Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

 
116 
mötəbər işləklik, uzunmüddətlilik, təmirə yararlılıq və for-
masının  saxlanılması  kimi  dörd  sadə  xassələri  özündə 
birləşdirir. 
Mötəbərlilik  (maşın,  mexanizm  və  avadanlıqların 
müntəzəm  işlənməsi)  göstəriciləri  müəyyən  vaxt  ərzində 
və  ya  iş  həcmini  yerinə  yetirdikdə  məmulat  tərəfindən  öz 
iş qabiliyyətini saxlaması xassəsini xarakterizə edir. 
Uzunmüddətlilik  göstəriciləri  zəruri  texniki  xidmət 
və təmir üçün fasilələri nəzərə alaraq, məmulatın müəyyən 
hədd vəziyyətinə qədər iş qabiliyyətini saxlamaq xassəsini 
müəyyənləşdirir. 
Təmirə  yararlılıq  göstəriciləri  texniki  xidmət  göstər-
mək  və  təmir  yolu  ilə  məhsulların  nasazlıqları  və  işləmə-
məsi  hallarını  aşkar  edib  aradan  qaldırılması  və  əv-
vəlcədən  xəbərdar  edilməsinə  uyğunlaşmasını  xarakterizə 
edir. 
Özünün, o cümlədən, formasının saxlanılması göstə-
riciləri texniki sənəddə göstərildiyi müddət ərzində məmu-
latların  və  məhsulların  saxlanılması  və  nəql  edilməsi, 
həmçinin ondan sonra istismar edilməsi üçün yararlı, işlək 
və saz vəziyyətdə olması xassəsini əks etdirirlər. 
Texnikanın  mötəbərliyinin  artırılmasının  böyük 
iqtisadi əhəmiyyəti vardır. Avadanlıqların nasazılığının və 
boş  dayanmalarının  azaldılması  hesabına  iş  vaxtı  fondun-
dan  daha  effektli  istifadə  edilir,  məhsulun  maya  dəyəri 
aşağı düşür, əmək məhsuldarlığı yüksəlir. 
3.  Keyfiyyətin  erqonomik  göstəriciləri  istismar  edi-
lən  məmulatlarla  (maşınlarla,  mexanizmlərlə,  avadanlıq-
larla  və  s.)  onlardan  istifadə  edən  insanların  bütün  əsas 


 
117 
qarşılıqlı  təmas  amillərini  əhatə  edir.  Misal  üçün,  onlar 
imkan  verir  ki,  maşınların  texniki  və  konstruktiv-lahiyə 
göstəriciləri  ilə  işləyən  fəhlələrin  qarşılıqlı  təmaslarının 
uyğunlaşması səviyyəsi qiymətləndirilsin. Onların köməyi 
ilə  avadanlıqların  və  iş  yerlərinin,  cihazların  və  siqnal 
vasitələrinin, əl tutma və əllə idarə olunan digər tutum yer-
lərinin  keyfiyyəti  qiymətləndirilir.  Bununla  yanaşı,  erqo-
nomik göstəricilərdən paltarın, ayaqqabların, gön-dəri mə-
mulatlarının  və  digər  xalq  istehlak  mallarının  keyfiy-
yətinin  qiymətləndirilməsində  istifadə  olunur.  Onlara  da-
xildir gigiyenik, antrometrik, psixoloji  və psixo - fızioloji 
göstəricilər. 
Gigiyenik  göstəricilərdən  istifadə  olunan  məmulatın 
insanların əmək qabiliyyəti imkanlarına və həyat fəaliyyə-
tinin  sanitar-gigiyena  normalarına  uyğun  gəlməsini  təyin 
etmək üçün istifadə edilir. 
Antrometrik  göstəricilərin  köməyi  ilə  texnikanın  in-
sanın ölçüləri, forması və çəkisinə uyğunluğu təyin edilir. 
Fizioloji  və  psixoloji  göstəricilərdən  məhsulun  insa-
nın fizioloji xassələrinə və onun hiss orqanlarının fəaliyyət 
xüsusiyyətlərinə  uyğun  gəlməsini  təyin  etmək  üçün  isti-
fadə edilir. 
Psixoloji göstəricilər məmulatlarla əlaqədar insan tə-
rəfindən  müəyyən  məlumatların  qəbul  edilməsi  və  emal 
olunması, yeni iş təcrübələrinin möhkəmləndirilməsi və s. 
uyğun gəlməsini təyin etmək üçün istifadə olunurlar. 
4.
 
Estetik  göstəricilər  məhsulun  xarici  yöndəminin, 
onun  zahiri  cizgilərinin  və  durumunun,  cəzbediciliyinin 
harmonik olmasыnı, orijinallığını, ətraf mühitə, stilə, dəbə 


 
118 
və s. uyğun gəlməsini xarakterizə edirlər. Onlara aşağıdakı 
qrupaltı  göstəricilər  daxildir:  informasiya  qabarıqlığı  gös-
təriciləri, formasının səmərəliliyi, kompozisiya bütövlüyü, 
əmtəə  yöndəminin  (formasının)  stabil  saxlanılması  üzrə 
istehsal prosesinin özünün təkmilləşdirilməsi. 
İnformasiya ifadəsi və təqdimatnın prezantabelliyi və 
qabarıqlığı  göstəricisi  məhsulda,  cəmiyyətdə  formalaşmış 
estetik  təsəvvürlərin  və  mədəni  normaların  əks  etdirmək 
qabiliyyətini xarakterizə edir. 
Formalarının səmərəliliyi göstəriciləri məhsulun for-
ması və konstruktiv-lahiyə həllində onun əsas təyinatını və 
hazırlanması  xüsusiyyətlərinin  nə  dərəcədə    əks    olundu-
ğunu təyin etməyə imkan verir. 
Kompozisiya bütövlüyü göstəriciləri  məhsulu həcm-
məkan  strukturunda,    real  lahiyə  və  materialların  işlənil-
məsinin bədii qavranışda (tektoniklikdə), plastiklikdə, qra-
fik  -  cizgi  və  tərtibatı  elementlərinin  uyğunluğunda  qiy-
mətləndirməyə imkan verir. 
İstehsal  icrasının  təkmilliyi  və  əmtəə  yöndəminin 
(formasının)  sabitliyi  göstəriciləri  üzərinə  örtüklərin  vu-
rulması və hamarlanmasının dürüstlüyünü, fırma nişanələ-
ri  və  göstəricilərinin  icrasının  dəqiqliyini,  üzərinin  və  xa-
rab  yerlərinin dekorativ örtüklərinin  möhkəmliyini və  po-
zulmazlığını xarakterizə edirlər. 
Estetik  göstəricilərin  özəllikləri  ondan  ibarətdir  ki, 
onların  rəqəmlə  olan  kəmiyyət  ifadələri  subyektiv  me-
todlar vasitəsilə xüsusi ekspert komisiyası tərəfindən təyin 
edilirlər. 
5.Texnolojilik  göstəriciləri  məhsulun  istehsalının 


 
119 
texnoloji  hazırlıq  mərhələsində,  hazrlanması  və  istismarı 
prosesində  materialların,  əmək  vasitələrinin  və  vaxtın  op-
timal bölüşdürülməsi üzrə məmulatın müəyyən xassələrini 
qiymətləndirməyə  imkan  verir.  Həmin  göstəricilər  qrupu-
na  məmulatların  maya  dəyəri,  əmək  tutumluğu,  material 
tutumluluğu daxildir ki, onlarda ümumi struktur və xüsusi, 
müqayisəli  və  nisbi  iqtisadi  təhlil  kəmiyyətləri  kimi 
hesablana  bilərlər.  Bu  sonuncuların  içində  ən  əsası 
materiallardan  istifadə  əmsalıdır.  O  aşağıdakı  düsturla 
hesablanır: 
Miə=
Mn
Xc
 
 
burada: 
M

-materiallardan istifadə əmsalı; 
Xc-hazır məhsulda müəyyən materialın xalis çəkisi - 
miqdarı;  
Mn-texnoloji  prosesə  daxil  edilmiş  materialın 
miqdarı və ya məsrəf norması; 
Məhsul  istehsalına  yönəldilmiş  məsrəflərin  effektli-
yinin nisbi xarakteristikasını həmçinin xüsusi maya dəyəri 
göstəricisi verir.  O, bu düstur üzrə ümumi  mayadəyərinin 
məbləğini  məhsulun  müəyyən  parametrin  vahidinə  böl-
məklə hesablanır: 
 
Mmp
MUmd
Mmd

 
burada: 
M
md
-məmulatın xüsusi maya dəyəri; 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə