Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə32/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   ...   29   30   31   32   33   34   35   36   37

 
124 
qrupdan  olan  göstəricilər  məhsulun  keyfiyyətinin  yax-
şılaşdırılmasından  əldə  edilən  iqtisadi  effektin  kompleks 
hesablanması zamanı daha dolğun uçota alınır. 
Müxtəlif növ məhsulların keyfiyyətinin qiymətləndi-
rilməsi üçün istifadə edilən göstəricilərin çeşidi birmənalı 
deyildi.  Belə  ki,  təmir  olunan  məmulatların  keyfiyyət 
səviyyəsini təyin etmək üçün təcrübədə  bütün göstəricilər 
qruplarından istifadə edilir. Bununla belə, faydalı qazıntı-
ların,  meşə  materiallarının  və  yanacağın  xassələr  toplusu-
nu qiymətləndirdikdə onların mötəbərliyini və unifikasiya 
edilmələrini öyrənmək elə də vacib deyildir. Bununla əla-
qədar  müxtəlif  növ  məhsulların  keyfiyyətini  təyin  etmək 
üçün  göstəricilər  ciddi  təyin  reqlamentasiya  edilir.  Bütün 
bu  məsələlər  məhsulların  keyfiyyət  göstəriciləri  sistemi 
standartlarında və sahə normativ-texniki sənədlərində rəs-
mi əksini tapmışdır. 
 
 
3.3. Məhsulun  keyfiyyət səviyyəsi və rəqabət 
qabiliyyətliyinin qiymətləndirilməsi metodları 
 
Məhsulun keyfiyyətinin idarə edilməsi elmi cəhətdən 
əsaslandırılmış  normativ  bazanın  olmasını  nəzərdə  tutur. 
Onun  işlənib  hazrlanması  üçün  vahid  metodik  yanaşma 
əsasında  qurulan  fəth  edilmiş  keyfiyyətin  səviyyəsi  haq-
qında obyektiv informasiyadan istifadə edilir. 
Keyfiyyətin  səviyyəsi-müvafiq  göstəricilərin  baza 
ifadələri-mənaları ilə qiymətləndirilən məhsulun keyfıyyət 
göstəricilərinin  müqayisəsinə  əsaslanan  keyfiyyətin  nisbi 


 
125 
xarakteristikasıdır. Belə müqayisə məhsulun texniki səviy-
yəsini təyin etməyə imkan verir. «Keyfiyyət səviyyəsi» və 
«texniki  səviyyə»  anlayışları  arasında  ümumi  cəhət  və 
fərqlər olduğu kimi, dialektik əlaqə də mövcuddur. 
Bir qayda olaraq, texniki səviyyə əsasında məhsulun 
keyfiyyətinin  qiymətləndirilməsi  iqtisadi  göstəricilərin 
yoxluğu (olmamağı) şəraitində həyata keçirilir. 
Keyfiyyətin  səviyyəsinin  təyin  edilməsi  üzrə  işlərin 
təşkilində müqayisə üçün etalonun seçilməsinin vacib əhə-
miyyəti vardır. Bu məqsəd üçün köhnə və texnikı cəhətcə 
mütərəqqi olmayan nümunələrdən istifadə edilməsi ölkədə 
və  xaricdə  buraxılan  ən  yaxşı  məmulatlara  nisbətən  məh-
sulun keyfıyyətinin faktiki səviyyəsinin qeyri-dəqiqliyinə, 
eləcədə süni artırılmasına gətirə bilər. Müqayisə üçün qiy-
mətləndirmə vaxtı ən yüksək tələblərə cavab verən etalon 
və onların  göstəriciləri qismində konkret milli və ya xari-
ci məmulatlar ola bilər. Bununla yanaşı, etalon kimi həm-
çinin  məhsulun  istismarında  və  ya  istehlakında  keyfiyyət 
göstəricilərinin optimal ifadəsini reqlamentləşdirən dövlət 
və sahə standartları, eləcədə digər normativ texniki sənəd-
lər ola bilər. Zəruri hallarda müqayisə üçün etalon qismin-
də  istehsala  planlaşdırılan  məhsulun  perspektiv  məhsul 
nümunəsinin  texniki  sənədlərindən  istifadə  edilməsi  alıcı 
tələbinin ödənilməsinə yönəldilmiş effektli marketinq təd-
biri kimi qiymətləndirilir. 
Baza  nümunələrinin  göstəriciləri  məhsulun  texniki 
səviyyəsi və keyfıyyəti kartına köçürülür. 
Məhsulun keyfıyyət səviyyəsi differensial, kompleks 
və ya qarışıq metodlarla təyin edilə bilər. Differensial me-


 
126 
tod  qiymətləndirilən  məmulatın  və  onun  baza  nümunə-
sinin ayrı - ayrı keyfıyyət parametri göstəricilərinin ardıcıl 
olaraq  real  müqayisə  olunmasına  əsaslanır.  Bunun  hesa-
bına bütövlükdə hansı göstərici üzrə etalonun səviyyəsinə 
nail olunması və baza məhsulunun parametrlərindən hansı 
göstəricilər əhəmiyyətli dərəcədə fərqlənməsi təyin edilir. 
Məhsulun  keyfiyyətinin  nisbi  göstəriciləri  differen-
sial metodun köməyi ilə aşağıdakı düstur üzrə hesablanır. 
 
Pib
Pi
Gi

    və   
и
иб
P
P
G

   (i=1,2……..)  , burada 
 
G
i
 - məhsul keyfiyyətinin nisbi göstəricisi
P
I
 
-  qiymətləndirilən  məhsulun  keyfıyyətinin  i- 
göstəricisinin ifadəsidir
P
İb
-
:
 i saylı baza göstəricisinin ifadəsidir; 
i - məhsulun keyfiyyət göstəricilərinin sayı. 
Birinci  düstur  elə  göstəricilərin  qiymətləndirilməsi 
üçün  tətbiq  edilir  ki,  onların  artması  məhsulun  keyfiy-
yətinin, istehsal gücünün, əmək məhsuldarlığının, istehsal 
resurslarının  uzunmüddətliliyinin  və  s.  yaxşılaşmasını  sü-
but  edir.  İkinci  düsturdan  isə  elə  göstəricilərin  müqayisə-
sində istifadə edilir ki, onların azalması  material tutumlu-
luğu,  yanacağın  sərfi,  göstəricilərin  nöqsanlarının  aradan 
qaldırılması  və  məhsulun  keyfıyyətinin  artmasnı  təmin 
edir. 
Differensial  qiymətləndirmə  təhlil  edilən  xassələrin 
arasında xətti asılılığı əks edir. Bu asılılıq hər bir qiymət-
ləndirilən  vahid  parametrik  göstəricisində  olan  istənilən 


 
127 
dəyişikliklər,  müvafiq  olaraq,  keyfiyyətin  nisbi  göstə-
ricisinin  proporsional  dəyişməsində  öz  real  əksini  tapır. 
Ona  görə  də  differensial  metodun  köməyi  ilə  məhsulun 
keyfiyyətinin ümumi səviyyəsini müəyyən bir rəqəmlə ifa-
də etmək olmaz. Bir qayda olaraq, bu metoddan məhsulun 
əsas  istehlak  xüsusiyyətlərini  xarakterizə  edən  qaldırıcı 
kranların  yük  götürmə  qabiliyyəti,  mühərrikin  gücü  və  s. 
aparıcı  keyfiyyət  göstəricilərinin  səviyyəsinin  ilkin  qiy-
mətləndirilməsi üçün istifadə olunur. 
Bir  rəqəmlə  ifadə  olunan  məhsulun  keyfıyyət  səviy-
yəsinin ümumi qiymətləndirilməsi kompleks metodun kö-
məyi  ilə  əldə  olunur.  Sonuncular  keyfiyyətin  vahid  para-
metrik göstəricilərinin funksiyalarını özündə birləşdirir və 
məhsulun  xassələrinin  qarşlqlı  əlaqəsini  nəzərə  almağa 
imkan verir. 
Ümumiləşdirilmiş göstəricilərə daxildir:  
-  məmulatların  əsas  təyinatını  əks  edən  əsas  gös-
təricilər; 
- keyfiyyətin inteqral göstəriciləri
- orta çəki göstəriciləri. 
Kompleks  metod  məhsulun  sadə  və  mürəkkəb  xas-
sələrinin  ardıcıl  təhlilinə  və  onlardan  hər  birinin  ümumi 
keyfiyyətə  təsirinin  samballığının  qiymətləndirilməsinə 
əsaslanır.  Bunun  üçün  sadə  xassələrin  göstəriciləri  ilə 
onların  qiymətləndirilməsi  arasındakı  asılılıq  növü 
(forması)  təyin  edilir,  həmçinin  keyfiyyəti  formalaşdıran 
ayrı-ayrı xassələrin əhəmiyyətliliyinin hesablanması üsulu 
müəyyən  edilir.  Sonra  isə  bütün  təhlil  edilən  xassələrin  
kəmiyyət  qiymətləndirmələrinin  vahid  bir  yerə  cəmlən-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə