Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 396,69 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix29.05.2018
ölçüsü396,69 Kb.
#46482
1   ...   5   6   7   8   9   10   11   12   13

24 

 

Nazik şirə. Məmulatın sahəsinin ayrı yerlərində şirə qatının həddindən artıq 

nazik  olmasından    ibarətdir.  Bunun  nəticəsində  məmulatın   normal parıltısı olmur 

və o kələ-kötür çıxır. Tutqun şirə bu nöqsan ondan ibarətdir ki, şirə normal güzgü 

parıltısı vermir. Tutqun şirə nöqsanı ya şirə tərkibinin qeyri düzgün olması, yaxud 

da qeyri düzgün bişirilməsi nəticəsində baş verir. 

2  qrup  nöqsanlara  (xırda  cadalanma  )  sex,  nahamar  (kələ-kötür  yer),  iz 

(şərbina)  yer,  səpki  (vıplavki)  keçəl  və  şirənin  yığılması,  çat,  boyağın  bişməsi  və 

bağın həddindən artıq bişməsi daxildir. 

Xırda  cadalanma  (sex)  –  bu  nöqsan  şirə  qatında  tor  təşkil  edən  nazik 

çatlardan  ibarətdir.  Bu  saxsının  genişlənmə  əmsalının  şirəyə  nisbətən  az  olması 

nəticəsində əmələ gəlir. 

Tərəddüd  edilən  zaman  məhlul  baqla  banır  və  xırda  cadalanma  aydın 

görünür.  Xırda  cadalanma  nöqsanı  qabı  tez  çirkləndirir,  mexaniki  davamlılığı 

azalır.  Hətta  şirənin  qopmasına  və  xörəyin  içinə  düşməsinə  səbəb  olur.  Bütün 

sortlarda bu nöqsan buraxılmır. 

Iz  nöqsanı  qabı  əl  və  ya  alətlə  tutduqda  əmələ  gəlir.  Məmulat  satışa 

cilalanmış və ya RTŞ-inə əsasən izlər şirələnmiş halda daxil olmalıdır. Izin ölçüsü, 

uzunluğu və dərinliyi ilə təyin edilir. 

Səpki  tünd,  qara,  qəhvəyi,  tünd  göy  ləkələrdən  ibarətdir.  Bu  nöqsan  çini 

kütləsi  bişirilən  zaman    içində  dəmir  hissəciklərinin  olmasından  əmələ  gəlir.  Bu 

nöqsan III sortlarda ola bilər. 

Keçəllik  -  şirənin  yığılması.  Qabın  şirələnməmişdən  qabaqdan  yaxşı 

təmizlənməməsi  və  ya  yağlı  əllə  götürülməsi  nəticəsində  əmələ  gəlir.  Məmulatın 

yağ ləkəsi və ya toz olan yerləri şirəni qəbul etmir. 

Keçəllik  nöqsanının  sahəsi  (mm

2

)  ölçülür,  onlara  az  miqdarda    və  kiçik 



ölçüdə olduqda yol verilir. 

Burun və dəstəyin pozulması (podrıv). 

Bu  məmulatın  gövdəsinə  burun  və  dəstəyin  bərkidilən  yerində  əmələ  gələn 

çatlardır. Bunlar məmulatın gövdəsinin  qurudulma zamanı qeyri-bərabər yığılıb və 



25 

 

bişirilməsi  nəticəsində  əmələ  gəlir.  Bu  nöqsan  I  sortdan  başqa,  qalan  sortlarda 



buraxılır.  Bu  şərtlə  ki,  o  məmulatın  gövdəsi  ilə  birləşdirilən  hissənin  mexaniki 

davamlılığını aşağı salmır. 



Boyağın bişməsi (nedojoq) və həddindən artıq bişməsi. 

Bu  nöqsan  boyanın  səthin  mexaniki  davamlılğını  azaldır,  bundan  başqa 

boyaq  tutqun  və  solğun  olur.  Bişməmiş  boyaq  məmulat  işlədilərkən  asan  pozulur 

və  zəif  turşu  qələvilərin  təsirindən  xarab  olur.  Boyağın  həddindən  artıq  bişməsi 

nəticəsində naxış yanır və ya rəngi kəskin dəyişir. I sort məmulatlarda bu nöqsana 

yol verilmir, qalan sortlarda az miqdarda ola bilər. 

II  qrup  nöqsanlar  məmulatın  mexaniki  xassəsini  aşağı  salır.  Işlədilmə 

zamanı məmulatın səthi çirklənir. 

III  qrup  nöqsanlara  zibillənmə,  xam,  pozulub  düzəldilmiş  yer  (pomarki), 

sızanaq və qovuq, deşik, basmanın yığışması daxildir. 



Zibil.  Bu  nöqsan kütlədən  və  kapseldən  məmulatın  üzərinə düşüb  yapəşqan 

hissəciklərdən  ibarətdir.  Zibil  nöqsanı şirənin  üstündə  və altında əmələ  gəlir. Çini 

qablarda  şirənin  üstündə  əmələ  gələn    zibillər  çox  vaxt  sürtülüb  rədd  edilir,  lakin 

yeri tutqun laka şəklində qalır. 

Şirənin üstündə rast gələn toza bənzər zibilə səpki deyilir. 

Xal  tünd  boz,  qara  və  ən  çox  rast  gəlinən  qəhvəyi  nöqtələrdən  ibarətdir  ki, 

bu  kütlənin  tərkibində  dəmir  oksidinin  olmasından  əmələ  gəlir.  Məmulatın  üz  və 

arxa  tərəfdə  bunların  buraxıla  bilən  miqdarı  göstərilir.  Nu  nöqsan  az  miqdarda 

buraxılır. 

Deşik.  Deşik  məmulatı  gövdəsində  rast  gəlir,  ikitərəfli  və  bəzən  isə  üstü 

nazik şirə qatı ilə  örtülmüş olur. 



Sızanaq və qovuq (puzır). 

Bu nöqsanlar məmulatın üzərində əmələ gələn şişkinliklərdən ibarət olur və 

bu  məmulatın  gövdəsində  bişən  zaman  qaza  oxşar  maddələrin  düşməsindən  irəli 

gəlir. Sızanaq qovuqdan bir qədər iri olur. 

Bu nöqsanlar heç bir sortda olmamalıdır.  



26 

 

Basmanın (qırılması) büzülməsi. 

Basma  naxış  olan  plankanın  cırılmasından  əmələ  gəlir.  Bu  temperaturun 

sürətlə  qalxması  və  ya  basmanın  məmulata  köçürüldükdən  sonra  pis  yuyulması 

nəticəsində olur. Bədii görünüşü pozmadan büzülmə buraxılır. 

Əla sortda 2, I sortda 3, II və III sortlarda 4 nöqsana yol verilir. 

Heç bir sortda şirənin cadalanması, burun və dəstəyin deşik olması, boyağın 

bişməməsi,  deformasiyanın  kəskin  bilinməsi,  şirəsiz  iz  nöqsanları  olmamalıdır. 

Belə nöqsanlı məmulatlar zay hesab edilir. 

 

 



 

 



27 

 

VI. TICARƏTƏ DAXIL OLAN KERAMIKA QABLARININ 



ÇEŞIDININ TƏHLILI 

 

Respublikamız  müstəqillik  qazandığı  dövrdən  bazar  iqtisadiyyatına  keçidlə 



əlaqədar  əmtəə  satışı  ilə  bağlı  müəyyən  dəyişikliklər  edilmişdir.  O  cümlədən, 

təsərrüfat  təyinatlı  keramika  mallarının  satışına  çox  ciddi  fikir  verilmir.  Məişət 

təyinatlı  keramika  mallarının  çeşid  quruluşu  ilə  tanış  olmaq  üçün  birinci  növbədə 

bu qrup malların təsnifatı haqqında ətraflı məlumat vermək məqsədəuyğundur. 

Məişət  keramikasının  nomenklaturası  genişdir.  O  quruluşuna,  sıxlıq 

dərəcəsinə, tipinə, növünə və saxsı qırığının müxtəlifliyinə görə təsnifləşdirilir. 

Keramika quruluşuna görə iki sinifə ayrılır: qaba və zərif keramika: 

Qaba  keramika.  Buraya  saxsı  qırığında  yekcins  quruluşu  olmayan,  gözlə 

fərqlənən və təbii qırmızımtıl – qəhvəyi rəngli məmulatlar daxildir. Məsələn, dulus 

qabları, qırmızı kərpic, keramit və s. 

Zərif  keramika.  Zərif  keramika  məmulatlarının  sınığı  yekcins  xırdadənəli 

quruluşu ağ  və  yaxud zəif boyanmış saxsısı olur. Zərif  keramika səthinin səliqəıli 

bəzəndirilməsi, yüksək mexaniki və termiki davamlılığı, kimyəvi təsirə davamlılığı 

ilə fərqlənir. 

Keramika sıxlıq dərəcəsinə görə sıx və məsaməli olur. Saxsının məsaməliliyi 

su  udması  ilə təyin edilir  və  faizlə  ifadə olunur. Sıx  məmulatlara su  hopması 5%-

dən  az,  məsaməliyə  isə  5%-dən  çox  olan  məmulatlar  daxildir.  Sıx  məmulatlara 

çini,  nazik  divarlı  məmulatlar  daxildir.  Bunların,  saxsının  balıqqulağına  bənzəyən 

sıx  quruluşu  var,  belə  məmulatlara  toxunduqda  təmiz  cingiltili  səs  verir.  Su 

hopdurulması  0,5%-dən  4%-ə  qədərdir.  Bu  məmulatların  nazik  divarları  işıq 

keçirən  olur.  Məsaməli  keramika  növlərinə  kaşı  mayolika,  yarımçini,  dulus 

məmulatlar  daxildir.  Bunların  saxsısı  kələ-kötür  (nahamar),  məsaməli,  boş  olub, 

onlara toxunduqda kar, sönən səs verir və işığı keçirmir. 

Əsas  tipləri.  Məişət  keramikasının  əsas  tipləri  çini,  kaşı,  yarımçini, 

mayolika,  dulus  keramikasıdır.  Dulus    məmulatlar  keramika  sinifinə  daxildir. 




Yüklə 396,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə