Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


II FƏSİL. İnteqrasiya proseslərinin yaranma səbəbləri, əlamətləri və məqsədləri



Yüklə 0,78 Mb.
səhifə4/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   2   3   4   5   6   7   8   9   ...   20
Drs vsaiti.MP.

II FƏSİL. İnteqrasiya proseslərinin yaranma
səbəbləri, əlamətləri və məqsədləri



  1. İnteqrasiya proseslərinin tipləri, növləri və formaları

  2. Regionlaşma və regionçuluq

  3. İnteqrasiyanın səbəbləri və əlamətləri



  1. Beynəlxalq və regional inteqrasiya modelləri kə­miy­yət və keyfiyyət, neqativ və pozitiv formaları, sərt və yumşaq, şa­­qu­li və üfiqi tipləri ilə fərqlənir.

Kəmiyyət forması – makroregionçuluğun genişlənməsi, əv­vəl­ki sazişlərin təzələnməsi, yeni müqavilələrin bağlanması.
Keyfiyyət forması – regional təsərrüfaçıların artması, yeni təc­rübələrin, yetkin əməkdaşlıq formalarından istifadə edil­mə­si­ni nə­zərdə tutur.
İnteqrasiya prosesində yeni bütöv təsərrüfat mexanizmi for­ma­laşır, regional komplekslər yaranır, vahid iqtisadi, hüquqi, in­formasiya ictimai məkanı yaranır.
İnteqrasiya birliklərinin müəyyən əlamətləri vardır. İn­teq­ra­si­ya prosesində iştirak edən ölkələr öz yürütdüyü siyasətlərdə mü­əyyən razılığa gəlirlər, milli qanunvericilikləri, norma və stan­­dartları bir-biri ilə uyğunlaşdırır, vahid hala salırlar, region da­xilində təsərrüfat istehsal prosesində vahid texnologiyalar tət­biq olunur, iqtisadiyyatda, elm və texnikada beynəlxalq ix­ti­sas­laşma və kooperasiyanın inkişafına zəmin yaranır, in­teq­ra­si­ya prosesinin tənzimlənməsi məqsədilə vahid idarəçilik or­qan­la­rı təsis edilir.
Beynəlxalq inteqrasiya prosesləri ərazi və region üzrə yaranır və bir neçə formada təzahür edir. Bu proseslər dövlət­lərarası və mik­ro və makro səviyyədə, bölgələr, rayonlararası, müəs­si­sə­lər­ara­sı (xarici investisiyası əsasında) səviyyədə ya­ranır.
İnteqrasiya prosesləri əlverişli şərtlər yaradır: müxtəlif is­ti­qa­mətlərdə əməkdaşlığı genişləndirir, əməkdaşlıq daxilində ma­liyyə, əmtəələr, əmək, yeni texnologiya, işçi qüvvəsinin, di­gər ehtiyatların hərəkətinə zəmin yaradır, iqtisadi rəqabətdə mü­əyyən üstünlüyə nail olmaq imkanlarını verir.
Beynəlxalq aləmdə vüsət alan inteqrasiya prosesləri, re­gio­nal əməkdaşlığın və transmilli dünya siyasətinin ge­niş­lən­mə­si­ni, dövlətlərin daxili və xarici fəaliyyətləri arasındakı bağ­lı­lı­ğı möhkəmləndirmişdir. İnteqrasiya dövlətlərarası əməkdaşlığı, in­vestisiya, ticarət, informasiya, kommunikasiya tex­no­lo­gi­ya­la­rı, nəqliyyat, infrastruktur sahələrində məhdudiyyətlərin aradan qal­dırılmasını nəzərdə tutur.
Milli təsərrüfat mexanizmlərinin, sosial, iqtisadi sistemlərin ya­xınlaşmasına, qarşılıqlı uyğunlaşmasına, inkişaf səviy­yə­lə­ri­nin artmasına gətirən, dövlətlərarası sazişlər, razılaşmalar və or­qanlar tərəfindən tənzimlənən qarşılıqlı təsir prosesi in­teq­ra­si­ya prosesidir.
Qloballaşmanın verdiyi üstünlüklərdən uğurla istifadə olun­ma­sında Cənub-Şərqi Asiyanın yeni sənaye ölkələrinin (YSÖ) təc­rübəsi keçid iqtisadiyyatı ölkələri üçün əhəmiyyətlidir. Qlo­bal­laşma inkişaf etməkdə olan ölkələrin ümumi struk­tu­runda da köklü dəyişikliklərə yol açdı. YSÖ həmin qrup öl­kə­lərin tərkibindən bir çox parametrlərə görə ayrılaraq, inkişaf etməkdə olan ölkələr qru­puna yaxınlaşdılar. Bir sıra cəhətlər YSÖ-ni həm İEOÖ-dən, həm də İEÖ-dən əhəmiyyətli dərəcədə fərqləndirir. Bu xa­rak­terik xüsusiyyətlər yeni sənayeləşmə mo­delinin yarandığını söy­ləməyə imkan verir, həm iqtisadiyyatın daxili dinamikası, həm də xarici iqtisadi fəaliyyət baxımından həmin ölkələrin təc­rübəsi üçüncü dünya ölkələrində bir nümunə rolunu oynayır. YSÖ qrupuna daxil edilmək üçün BMT-nin müəyyən etdiyi me­­todikaya əsasən aşağıdakı meyar­lar daxildir:

  • adambaşına ÜDM-un miqdarı;

  • onun orta illik sürəti;

  • ÜDM-də emaledici sənayenin xüsusi çəkisi 20 faizdən az olmamalıdır;

  • sənaye məhsullarının ixrac həcmi və ümumi ixracatda xüsusi çəkisi;

  • xaricə birbaşa kapital qoyuluşlarının həcmi.

2) Dünya düzəni müasir mərhələdə qloballaşdırma və re­gion­laş­dırma proseslərini müəyyənləşdirir. Hər iki proses dünya ba­zarına çox geniş təsir edir. Dünya iqtisadiyyatının in­ki­şa­fın­da aparıcı tendensiyanı regional səviyyədə təsərrüfatın re­gion­laş­ması və beynəlmiləlləşməsi təşkil edir. Regionlaşma ilk ola­raq regional inteqrasiya vasitəsilə təşəkkül tapır. Əvvəlcə re­gio­nal qonşu inteqrasion qruplar yaranır və sonrakı inkişafda isə ye­ni məkanlar fəth olunur. Regionlaşma bir tərəfdən qlo­bal­laş­ma prosesinə mane olur, dünya miqyasında iqtisadi mübadiləni məh­dudlaşdırır, digər tərəfdən isə qloballaşma prosesinin axı­nı­na inteqrasion qruplar arasında beynəlxalq əlaqələrin li­be­ral­laş­masını həyata keçirərək daxil olur. 1990-cı illərdə regional in­teqrasiyanın inkişafında yeni meyllər yaranmışdır. Qeyd et­mək lazımdır ki, sosialist sisteminin süqutundan sonra dünya ba­zarı əsl dünyəvi xarakter almışdır, hətta birpartiyalı sosialist Vyet­namı, Çin və digər ölkələr də aktiv olaraq bu inteq­ra­si­ya­da inkişaf edirlər. Dünyanın regionlaşmasında uzun dövr ər­zin­də tarixən formalaşmış, obyektiv yaranmış ərazi kompleksləri da­ha stabil xarakter daşıyır. Miqyas nə qədər böyükdürsə bu kom­plekslərin də nüfuz dairəsi geniş olur. Belə komplekslərin ya­ranmasında güclü tarixi faktorlar əhəmiyyət daşıyırlar. Əgər iq­tisadi mikrorayon müəyyən şərtlər daxilində bir nəslin həyatı za­manı formalaşırdısa, dünyanın müasir makroregionaları özü­nün kökləri ilə insan cəmiyyətinin daha dərinliklərinə gedirlər. On­ların rüşeymləri insan mədəniyyəti, sivilizasiyaların tə­şək­külü və inkişafı ilə əlaqələndirilir. Xalqların, dövlətlərin, et­nos­la­rın, mədəniyyətlərin, sivilizasiyaların intensiv ünsiyyəti nə­ti­cə­sində onların müasir sərhədləri meydana gəlmişdir. Döv­rü­müz­də regionlaşma prosesində mədəni komponentlər daha qa­ba­rıq nəzərə çarpır.
3) İnteqrasiya prosesi müxtəlif ölkələrin milli iq­ti­sa­diy­yat­la­rının sosial-mənəvi sistemlərinin qarşılıqlı uyğunlaşması, ya­xın­laşması, birləşməsi və birgətəsərrüf sisteminin yaradılması pro­sesidir. Bunlarla yanaşı, ümumi ərazi sərhədlər çərçivəsində bir­ləşmiş dövlətlərin milli iqtisadi və ictimai həyat tərzlərinin ya­­xınlaşması qarışılıqlı nüfuz etməsi prosesidir. Beynəlxalq in­teq­rasiya proseslərinin səbəbləri, amilləri müxtəlifdir. Davamlı qar­şılıqlı əlaqələri və bunun əsasında ölkələrin artan qarşılıqlı ası­lılığı inteqrasiya proseslərinin inkişafı üçün zəmin ya­rat­mış­dır. Transmilli korporasiyaların elmi-texniki tərəqqinin təsiri al­­tın­da maddi istehsal və iqtisadi imkanları çox sayda artır, ye­ni əm­t­əə və xidmət növləri, qlobal maliyyə şəbəkələri yaranır.
1. Davamlı qarşılığlı əlaqələrin formalaşması və bunun əsa­sın­da ölkələrin, asıllığı inteqrasiya proesləri üçün bü­növ­rə yaratmışdır.
2. Beynəlmiləlləşmə, məhsuldar qüvvələrin inkişafını və bey­nəl­xalq əmək bölgüsü inteqrasiya proseslərini sü­rət­lən­di­rir.
3. Əmtəə bazarlarının, xidmət və istehsal fak­tor­la­rı­nın im­kan­larının genişlənməsi inteqrasiyaya xas əlamətlərdir.
4. Elmi-texniki tərəqqi, transmilli korporasiyaların,qlobal ma­liyyə şəbəkələrinin fəaliyyəti, yeni texnologiyaların ya­yıl­ması təsiri, qlobal problemlərin birgə həlli də inteq­rasiyanın əlamətləridir.
5. Beynəlxalq mübadilənin ,informasiya-kommunikasiya tex­nologiyalarının genişlənməsi bu prosesləri sürətlən­dirir.
6. Geosiyasi maraqların təhlükəsizlik baxımından milli döv­lət maraqları ümümiliyi stabil və daimi inteqrasiya pro­se­si üçün regional və regionalararsı səviyyədə vahid si­ya­sə­tin əlaqələndirilməsi və milli dövlətlərin inkişafı üçün so­sial-mədəni, iqtisadi sahələrin kooperasiyası vacib və zə­ruri şərtdir.
Ümumi fəalliyyətdən və beynəlxalq ixtisaslaşmadan alınan üs­tünlüklərdən, sərf edən imkanlardan, gəlirlərdən istifadə etmək və milli dövlətlərin inkişafına yönəltmək inteqrasiya birliklərinin qar­şıya qoyduğu məqsədlərdir. Beynəlxalq mü­na­si­bətlərin ge­niş­lənməsi. Məhsuldar qüvvələrin inkişafı iqtisadi in­teq­ra­si­ya­ya şərait yaradır. İnkişaf etməkdə olan ölkələr iq­ti­sa­di tə­sər­rü­fat ticarı yüksəlişinə nail olmaq üçün inteqrasiya bir­lik­ləri ya­rat­mağa çalışırlar. Məhsuldar qüvvələrin inkişafı bey­nəl­xalq əmək bölgüsü, istehsalın və kapitalın bey­nəl­mi­ləl­ləş­mə­si, bey­nəl­xalq ticarət əlaqələrinin genişlənməsi iqtisadi in­teq­rasiya pro­ses­­lərini sürətləndirir. Məhsuldar qüvvələrin in­ki­şa­fı, bey­nəl­xalq əmək bölgüsü milli təsərrüfatların istehsalın və ka­pitalın bey­nəlmiləlləşməsi və işçi qüvvəsinin xidmət sa­hə­lə­rin­də sər­bəst hərəkəti, maliyyə vəsaitlərinin dövriyyəsi, bey­nəl­xalq ti­ca­rət əlaqələrinin genişlənməsi inteqrasiya proseslərini sü­rət­lən­di­rir. İnteqrasiya dövlətlərin ümumi ərazi, sərhədlər çər­çivəsində mil­li-mədəni, iqtisadi sahələrdə yaxınlaşması, uy­ğun­laşması, əla­qələndirilməsi prosesidir. Nəticə etibarı ilə bir­ləş­məyə ge­dən bu proses iştirakçı ölkələrin imkanlarının, təbii eh­­ti­yat­la­rı­nın, yeni istehsal, informasiya, kommunikasiya, təcrübə mü­ba­di­ləsi faktorlarının, ümumi siyasətin aparılması, əla­qələndirmə və kooperasiya fəaliyyətinin, ümumi təşkilati struk­turların və ida­rəetmə institutlarının yaradılması for­ma­sı­dır. Beynəlxalq və re­gional inteqrasiya milli dövlətlərin siyasi, iq­tisadi, sosial, mə­dəni sahələrdə ümumi idarəetmə sisteminin ya­radılması, vahid ix­tisaslaşma və tənzimlənmə bazasının for­ma­laşmasıdır.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə