Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə37/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   ...   29   30   31   32   33   34   35   36   37

 
144 

 
istehlakçıların  rəğbəti  və  sədaqətliliyinin  qazanıl-
ması; 

 
bazarın əksər payının əldə edilməsi

 
məhsuldarlığın artırılması. 
Müəssisənin ilkin, yəni start mövqeyinə uyğun olaraq 
rəqabət mübarizəsinin baza strategiyaları sırasına daxildir: 

 
xərclər üzrə liderlik; 

 
differensasiya; 

 
fokuslaşdırma. 
«Xərclər  üzrə  liderlik»  strategiyası.  Əmtəənin  rə-
qabət  qabiliyyətli  keyfiyyətini  saxlamaq  şərti  ilə  istehsal 
xərclərinin azaldılmasının bir neçə üsulu vardır. Onlardan 
ən  əsası  miqyasın  böyüməsinin  müsbət  effektinin  fəaliy-
yəti  və  təcrübə  əyrisinin  işləməsidir.  Həmin  effektlərin 
fəaliyyəti onda öz əksini tapır ki, istehsalın həcmi artdıqca 
məhsul  vahidinə  düşən  xərclər  azalır.  Bu  firmaya  imkan 
verir  ki, bazar  payını  artırsın və  ya  yeni bazarlara  çıxsın. 
Lakin unutmaq lazım deyil ki, əgər iki və daha çox firma 
bazar paylarını artırmaq üçün maya dəyərini aşağı salma-
ğa  çalışırsa,  son  nəticədə  bu  qiymət  müharibəsinə  gətirib 
çıxarar  və  yekunda  hamı  uduzmuş  olar.  Qiymət  müha-
ribəsinin  mahiyyəti  ondan  ibarətdir  ki,  bir  firma  qiyməti 
endirdikdə başqa firma da cavabında öz əmtəə və xidmət-
lərinə qiyməti aşağı salır və bu proses bir neçə dəfə davam 
etsə də hər bir firmanın bazar payı dəyişməz olaraq qalır, 
nəticədə qiymətin endirilməsi hesabına onlar mənfəətlərini 
itirmiş olurlar. 
Qeyd edək ki, istehsalın məcmui məsrəfləri daimi və 
dəyişən xərclərdən ibarət olur. Məhsul vahidinə düşən də-


 
145 
yişən  xərclər  əvvəl,  yəni  istehsalın  həcmi  artdıqca,  aşağı 
düşür,  sonralar  isə  artır,  lakin  daimi  məsrəflər  isə  hər  bir 
məhsul vahidinə görə yalnız azalmağa meyl edir. Deməli, 
yalnız daimi xərclər hesabına (icarə haqqlarına, idarəetmə 
heyətinin  əmək  haqqının  dəyişməməsi  –  artırılmaması, 
kredit  faizlərinin  sabit  qalması  və  s.)  maya  dəyərinin  en-
dirilməsinə nail olmaq mümkündür. 
«Differensasiya»  strategiyası.  Həmin  strategiyanın 
mahiyyəti  ondan  ibarətdir  ki,  istehsalçı  firmalar  alıcılar 
üçün əhəmiyyət kəsb edən amillər üzrə öz əmtəə təklifləri-
nin  fərqləndirici  cəhətlərini  formalaşdırmalıdırlar.  Həmin 
strategiyanı  həyata  keçirdikdə  firmalar  öz  məhsullarına 
daha yüksək qiymət təyin edə bilər. 
«Fokuslaşdırma» strategiyası.  Bu strategiyadan  is-
tifadə edən firmalar bir və daha çox seqmenti seçərək, rə-
qiblərə nisbətən orada alıcılara daha  yaxşı məhsul və xid-
mətlər  təklif  edirlər.  Həmin  strategiyadan  nəinki  məsrəf-
ləri  aşağı  salan  firmalar,  eləcə  də  nadir  əmtəə  təklifləri 
olan firmalar  da  istifadə  edə  bilərlər  (əgər  müvafiq bazar 
seqmentləri vardırsa). 
Yuxarıda  qeyd  edilən  strategiyalarla  yanaşı  rəqabət 
mübarizəsində geniş istifadə edilən innovasiyalar və təqlid 
strategiyaları da mövcuddur. 
İnnovasiyalar  strategiyasında  firmanın  özü  elmi 
texniki yenilikləri axtarıb tapır və öz fəaliyyətində innova-
siyalardan  istifadə  edirlər  ki,  sonralar  yüksək  mənfəətli 
seqmentdə öz yeni yaranmış məhsullarını satsın. Bu halda 
firma  öz  strategiyasının  müvəffəqiyyətini  təmin  etmək 
üçün elmi – texniki yeniliklərini müvafiq patent və lisenzi-


 
146 
yalarla qorumalıdır. 
Təqlid strategiyası müəyyən dərəcədə innovasiyalar 
strategiyası ilə əlaqədardır ki, çünki bu strategiya rəqiblə-
rin elmi – texniki yeniliklərini necə var götürüb özününkü 
kimi  istehsala  tətbiqinə  söykənir.  Bu  halda  təqlidçi  firma 
pul vəsaitinə və vaxtına qənaət edir, lakin yüksək mənfəət 
əldə  edə  bilmir,  çünki    o  innavasiya  yaradan  yox,  yalnız 
davamçı  –  təqlidçi  kimi  çıxış  edir.  Həmin  strategiyadan 
müstəqil,  eləcə  də  baza  strategiyaları  ilə  birlikdə  istifadə 
etmək olar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
147 
NƏTİCƏ VƏ TƏKLİFLƏR 
 
1)  Bazarın  təşkilat  quruluşunu  nəzərdən  keçirdikdə 
pulların  müəyyən  əmtəələrə  mübadilə  prosesində  iştirak 
edən  istehsalçıların  (satıcıların)  və  istehlakçıların  (alıcıla-
rın) sayları aparıcı əhəmiyyət kəsb edir. Məhz istehsalçıla-
rın  və   istehlakçıların  sayları,   onların   arasında  yara-
nan münasibətlərin xarakterləri, formaları və  strukturu tə-
ləb  və  təklifin  qarşılıqlı  fəaliyyətlərini,  yəni  rəqabəti, 
müəyyən edirlər. 
2)  Bazar  münasibətlərinin  mahiyyətini  özündə  cəm-
ləşdirən  və  əks  etdirən  -  təzahür  edən  rəqabət  məna  və 
məcmunca başlıca terminoloji açardır. Bu günkö Azərbay-
can Respublikasında bazar münasibətlərinin inkişaf etdiyi, 
formalaşdırıldığı və bərqarar olduğu bir  zamanda rəqabət  
problemi  daha  aktual  olaraq əhəmiyyət kəsb edir. 
3) Rəqabət - bütün bazar iqtisadiyyatı və təsərrüfatçı-
lığı  sisteminin  ağırlıq  mərkəzidir,  bazarda  qiymətləri  və 
məhsul təkliflərinin həcmlərini təyin etmək uğrunda isteh-
salçılar, eləcədə digər bazar subyektləri arasmda qarşılıqlı 
münasibətlər növüdür. Başqa sözlə, rəqabət,  istehsalçılar, 
eləcə də istehlakçılar (alıcılar) arasındada bazarda qiymət-
lərin  və  tələbin  həcmini  formalaşdırmaq  zəminində  yara-
nan  münasibətlər  formasıdır,  həmçinin  bazar  subyektləri 
arasında mənfəətin və bazarların bölüşdürülməsi və təkra-
rən bölüşdürülməsi sisteminin sivil tənzimlənməsi və idarə 
edilməsi təcrübəsidir. 
İnsani  rəqabət  mübarizəsinə  şövq  edən  əsas  maraq 
başqalarını  qabaqlamaq,  onlardan  üstün  olmaq  həvəsidir. 


 
148 
Bazar  subyektləri  arasında  gedən  rəqabət  yarışmasının 
əsas qayəsi şövdələşmələrin aparılması nəticəsində işgüzar 
müqavilələrin  bağlanması  və  bazar  sahəsindəki  payların 
bölünməsindən  ibarətdir.    Rəqabət  mübarizəsinə  gəldikdə 
o, sürətlə gedən daima artırmaqda olan dinamik prosesdir.  
O, bazarın əmtəə və xidmətlərlə daha yaxşı təmin edilməsi 
uğrunda gedən prosesin tənzimləyici və katalizatorudur. 
4)
 
Rəqabət bazar iqtisadiyyatının hərəkətverici qüv-
vəsidir  -  mühərrikidir.  Məhz  bu  yönüm  rəqabətin  əmək 
məhsuldarlığının  və istehsal edilən  məhsulun  keyfıyyətini 
yüksəldən  amil  kimi  iqtisadi  mahiyyətini  açıqlayır.  Rəqa-
bət istehsalçıları alıcılara lazım olan məhsulları istehsal et-
məyə,  yenisini  işləyərək  eyni  zamanda  öz  iqtisadi  və  so-
sial  problemlərini  həll  etməyə,  düşünməyə  və  daha  inten-
siv işləməyə, sövq edir. 
5)  Azərbaycan  Respublikasında  istehlakçılar  ara-
sında  rəqabət  iqtisadiyyatı  sağlamlaşdırmağa  və  iqtisadi 
artıma  nail  olmağa  həvəsləndirmək  üçün  əvəz  olunmaz 
əhəmiyyət kəsb edir. 
6) Tam əminliklə təsdiq etmək olar ki, rəqabət bazar 
iqtisadiyyatının normal fəaliyyət göstərməsi üçün ən zəru-
ri  və  əsas  müəyyənedici  şərtdir.  Məhz  rəqabət  innovasiya 
proseslərinin fəallaşmasına, tələbə, məhsulun yüksək key-
fiyyətinə,  yüksək  əmək  məhsuldarlığına,  minimal  tədavül 
xərclərinə və s. çevik  uyğunlaşmağa təkan verir. Bununla 
yanaşı  rəqabət  əməyin  kəmiyyəti  və  keyfiyyətindən  asılı 
olaraq  əmək  haqqı  prinsiplərinin  reallaşmasına  və  iqtisa-
diyyatın,  eyni  zamanda  rəqabətin  özünün  müəyyən  yollar 
və vasitələrlə tənzimlənməsi üçün xüsusi imkanlar yaradır. 


 
149 
7) Rəqabətin neqativ tərəfini də unutmaq lazım deyil, 
çünki  çoxları  yüksək  mənfəət  və  yüksək  yaşayış  səviyyəsi 
uğrunda  yürüşdə,  vəziyyətdən  çıxış  yolunu  görmədikdə 
çirkin  üsullara  əl  ətmaqda,  təbii  resursları  həddindən  artıq 
istismar edir, ekologiyanın pozulmasına səbəb olurlar. 
8) Müasir Azərbaycan Respublikasında bazar müna-
sibətləri  ilə  sahibkkarlıq  fəaliyyətinin  inkişaf  etdirilməsi 
inkişaf  etmiş  ölkələrin  bu  sahədəki  qabaqcıl  təcrübələri 
öyrənilməlidir, çünki həmin ölkələrdə rəqabət mübarizəsi-
nin öz dəqiq hüdudları və hədləri vardır ki, onları pozanlar 
qanun əsasında cəzalandırırlılar. Baxmayaraq ki, bizim ba-
zarda yerli istehsalçıların sayı məhduddur və onların həyat 
uğrunda  gedən  sərt  rəqabət  mübarizəsinə  ciddi  sədlər  qo-
yulur,  buna  görə  də  onlar  özlərinin  marketinq  xidmətləri-
nin, atdıqları addımları və etdikləri hərəkətləri mütləq təh-
lil  etməli  və  ölçüb-biçməlidirlər.  Bu  ondan  ötrü  gərəkdir 
ki, inkişaf etmiş dövlətlərin nəinki  şirkətləri, eləcə də di-
gər qurumları, öhdəlikləri bizim iqtisadi və siyasi durumu-
muzu fasiləsiz olaraq öyrənmişlər və bütün iqtisadi inkişaf 
parametrləri üzrə  gedən rəqabət mübarizəsində öz  qabaq-
cıl mövqelərini qoruyub saxlaya bilmişlər. 
 
9)  XX  əsrdə  bütün  dünya  baş  gicəlləndirici  sürətlə 
dəyişirdi. Lakin bu əsrin hələ əvvələrində  yaranmış və öz 
marketinq xidmətlərini düzgün qurmuş iri şirkətlər və kor-
parasiyalar  dəyişən  ətraf  mühitə  uyğunlaşaraq  daima  rə-
qabət  mübarizəsi  aparmışlar  və  indidə  onlar  əksər  inkişaf 
etmiş  ölkələrin  möhkəm  iqtisadi  özəkləri  klmi  qalmaq-
dadırlar.  
10)  Bu  gün  bizim  dövlətin  və  onun  ərazisində 


 
150 
fəaliyyət  göstərən  hər  bir  sahibkarın  məqsədi  mərhələ-
mərhələ  sağlam  rəqabət  mühiti  yaratmaq  olmalıdır,  çünki 
rəqabət  iqtisadiyyatda  dinamizmə  təkan  verən  başlıca  va-
sitədir  və  rəqabət  şəraitində  fəaliyyət  göstərmək,  daim 
mövcud  olmaq  üçün  rəqabət  mübarizsinə  qoşulmaq  im-
kanlarına əl atmaq, o haqda düşünmək vacibdir. 
Rəqabət şəraitində fəaliyyət göstərmək yeni texnolo-
giya,  yeni məhsul istehsalı, az xərclə müasir istehlakçının 
tələbini ödəmək deməkdir. 
 
 
 
 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
151 
ƏDƏBİYYAT SİYAHISI 
 
1.
 
«Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Res-
publikasının qanunu, 4 mart, 1993, №526. 
2.
 
«Müəssisələr  haqqında»  Azərbaycan  Respublikası-
nın qanunu, 1 iyul 1994, №847. 
3.
 
«Mülkiyyət  haqqında»  Azərbaycan  Respublika-
sının qanunu, 9 noyabr 1991, №256-XII. 
4.
 
«Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Res-
publikasının qanunu, 15 dekabr 1992, № 405. 
5.
 
Azərbaycanın  Statistik  Göstəriciləri  2010.-  Bakı, 
«Səda» nəşriyyatı 2010. 
6.
 
Azərbaycan rəqəmlərdə 2012
7.
 
Aşurov A.S. Marketinqin kommunikasiya sistemi / 
Dərs vəsaiti. Bakı, «İqtisad Universiteti»,2008. 
8.
 
Академия  рынка:  маркетинг.  Пер.  с  фран.  М. 
Экономика, 1993. 
9.
 
Tağıyev  A.H.,  İsayeva  B.B.,  Əbdilov  İ.B.  Bazar 
iqtisadiyyatı  haqqında  /  Mühazirələr  toplusu  /.-B., 
Oğuz eli,1993. 
10.
 
Азоев  Г.Л.  Конкуренция:  анализ,  стратегия  и 
практика. – М.  Центр экономики и маркетинга. 
1996. 
11.
 
Бусыгин  А.В.  Предпринимательство.  Основной 
курс: учебник для вузов. М. ИНФРА, 1997. 
12.
 
Биржевая  деятельность.  Учебник.  Под  ред. 
проф.  А.  Г.  Грязновой,  проф.  Р.  В.  Корнеевой, 
проф.В.А.Галанова.  –  М.:  Финансы  и  статис-
тика, 1996 


 
152 
13.
 
Борисов  Е.Ф.,  Петров  А.А.,  Стреликов  Ф.Ф. 
Экономика.  справочник:  -  М.  Финансы  и  ста-
тистика, 1997. 
14.
 
Данько 
Т.П., 
Окрут 
З.М. 
Свободные 
экономические  зоны  в  мировом  хозяйстве. 
Учебное 
пособие 
(Рос. 
экон. 
академия 
им.Г.В.Плеханова). – М. ИНФРА, 1998. 
15.
 
Дегтярева  О.И.,  Кандинская  О.А.  Биржевое 
дело.  Учебник  для  вузов.  –  М.  Банки  и  биржи, 
ЮНИТИ, 1997. 
16.
 
Дойль  П.  –  Менеджмент:  стратегия  и  тактика/ 
Пер.  с  англ.  под  ред.  Ю.Н.  Кантуревского  – 
СПБ: Издательство «Питер» 1999  
17.
 
Эванс  Дж.,  Берман  Б.  Маркетинг.  Сокр.  Пер.  с 
анг. М. Экономика, 1990. 
18.
 
Эклунд  К.  Эффективная  экономика.  Шведская 
модель. М.: Экономика, 1991. 
19.
 
Feyzullabəyli  İ.Ə.,  Bayramov  Ə.İ.,  Əlizadə  A.Ş., 
Orucov  Ş.O.  Tələb,  tələbat,  bazar  və  marketinq 
Azərnəşrin qrifi ilə çap olunub, 1998. 
20.
 
Feyzullabəyli  İ.Ə.,  İsrafilov  N.A.  və  b.  Ticarət 
iqtisadiyyatı  və  nəzəri  məsələləri  (1  hissə),  Bakı-
2002 
21.
 
Голубков  Е.П.,  Голубкова  Е.Н.,  Секерин  В.Д. 
Маркетинг:  Выбор  лучшего  решения.  М. 
Экономика, 1993.  
22.
 
Галанов В.А., Басов А.И., Афанасьев Е.В. и др. 
Биржевое дело. Учебник (под ред.В.А.Галанова, 
А.И.Басова). – М. Финансы и статистика, 1998. 
23.
 
Heyq  Pol,  Heyq  Nik,  Mordan  Kerol  Enn. 
Marketinq  tədqiqatları  praktikada:  bazarın  öyrənil-


 
153 
məsinin  əsas  metodları  /  Rus  dilindən  tərcümə. 
Bakı, «İqtisad Universiteti» nəşriyyatı, 2008. 
24.
 
İqtisadi  nəzəriyyə.  Dərslik  prof.T.C.Vəliyevin, 
prof.Ə.P.Babayevin  və  prof.  M.X.Meybullayevin 
redaktəsi ilə – B.1999. 
25.
 
İmanov  T.İ.,  Quliyev  E.N.  Marketinqin  əsasları. 
Bakı, «Təhsil» NPM, 2003 
26.
 
Кибитова Е.В. Лизинг: правовое регулирование, 
практика. – М., ИНФРА, 1996.  
27.
 
Котлер  Ф.,  Армстронг  Г.,  Сондерс  Д.,  Вонг  В. 
Основы маркетинга: перевод с англ. – 2-е европ. 
изд. – М., СПб., К., «Вильямс», 1999. 
28.
 
Кругман  П.Р.,  Обстфельд  М.  Международная 
экономика.  Теория  и  политика:  Учебник  для 
вузов  (пер.  с  анг.  под  ред.  В.П.Колосова, 
М.В.Кулакова)  –  М,  Экономический  факультет 
МГУ, ЮНИТИ, 1997. 
29.
 
Manafov  Q.N.  Sahibkarlıq  nəzəriyyəsi  /    Dərs 
vəsaiti. Bakı, «İqtisad Universiteti», 2011. 
30.
 
Məmmədov  A.T.  Marketinqin  əsasları.  Bakı, 
«İqtisad Universitetinin nəşriyyatı», 2007. 
31.
 
Məmmədov  X.,  Mirzəyev  S.  Marketinqin  əsasları, 
Bakı, «Nurlan», 2003 
32.
 
Музыкант В.Л. Теория и практика современной 
рекламы.  Часть  II.  Монография.  –  М., 
Евразийский регион, 1998. 
33.
 
Муравьев  А.И.  Малый  бизнес.  Санкт-Петер-
бург. Бизнес пресса, 1999. 
34.
 
Макконелл  К.Р.,  Брю  С.Л.  Экономикс:  прин-
ципы,  проблемы  и  политика.  В  2  т,  пер.  с  анг. 
11-го изд. Т 1, 2 – М., Республика, 1992. 


 
154 
35.
 
Международная  торговля:  финансовые  опе-
рации, страхование и другие услуги. Пер. с анг. 
– К., Торгово-издательское  бюро  ВНИ, 1994. 
36.
 
Моисеева  Н.К.,  Рюмин  М.Ю.,  Сушаенко  М.В., 
Будник  А.В.  Брендинг  в  управлении  марке-
тинговой  активностью  /  Под  ред.  Проф.  Н.К. 
Моисеевой. -М., Омега-Л, 2003. 
37.
 
Налоги  (под  ред.  Черник  Д.Г.)  Учеб.пос.  М., 
Финансы и статистика, 1998. 
38.
 
Неруш Ю.М. Логистика. Учебник для вузов, 2-е 
изд. М., ЮНИТИ – ДАНА, 2000. 
39.
 
Основы таможенного дела. (под ред. Драганова 
В.Г.) М., Экономика, 1998. 
40.
 
Панкратов  Ф.Г.,  Баженов  Ю.К.,  Серегина  Т.К., 
Шакурин  В.Г.  Рекламная  деятельность.  Учеб-
ник  для  студентов  высших  учебных  заведений. 
– 2-е изд. Перераб. и доп. – М., Информ внедр. 
центр «Маркетинг», 1999. 
41.
 
Портер, Майкл Э. Конкуренция. Пер. с анг. Уч. 
пос. – М., Издательский доя «Вильямс», 2000. 
42.
 
Рыночная  экономика.  Учебник  в  3-х  томах.  – 
М., СОМИНТЕК, 1992. 
43.
 
Росситер Дж.Р., Перси Л. Реклама и продвиже-
ние  товаров.  пер.  с  анг.  (под  ред.  Л.А.Волко-
вой)– СПб, Питер, 2001. 
44.
 
Синецкий  Б.И.  Основы  коммерческой  деятель-
ности, Учебник, - М. Юность, 1998. 
45.
 
Справочник  по  маркетингу  под  редакцией 
Э.А.Уткина,  М.,  Ассоциация  авторов  и  изда-
телей «Тандем» Издательство «Экмос», 1998. 


 
155 
46.
 
Сэндидж  Ч.Г.,  Фрайбургер  В.,  Ротцолл  К. 
Реклама:  теория  и  практика.  Пер.  с  анг. 
(общ.ред.  и  вступ.  ст.  Е.М.Пеньковой).  –  М., 
Прогресс, 1989. 
47.
 
Xanmuradov Y.M. İngilis - Azərbaycan Maliyyə və 
İqtisadi  terminlər  lüğəti.  28000  söz  və  ifadə.  B, 
Şuşa, 2000. 
48.
 
Xeyirxəbərov İ.M. Marketinq  tədqiqatları: marke-
tinq  informasiyaları  və  informasiya  sistemi.  Meto-
dik  vəsait.  Bakı,  «İqtisad  Universiteti»  nəşriyyatı, 
2008. 
49.
 
Xoskinq  A.Sahibkarlıq  kursu.  Praktik  vəsait.  Rus 
nəşrindən  tərcümə,  i.e.n.,  dos.  3.M.Məmmədova, 
i.e.d.,  prof.A.F.Musayev,  i.e.n.,  dos.  T.Q.Cavadov. 
B, Biznes Universiteti, 2000. 
50.
 
Шмелен  Г.  Основы  и  проблемы  экономики 
предприятия.  М., Финансы и статистика, 1996. 
51.
 
Уткин Э.А. Маркетинг. М., Ассоциация авторов 
и  издателей  «Тандем»,  издательство  ЭКМОС, 
1999 
52.
 
Уткин  Э.А.,  Кочеткова  А.И.  Рекламное  дело. 
М.,  Ассосиация  авторов и  издателей  «Тандем». 
Издательство, ЭКМОС, 1999. 
53.
 
Уэлс  У,  Бернет  Дж.,  Мориарти  С.  Реклама: 
принципы  и  практика.  Пер.  с  анг.  –  СПб. 
Издательство «Питер», 1999. 
 
 
 
 
 


 
156 
MÜNDƏRİCAT 
Giriş...............................................................................  
I FƏSİL.  Rəqabət  və  rəqabət  mübarizəsinin  ma-
hiyyəti  və təsnifləşdirilməsi....................... 

1.1.  Bazar  iqtisadiyyatı  şəraitində  rəqabətin  və 
rəqabət mübarizəsinin iqtisadi mahiyyəti və 
məzmunu......................................................  
1.2.  Rəqabətin və rəqabət mübarizəsinin müxtə-
lif səviyyələri və əhatə dairələri...................  19 
1.3.  Dəyişən bazar iqtisadiyyatı şəraitində rəqa-
bətin əsas formaları və metodları.................  29 
II FƏSİL.  Rəqabət  və  rəqabət  mübarizəsinin  mar-
ketinq tədqiqatları......................................  38 
2.1.  Rəqiblər və onların rəqabət mübarizələrinin 
marketinq araşdırmaları sistemi....................  38 
2.2. 
Əmtəənin rəqabət qabiliyyətliyinin elmi 
şərhi..............................................................  53 
2.3.  Şirkətlərin  və  ölkələrin  rəqabət  qabiliyyət-
likləri və onların qiymətləndirilməsi............  64 
2.4.  Marketinq kommunikasiyaları və rəqabət....  78 
2.5.  Müasir dövrdə kəskin dəyişən rəqabət şə-
raitində SWOT-təhlil – müəssisələrin rəqa-
bətə dözümlülüyünün  artırılmasının əsası 
kimi...............................................................  95 
III FƏSİL.  Əmtəələrin  rəqabət  qabiliyyətliklərinin 
tədqiqinin praktiki məsələləri...................  107 
3.1.  Məhsulların keyfiyyətinə və rəqabət qabı-
liyyətliyinə dair ayrı-ayrı anlayışların 
mahiyyəti və məzmunu.................................  107 
3.2.  Keyfiyyətin texniki-iqtisadi göstəriciləri və 
onların təsnifatı............................................. 
 
112 


 
157 
3.3.  Məhsulun  keyfiyyət  səviyyəsi  və  rəqabət 
qabiliyyətliyinin  qiymətləndirilməsi  me-
todları............................................................  124 
3.4.  Rəqabət  mübarizəsinin  marketinq  strate-
giyası.............................................................  132 
Nəticə və təkliflər.................................................. 
147 
Ədəbiyyat siyahısı.................................................. 
151 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
158 
İbad Musa oğlu Abbasov 
Zemfira Məhərrəm qızı Məmmədova 
Eldar Nadir oğlu Quliyev 
 
 
«RƏQABƏT VƏ MARKETİNQ» 
(monoqrafiya) 
 
 
 
Kompüter tərtibatı: Günay Kərimova 
Korrektor: Gülnarə Hüseynova 
Çapa məsul: Tofiq Məmmədov 
 
 
 
Yığılmağa verilmişdir: 05.05.2012 
Çapa imzalanmışdır:20.06.2012 
Kağız formatı:60\90 1/16 
Həcmi:9,82 
Sayı: 500 
 
 
Bakı Biznes Universitetinin mətbəəsində çap edilmişdir. 
 
A. 370122  Bakı, Zərdabi prosp.,88
a
 
Tel: (012) 431 – 91 – 18 
Faks: (012) 430 – 07 – 80 
E-mail: 
info@bbu-edu.az
 

Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə