I FƏSİL. İnteqrsaiya anlayışı, inetqrasiya
proseslərinin mahiyyəti
İnteqrasiya anlayışı
Beynəlxaq və regional inteqrasiyanın yaranması
İnteqrasiya prosesləri və onun modelləri
1) XXI yüzilin əvvəli inteqrasiya fenomeninin mahiyyətinə, suverən dövlətlərin inkişafına, onun təsirinin öyrənilməsinə son dərəcə artan ictimai və elmi maraqla səciyyələnir. İnteqrasiya proseslərinin dərin təhlilinə, yeni geosiyasi reallıqda başlıca inkişaf istiqamətlərinin seçiminə Avropa, Asiya və Amerika ölkələri ilə dəyişən əlaqələr şəraitində qarşılıqlı münasibətin və əməkdaşlığın optimal formatının müəyyənləşməsinə olan zərurət bu proseslərin elmi əsaslandırılmış konsepsiyasının olmasını tələb edir.
İnteqrasiya proseslərini ən ümumi şəkildə səciyyələndirməyə çalışsaq, deyə bilərik: beynəlxalq inteqrasiya prosesləri son dərəcə çoxşaxəli və rəngarəng məzmunlu fenomendir. Onun konkret mükəmməl ifadəsinin indiyə qədər formalaşmamasının səbəbini məhz prosesin ifadə etdiyi fövqəlmürəkkəb hadisə, faktlar, bəzən bir-birini istisna edən şərhlər və nəzəri mövqelər şərtləndirir. Bu problemin təhlilində müxtəlif mövqe və yanaşma mövcuddur. Dəyərləndirmə və proqnozların ümumi mənzərəsinə qısa nəzər salmaqla müşahidə etmək olar. Onu da qeyd etmək lazımdır ki inteqrasiyanın mürəkkəb məzmununun təhlili bir neçə elmi nəzəriyyənin siyasi, iqtisadi, hüquqi, sosial, mədəni əlaqələrin, araşdırmaların qovuşuğunda kompleks tədqiqat şəklində aparılması vacibdir. İnteqrasıya söz və ideya kimi müstəvidən, real əməkdaşlıq modelinə və inkişaf prosesinə keçid alandan sonra onun mahiyyətinin mürəkkəbliyi dərk edilməyə başlanmışdır. Əksəriyyət bunu sadəcə iki və bir neçə ölkə arasında mübadilə, əməkdaşlıq kimi başa düşür. İnteqrasiya latın dilində “integer”– “bütöv”, – “bütövləşmə” deməkdir. Əslində sözün etimologiyası inteqrasiyanın siyasi proses kimi məzmun və təyinatını daha aydın ifadə edir. “İnteger” sözündən yaranan “inteqratio” sözü də latın dilində “bərpa, tamamlanma” mənasını verir. Dünya tarixində inteqrasiya anlayışının geniş tətbiqindən daha əvvəl inteqrasiya ideyası yaranmışdır. İnsanların birlik, sabitlik, təhlükəsizlik və əməkdaşlıq şəraitində yaşamaq arzuları mütəffəkirlər, siyasətçilər tərəfindən mükəmməl ideya kimi izahını tapmış, nəzəri konsepsiyalarında ifadə olunmuşdur.
İnteqrasiya müasir dünyada ölkələrin əmək bölgüsü, ixtisaslaşma, kooperasiya, əlaqələndirmə, birgə siyasətin aparılması şəraitində uzlaşma və birləşmə prosesidir. Onun ali məqsədi nəticədə əldə olunan imkanlardan iqtisadi artım templərinin davamlılığından əldə olan resurslardan maksimal dərəcədə effektli istifadəni təmin etməkdir. İnteqrasiyanın mühüm cəhəti milli ölkə təsərrüfatlarının beynəlmiləlləşməsi nəticəsində onun dünya iqtisadi sisteminin bir hissəsinə çevrilməsidir. İnteqrasiyanın əlaməti kimi sosial və iqtisadiyyat sahələrində ümumi siyasətin formalaşdırılması və reallaşdırılmasıdır. Beynəlxalq iqtisadi inteqrasiya əsas beş mərhələdən keçir: azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi ittifaq və iqtisadi və valyuta ittifaqı.
İnteqrasiya problemlərinin dünya inkişafının konkret təcrübi reallığı səviyyəsindən dövlətlərin daxili və xarici siyasətindəki dönüş nöqtələrini müəyyən edən həyati vacib məsələ kimi nəzəri təhlil səviyyəsinə qədər yüksəlməsi son dövrdə aşkar müşahidə olunan proseslərdən birinə çevrilmişdir. Bu baxımdan qeyd etmək lazımdır ki, inteqrasiya məsələlərinin, bu günün inkişafının mövcud yeni reallıqları və perspektivləri işığında təhlil son dərəcə aktuallıq kəsb edir.
Ölkələrin inteqrasiya proseslərinə qoşulmaq istəkləri, beynəlxalq, regional birliklərin yaranma səbəbləri ilk növbədə birlikdə milli dövlətlərin sosial-iqtisadi inkişafını təmin etmək, istehsal, istehlak xammal bazarlarını genişləndirmək, yaranan vahid məkanda yaranacaq enerji ehtiyatlarından, maliyyə-investisiya imkanlarından, yeni müasir informasiya, kommunikasiya texnologiyalarından istifadə etmək kimi əsaslarıdır. İnteqrasiya qurumlarında əməkdaşlıq edən ölkələrin əsas məqsədləri beynəlxalq əmək bölgüsünün üstünlüklərindən, qarşılıqlı ticarət əlaqələrindən, ixtisaslaşma və kooperasiyalaşma imkanlarından istifadə edilməsi və bunun nəticəsində milli dövlətlərin maraqlarının ümumi inteqrasiya məkanı çərçivəsində həll olunmasıdır.
Məhsuldar qüvvələrin, sosial faktorların inkişafı, beynəlxalq əmək bölgüsü, təsərrüfat həyatının beynəlmiləlləşməsi müasir inteqrasiya proseslərini sürətləndirir.
Dünya iqtisadiyyatının beynəlmiləlləşməməsi, maliyyə mərkəzlərinin təsiri transmilli korporasiyaların fəaliyyəti şəraitində milli dövlətlərin təsərrüfat, iqtisadi, ticari, sosial həyatının xarici faktorlardan, amillərdən asılılığı artır və bu ölkələrin birləşmə meyllərini, səylərini çoxaldır. Xarici ticarət dövriyyəsinin, həmçinin investisiya yatırımlarının genişlənməsi, informasiya- kommunikasiya texnologiyalarının, infrastruktur, beynəlxalq layihələrin yayılması, yeni təcrübə mübadiləsinə, müasir biliklərə tələbatı artırır. Məsələlərin, problemlərin birgə həllərini zəruri edir, inteqrasiya qurumlarının yaranmasına əsas yaradır. İnteqrasiya proseslərinin və regional səviyyədə siyasətin əlaqələndirilməsi vacib şərtlərdən biridir.
2) Beynəlxalq İqtisadi İnteqrasiya XX əsrin ortalarında yaranmış çoxşaxəli və çox zəngin fenomendir. XX əsrin ikinci yarısından sonra elmi-texniki tərəqqinin (ETT) və informasiya və kommunikasya texnologiyalarının təsiri ilə dünya ölkələrinin bir-birindən asılılığı yeni keyfiyyət əldə etdi. Ardıcıl olaraq dünyada əsasən regional və subregional səviyyədə tədricən ölkələrarası qarşılıqlı əlaqələr formalaşırdı.
Dünya iqtisadiyyatının qloballaşması və beynəlmiləlləşməsi inteqrasiya proseslərini əhəmiyyətli şəkildə gücləndirdi. Bİİ – nin inkişaf amillərini təmin etməyə imkan verən obyektiv vasitəsidir və beynəlxalq əmək bölgüsünün dərinləşməsi, beynəlmiləlləşməsi və qloballaşması prosesidir. Beynəlmiləl dünya iqtisadiyyatı şərtləri hər milli iqtisadiyyatın xarici faktorlardan asılılığını nəzərəçarpacaq dərəcədə artırır. Bu, dünya mal dövriyyəsinin həcmi ilə təsdiqlənir. Xarici ticarət ölçüsünün əhəmiyyətlərindən savayı, ölkələr üçün xarici kapitalın axını da önəmlidir. Məsələn, işçi qüvvəsi, texnologiya, məlumat və bilik, müasir təcrübə və s.
Milli iqtisadiyyatları qloballaşmanın çağırışından qorumaq məqsədi ilə təkcə inkişaf etməkdə olan ölkələr deyil, hətta inkişaf etmiş dövlətlər də inteqrasiya bloku yaratmağa və ya onlara qoşulmağa can atırlar. Hazırda dünyada 40-dan çox inteqrasiya bloku var və onların sayı artmaqdadır.
Beləliklə, beynəlxalq iqtisadi inteqrasiyanın vacibliyi iri sistem əmələ gətirən faktorlarla aydınlaşdırılmışdır.
Ölkələrin biri-birindən asılılığının obyektiv tənzimlənməsi və yüksəldilməsi, beynəlmiləlləşmənin və əmək bölgüsünün nizamlanması.
Dünya iqtisadiyyatının qloballaşması və qlobal rəqabətləşməsi.
Elmi-texniki tərəqqi və onun müasir forması – informasiya və texnologiya inqilabı.
Dünya iqtisadiyyatının liberallaşma prosesi və milli sosial, təsərrüfat, mədəni həyat sahələrinin aşkarlıq dərəcəsinin yüksəlməsi.
Milli dövlətlərin ictimai maraqlı ölkələr sırasından təhlükəsizliyə baxış nöqtəsi.
Geosiyasi maraqların üst-üstə düşməsini zəruri edir.
İnteqrasiya sözünün siyasi lüğətdə mənası ayrı-ayrı elementlərin hissələrinin bütöv bir yerdə birləşdirilməsidir. İqtisadi baxışdan inteqrasiya bu proseslərin qarşılıqlı uyğunlaşması və müxtəlif ölkələrin vahid iqtisadi sistemdə birləşdirilməsi prosesidir. Öz mahiyyətinə görə beynəlxalq inteqrasiyanın iqtisadi həyatda beynəlmiləlləşmənin ən yüksək səviyyəsidir.
Beynəlxalq və regional inteqrasiyanın obyektləri – əmtəə və xidmətlər, maddi-maliyyə əmək resursları, elmi-texniki əməkdaşlıqda, istehsalda, hasilatda, emalda mübadilə münasibətləri.
Beynəlxalq və regional inteqrasiya subyektləri – beynəlxalq istehsalı və elmi-texniki əməkdaşlığı və mübadiləni həyata keçirən tərəflər: dövlətlər, təşkilatlar, iri şirkətlər və s. Milli iqtisadiyyatın müxtəlif formalarında çalışan və xarici tərəfdaşlarla (blok çərçivəsində) qarşılıqlı iqtisadi əlaqə yaradan transmilli şirkətlər, müəssisələr, beynəlxalq və regional inteqrasiyanın subyekti olaraq həmçinin blok çərçivəsində inteqrasiya edən dövlətlər də fəaliyyət göstərir. Beynəlxalq regional inteqrasiya mexanizmi – iqtisadi formaların yeni metodların sistemi, birgə tədbirlərin və institutların təşkili, beynəlxalq regional inteqrasiyanı təmin edir, beynəlxalq və regional şəkildə həyata keçirilir. Bu fövqəlmilli orqanların yaradılmasını və fəaliyyət göstərməsini və öz milli dövlətlərinin bəzi səlahiyyətlərinin üst qurumlara ötürülməsini nəzərdə tutur.
3) Ölkələrarası əlaqələrin tarixi çox qədimlərə, industrial inkişafa qədərki dövrlərə gedib çıxır. İnteqrasiya prosesləri öz başlanğıcını XX əsrin ikinci yarısından bəşər inkişafının yeni siyasi, iqtisadi, sosial reallığa qədəm qoyması ilə başlamışdır. Bu mənada inteqrasiya "klassik", "ənənəvi" başa düşülən anlamdan fərqli, "postindustrial" adlanan mərhələnin ilk beynəlxalq əhəmiyyətli nəhəng strukturlarının təşəkkülünü ifadə edir, müasir dövrün başlıca inkişaf meyli kimi çıxış edir. Dünyanın gələcək inkişaf perspektivləri məhz bu proseslərdən asılıdır.
Mövcud olan modellər tipoloji baxımdan: regional inteqrasiya məqsədlərini daşıyan birliklər, azad zonalar, vahid bazarlar, iqtisadi ittifaqlar beynəlxalq koordinasiya tipli qurumlar fövqəlmilli hökumət təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları kimi fərqlənir.
Strukturuna görə təsnifləşdirildikdə inteqrasiya modellərinin özünəməxsusluğu ilə yanaşı, hər hansı təməl faktorlar üzərində qurulduğu, mövcud olan problemlərin həllində hansı üstünlüklərə və məqsədlərə malik olduğu aşkara çıxır.
Siyasi-iqtisadi (sosial aspektlər də nəzərə alınmaqla) inteqrasiya modelləri: Avropa Birliyi, Latın Amerikası And Qrupu, Karib "Ümumi Bazarı", ASEAN Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası, Müstəqil Dövlətlər Birliyi və s.
İqtisadi ticarət əməkdaşlığına yönümlü modellər: Avropa Azad Ticarət Assosiasiyası, Şimali Amerika NAFTA İnteqrasiyası birliyi (ABŞ, Kanada, Meksika), Fars körfəzi Ərəb Ölkələri Neft İxracı Təşkilatı (OAPEK). Neft ixrac edən ölkələr OPEK və s. Beynəlxalq qeyri-hökumət iqtisadi inteqrasiya təşkilatları: Tariflər və Ticarət üzrə Baş Saziş, İqtisadi Əməkdaşlıq və Ticarət təşkilatları BMT-nin Ticarət üzrə konfransı, Siyasi ittifaq və təhlükəsizlik hərbi inteqrasiya blok-modelləri: Avropa Şurası, ATƏT, Afrika Birliyi Təşkilatı, NATO və s.
İnteqrasiyanın yeni, keyfiyyət xüsusiyyətlərinin əks etdirməsi baxımından siyasi, sosial, iqtisadi modelləri daha optimal forma hesab olunur. Modellərin inkişafı gedişində problemlərin üzə çıxmasını bir çox səbəblərlə bağlıdır. Hər şeydən əvvəl, reallığın dəyişməsi, hər bir mərhələnin öz spesifik qanunauyğunluq və onun tələblərinə malik olması ilə şərtlənir. Digər tərəfdən, dəyişən yalnız reallıq deyil, həm də inteqrasiyanın subyektləri, onların münasibətləri, yeni tərəfdaş və müttəfiqlərin, prioritetlərin, məkanların ortaya çıxmasıdır.
Ümumiyyətlə belə qənaətə gəlmək olar ki, ölkələrin yaxın-laşma, birləşmə tendensiyaları ilk növbədə dünya təsərrüfatının qloballaşması və beynəlmiləlləşməsi prosesləri nəticəsində baş verir. Qloballaşmanın neqativ nəticələrindən, iqtisadi təsirlərdən uzaqlaşması üçün dövlətləri vahid inteqrasiya məkanında sərfəli sosial iqtisadi imkanlar əldə etmək və inkişafı üçün əlaqələndirilmiş siyasətin aparılmasına məcbur edir.
Dostları ilə paylaş: |