Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


V FƏSİL. Beynəlxalq inteqrasiyanın formaları və inkişaf mərhələləri



Yüklə 0,78 Mb.
səhifə7/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   2   3   4   5   6   7   8   9   10   ...   20
Drs vsaiti.MP.

V FƏSİL. Beynəlxalq inteqrasiyanın formaları
inkişaf mərhələləri



  1. Azad Ticarət Zonası və onun xüsusiyyətləri

  2. Gömrük İttifaqı inteqrasiya forması

  3. Vahid bazar inteqrasiyanın inkişaf mərhələsi kimi

  4. İqtisadi İttifaq inteqrasiya forması

1) Elmi ədəbiyyatda tanınmış alimlər C.Vayner və B.Ba­la­sı beynəlxalq inteqrasiyanın beşpilləli inteqrasiya formalarını nə­zərdən keçirirlər. İnteqrasiya prosesləri iki mərhələdən iba­rətdir:



  1. İnteqrasiyaya hazırlıq və ondan əvvəlki formalaşma döv­rü.

  2. Inteqrasiyanın inkişafı və genişlənmə dövrü.

Əvvəlki inteqrasiya mərhələsində ayrı-ayrı dövlətlər və ar­tıq mövcud olan inteqrasiya birlikləri qrup dövlətlərlə sa­ziş­lər bağlayır, müqavilələr imzalayır iki və ya çoxtərəfli tə­­məli olan ticari təsərrüfat əlaqələr qurmağa güzəştləri nəzərdən keçirir. Bu mərhələdə ölkələr əməkdaşlıq əlaqələrində milli gömrük tariflərinin qorunmasına diq­qət yetirir. Bu dövrə həmçinin sosial iqtisadi əməkdaşlıq növləri və formaları də da­xil­dir.
Müasir beynəlxalq inteqrasiya prosesləri özündə dörd mər­hə­lə birləşdirir.

  1. Azad ticarət zonası

  2. Gömrük ittifaqı

  3. Ümumi bazar

  4. İqtisadi və valyuta ittifaqı

Azad ticarət zonası və ya ərazisi regional iqtisadi in­teq­ra­si­ya­nın tarixən birinci inkişaf mərhələsidir. Bu cür zonalar başqa for­malara nisbətən tez və geniş yayılıb və dünyada uğurla fəa­liy­y­­ət göstərirlər. Məsələn, Şimali Amerika Azad Ticarət Zo­na­sı (NAFTA), Avropa Ticarət Assosiasiyası (ACEA) və sair.
Praktikanın göstərdiyi kimi, azad ticarət zonasında bir neçə il ər­zində qarşılıqlı olaraq sənaye məhsulları üzərində vergiləri azal­dıb yox dərəcəsinə çatdırırlar. Bu da qarşılıqlı mübadiləni ol­duqca rahatlaşdırır.Amma bu, ancaq azad ticarət zonasında is­­tehsal olunan mallara aiddir. Ona görə də birləşməyə daxil olan ölkələr gömrük sərhədlərini qoruyurlar. Azad ticarət zo­na­sı o qədər də çətinliyi ilə seçilmir. Bu iqtisadi inteqrasiyanın yayılmış formasıdır. Bu forma fövqəl milli orqanların yaran­ma­sı­na və onların daimi təməl üzərində qurulmasına imkan vermir. Azad ticarət zonasının yüksək orqanı kimi, bir qayda olaraq, istirakçı ölkələrin başçıları görüşür. Sammit bir qayda olaraq ildə bir dəfə baş tutur. Dövlət başçıları ümumi vəziyyəti nə­zər­dən ke­çi­rir­lər, yekun nəticələri əldə edirlər, yeni inkişaf is­ti­qa­mət­lərini mü­əyyənləşdirirlər. Saziş və müqavilələr im­za­la­yır­lar. İştirakçı öl­kələrin baxış açılışında azad ticarət zonasında ça­tış­­­maz­lıq­lar var. Bunlar:

  • Daxili bazarda rəqabətin güclənməsi.

  • İdxalın liberallaşması nəticəsində xarici istehsalçıyla rə­qa­bət edə bilməyən milli əmtəə istehsalçıları ziyan çəkə bilər.

  • Xarici kompaniyaların bu istehsal strukturlarında qalması və dövriyyəsi.

2) Gömrük ittifaqıiki və ya bir neçə dövlətin üçüncü döv­­lətlərə qarşı ticarətdə gömrük rüsumlarının ləğvinə və vahid göm­rük tarifinin yaradılmasına yönəldilir. Gömrük ittifaqının iş­tirakçı ölkələri üçüncü ölkələrlə əlaqəyə görə xarici ticarət si­ya­sətini əlaqələndirirlər, birinci qayda olaraq tarif qaydalarını və prosedurları müəyyənləşdirir. Gömrük ittifaqı azad ticarət zonasına nisbətən da­ha mükəmməl inteqrasiya birliyidir. Gömrük ittifaqı çər­çi­və­sin­də qiymətlərin yüksəlib enməsi nizamlanir mal istehsalçıları arasında rə­­qabəti artırır. Gömrük ittifaqı formasının quruluş strukturu da­­ha genişdir.
3) İnteqrasiya prosesində vahid və ya ümumi bazarın for­ma­sının yaradılması ölkələr arasında ticarət və iqtisadi sa­hə­lər­də maniyələr aradan götürülür və kapital, texnologiya is­teh­sal faktorlarını inkişaf etdirir. Tək bazar məhsulu inteqrasiya et­mir, həmçinin iştirakçı ölkələr də bu prosesə fəal qo­şu­lurlar. İnteqrasiya edən ölkələr ərazilərində azad və rahat in­ki­şaf etməsi, əmtəə və kapital axını üçün, onların işçi qüv­və­sinin hərəkəti üçün, təhsil, elm, yeni texnoloji maşın stan­dart­la­rının təchizatının vahidləşmə və standartlaşma tədbirləri görülür.
Təcrübə göstərir ki, ümumi bazarı inteqrasiya qruplaşması çərçivəsində yaratmaq üçün bir neçə vacib məsələni həll et­mək lazımdır və bunu da gömrük ittifaqı formasında həll etmək mümkün deyil. Bu məsələlər:
Ümumi bazarın formalaşmasına, əmtəə dövriyyəsi üçün kapitalın işçi qüvvəsinin azad hərəkətinə şəraitin yaratdılması.
Sosial və regional inkişaf üçün kömək göstərən ümumi fondların, əmək resursların formalaşdırılması.
Milli qanunvericiliklərin əlaqələndirilməsi və unifikasiyası üçün ciddi tədbirlərin görülməsi.
4) İqtisadi və valyuta ittifaqıtam iqtisadi və valyuta itti­fa­qına vahid maliyyə məkanın yaradılması ilə maliyyə və valyuta siyasətlinin formalaşdırması iqtisadi ittifaq çərçivədə ölkələr ,göm­rük ittifaqı məkanına və ümumi bazara malikdirlər. İqtisadi it­tifaqın formalaşması bu gün yüksək səviyyədə olan iqtisadi in­teq­rasiya növü hesab edilir. İqtisadi ittifaqın əsas məqsədləri bun­lar­dır:birlik dövlətlərinin əhalisinin yaşayış səviyəsinin təmin olunması,iqtisadi sosial mühitinin mə­də­niy­yətin zənginləşdirilməsi və inkişafı, hüquqi və humanitar dəyərlərinin əlaqələndirilməsi.
İqtisadi ittifaqı formalaşdırarkən təklif olunur:

  • İştirakçı ölkələrin vahid iqtisadi siyasətin yürütməsi.

  • Regionda sosial-iqtisadi proseslərin,ölkələrarası idarə sisteminin formalaşdırılması.

  • Ölkələr iqtisadiyyatlarının əlaqələndirilməsinin böyük his­sə­si­ni birlikdə inteqrasiya proseslərini idarə edən döv­lət­üstü orqanlara verir.

Beləliklə:
Azad ticarət zonasının – regional iqtisadi inteqrasiyanın birinci mər­hələsi kimi bir neçə xüsusiyyətləri vardır. Bunlar: gömrük ver­gi­lə­rinin ləğvi, üçüncü ölkəylə münasibətdə fərdi gömrük si­ya­sə­tini, ticarət tariflərini tədqiq etmək, azad əmtəə axınını təmin et­mək formasıdır.
Gömrük ittifaqı – inteqrasiya qruplaşmanın daxilində azad mal ticarəti və ümumi xarici ticarət tariflərinin tədbiqi formasıdır.
Ümumi bazar – ölkələr arasında ticarət və iqtisadiyyatda məh­­­dudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. İstehsal faktorlarının məh­­suldar qüvvələrin yerdəyişməsində yaranan məh­du­diy­yət­lə­rin aradan qaldırılması, vahid bazar strukturunun formalaşması for­ma­­sıdır.
İqtisadi ittifaq – əvvəlki formalara nisbətən daha yüksək in­teqrasiya ittifaqıdır. İştirakçı ölkələrlə ümumi iqtisadi siyasət apa­rılır. İştirakçı ölkələrin iqtisadiyyatı kooperasiya səviyyəsində yüksək inkişaf edir. Öl­kə­lərlə razılaşmış sosial-iqtisadi siyasət yürüdülür.
Vahid maliyyə məkanının yaradılması milli valyutanın ra­zı­laş­mış şəkildə işlədilməsi. Faktiki olaraq valyuta ittifaqı in­teq­rasiya çərçivəsində əməkdaşlıq etmək üçün maliyyə əməliyyat­larını asanlaşdırmaq üçün tam inteqrasiyaya şərait yaradır.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə