutulur ki, inkişaf etmiş dövlətlər, da­ha az inkişaf ölkələrə ticarət sahəsində güzəştlər etsin. Latin Amerika inteqrasiya Assosiasiyanın üzv­ləri üç qrupa bölünmüşdür. İnkişaf etmiş (Ar­gen­ti­na Braziliya, Meksika ) orta səviyyəli (Venesuela, Kolumbiya, Pe­ru, Uruqvay, Çili) və ən az inkişaf etmiş (Boliviya, Paraqvay, Ek­vador) kimi ölkələr qruplaşırlar. Ümumilikdə bu inteqrasiya məkanı 20 milyon km2 sahəni əhatə edir və ərazisində 493 mil­yondan artıq əhali yaşayır. Təşkilatın rəsmi dilləri ispan və portuqal dilləridir.
1969-cu ildə, Mərkəzi və Cənubi Amerika ölkələri iqtisadi cəhətdən inteqrasiya etmək məqsədilə, regional təşkilatın təsis edilməsi haqqında razılığa gəldilər. And ölkələri qrupu, Latın Amerikası Azad Ticarət Zonasını təsis etdilər. 1980-ci ildə isə həmin birliyə üzv ölkələr təşkilatı daha da təkmilləşdirmək məqsədilə yığışaraq ALADİ – Latın Amerikası İnteqrasiya As­so­siasiyasını yaratdılar. Əvvəlkindən fərqli olaraq yeni in­teq­ra­siya qurumu, onun tərkibinə qatılmaq istəyən hər hansı bir öl­kə­ni qəbul edə bilərdi. Həmçinin, ALADİ-yə üzv ölkələr həm öz aralarında həm də regiondan kənar ölkələrlə ikitərəfli razı­laş­malar bağlaya bilərdilər. Bu zaman, həmin ölkələr as­so­si­a­siyanın digər üzvləri qarşısında məsuliyyət daşımırdı. Bütün bu şərtlər öz əksini, 1980-cı il avqust ayının 12-də imzalamış Mon­­­tevideo Müqaviləsində tapmışdır. Məhz müqavilədə nə­zərdə tutulan şərtlərə uyğun olaraq, Meksika həm ALADİ-yə üzv olmuş və həm də NAFTA-ya qoşulmuşdur. Mü­qa­vi­lə­nin 44-cü maddəsində bu məsələlər öz əksini tapmışdır. Mon­te­video müqaviləsi, ALADİ-ni yaradan və idarə edən qlobal hü­quqi çərçivə sənədidir. Montevideo müqaviləsi aşağıdakı prin­sip­ləri əsas götürülür: plüralizm, həmrəylik, çeviklik, fərqli ya­naşma və müxtəliflilik. ALADİ 1981-ci ildən fəaliyyətə baş­la­mışdır. Üzv dövlətlər, 1984-cü ildə Regional Tarif İm­ti­yaz­la­rı cədvəlini qəbul etmişdir və gömrük tariflərini tənzim­lə­miş­dir.
ALADİ-nin məqsədi Latın Amerikası Azad Ticarət Zonası ki­mi fəaliyyət göstərən təşkilatın bazasında yeni ümumi Latın Ame­rikası vahid bazarını yaratmaqdır.
İnteqrasiya Assosiasiyasının strukturuna aşağıdakı orqanlar daxildir:

  • Baş Katiblik

  • Xarici İşlər Nazirləri Şurası

  • Qiymətləndirmə və Həmrəylik Konfrası

  • Nümayəndələr Komitəsi

  • Köməkçi Orqanlar

Yeni yaradılmış təşkilat, onun tərkibinə qatılmaq istəyən hər hansı bir ölkəni qəbul edə bilərdi. Həmçinin, ALADİ-yə üzv öl­kələr həm öz aralarında, həm də regiondan kənar ölkələrlə iki­tərəfli razılaşmalar bağlaya bilərlər. Bu zaman, həmin öl­kə­lər assosiasiyanın digər üzvləri qarşısında məsuliyyət da­şı­mırdı.
Montevideo Müqaviləsinə əsasən, istəniıən Latın Amerikası döv­ləti təşkilata üzv ola bilər. Bu müqaviləni ilk olaraq im­za­la­mış ölkələr Argentina, Boliviya, Braziliya, Çili, Kolumbiya, Ek­vador, Meksika, Paraqvay, Peru, Uruqvay və Venesueladır. 1999-cu ildə Kuba Respublikası ALADİ-yə üzv olmuşdur. Təş­kilatın üzvləri inkişaf səviyyəsinə görə fərqlənirdi.
3) Latın Amerikası İnteqrasiya Assosiasiyası (Latin Ame­rican İn­teqration Associationn, LAİA) 1980-ci il 12 avqustda Mon­­te­video razılaşmasına əsasən yaranıb. Bura 12 dövlət da­xil ol­muşdur: Ar­gentina, Boliviya, Braziliya, Venesuela, Ko­lum­bi­ya, (Kuba – 1999-cu ildə daxil olub), Meksika, Paraqvay, Peru, Uruqvay, Çi­li, Ekvador. Ümumi sahəsi 20 mln km2 , əhalisinin sayı 500 mln nəfərdir. LAİA-nın inteqrasiya istiqamətləri əsas ola­raq bun­lardır: Çoxtərəfli ticarət əlaqələrinin genişləndiril­mə­si və ona nəzarət etmək. Milli iqtisadiyyatların bir-birini tamam­la­ma­sını formalaşdırmağa təsir göstərmək. İqtisadi əmək­daşlığın tam ətraflı inkişafı üçün ümumi məkan yaratmaq.
İqtisadi inteqrasiyanın konsepsiyalarına uyğun genişləndi­ril­məsi və praktik addımların atılması Latın Amerika öl­kə­lə­ri­nin inteqrasiyasına xas olan əlamətdir. Daha bir xarakterik əlamət qitə ölkələri arasında iqtisadi və siyasi proseslərin bağlılığıdır. Yeni inteqrasiya növləri axtarılır. Bu ölkələrin əməkdaşlığında yaxınlaşma və birləşmə prosesləri müşahidə olunur. LAİA çər­çivəsindəki dövlətlər arasında əməkdaşlıq, ticarət, gömrük ta­riflərinin aşağı salınması və iqtisadi qarşılıqlı tamamlama pro­seslərinə inkişaf etmişdir. Bundan savayı, assosiasiya çər­çi­və­sində əməkdaşlıq, inteqrasiya layihələri həyata keçirilir. İn­teq­rasiya prosesləri önündə LAİA özünü baş məsləhətçi me­xa­ni­z­mi kimi təqdim edir. Onun funksiyası ikitərəfli və çoxtərəfli ti­­cari-iqtisadi sazişləri qəbul etmək və yerinə yetirməkdir. Əmək­­­daşlıq çərçivəsində üzə çıxan problemləri birlikdə həll et­mək bu qurumun məqsədlərindən biridir. LAİA-nın əsas icraçı or­qanı xarici işlər üzrə nazirlər şurasıdır. Xarici işlər üzrə na­zir­lər şurasında inteqrasiya proseslərinin inkişaf isti­qa­mət­lə­ri­ni təyin edib əlaqələndirirlər.
4) Merkosurun strateji məqsədi – qarşılıqlı intensiv ticarət, in­vestisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi ar­tı­mına zəmanət verən birliyin yaradılması, həmçinin sub­re­gio­nal beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılmasıdır.
1960-cı illərin sonunda baş vermiş iqtisadi və siyasi böh­ran­dan sonra Cənubi Amerikada inteqrasiya proseslərinə maraq 1980-ci illərdən başlayaraq yenidən artmağa başladı. Belə ki, 1986-cı ildə Argentina və Braziliya, Latın Amerikasının iq­ti­sa­di cəhətdən güclü iki dövləti iqtisadi əməkdaşlıq və davamlı in­teq­rasiyanın inkişafı haqqında birgə layihələrini irəli sürdülər və başqa ölkələrin bura qatılmasının açıq olduğunu elan etdilər. Bun­dan sonra Uruqvay və Paraqvay da tez vaxtda onlara qo­şul­dular. 1991-ci ilin mart ayında Paraqvayın Asunsion şəhərində gömrük birliyi və ümumi bazar – MERKOSUR-un yaradılması haqqında dördtərəfli müqavilə imzalandı. Amma ölkələr ara­sındakı real ticarət bloku 1995-ci ildən qanuni qeydiyyata alın­dı. Bu vaxta qədər mürəkkəb hazırlıq işləri gedirdi.
1994-cü ildə Asunsion müqaviləsinə əlavə olaraq sərbəst ticarət zonasının yaradılması və sonradan onun gömrük birliyi ilə əvəz olunmasını təsdiq edən yeni müqavilə imzalandı. 1995-ci ildə bu müqavilə qüvvəyə mindi və birliyin sərhədləri da­­­xilinə üçüncü ölkələrdən məhsul idxalına dair ümumi göm­rük ta­rifləri tətbiq olunmağa başlandı.
Təşkilatın nüfuzu qalxmağa başladıqca, Cənubi Amerikanın baş­qa dövlətləri də buraya qoşulmağa başladılar. 1996-cı ildə Bo­liviya, 2000-ci ildə isə Çili assosiasiyaya daxil olunmuş üzvlər ki­mi təşkilata qoşuldular. 2002-ci ildə isə Venesuela da bu təş­ki­lata üzv qəbul edildi.
MERKOSUR-un əsas idarəedici orqanı Ümumi Bazar şu­ra­sıdır. Onlar periodik olaraq dövlət başçıları və ya xarici işlər na­zirlikləri səviyyəsində görüşürlər və inteqrasiyanın inkişafı ilə bağlı siyasi planlarını həyata keçirirlər. Əsas icraedici orqan isə Ümumi Bazar qrupudur. Ümumi Bazar qrupu Mon­te­vi­deo­da (Uruq­vay) inzibati katibliyə və eləcə də birbaşa özünə tabe olan 10 texniki komissiyaya malikdir. Bu komissiyalar ti­ca­rət­lə, göm­rük tənzimlənməsi ilə, texniki normalarla, valyuta-ma­liy­yə si­yasəti ilə, makroiqtisadi siyasətlə, quru və dəniz nəq­liy­yatı ilə, sənaye texnologiyaları ilə, kənd təsərrüfatı və ener­ge­ti­ka ilə bağ­lı məsələlərlə məşğul olurlar.
Qeyd olunduğu kimi, MERKOSUR-un təşkilati strukturuna aşa­ğıdakı orqanlar daxildir:

  • Ümumi Bazar şurası – inteqrasiya prosesləri ilə bağlı ümu­mi rəhbərlik (Xarici işlər nazirləri səviyyəsində)

  • Ümumi Bazar qrupu – əsas icraedici orqan

  • Birləşmiş Parlament komisiyyası – MERKOSUR par­la­men­tinin səlahiyyətli orqanı

  • Sosial-iqtisadi məsləhət forumu – iştirakçı dövlətlərin iq­tisadiyytlarının sosial iqtisadi sektoru ilə bağlı səlahiyyətli orqan

  • İnzibati katiblik

  • Texniki komissiyalar

Cənub konusunun ümumi bazarı Latın Amerikasının ən ef­fek­tiv inkişaf edən inteqrasiya təşkilatlarından biridir. MERKOSUR-un yaradılması iştirakçi ölkələr arasında qar­şı­lıq­lı ticarət dövriyyəsinin artmasına gətirib çıxartdı. Belə ki, 1991–1997-ci illər ərzində bu ölkələr arasındakı ticarət döv­riy­yə­si altı dəfə artdı, amma buna baxmayaraq onların inkişaf et­miş ölkələrlə aralarında olan məhsul dövriyyəsi dəyişmir. Bu öl­kələr arasındakı sərbəst ticarət zonasında bütün gömrük rü­sum­ları, 90% məhsullarda digər məhdudiyyətlər aradan qal­dı­rı­lıb və üçüncü ölkələrlə ticarət zamanı 85% idxal olunan mal­la­ra eyni daxili tariflər tətbiq olunur. Yaxın vaxtlarda ümumi val­yutanın, vahid maliyyə məkanın yaradılması haqqında da danışıqlar gedir.
İqtisadçıların fikrinə görə, bu təşkilatın yaradılması ona da­xil olan ölkələrə öz iqtisadiyyatlarını stabilləşdirməyə kömək et­di. 1990-ci illərdə inflyasiyanın qarşısını almaq idxalın ar­tı­rıl­ma­sı ilə həyata keçirildi və qiymət siyasətinin qaydaya salın­ma­sı iq­ti­sadi böhranın qarşısını almağa yardımçı oldu: Misal olaraq Bra­ziliya və Argentinanı göstərmək olar. Belə ki, 1991–1993-cü illərdə Braziliyada iqtisadi durğunluq zamanı yerli sənaye o vaxt­lar iqtisadi yüksəlişdə olan Argentinanın bazarına çıxış im­kanı olduğu üçün ayaqda dura bildi. Argentinaya da 1994–1995-ci illərdəki iqtisadi böhran zamanı xilasedici qüvvə kimi di­namik inkişaf edən Braziliya bazarı kömək etdi. MERKOSUR-un təcrübəsi göstərdi ki, uğurlu inteqrasiya təş­ki­latı qurub, inkişaf etmək üçün heç olmasa bu təşkilata daxil olan ölkələr içində ikisinin güclü iqtisadi əlaqələri olmalıdır ki, böh­ran zamanı zəif vəziyyətdə olan tərəfdaşlarına yardım edə bil­sinlər.
MERKOSUR-un fəaliyyətdə olduğu dövrdə Latın Ame­ri­ka­sı­nın digər təşkilatları ilə ticari iqtisadi tərəfdaşlığı getdikcə bö­yü­məyə başladı. Meksika və Çili özlərinin geosiyasi möv­qe­yin­dən istifadə edərək NAFTA və MERKOSUR arasında bağ­la­yı­cı bənd rolunu oynamağa cəhd göstərirlər. 1991-ci ildə Mər­kə­zi Amerikada yaradılmış "Mərkəzi Amerika inteqrasiya təş­ki­la­tı-SICA" (6 dövlət – Qvatemala, Honduras, Kosta-Rika, Ni­ka­ra­qua, Panama, Salvador) 1998-ci ildə öz sərbəst ticarət zo­na­sı­nı MERKOSUR-un sərbəst ticarət zonası ilə birləşdirmək haq­qın­da müqavilə imzaladılar.
Qarşılıqlı investisiya qoyuluşları da nəzərə çarpacaq də­rə­cə­də artmağa başladı. Belə ki, 1995-ci ilin dekabr ayında MERKOSUR və Avropa İttifaqı arasında "Regionlararası müqavilə" im­za­lan­dı. Bu müqavilədə 2001-ci ilə qədər bu təşkilatlar arasında sər­bəst ticarət zonasının yaradılması qarşıya məqsəd qo­yul­muş­du. Bu müqavilənin bağlanmasına ən çox təşəbbüs gös­tə­rən­lər­dən biri öz köhnə müstəmləkələri ilə keçmiş ənənəvi əla­qə­lə­rini saxlayan İspaniya idi.
Latın Amerikası ölkələri arasındakı uğurlu iqtisadi və siyasi ya­xınlaşma ABŞ-ın Qərb yarımkürəsindəki inteqrasiya pro­ses­lə­rini nəzarət altında saxlamasına mane olurdu. Buna gorə də ABŞ 1994-cü ildə Mayamidə Amerika qitəsinin 34 ölkəsinin döv­lət başçılarını yığıncağa çağırdı. Burada Latin Amerikasi öl­kə­lə­ri­nin iqtisadi inkişafını sürətləndirmək haqqında məsə­lə­lər mü­za­ki­rə olundu və "Amerika qitəsinin sərbəst ticarət zo­nası (Free Trade Area of Americas – FTAA)"nın yaradılması haq­da layihə irə­li sürüldü və bəyənildi. Müqavilənin bağ­lan­ması 2005-ci ilə qə­dər yubadıldı. Belə ki, danışıqlar zamanı əsasən 2 layihə mü­za­kirə olunurdu – Baziliya və Amerika layihələri. Brazilya öz la­yi­həsində inteqrasiyanın MERKOSUR və NAFTA simasında ay­rı-ayrı inkişafını təklif edirdi. Amerika isə öz layihəsində NAFTA daxilində Latin Amerikası inteq­ra­si­ya qurumlarını ərit­mək­lə Panamerikan sərbəst ticarət zonası yaratmağı təklif edir­di.
NAFTA-nın MERKOSUR-a ərazi və əhali baxımdan 2 dəfə, ÜDM baxımından 7 dəfə, məhsul dövriyyəsi baxımından 28 də­fə üstələdiyini nəzərə alan Latin Amerikası ölkələri Braziliya la­yihəsinin lehinə səs verdilər.
Bütün bunlara baxmayaraq, MERKOSUR Latın Ame­ri­ka­sı­nın ən böyük inteqrasiya təşkilatı olaraq öz yerini saxlayır. Be­lə ki, Latın Amerikasının əhalisinin 200 milyondan çoxu, ÜDM-nin 50%-i, birbaşa xarici investisiyanın 40%-i, məhsul döv­riyyəsinin 60%-dən çoxu və daxili ticarətinin 33%-dən ço­xu bu birliyin payına düşür.
Ortaya çıxan yaxşı nəticələrə baxmayaraq (digər inkişaf et­mək­də olan ölkələrin inteqrasiya qurumları ilə müqayisədə), MERKOSUR da digər inteqrasiya təşkilatlarının üzləşdiyi prob­­lemlərlə üzləşir. Üzv dövlətlərin müxtəlif tipli və onların iq­­tisadi inkişaflarının nisbətən aşağı səviyyədə olması bu təş­ki­la­­tın qarşılaşdığı ən əsas problemlərdən biridir.
Məsələn, MERKOSUR çərçivəsində böyük və nisbətən güclü "yeni sə­­nayeləşmiş ölkələr", Braziliya və Argentina ilə nisbətən zəif Uruq­vay və Paraqvay ilə əməkdaşlıq cəhd edirlər. Vahid sənaye rə­qabəti şərtlərinin yaradılması Uruqvay və Paraqvayın sə­na­ye­ləş­məsinin zəifləməsinə gətirib çıxaracaq və bu da onları nis­bə­tən güclü olan qonşulardan asılı vəziyyətə salacaqdır. Buna gö­rə də onlar üçün davamlı olaraq ticarətdə bəzi güzəştlər tətbiq olu­nur.
İqtisadçıların müşahidələri onu göstərir ki, MERKOSUR öl­kə­lərinin qarşılıqlı ticarətində dünya bazarında rəqabət qa­bi­liy­yət­liliyi aşağı olan məhsullar üstünlük təşkil edir. Nəticədə qar­şılıqlı ticarət istehsalçılar üçün kömək rolunu oynamağa baş­la­yır, amma daha inkişaf etmiş ölkələrin idxal edilmiş məh­sul­larını seçən istehlakçılar üçün bunun heç bir faydası yoxdur. Baş­qa inteqrasiya qurumlarının təcrübəsi onu göstərir ki, "ikin­ci dərəcəli əmtəələr"lə qurulan qarşılıqlı ticarət heç də uzun­müd­dətli perspektivə malik deyil. Bunu da qeyd etmək la­zım­dır ki, Cənub konusunun ölkələri arasında regiondaxili məhsul döv­riyyəsində yüksək texnologiya məhsullarının payı getdikcə ar­tır: əgər 1970-ci ildə maşınqayırma sahəsindəki hasilat 3,4% idi­sə, 1985-ci ildə 12,6%, 1996-ci ildə isə 16,4% olmuşdur.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə