Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 
120 
MU
md
-məmulatın ümumi maya dəyəri; 
M
mp
-məmulatın  müəyyən  parametri  (gücü,  çəkisi, 
qabarit ölçüləri və s). 
Konstruksiyanın  texnolojiliyi,  əlavə  olaraq  digər 
qruplara  (tərkib  və  struktur  göstəriciləri,  blokluluq  əmsalı 
və  s.)  daxil  olan  keyfıyyət  göstəriciləri  ilə  xarakterizə 
olunur. 
6. Unifikasiya (ümumiləşdirmə) göstəriciləri məhsu-
lun  standartlarla  və  unifıkasiya  edilmiş  detallarla,  yığma 
vahidləri  ilə,  dəstələyici  və  kompleks  hissələrlə  zənginli-
yini  xarakterizə  edir.  Dövlət,  sahə  və  respublika  standart-
ları  ilə  buraxılan  bütün  məhsulların  bütün  əsas  hissələri 
standart olurlar. 
Məmulat  qrupları  üzrə  əsas  unifikasiya  göstəriciləri 
sırasına  daxildir:  tətbiq  etmə,    təkrarlama,  qarşılıqlı  uni-
fikasiya əmsalları. Sifarişçilərlə razılaşdırıldıqda məmula-
tın konstruktiv ümumiliyi səviyyəsinə daha bir neçə göstə-
ricilər də əlavə edilə bilər. 
7. Daşınma qabiliyyəti göstəriciləri məhsulların nəql 
edilməsi  ilə  əlaqədar,  onların  yekun  əməliyyatlarının  hə-
yata  keçirilməsinə  hazırlanmasına  və  daşınmasına  uyğun-
laşdırılmasını  müəyyənləşdirirlər.  Onların  köməyilə  mə-
mulatların  qablaşdırmağa,  yükləmə-boşaltma  işlərinə  və 
konkret  nəqliyyat  növlərilə  istehlakçılara  çatdırılmasına 
yararlığı xarakterizə edilir. 
Məhsulun daşınma qabiliyyəti göstəricilərinin yekun 
ifadələri  təcrübə,  hesablama  və  bəzi  hallarda  isə  ekspert 
metodları ilə müəyyən edilir. Misal üçün, nəql etmə zama-
nı  məhsulların  istehlak  xassələrinin  saxlanmasına  yararlı 


 
121 
olması  göstəricisi  hesablama  metodu  ilə  bu  düstur  əsa-
sında təyin edilir: 
 
%
100
.
Mb
Mn


 
 
burada: 
Kğ  –  daşınma  zamanı  məhsulun  özünün  verilmiş 
hədlərdə ilkin xassələrini saxlayan hissəsinin payı %-lə. 
M

–  nəqliyyat  vasitələrinə  yüklənmiş  məhsulların 
miqdarı, 
M

–öz  fəaliyyət  göstəricilərini  verilmiş  hədlərdə 
saxlamış boşaldılmış məhsulların miqdarı. 
Təsərrüfat  təcrübəsində  nəql  edilmə  qabiliyyəti  gös-
təricisi öz əksini sement, şüşə məmulatları və s. kimi müx-
təlif  növ  məhsulların  daşınılması  üçün  təyin  edilən  təbii 
azalma normalarında tapırlar. 
8. Patent-hüquq göstəriciləri öz ölkəmizdə və xaricdə 
məmulatın  patent  mühafızəsi  və  patent  saflığı  haqda  tə-
səvvür yaradırlar. Onların köməyilə dünya bazarında ayrı-
ayrı məhsulların rəqabət qabiliyyətlikləri təyin edilir. 
Xaricdə  məmulatların  maneəsiz  satılması  üçün 
patent  mühafızəsi  göstəricisi  böyük  əhəmiyyət  kəsb  edir. 
O, konkret məhsul növlərinin ölkədə müəlliflik şəhadətna-
mələri  və  nəzərdə  tutulmuş  ixrac  edildiyi  dövlətlərdə  pa-
tentlərlə  qorunması  səviyyəsini  müəyyən  edir.  Məhsulda 
nə  qədər  çox  ölkə  daxilində  və  xaricdə  ixtira  və  ya  elmi 
kəşflər  kimi  tanınmış  yerli  texniki  həllər  çox  cəmləşirsə, 
bir o qədər onun rəqabət qabilliyyətliyi yüksək olur. 


 
122 
9. Patent saflığı göstəricisi məmulatda nəzərdə tutul-
muş  ixrac  edildiyi  ölkədə    verilmiş    patentlərin    təsir  
dairəsinə      düşməyən    texniki      qərarların  cəmləşməsi  sə-
viyyəsini əks edir. Yeni maşınların, cihazların, avadanlıq-
ların,  materialların,  texnoloji  proseslərin  işlənib  hazırlan-
ması və istehsal edilməsi zamanı patent müdafıəsi və saflı-
ğı göstəriciləri xüsusi tədqiqatlar əsasında təyin edilir. Be-
lə ki, ölkə daxilində və xaricində patent sənədlərində əksi-
ni tapmış elm və texnika nailiyyətləri nəzərə alınır. 
10.  Patent  –  hüquq  göstəricilərı  müxtəlif  ölçülərlə 
(məmulatların  əsas  hissələrinin  patent  qabiliyyətliliyinin 
patentlərlə  qorunanlar)  sayı  əks  olunur:  məmulatın 
konstruksiyasında patent cəhətdən saf olan və patent qabi-
liyyətli  elementlərin  (dəyər  ifadəsində)  nisbi  tutumu. 
Həmin göstəricilərin hesablanmış  yekunları xüsusi sənəd-
lərdə  əks  olunurlar,  hanslardan  daha  vacibləri  «patent 
formulaları»,  DÖST  2.110-68  «Məhsulun  texniki  səviy-
yəsi və keyfıyyəti xəritəsidir» (DÖST 2.116-71) 
11.  Ekoloji  göstəricilər  məhsulun  istismarı  və  ya  is-
tehsalı zaman ətraf mühütə mənfı təsirlərin səviyyəsini xa-
rakterizə edirlər. Onlar insan fəaliyyəti və ətraf mühüt ara-
sında qarşılıqlı səmərəli həmahəngliyi təmin edən tələblə-
rin yerinə yetirilməsini özlərində cəmləşdirirlər. Məhsulun 
keyfiyyətini qiymətləndirmək üçün ətraf mühütə atılan zə-
hərli  maddələrin tərkibi, eləcə də məhsulların saxlanılma-
sı, nəql edilməsi və istifadəsi zamanı zəhərli hissəciklərin, 
qazların, suların ətraf mühitə tullanılması ehtimalları kimi 
ekoloji göstəricilərdən istifadə edilir. 


 
123 
Bundan başqa, ətraf mühitin qorunması üzrə tələblər 
və normalar normativ məhsulun keyfıyyəti qiymətləndiril-
dikdə mütləq nəzərə alınacaq normativ sənədlərdə və tex-
niki  reqlamentlərdə  (məhdudiyyətlərdə)  və  müəyyən  bey-
nəlxalq  təskilatların  yaydığı  xüsusi  müraciətnamələrdə, 
həmçinin ətraf mühitin qorunması və təbii resurslardan is-
tifadəsinin  yaxşılaşdırılması  sahəsində  dövlət  standartla-
rında müəyyən edilmişlər. 
12. Təhlükəsizlik göstəriciləri məhsulun istismarı və 
ya  istehlakı  prosesində  insanlarn  təhlükəsizliyinin  təmin 
edilməsi  ilə  əlaqədar  məmulatın  xüsusiyyətlərini  xarakte-
rizə  edirlər.  Onlar  qəza  vəziyyəti  yarandıqda  ehtimal  olu-
nan  təhlükə  zonasında  qalmış  insanların  müdafiəsi  nor-
maları  və  vasitələrinə  müəyyənləşdirilmiş  tələbləri  əks 
edirlər. 
Məhsulun  keyfıyyəti,  yuxarıda  qeyd  edilən  göstə-
ricilərı  nəzərə  alınaraq  qiymətləndirildikdə,  əmtəənin 
təhlükəsizliyi  üzrə  dövlət  standartları  sistemində  nəzərdə 
tutulmuş  normalar,  qaydalar  və  tələblər  rəhbər  tutulur. 
Həmçinin  ISO,  MEK  və  digər  beynəlxalq  təşkilatların 
standartları və tövsiyyələri nəzərə alınır. Əlavə olaraq yan-
ğından  təhlükəsizliyi  istehsal  sanitariyası  və  s.  qaydaları 
və normaları nəzərə alınır. 
Ümumi  təsnifat  sistemində  iqtisadi  göstəricilər  qru-
pu,  o  cümlədən,  məhsulun  istehsalı  (hazırlanması),  istis-
marı  və  ya  istehlakı  xüsusi  yer  tutur.  Onların  sırasına  da-
xildir:  məhsulun (məmulatın) inteqral keyfiyyət göstərici-
ləri,  təcrübə  nümunələrinin  istehsalı  və  sınaqdan  keçiril-
məsi xərcləri, istismar məsrəfləri. Bir qayda olaraq həmin 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə