Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 396,69 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix29.05.2018
ölçüsü396,69 Kb.
#46482
1   2   3   4   5   6   7   8   9   ...   13

14 

 

Fizioloji  və  psixofizioloji  tələblər  məmulatın  insanın  güc  imkanına,  ərzağı 



sərf etmə bacarığının psixalogiyası ilə xarakterizə olunur. 

İkinci  qrupa  çini-kaşı  məmulatlarının  isti,  səs,  bioloji  xassələrini  və 

gigyenikiliyini  xarakterizə  edən  göstəricilər  aiddir.  Çini-kaşı  məmulatlarının 

gigiyenik  tələbləri  onların  qızması,  suudması,  çirklənmə  və  çirkdən  təmizənmə 

qabiliyyəti, keramika boyaqlarının zərərsiz olma qabiliyyəti ilə xarakterizə olunur. 

Çini  məmulatlarının  qızma  səviyyəsini  təyin  edərkən  hər  şeydən  əvvəl 

çaynik  və  qəhvədanın  qulpunun  qızmasına  fikir  verirlər.Məmulatın  çirklənmə  və 

çirkdən təmizlənmə səviyyəsi şirənin adsorbsiya xüsusiyyətindən aslıdır. 



Estetik 

tələblər. 

Çini-kaşı 

məmulatları 

gözəl 


xarici 

görünüşü, 

naxışlanmasına  görə  müasir  tələblərə  uyğun  olması,  formasının  səmərəliliy, 

informasiyalığı  və  istehsalının  mükəmmməl  yerinə  yetirilməsi  ilə  xarakterizə 

olunur.  Kompazisiyasının  tam  olması  məmulatın  elementlərinin  vəhdət  təşkil 

etməsi və başqa predmetlərə uyğun gəlməsindən ibarətdir. 

Məmulatın  forması  səmərəli  olduqda  daha  davamlı  və  uzun  müddətli 

işlədilən  olur.Keramika  məmulatlarının  forması  səmərəli  olmadıqda  az  yararlılığa 

malik olur. 

Çini-kaşıdan  oan  bədii-dekorativ    təyinatlı  məmulatların  keyfiyyətin 

qiymətləndirilməsində estetik xassələrin göstəriciləri xüsusi əhəmiyyətə malikdir. 

Ehtibarlılıq.  Məişət-kaşı  məmulatlarına  verilən  tələblərdən  ən  lazımlısı 

onların  uzun  müddət  istifadəsi  və  mühafizəsidir.  Məmulatın  uzun  müddət  istifadə 

edilməsi  fiziki  və  mənəvi  köhnəlmədən,  çininin  quruluş  və  konstruksiyasından, 

estetik  xassələrinin  pisləşməsindən  aslıdır.  Məmulatın  mühafizəsi  dedikdə  hər 

şeydən  əvvəl  istehsal  edildikdən  sonra  onun  estetik  xassələrinin  əvvəlki  kimi 

saxlanılması  kimi  başa  düşülür.  Buna  da  həmçinin  məmulatın  daşımanın, 

saxlanmasının da təsiri böyükdür. 

 

 



 


15 

 

III. TERMIKI EMALIN ÇINI VƏ KAŞI MƏMULATLARININ 



KEYFIYYƏTININ FORMALAŞDIRILMASINDA ROLU 

 

Çini  və  kaşı  məmulatları  istehsalında  ən  vacib  mərhələlərdən  birisi  də 



onların bişirilməsidir. Bişirilmədə bir neçə mürəkkəb fiziki – kimyəvi proseslər baş 

verir. Yandırılmanın mexanizmi də çox mürəkkəbdir. 

Məmulat əmələ gələrkən gilli hissə bir çox dəyişmələrə məruz qalır. 110

0

S-



də  qurudulmuş  kütlənin  hiqroskopik  suyu  qalmır.  Əsas  çini  əmələ  gətirən  proses 

yüksək  temperaturda  və  çöl  şpatının  iştirakı  ilə  gedir.  Maye  fazanın  miqdarını 

müxtəlif  temperaturlarda  təyin  etmək  üçün  A.İ.Avqustnik  tərəfindən  hazırlanmış 

diaqramdan istifadə edilir. 

Peqmetit  şəkildə  ərinti  başqa  komponentlərdən  əvvəl  maye  fazanı  yaradır. 

Sonrakı  miqdarının  artması  nisbətən  gec  əriyən  komponentlərin  (kvars,  kaolin) 

həlli ilə baş verir. Çöl şpatı eyni vaxtda tez əriyən evtektit əmələ gətirir. Maye faza 

diffuzyon  prosesləri  sürətləndirir,  o  cümlədən  kristallik  fazaları  bir-biri  ilə 

birləşdirir. 

Maye  fazanın  miqdarı  və  məhsulun  xassəsi  arasındakı  asılılıq  Avqustnik 

tərəfindən  müəyyən  olmuşdur.  Yanma  temperaturasının  sonrakı  artımı  kütlənin 

yumşalması  və  əriməsilə  başa  çatır.  Bu  zaman  məmulat  öz  çəkisi  təsirindən 

deformasiya  verə  bilər.  Lakin  adi  silikat  şüşəsinin  özüllüyü  yüksək  temperaturda 

aşağı  düşmür,  bu  da  ki,  yandırılan  çininin  deformasiya  verməsinə  maneçilik 

törədir. 

Məsələn,  çini  məmulatlar  yandırıldığı  zaman  baş  verən  mürəkkəb  fiziki-

kimyəvi hadisələr tərəfindən hazırlanmış sxemdə göstərilmişdir. 

Birinci  mərhələ.  Bərk  fazadakı  hadisə.  Maye  faza  əmələ  gələnə  kimi 

yandırılan kütlədə bir çox dəyişikliklər olur. Ilk period məhsulları kvars, çöl şpatı, 

kaolinin qalığıdır ki, o da tərkibində mullit və artıq kremnezyoma malikdir. 



16 

 

Ikinci 



mərhələ. 

Maye 


fazanın 

özüllüyününü 

azlaması 

yanma 


temperaturunun  artması  ilə  baş  verir.  Fazalar  sərhəddində  səthi  gərilmə  qüvvələri 

artır. Yandırılan məmulatın intensiv keçirilməsi baş verir. 



Üçüncü mərhələ. Yanma temperaturunun artması ilə maye fazanın özüllüyü 

azalır.  Fazalar  hüdudlarında səthi  gərilmə  təsir qüvvəsi artır. Məmulatın  həcminin 

intensiv kiçilməsi baş verir. 

Dördüncü  mərhələ.  Bu  mərhələ  çöl  şpatı  ərintisinə  kremnezyomun 

qarşılıqlı  təsir  vaxtıdır.  Burada  qarşılıqlı  təsir  amorf    kremnezyomu  ilə  getdiyini 

bildirir.  Bu  mullit  kremnezyomlarının  aralarını  doldurur.  Şəkildə  çöl  şpatı 

şüşəsinin kvars dənəcikləri ilə qarşılıqlı təsiri göstərilmişdir. 



Beşinci  mərhələ.  Bu  mərhələ  yaranməş  diffuziya  vaxtıdır.  Materialın 

mikroheterogenliyi  sayəsində  diffuziya  prosesi  gedir.  Bu  konsentrasiyaların 

bərabərləşməsi  qanununa  əsasən  baş  verir.  Nəticədə  əmələ  gələn  kristallar  kütlə 

daxilində bərabər olaraq yayılır və bununla da çininin xassələrinə müsbət təsir edir. 

Gildən  və  kaolindən  kristallik  suyu  çıxarılması  müvəqqəti  olaraq  kütlənin 

məsaməliyini  artırır.  ən  çox  məsaməlilik  900-1000

0

S-də  əldə  edilir.  500-600



0

S-də 


məmulatın  kiçilməsi  baş  verir.  Bu  1100-1200

0

S-də  10-12%-ə  çatır.  Məmulatın 



kiçilməsi onun mexaniki xassəsini yaxşılaşdırır. Bişmiş kütlənin hissələri əriyir və 

olan  məsamələri  tutur.  Bişmə  dərəcəsi  su  udma  ilə  təyin  olunur.  Bu  təkcə  yanma 

temperaturundan 

deyil, 


yanmanın 

müddətindən 

və 

daş 


materiallarının 

üyüdülməsindən də asılıdır.  

Yanma  zamanı  rezksiya  sürəti  hissəciklərin    radiusunun  kvadratı  ilə  tərs 

mütənasibdir.  Yanma  prosesi  zamanə  1000

0

S  temperaturdan  yuxarı  maye  əmələ 



gəlir. Belə ki, çini kütlə peqmatit və başqa qatışıqlara malik olur, bunlar tez əriyən 

evtektika  əmələ  gütirir.  1000

0

S-yə  kimi  yanma  temperaturda  fiziki-kimyəvi 



reaksiyalar  (susuzlaşma,  həcmi  kiçilmə)  bərk  fazada  gedir.  1000

0

S-dən  yuxarı 



temperaturda bu reaksiyalar maye fazaların iştirakı ilə gedir.  


Yüklə 396,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə