Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

 
112 
yətə  malik  olursa  olsun,  yəni  texniki  cəhətcə  təkmilləşdi-
rilmə  və  istismar  səviyyəsi  belə  yüksək  olsada,  həmin 
məhsul keyfiyyətli sayılmayacaqdır. Yer üzərində şiviliza-
siyanın  -  insan  cəmiyyətinin  inkişaf  tarixi  göstərir  ki, 
insanlar  təbii  şeylərdə  və  öz  əməyinin  məhsulunda  yeni 
faydalı xassələr aşkar edir. 
Məhsulun  yeni, əvvəl  məlum olmayan faydalı xüsu-
siyyətləri  və  xassələrinin  aşkar  edilməsi,  onun  ictimai 
faydalığını  artırır  və  keyfiyyətinin  yüksəldilməsini  təmin 
edir. 
Üçüncü,  məhsulun  istifadəsi  onun  təyinatına  uyğun 
olmalıdır. İstifadəsi və istehlakı düzgün olmayan, hətta ən 
yüksək keyfiyyətli məhsullar belə səmərə verməyəcəkdir. 
 
 
3.2. Keyfiyyətin texniki-iqtisadi göstəriciləri və onların 
 təsnifatı 
 
Məhsulların müəyyən təlabatları ödəmək qabiliyyəti-
nin  yararlılıq  səviyyəsi  xüsusi  keyfıyyət  göstəricilərinin 
köməyi  ilə  təyin  edilir.  Xüsusi  keyfiyyət  göstəricilərinin 
özləri  isə  məhsulların  konkret  şəraitdə  istehsalı,  istismarı 
və  istehlakına  uyğun  olaraq  bir  və  ya  bir  neçə  xassələrini 
kəmiyyət  baxımından  xarakterizə  edirlər.  Müəyyən  xas-
sələrin  sayından  asılı  olaraq  fərdi  və  kompleks  keyfiyyət 
göstəriciləri  seçilib  hesablanırlar.  Fərdi  parametrik  key-
fiyyət  göstəricisi  vasitəsilə  məhsulun  əlaqələndirilmiş  şə-
kildə  eyni  zamanda  bir  neçə  xassəsi  qiymətləndirilir. 
Kompleks  göstəricilərin  təyin  edilməsi  müəyyən  çətinlik-


 
113 
lərlə  bağlıdır  ki,  onların  da  əsasında  hər  zaman  kəmiyyət 
təzahürü olmayan keyfiyyətin iqtisadi proseslərlə əlaqələri 
durur.  Həmin  çətinliklər  inteqral  göstəricilərindən  və 
keyfıyyət indekslərindən istifadə edərək aradan qaldırılır.  
Keyfıyyətin  inteqral  göstəricisi  aşağıdakı  düstur 
vasitəsilə hesablanır: 
 
Mix
Mxc
E
U


 
burada: 
U - keyfiyyətin inteqral göstəricisi; 
E - məhsulun istismarı və  ya  istehlakından əldə edi-
lən zəruri səmərəliliyin (effektin) cəmi; 
M
xc 
-  məhsulun  yaradılmasına  çəkilən  xarclərin 
cəmi; 
M
ix  
- məhsulun istismarına və ya istehlakına çəkilən 
xarclərin cəmi. 
Misal  üçün,  yük  avtomaşınlarının  inteqral  keyfıyyət 
göstəricisi hər tonn/kilometr üzrə onların yürüş məsafəsinə 
çəkilən xərclərdir. 
Keyfıyyət  göstəricilərinin  rəqəmsal-kəmiyyət  ifadə-
ləri  -  mənaları  obyektiv  və  subyektiv  metodlar  vasitəsilə 
təyin  edilir.  Obyektiv  metodlara  daxildir  ölçü,  qeydiyyat 
və hesablama metodları. Həmin metodlar texniki ölçü va-
sitələrindən istifadə edilməsinə, müəyyən hadisələrin qey-
diyyata alınması və sayılmasına,  mütəmadi olaraq müxtə-
lif  hesablamaların  yerinə  yetirilməsinə  əsaslanır.  Keyfiy-
yətin  subyektiv  təyin  edilməsi  metodları  sırasına  orqano-
leptik,  sosioloji  və  ekspert  metodları  daxildir.  Bu  metod-


 
114 
ların  əsasında  isə  insanın  hiss  orqanlarını  qəbul  etdiklə-
rinin  təhlili,  müxtəlif  fıkirlərin  toplanılması  və  nəzərə 
alınması,  mütəxəssislər  və  ekspert  qrupları  tərəfindən  qə-
bul edilən qərarlar durur. 
Məhsulun  keyfiyyətinin  elmi  əsaslarla  planlaşdırıl-
ması  və  idarəedilməsi  üçün  onun  qiymətləndirilməsinin 
vahid göstəricilər siyahısı və sistemi olmalıdır. Hal-hazır-
da  məhsulun  keyfiyyətinin  bütün  göstəriciləri  xarakterik 
xassələrinə,  ifadə  üsullarına  görə  (natural  və  dəyər  öl-
çülərində), xarakterizə edilən xassələrin sayına görə (fərdi 
və kompleks), qiymətləndirilmədə tədbiqinə görə (nisbi və 
baza),  ifadələrinin  (mənalarının)  müəyyənləşdirilməsi 
mərhələrinə  görə  (proqnozlaşdırılan  lahiyə,  istehsal,  istis-
mar)  müəyyən  qruplar  üzrə  birləşdirilmiş  və  təsnifləş-
dirilmişdir.  Bunların  hamısının  içində  məhsulun  ayrı-ayrı 
xassələrini  xarakterizə  edən  keyfıyyət  göstəriciləri  daha 
geniş yayılmışdır. 
Onların  hamısı  on  qrupda  cəmləşdirilərək  mə-
mulatların  və  məhsulların  ən  vacib  və  bir  qayda  olaraq 
təkrar  olunan  funksional  -  zəruri  xassələrini  müəyyən 
edirlər. 
Hər bir təsnifat qrupunun təyinatı və keyfıyyət göstə-
ricilərinin  tərkibi  əvvəllər  istifadə  edilən  «Sənaye  məhsu-
lunun keyfiyyət göstəriciləri nomenklaturasının seçilməsi» 
22851-77 Dövlət standartlarında təyin edilmişdir. 
1. Təyinat göstəriciləri elə xassələri xarakterizə edir-
lər  ki,  onlar  məhsulların  əsas  xidməti  təyinatlarını  açıqla-
yır  və  həmin  məmulatların  güman  ediləcək  istifadə  sahə-
lərini  müəyyənləşdirir.  Həmin  qrupa  keyfıyyətin  qarşlqlı  


 
115 
əlaqədə  olan  təsnilat,  funksional  və  konstruktiv  qrupaltı 
tərkib və struktur göstriciləri daxil edilir. 
Təsnifat göstəriciləri məmulatın hər hansı bir təsnifat 
qruplaşmasına mənsub olmasını təyin edirlər. 
Funksional  göstəricilər  məhsulun  texniki  effektlilik 
məlumatları  ilə  birgə  tətbiq  edildikdə,  məmulatların  istis-
marından əldə edilən faydalı nəticələri və onların  yaradıl-
masının  əsasına  qoyulmuş  texniki-texnoloji  və  s.  məsələ-
lərin  həllinin  mütərəqqilik  səviyyəsini  xarakterizə  edirlər. 
Texniki  sahələrin  obyektlərinə  şamil  edildikdə  onlara  bir 
qrup  daxilində  istismar  göstəriciləri  deyirlər  (dəzgahların 
məhsuldarlığı,  ölçü  cihazlarının  dəqiqliyi  və  çevik  işə 
düşməsi, məmulatın xüsusi enerji tutumluğu və s.).  
Konstruktiv  göstəricilər  məmulatların  lahiyə-kon-
struktur  həlləri,  onların  montaj  edilməsi  və  quraşdırması-
nın əlverişli olması və çətinliyi haqda dəqiq fikir yaratma-
ğa imkan verir. 
Tərkib  və  struktur  göstəriciləri  məhsulda  ayrı-ayrı 
elementlərin,  onların  birləşmələri  və  struktur  qruplarının 
olub-olmamasını  (poladda  keyfıyyətə  təsir  edən  müxtəlif 
maddələrin,  kokesda  kükürdün  və  külün  faizlə  miqdarı) 
müəyyənləşdirir. 
2.  Etibarlılıq  göstəriciləri,  təyin  edilmiş  hədlərdə, 
məmulat tərəfindən müəyyən vaxt ərzində, istismar göstə-
ricilərinin    verilmiş  funksiyalarının  yerinə  yetirilməsini 
qiymətləndirməyə imkan verir. Bununla belə, texniki vasi-
tələrin nəzərdə tutulmuş rejimləri və istismar şərtləri, sax-
lanma, daşınma və təmir normativləri qaydaları tam gözlə-
nilməlidir.  Bir  daha  xatırlayaq  ki,    etibarlılıq  göstəricisi 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə