Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 0,78 Mb.
səhifə2/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   2   3   4   5   6   7   8   9   ...   20
Drs vsaiti.MP.

MÜNDƏRİCAT
ÖN SÖZ 4
I FƏSİL. İnteqrsaiya anlayışı, inetqrasiya proseslərinin mahiyyəti 6
II FƏSİL. İnteqrasiya proseslərinin yaranma səbəbləri,
əlamətləri və məqsədləri 12
III FƏSİL. Beynəlxalq inteqrsiya proseslərinin tarixi əsasları və xüsusiyyətləri 17
IV FƏSİL. Müasir beynəlxalq və regional inteqrasiyanın
nəzəriyyə konsepsiyaları 22
V FƏSİL. Beynəlxalq inteqrasiyanın formaları və inkişaf
mərhələləri 33
VI FƏSİL. Avropa dövlətləri beynəlxalq və regional inteqrasiya proseslərində 37
VII FƏSİL. Postsovet məkanında inteqrasiya prosesləri.
Müstəqil Dövlətlər Birliyi 47
VIII FƏSİL. Azərbaycan regional inteqrasiya prosesləri və beynəlxalq layihələri çərçivəsində 54
IX FƏSİL. Şimali Amerika ölkələrinin Azad Ticarət Zonası –
NAFTA 63
X FƏSİL. Cənubi Amerikada İnteqrasiya Assosiasiyası. Latın Amerikası İnteqrasiya Birliyi – MERKOSUR 67
XI FƏSİL. Asiya və Sakit okean regionunda inteqrasiya
prosesləri 76
XII FƏSİL. Yaxın Şərq və Ərəb dövlətləri inteqrasiya
prosesləri müstəvisində 84
XIII FƏSİL. Afrika ölkələrinin inteqrasiya birlikləri 89
XIV FƏSİL. Subregional inteqrasiya qurumları .. 95
XV FƏSİL. Beynəlxalq və regional inteqrasiya proqramları
layihələri 109
NƏTİCƏ 120
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 122


ÖN SÖZ

XX əsrin sonları - XXI əsrin əvvəlləri qloballaşma fonunda bey­nəlxalq regional inteqrasiya prosesləri inkişaf edir. İnkişaf et­məkdə olan ölkələrdə inteqrasiya proseslərinə qoşulma ten-densiyaları fəallaşır. Dünya iqtisadiyyatı beynəlxaq in­teq­ra­si­ya­nın təsiri altında keyfiyyət baxımından yeni səviyyəyə qalxır.


İnteqrasiya meylləri 1950-ci illərdən meydana gəlmişdir. Hə­min dövrdə dünya arenasında ilk regional dövlətlərarası bir­liklər inteqrasiya xarakteri daşımağa başlamışdır. Avropada təh­lükəsizlik üçün qüvvələri birləşdirmə istəyi hələ XX əsrin 20-ci illərinin sonunda Fransa naziri A.Brian tərəfindən Avropa fe­de­ralizmi planı kimi irəli sürülmüşdür. Lakin bu layihə İkinci Dün­ya müharibəsi ərəfəsinə düşdüyündən həyata keçməmişdir.
Qərbi Avropada Avropa Polad və Kömür Birliyi (1951), Av­­ro­pa İqtisadi Birliyi (1957), Avropa Azad Ticarət As­so­sia­si­ya­sı, Af­rikada “Qərbi Afrika Valyuta Birliyi” (1959), Qərb ya­rımkü­rə­­sində “Latın Amerikası Azad Ticarət Assosiasiyası” və “Mər­­kəzi Amerika Ümumi Bazarı” (1960), Asiyada (tərkibində İran, Pa­kistan və Türkiyə) İqtisadi Əməkdaşlıq Təşkilatı (1964) və bu ki­mi birləşmələr ilk inteqrasiya birlikləri olmuşdur.
Dünya iqtisadiyyatının qloballaşan dövründə tədricən bu in­teq­rasiya prosesləri güclənməyə və əhəmiyyətli rol oynamağa baş­lamışdır. Beynəlxalq və regional inteqrasiyanın təsiri al­tın­da bu proseslər qaçılmaz olur, inkişafda olan ölkələrə bir­ləş­mək­dən başqa seçim qoymurdu. Ümumi səylərlə, milli döv­lət­lə­rin inteqrasiya birliklərində formalaşdırılması ilə onlar öz milli təhlükəsizliyini və inkişafını birgə təmin etməyə çalışırlar. Be­lə ki, inkişaf etmiş dövlətlər dünya siyasətində və iq­ti­sa­diy­ya­tında öz mövqelərini gücləndirmək və öz üstünlüklərini qo­ru­yub saxlamağa çalışırlar.
Beynəlxalq İqtisadi İnteqrasiya dövlətlərin beynəlminəl is­teh­salını sürətləndirmək üçün sərfəli imkanlar yaradır. Bu, pro­se­sin iştirakçılarını, sosial-iqtisadi ölçülərini tənzimləyir, qlo­bal­laşmanın onların inkişafına təsir edən mənfi baryerlərini kənar edir. Könüllü inteqrasiya proseslərinə qoşulmaq, inkişaf et­mək­də olan ölkələri dəstəkləmək, onların resurslarından tam və rasional istifadəsinin ixtisaslaşmasını və kooperasiyasını tə­min etmək imkanı verir. Beynəlxalq inteqrasiya prosesləri nə­ticəsində yaranan qurumlar qloballaşmanın təsiri ilə öz qu­ru­luş forması və mahiyyəti ilə müxtəlif regionlarda bir-birindən fərq­lənir. Bu baxımdan beynəlxalq və regional inteqrasiya proseslərinin izlənməyə və təh­lil edil­mə­yə ehtiyacı var.
Beynəlxalq iqtisadi inteqrasiya milli təsərrüfat mexani­zm­lə­ri­nin, siyasi və mədəni sahələrinin yaxınlaşmasına, qarşılıqlı uy­ğunlaşmasına və artımına gətirən, dövlətlərarası sazişlər for­ma­sını qəbul edən və razılaşdırılmış şəkildə dövlətlərarası or­qan­lar tərəfindən tənzimlənən obyektiv iqtisadi qarşılıqlı təsir pro­sesidir.
İnteqrasiya prosesləri regionlaşmanın iqtisadi, siyasi və mə­də­ni inkişafına gətirib çıxarır. Bunun nəticəsində ayrı-ayrı ölkərin birlikləri öz aralarında təsərrüfat və ticarət üçün, əmtəə, xidmət, iş­çi qüvvəsi və maliyyə imkanlarının istehsal amillərinin re­gi­on­lararası hərəkəti üçün daha əlverişli şərait yaradır.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə