Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


VI FƏSİL. Avropa dövlətləri beynəlxalq və regional inteqrasiya proseslərində



Yüklə 0,78 Mb.
səhifə8/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Drs vsaiti.MP.

VI FƏSİL. Avropa dövlətləri beynəlxalq və regional inteqrasiya proseslərində


        1. Avropa inteqrasiya modeli

        2. Avropa dövlətləri yaxınlaşma və birləşmə proseslərində

        3. Avropa İttifaqının quruluşu və funksionlaşma mexanizmi

1) II dünya mü­haribəsinin dağıtdığı iqtisadiyyatın bərpası, bazarların azad ti­carət ərazilərində genişləndirilməsi, yeni xammal enerji və texnoloji mən­bələrin tapılması, Avropa iq­tisadi inteqrasiyasında əsas amillər olmuşdur.


Avropa ölkələrin niyyəti əvvəlki dünya iqtisadiyyatında əldə etdiyi liderliyi özü­nə qaytarmaq idi. Avropa İttifaqı, inteqrasiyasının tarixi in­ki­şaf prosesində siyasi əhəmiyyət daşıyan məsələlərlə üz­ləş­miş­dir. Bunlar:Almaniya Fransa arasında olan münasibətləri qay­daya salmaq. Avropada sülhün yaradılmasına möhkəm zəmin ya­rat­maq, Avropada stabilliyi və təhlükəsizliyi təmin etmək, ittifaq şək­lində ABŞ-ın və SSRİ-nin siyasi təzyiqlərinə davam gətirmək məqsədləri olmuşdur.
Avropa Dövlətləri inteqrasiyanın bütün mər­­hə­lələrini keçərək, iqtisadi və valyuta ittifaqına nail olub.
Qərbi Avropa da iqtisadi inteqrasiya “Beni­lyuks” iqtisadi-gömrük birliyindən başlayarag azad iq­ti­sadi zona və vahid valyuta ittifaqına gəlib çıxmışdır. 1951-ci ildə Paris, 1957-ci ildə Roma müqavilələnin qəbulundan sonra Avropa döv­­lətləri irimiqyaslı regional inteqrasiya modelini işləyib ha­zır­ladılar. Avropa modeli milli federal dövlətlər kimi yox, birlik da­­xilində qəbul edilən qərarlar, sazişlər və müqavilələr, infrastruktur,idarəetmə mexanizmləri çər­­çivəsində inkişaf edib. Bu model özünü fərqli cəhətləri ilə seçilir. İlk növbədə lollektiv suverenliyi. Avropa İttifaqının üzv­lə­ri olan dövlətlər özlərinin əsasən, iqtisadi rəqabət, dövlət dəs­tə­yi və s. sahələrində idarə olunmasında Avropa Birliyinin Av­ro­pa Şurası,Avropa komissiyası, Avropa parlamenti, Avropa Məhkəməsi orqanları vasitəsilə mövcud qərarlarından idarəetmə də yararlanaraq daxili bazarlardan vahid bazara sosial iqtisadi məkana addım atmışdır.
Siyasi, hüquqi, iqtisadi, sosial sahələrdə qərarların əsas his­sə­­si konsensusyolu ilə, ixtisaslaşdırılmış qurumlar tərə­fin­dən qəbul edilir. Av­ro­pa parlamentində yerlərin müəy­yən­ləşməsində və Avropa Şu­ra­sında səsvermə sistemində bir ölkə – bir səs üsulu tətbiq edilir, bütün dövlətlərin iştirakı olmadan qərarlar qəbul edilmir. Avropa Mərkəzi Bankında analoji cə­hətdən balanslaşdırılmış sistem tətbiq edilir. Bu cür qayda ilə Avropa Birliyi ölkələri öz imkanları fərqliliyinə baxmayaraq, prob­lem­lərin öhdəsindən gələ bilirlər. Bu qayda gələcək Av­ro­pa Kons­ti­tusiyasının işinin təkmilləşməsində öz əksini tapacaqdır.
Qərbi Avropada inteqrasiya prosesləri azad ticarət ərazisi, gömrük ittifaqı çər­çivəsindən çıxmışdır, sərbəst dövriyyəsi üçün ma­neələr aradan qaldırılmışdır və 1992-ci ildə Avropa öl­kə­lə­rin vahid bazarı, iqtisadi ittifaqı ya­radılmışdı . AB-nin əksər üzv ölkələri Şen­gen sazişinin üz­vü­dür (Böyük Britaniya və İrlandiya, Norveç və İslandiya is­tis­na ol­maqla, 15 ölkə arasında sərhəd yoxlaması tam ləğv olun­muş­­dur). Həmçinin 12 dövlət arasında valyuta bir­liyi yara­dıl­mış­dır.
2) Birləşmiş Avropa idealı, hazırda bir si­ya­si real­lı­ğa çev­rilib. Avropa İttifaqına üzv olan ölkələrin dövlət si­ya­sət­lə­rində in­teqrasiya məqsədə bir hədəf halına gəlməmişdən əvvəl, bu ideya siyasi mü­­tə­fək­kirlərin və ictimai xadimlərin nəzər konsepsiyalarında,ideya və dü­şüncələrində yaşayırdı. Avropa Bir­ləşmiş Ştatları və ya Fe­de­rasiya dövlətləri humanist, sülhsevər bir xəyalın par­çası idi. Av­ropa dövlətləri məkanı illərcə baş vermiş qanlı mü­ha­ri­bə­lərə şa­hid olmuşdur. 1870–1945-ci illər ərzində, Fransa və Al­ma­ni­ya üç dəfə müharibə etmişdir. Bu fəlakətlərdən sonra, bəzi Av­ro­pa ölkələrinin siyasi liderləri sülhün təmin olunmasının ye­ga­nə yo­­lunun ölkələrin iqtisadi və ictimai-siyasi formada bir­ləş­məsində görürdülər. Avropa milli maraqlarının uz­laş­maz­sız­lıqların həll edə biləcək təşkilatın qurulması istəyi, ikinci dünya mü­ha­ri­bəsi illərində totalitar rejimlərə qarşı mü­ba­ri­zə aparan mü­qa­vimət hərəkatlarından qaynaqlanmışdır. Qərbi Av­ropa öl­kə­lə­ri­nin birləşmə prosesinə rəğbət qazandıran funksional fe­derasiya tərəfdarı olan hərəkatın iki mü­da­fiə­çiləri, italyan fe­de­ralisti Spinelli ilə, 1950-ci ildə Av­ro­pa Kömür və Polad İtti­fa­qının planı qurulmasına yol açan Şu­man planının ilham qay­na­ğı Jan Monnedir. Hər iki cə­rə­yanın fərqli fikirləri var idi. Nə­ticə olaraq 1951-ci ildə, Avropa Kömür və Polad birliyi Bel­çi­ka, Qərbi Almaniya, Lük­sem­burq, Fransa, İtaliya və Hol­lan­di­yadan ibarət 6 üzv dövlət tərəfindən quruldu. Bu ölkələrdəki po­lad və kömür sənayesi ilə əlaqədar alınan qərarlar, müstəqil bir quruma ötürülürdü. Sözü gedən qurumun ilk başçısı isə, Jan Monne oldu. Avropa İttifaqı iq­ti­sa­di, sənaye, siyasət, və­tən­daş haqları və xarici ticarət sahə­lə­ri­ni əhatə edən çox­sek­tor­lu bütövləşmənin ən üstün formasıdır. Avropada Kömür və Po­lad İttifaqını təsdiqlədən Paris müqa­viləsi (1951), Avropa İq­ti­sa­di Birliyini və Avropa Atom Ener­jisi Birliyini təsdiqlədən Ro­ma müqavilələri (1957), Vahid Av­ropa Sənədi (1986) və Maas­trixt Avropa İttifaqı Mü­qa­vi­lə­si (1992) bu inteqrasiya bir­liyinin möhkəmlən­di­ril­məsi əsas­la­rı­nı təşkil edən mər­hə­lə­lər­dir.
İlk mərhələdə Qərbi Avropa Birliyi Almaniya, Belçika, Fran­­sa, Hollandiya, İtaliya, Lüksemburq arasında bir kömür və po­lad ortaq bazarının qurulması ilə məhdudlaşırdı. Müharibə son­rasındakı o günlərdə, müharibənin qalib və məğlublarını bə­ra­bərhüquqlu olaraq əməkdaşlıq edə biləcəkləri bu təşkilatın sül­hə zəmanət vermənin bir aləti kimi başa düşülürdü. Altıların 1957-ci ildə, bu ölkələr Fransız Milli Məclisinin Avropa Müdafiə İttifaqı la­yihəsini rədd etməsindən 3 il sonra əmtəə, mal və xidmətlərin sər­bəst hərəkətinə aid bir iqtisadi birlik qurmağa qərar verdilər. Av­ropa İqtisadi Birliyi 1957-ci ildə, altı Qərbi Avropa döv­lətləri arasında imzalanan “Roma müqaviləsi” ilə qurulmuşdur. Avropa İnteqrasiya Birliyinə hüquqi və faktiki beynəlxalq bir qurum olması qa­zandıran Anlaşma, 1 yanvar 1958-ci il tarixində qüv­vəyə min­mişdir. Roma Anlaşması, 248 maddə və pro­to­kol­lar­dan iba­rətdir. Avropa İqtisadi Birliyinin ən son hədəfi Avropanın si­yasi birliyinə nail olmasıdır. Bu hədəfə çatmaq üçün nəzərdə iq­tisadi tarazlığı təmin etmək, üzv ölkələr ara­sında mal­la­rın, xidmətlərin, sərmayənin və əməyin sərbəst hərəkət etdiyi bir ortaq bazar və gömrük birliyinin qurulması nə­zər­də tu­tul­muş­dur. Roma anlaşmasının 2-ci maddəsində, AİB-nin hədəfi “Bir­liyin vəzifələri ortaq bazarın qurulması və üzv öl­kə­lərin iq­ti­sa­di siyasətlərinin getdikcə, əlaqələndirilməsi yaxınlaşdırılması va­si­təsilə İttifaq da­xilində iqtisadi fəallıqların qanunauyğun in­ki­şa­fını, sürətli və ta­raz bir yayılmanı, artan bir sabitliyi, həyat sə­viyyəsinin sü­rətlə yüksəldilməsini və birləşdirdiyi dövlətlər ara­sında daha möh­kəm münasibətlər, qurmaqdır”, şəklində ümu­miləş­dir­miş­dir. Gömrük vergiləri plan­laş­dırıldığı kimi, 1 iyul 1968-ci ildə ləğv edildi; xüsusilə kənd tə­sərrüfatı və ticarət siyasətləri ol­maq­la ortaq əlaqələndirilmiş siyasətlər 20-ci əsrin 60-cı il­lərin so­nunda yerini tutmuşdur. Altıların bu istiqamətdə uğuru Bir­ləş­miş İngiltərə Kral­lığı, Danimarka və İrlandiyanın Birlik üzv­lü­yünə müraciət et­məsinə səbəb oldu. Fran­sanın 1961-ci ildə və 1967-ci ildə 2 dəfə ve­to hüququnu is­tifadə etdiyi çətin dövrdən sonra, bu üç ölkə 1972-ci ildə bu birliyə üzv­lü­yə qəbul edildilər. Üzv dövlətlərin sa­yını altıdan doqquza yük­səldən ilk genişləndirmə ilə birlikdə, bir­lik sosial və re­gional mövzularda üzərinə götürdüyü mə­su­liy­yətlərlə yeni nü­fuz qazandılar. 1973 və 1979-cu illərdəki iki neft böhranı, dünya səviyyəsində pulun qeyri-sabitliyi daha da art­dı. 1979-cu ildə, Av­ropa Maliyyə Siste­mi­nin dövriyyəyə girməsi val­yuta mə­zən­nə­lə­rinin sabitləşməsinə kö­mək etdi. Avropa Bir­liyi 1981-ci ildə Yu­nanıstanın, 1986-cı il­də də İspaniya və Por­tuqaliyanın qatıl­ma­ları ilə cənuba doğru geniş­ləndi. Bu ge­niş­lənmələr, onillik öl­kələrin iqtisadi inki­şaf­ları arasındakı fərq­lilikləri azaltmağa yö­nələn proqramın həyata keçirilməsini zə­ruri etdi. Bu dövrdə Bir­lik, Aralıq dənizinin cənubu ilə Af­ri­ka, Karib və Sakit Okean ölkələri ilə yeni sazişlər imzalayaraq bey­nəlxalq sə­viy­yədə daha mühüm bir rol oynamağa başladı. Afrika, Karib və Sa­kit Okean ölkələri bir-birinin ardınca dörd mü­qavilə (1975, 1979, 1984 və 1989 illərdə) imzalayaraq Av­ro­pa Birliyi ilə əla­qələr qurdular. Bu ölkələr arasında 15 aprel 1994-cü ildə Mə­ra­keş­də imzalanan müqavilə ilə, dünya ti­ca­rə­ti­nin inkişafında yeni bir dövrə ad­dım atıldı. 1 yanvar 1995-ci il­də Avropa İtti­fa­qına üç yeni üzv qatıldı. Avstriya, Finlandiya və İsveç ölkələ­ri­nin potensialı Av­ropa Birliyini zənginləşdirir. Mər­kəzi və Şi­mali Avropada ye­ni im­kanlar, istehsal və istehlak bazarları əl­də edildi.
Avropa İttifaqının 1997-ci ilin dekabrında, Lüksenburq sa­zi­şindən sonra genişlənmə müddəti başlamışdır. Bu müddətdə ilk növ­bədə aşağıda göstərilən on iki ölkə namizəd ölkə statusu al­mışdır: Bolqarıstan, Cənubi Kipr Rum İdarəsi, Çex Res­pub­li­ka­sı, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Ru­mı­niya, Slovakiya, Sloveniya. Avropa Komissiyasının tövsiyəsi ilə 1998-ci ildə müzakirələrə başlamışdır: Kipr, Çex Res­pub­li­ka­sı, Estoniya, Macarıstan, Polşa və Sloveniya, Malta 1996-cı il­də “dondurulmuş” olduğu üzvlük müraciətinə, 1998-ci il­də ye­nidən baxılmışdır. Avropa Şurası 1999-cu il Helsinki Zir­və­sin­də, Avropa Komissiyasının tövsiyələrinə əməl edərək, rəs­mi üzv­lük müraciətinə baxılmasına qərar vermişdir. Mü­za­ki­rələr 15 fevral 2000-ci ildən rəsmən başlanmışdır. 2004-cü il­də, on ye­ni üzv ölkənin Çex Respublikası, Macarıstan, Polşa, Slo­va­ki­ya, Sloveniya, Litva, Latviya, Estoniya, Malta və Kip­rin yunan his­səsinin, Avropa İttifaqına rəsmən qatılması ilə bu in­teq­rasiya qu­rumunun tarixində yeni mərhələ olmuşdur. Avropa İtti­fa­qı­nın əhalisi son genişlənmə ilə birlikdə 454 milyona ça­tmışdı, 10 yeni ölkənin qatılmasıyla Avropa İttifaqının rəsmi dillərinin sa­yı da 17-dən 27-yə yüksəldi. Avropa regionunda inteqrasiya bir­liyinin bu genişlənmə dalğası, Avropa İttifaqının sosial, mə­dəni, iqtisadi vəziyyətini və təşkilati struk­tu­runu da bö­yük ölçüdə dəyişdirdi.
2004-cü ildə isə on yeni ölkə Av­ropa İttifaqına üzv oldular. Bu ölkələr (Kipr, Çex Res­pub­likası, Estoniya, Macarıstan, Lat­vi­ya, Litva, Malta, Polşa, Slo­va­kiya və Sloveniya). 1995-ci il Av­ropa Birliyinə üzvlük mü­ra­ciəti qəbul edilən Bolqarıstan və Ru­mıniya ilə rəsmi mü­za­ki­rələr başlandı və 2007-ci ildə birlik üz­vü oldular. 1987-ci ildə üzvlük müraciəti edən Türkiyə isə, 3 oktyabr 2005-ci ildə müraciət sənədinin qə­bul edilməsilə rəsmən müzakirə prosesinə səbəb olmuşdur. 2004-cü ildə müraciət edən Makedoniya isə, 2005-ci ilin de­kab­rında namizəd ölkə statusu aldı. Albaniya, Serbiya-Çer­no­qo­riya, Bosniya-Hersoqo­vi­na (2007-ci ildə Rumıniya, Bol­qa­rıs­tan) qəbul edilmişdir.
XX əsrin 50-ci illərində Avropa İttifaqı təməlinin hüquqi ba­za­­sı kimi çıxış edən Roma müqaviləsində, birlik qarşısında əsas məqsədlər qoyulmuşdur. İqtisadi inkişaf və iqtisadi əmək­daş­­lığın genişləndirilməsi, daha yüksək həyat şəraitinin yara­dıl­­ması, gələcəkdə siyasi birliyin möhkəmləndirilməsi, gömrük bir­­liyinin yaradılması, üzv dövlətlər arasında məhsulların sər­bəst dövriyyəsi, ticarət üçün yaradılmış kvota və maneələrin ara­­dan qaldırılması, insanların, xidmətlərin və kapitalın azad hə­­rəkəti, kənd təsərrüfatı, nəqliyyat və digər rəqabət sa­hə­lə­rin­də birgə siyasətin yürüdülməsi, milli qanunvericilik sistemlərin bir-birinə uy­ğunlaşdırılınası, birgə xarici ticarət siyasətinin apa­rılması nə­zərdə tutulmuşdur. Bu intqerasiya birliyi inkişaf et­dikcə, üzv döv­lətlərin sayı, fəaliyyət istiqamətləri artdıqca, XX əs­rin sonunda Maastrixt sazişinə görə, Avropa İttifaqının baş­­lıc­a ye­ni məqsədi müəyyənləşir. Vahid Avropa vətən­daş­lı­ğı­nın tət­­biq olunması. Azadlıq, təhlükəsizlik və qanuniliyin tə­min edil­­­mə­si. İqtisadi və sosial yardım proqramlarının hazır­lan­­ma­sı. Av­ropanın dünyada rolunun möhkəmləndirilməsi, va­hid ma­­liy­yə və valyuta məkanın yaradılması olmuşdur.

  1. Avropa İttifaqı regionda təhlükəsizliyin, demokra­tiya­nın təminatını, sülhün qorunması və­zi­fə­lə­rini öz qarşısna qoy­muş­dur. İqtisadi və sosial irəliləməni təmin et­mək üçün birliyin da­xilində ortaq qərar qəbul edən üç İttifaq yer almışdır. 1951-ci il tarixli Paris anlaşması ilə qurulan Avropa Kö­mür və Polad Birliyidir. Daha sonra, 1957-ci il tarixində Roma anlaşması ilə Av­ropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyidir. Av­ro­pa İttifaqının üzv dövlətləri arasında daxili və xarici sər­həd­lər ləğv edilərək, vahid bir iqtisadi bazar, sosial iqtisadi məkan for­ma­laş­dırmışdır. 1992-ci ildə Maastrixtdə imzalanan Avropa İtti­fa­qı Anlaşması ilə, iqtisadi və maliyyə birliyi formalaşaraq, bü­tün sahələrdə hökumətlərarası əməkdaşlığı əhatə edən ümumi Av­ropa sistemi qurulmuşdur. Avropa İttifaqının başqa inteq­ra­siya qurumlardan fərqləndirən ən vacib xüsusiyyət, birliyin bü­növ­rə bazasıdır, onun quruluş strukturudur.

Avropa Parlamenti – üzv dövlətlərin milli parlamentlər fəa­­liyyətini uyğunlaşdıraraq Avropa İttifaqı xalqlarının de­mok­ratik siyasi iradəsini təmsil edir. 1979-cu ildən bu yana va­hid ümumi seçimlə 5 illik iş fəaliyyəti göstərən hüquqi sə­la­hiy­yətlər həyata keçirir. Avropa parlamenti komissiya tərəfindən edi­lən qanun təkliflərini Şuraya da bildirərək (məsləhət qayda­sı­nı, əməkdaşlıq formasını, ortaq-qərar verilmə qaydasını, Par­la­mentin fikir uyğunluğu) qanuniləşdirir. Avropa Parlamenti, həm Avropa İttifaqının büdcəsini təsdiqləyir.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə