Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 396,69 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix29.05.2018
ölçüsü396,69 Kb.
#46482
1   2   3   4   5   6   7   8   9   10   ...   13

20 

 

rəngsizləşən  örtük  olur.  Örtük  naxışını  əmələ  gətirmək  üçün  qabı  rəngə  salmaqla 



vurulur. Yarımörtük  naxışı  isə qabın 10  fazi səthini əhatə edən,  yastı qablarda  isə 

eni 20  mm-dən olan zolaq şəklində  vurulan  naxışlardır.  Bəzən qabda örtük  naxışı 

tünddən  açıq  rəngə  doğru  və  ya  əksinə  olur  ki,  belə  naxışa  get-gedə  rəngsizləşən 

örtük deyilir. 

Örtük naxışı ayroqraf və xüsusi şablonun köməyi ilə əmələ gətirilir. 

Möhür  naxışı  (ştamp).  Bu  naxış  rezin  lövhələr  üzərində  işləndikdən  sonra 

həmin naxışın möhürünü boyağa, yaxud qızıl preparatına batırmaqla qabın üzərinə 

köçürlməsinə əsaslanır. Möhür naxışı mürəkkəb olmayan və bir rəngli naxışdır. 

Çap  naxışı  –  bu  üsulla  daha  mürəkkəb,  orijinal  naxışlar  qabın  üzərinə 

çəkilir. Çap, nöqtə,  xətt  və  xırda ştrixlər  halında olan konturlu bir boyaq  naxışdır. 

Çap  naxışı  əksər  hallarda  başqa  naxışlara  əlavə  edilir.  Bu  naxışı  əldə  etmək  üçün 

metal vərəqlərin üzərində naxışlar kəsilir və keramika boyağı çəkilir. Nazik papiros 

kağızları  boyaqlı  səthə  yapışdırılır  və  sonra  bu  papiros  kağızı  məmulatın  səthinə 

yapışdırılıb  və  mufel peçinə qoyulur. Mufel peçində papiros kağızı  yanaraq kənar 

olur və boyaq qabın üzərində qalır. 

Şelkoqrafiya  –  bunun  üçün  naxışlar  müəyyən  tor  kapron  parça      üzərində 

işlənir,  yəni  rəng  keçməsi  üçün  yerlər  açılır,  rəng  buraxılmamış  yerlər  isə  tam 

örtülür.  Sonra  həmin  şelkoqrafı  qabın  üzərinə  qoymaqla    rəng  çəkməklə  və  ya 

çiləmək  yolu  ilə  naxış  vurulur.  Bu  üsulla  çoxlu  örtük  xassəli  gül  şəbəkələri  olan 

örtük və ya saya yerli gül konturları olan az örtüklü naxışlar əldə etmək olar. Belə 

naxışlar bahadır, çünki çox boyaq işlədilir və çətindir. 



Basma – burada naxış çap üsulu ilə müəyyən jelatin təbəqədə kağız üzərinə 

köçürülür. Litoqrafiya və şelkotrafaretlə əmələ gətirilən basma fərqlənir. 

Birinci halda naxış məmulatın üzərinə köçürülür. Bu çox rəngli, dəqiq yerinə 

yetirilən,  nöqtələri  və  ştrixi  görünən  naxışdır.  Naxış  köçürülmədən  əvvəl 

məmulatın səthinə xüsusi mastika örtülür. 



21 

 

Şelkotrafaret  (köçürülən)  basma  çox  rəngli  naxışdır.  Əvvəl  o,  kağızın 



üzərinə  şelkotrafaret  tordan  çəkilir.  Sonra  kağızdan  məmulatın  səthinə  köçürülür 

ki, nəticədə düz təsvir alınır. 



Rəssamlıq  naxışı.  Bu  fırçanın  köməyilə  qabın  üzərinə  çəkilir.  Naxış 

kompozisiyasına  görə  sadə  və  mürəkkəb  ola  bilər.  Rəssamlıq  naxışı  mürəkkəb 

olaraq çox zəhmət tələb edir. 

Relyef  naxışı.  Relyef  bortlu  yaxud  kənarı  kəsikli  olan  məmulatlar  üçün 

xarakterikdir. Relyef naxışı formaya salınma prosesində əmələ gətirilir. Belə naxış 

boyaq,  yaxud qəzəl preparatı ilə bəzədilir. 

Fotokeramika.  Bu  üsulla  bəzəndirilən  əsası  neqativ  əksin  fotoplastikadan 

məmulatın  səthinə  köçürülməsidir.  Işığa  həssas  təbəqə  ilə  fotoplastika  tozaoxşar 

keramika  boya:  plastinkaya  kollodium  təbəqəsi  çəkilir,  sonra  suda  emulsiya 

təbəqəsi ayrılır ki, bu məmulatın səthinə yerləşdirilir və yandırılır. Təsvir (əks) bir  

daha  olaraq  qəhvəyi  rəngdə  olur.  Keramika  üzərində  foto  rəngli  fotoqrafiyanın 

inkişaf etməsi ilə əlaqədar olaraq geniş yayılmışdır. 

Medalyon girdə, oval, düzbucaqlı yaxud çox bucaqlı haşiyədə (çərçivə) olur. 

Medalyonun sərhəddi əlavə xəttlə yaxud arabeska ilə bəzəndirilir. 

Arabeska qızıl, yaxud  boyaqla çəkilmiş ensiz bort ornamentdir. 

Sirovka relyef naxışları tutqun qızıl örtüyü ilə qravirovka  (həkk) edilmişdir. 

Məmulatda  naxışı  bərkitmək  üçün  mufel  peçində  600-650

0

S  temperaturda 



yandırılır. 

Çini  məmulatlar  naxışın  növünə,  xarakterinə, çox zəhmət tələb etməsinə  və 

mürəkkəbliyinə  görə  birdən  10  qrupa  bölünür.  Lakin  Lomonosov  adına  leninqrad 

çini  zavodunda  naxışın  mürəkkəbliyinə  görə  6-dan  15-dək  qruppada  olur.  Birinci 

qrupa naxışsız yaxud  “ağ”  məmulatlar daxildir. 

Çini  məmulatlarının  bəzəndirilməsi  üçün  daha  mürəkkəb  naxışlar  tətbiq 

edildikdə  onun  qrup  nömrəsinin  qiymətinə  20%,  30%,  40%  və  s.  əlavələr  edilir. 

Məmulatın qiyməti bəzəyin mürəkkəbliyindən asılıdır. 




22 

 

Hər naxışın nömrəsi var, bu iki hissədən ibarət olub tirə ilə bölünür, tirədən 



əvvəl  yazılan  rəqəm  naxışının  qrup  nömrəsini,  tirədən  sonra  yazılan  rəqəm  isə 

bəzəyin  nömrəsini,  tirədən  sonra  yazılan  rəqəm  isə  bəzəyin  nömrəsini  göstərir. 

Kaşı  məmulatlar  çinidən  çox  məsaməli  olması  və  az  mexaniki  möhkəmliyi  ilə 

fərqlənir. Kaşı məmulata zəif toxunduqda da kar səs gəlir və ən nazik təbəqəsi işıq 

keçirmir. 

 

 



 


23 

 

V. YEMƏKXANA TƏYINATLI KERAMIKA MƏMULATLARININ 



KEYFIYYƏTININ EKSPERTIZASI 

 

Çini qabların nöqsanları 3 qrupa ayırmaq olar: 



1.  Qabın davamına təsir edən nöqsanlar. 

2.  Məmulatın sanitar-gigiyenik xassələrinə təsir edən nöqsanlar. 

3.  Məmulatın xarici görünüşünə təsir edən nöqsanlar. 

1  qrup  nöqsanlara  deformasiya,  aşağı  termiki  və  mexaniki  davamlılıq, 

şirənin pis yayılması, az ağlığı və zəif işıq keçirtmə daxildir. 

Deformasiya. Deformasiya  məmulatın  formasının pozulması  deməkdir. Bu 

nöqsan çini kütləsinin bir qaydada qarışdırılması, yaxşı qurudulması və ya düzgün 

bişirilməsi  nəticəsində  əmələ  gəlir.  Yastı  məmulatda  deformasiya  nöqsanı  onun 

əyilməsindən,  içi  oyuq  məmulatda  isə  diametrinin  müxtəlif  ölçülər  təşkil 

etməsindən  ibarətdir.  Deformasiya  məmulatın  böyüklüyündən  asılıdır.  Iri 

məmulatlarda çox, xırda da isə az deformasiyaya verilir. 

Aşağı termiki  və  mexaniki  davamlılı,  məmulatın  uzun  müddət  işlədilməsini 

aşağı  salır.    Az,  mexaniki  davamlılıq  məmulatın  daşınma  zamanı  çox  sınmasına 

səbəb  olur.  Bütün  sort  məmulatlar  temperaturun  170

0

S-dən  167



0

S-yə  qədər 

dəyişməsinə davam etməlidir. 

Boşqab  və  nəlbəkilərin  mexaniki  davamlılığı  120  ədəd  üst-üst  yığılaraq  5 

gün  saxlanılmaqla  təyin  edilir.  Altdakı  boşqab  qırılmamalıdır.  Yapışdırılmış  

hissələr yükü təsirindən qərəlmamalıdır. 

Çox  məsaməməlilik  məmulatın  işıq  keçirməsini  və  mexaniki  davamlılığını 

azaldır,  məmulatın  şirələnməmiş  yerləri  çirklənir.  Bütün  sort  məmulatların 

məsaməliyi  0,2-dən artıq olmamalıdır. 

Şirənin  pis  yayılması  və  tutqunluq  şirənin  qeyri-bərabər  yayılması 

məmulatın növü və gigiyenik xassələrini pisləşdirir. 

Şirə  axını  məmulatın  adətən  kənarlarında  qalın  şirə  qatının  əmələ 

gəlməsindən ibarətdir. 



Yüklə 396,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə