Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 0,78 Mb.
səhifə9/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
Drs vsaiti.MP.

Avropa Zirvəsi Avropa İttifaqına ölkələrin dövlət və hö­ku­mət başçılarıyla Avropa Komissiyası sədrlərilə görüşləri və məs­ləhətləşmələri nəzərdə tutur. Qurulmuş olduğu bu struktur qurumu 1974-cü il­dən bəri ildə ən azı iki dəfə bir araya gəlirlər.
Avropa Şurası Üzv ölkələrin Xarici İşlər nazirilərindən iba­­­rət olmaqla birlikdə gündəmdəki məsələlərə görə ələ alı­na­caq möv­zularla əlaqəli nazirlər səviyyəsində təmsilçilərdən təş­kil oluna bilər. Şuranın cəmi doqquz fərqli şöbələr tərkibi var­dır: Ümumi İşlər və Xarici Əlaqələr, İqtisadi və Maliyyə İşləri, Ədalət və Daxili işlər, Xidmətə alma, Sosial Siyasət, Sağlamlıq və İstehlakçı Haqları, Rəqabətlilik, Nəqliyyat, Tele­kom­mu­ni­ka­siya və Ener­ji, Kənd Təsərrüfatı və Balıqçılıq, Təhsil, Gənc­lər və Mə­də­niy­yət üzrə şöbələr mövcuddur.
Avropa Komissiyası Avropa İttifaqı siyasətçilərinin plan­laş­dırıcısı və koordinatorudur. Qanun təklifləri hazırlayır, parlament və şuraya təqdim edir.
Ədalət Divanı və Məhkəməsi Ədalət Divanı 15 hakim və onlara kömək edən 9 qanun keşikçisindən ibarət olur. Bununla yanaşı, 1989-cu ildə 15 hakimdən ibarət olan bir Bi­da­yət Məhkəməsi də qurulmuşdur.
Ali Maliyyə Məhkəməsi Mərkəzi Lüksemburqda yerləşən Ali Maliyyə Məhkəməsi 1975-ci ildə qurulmuşdur. Avropa İttifaqı büdcəsinin qayda və məqsədlərə görə uyğun istifadə edil­mə­si­ni təmin edir.
İqtisadi, Sosial məsləhət Komitəsi – İq­tisadi və Sosial Komitə, fərqli təzyiq qruplarının Avropa İt­ti­fa­qında təmsilinə şərait yaradan məsləhət qurumudur. Komitə Avropa Şurasına, Komissiyaya və Parlamentə məsləhətçilik edir və işləri ilə qurumların daha demokratik formasının olmasını təmin edir.
Bölgələr Komitəsi – Avropa İttiafqı anlaşmasıyla qurul­muş­dur. Yerli və regional məsələləri təmsil edən 317 əsas və 317 ehtiyat üzvü vardır.
Avropa İnvestisiya Bankı – Avropa İttifaqının maliyyə qu­ru­mu olan Avropa İnvestisiya Bankı, 1958-ci ildə Roma An­laş­ma­sı ilə birliyin hədəflərini həyata keçirməsinə kömək etmək, in­vestisiyanı maliyyələşdirmək məqəsədilə qurulmuşdur.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə