Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 396,69 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix29.05.2018
ölçüsü396,69 Kb.
#46482
1   2   3   4   5   6   7   8   9   ...   13

 

Çöl  şpatlı  yumşaq  çini  və  buna  yaxın  yapon  çinisinin  tərkibi  aşağıdakı 



kimidir:  25-30%  gil  maddəsi,20-45%  kvars,30-36%  çöl  şpatı.Belə  çininin 

yandırma temperaturu 1250

0

-1300


C–dir. 


Yumşaq çininin sümük, frit, biskivit  növləri geniş yayılmışdır. 

Sümük çininsinin tərkibində 60%-ə qədər sümük külünün olması ilə fərqlənir. 

Hazırda  Lomonosov  adına  çini  zavodunda  sümük  çininsindən  nəlbəki  ilə  çay, 

qəhvə fincanları istehsal olunur. Onalrın kimyəvi tərkibi belədir: sümük unu-50%, 

çöl şpatı 20%, kaolin və gil 30%. 

Frit  çinisi  keramika  məhsulu  sayılmır,  çünki  onun  tərkibində  gil  materialı 

yoxdur.Tərkibi  əsasən  kar  şüşəyə  yaxındır.  Onun  tərkibi    75%  təbaşirdən  (tərkibi 

gil  qarışığından  ibarət  olan  əhəng)  ibarətdir.  Bu  çiniyə  bir  sıra  plastik  xassələr 

vermək üçün formaya salma prosesində ona üzvi yapışqanlı maddələr əlavə edilir. 

Belə  çini  məmulatları  yandırma  zamanı  asanlıqla  deformasiyaya  uğradıqlarından, 

onları atlığı olan formalarda yandırırlar. 

Yumşaq  çininin  bir  növüdə  şirə  ilə  örtülməyən  biskivit  çinisidir  ki,  xarici 

görünüşü  yaxşı,  sortlu  ağ  mərməri  xatırladır.O,  bədii  məmulatların  hazırlanması 

üçün  işlədilir.  Biskivit  çinisinin  tərkibi  belədir:  kaolin  və  gil  37%,    kvars  qumu 

24%, çöl şpatı 36%,  ikinci bişmədən çıxmış saxsı 3%. 

Çini  məişət  qabaları  istismar  zamanı  bir  sıra  mexaniki  və  termiki  təsirlərə 

məruz  qalır.  Buna  görədə  bu  növ  mallar  yüksək  dərəcədə  müxtəlif  təsirlərə  qarşı 

davamlı olmalıdır. Bundan əlavə olaraq onlar yüksək gigiyenik xassələrə də cavab 

verməlidirlər. Bu şərtlərə nail olmaqdan ötrü hər şeydən əvvəl çini yüksək texniki 

göstəricilərə  cavab  verməlidir.  Çiniin  keyfiyyəti  onu  xammalının  keyfiyyətindən,  

tərkibindən, istehsal texnologiyasından  və  başqa səbəblərdən asılıdır. Tərkibini  və 

texnoloji parametrlərini dəyişməklə istənilən çini almaq olar. 

Çininin  keyfiyyətinə  onun  mikrostrukturası  təsir  edir.  Çininin  strukturası  bir 

çox  dəyişkən  olmaqla,  kütlənin  tərkibindən,  istehsal  şəraitindən,  temperatur 

rejimindən,  götürülmüş  komponentlərin  miqdarca  nisbətindən  aslıdır.  Çininin 



 

quruluşu əsasən şüşəyəbənzər amorf kütləsi, mullit kristalından, çöl şpatı şirəsində 



həll omayan kvars hissəciklərindən və məsamələrdən ibarətdir. 

Şüşəyəbənzər amorf  faza çöl şpatı  və çöl şpatı şüşəsində  nisbətən  həll  olmuş 

kvars  və  alüminium  hesabına  əmələ  gəlir.  Bu  faza  çiniyə  işıq  keçirmə  və  ağlıq 

xassələrini  verir.  Çininin  tərkibinə  gil  materialını  çöl  şpatına  və  kvarsa  görə  çox 

daxil  edilməsi  onun  işıq  keçirmə  qabiliyyətinini  bir  daha  artırır.  Lakin 

şüşəyəbənzər  fazanın  həddindən  artıq  çox  olması  çininin  mexaniki  və  termiki 

davamlılığını  azaldır.  Bəzi  müəlliflərin  məlumatına  görə  çini  tərkibində  çöl  şpatı 

şüşəsinin miqdarı 40-50%-dir. 

Kristalik  fazanı  əsasən  mullit  kristalı  təşkil  edir.  Bu  da  çiniyə  mexaniki 

möhkəmlik  verir.  Lakin  onun  işıq  keçirmə  xassəssini  aşağı  salır.  Mullitləşdirmə 

prosesi  1350-1380

0

C-də  aparılır.  Çinin  strukturasında  mullit  kristallarının  miqdarı 



30%-dir. 

Strukturanın  üçüncü  təşkil  edicisi  çöl  şpatında  həll  olmayan  kvars 

dənəcikləridir  ki,  bunu  da  mullit  kristalları  ilə  birlikdə  amorf    kütlə  ilə 

sementləşmiş şüşəyəbənzər kvars təşkil edir. 

Çinidə olan məsamələr mənfi xarakterə malikdir ki, bu da çininin işıqkeçirmə 

qabiliyyətini,  mexaniki  möhkəmliyini  aşağı  salıb,  onun  su  udmasını  isə  əksinə 

artırır.  Çinini  xassələri  əsasən  fazanın  sayından  və  tərkibindən  aslıdır. 

Şüşəyəbənzər  faza  35-69%  arasında  dəyişir.  Şüşəyəbənzər  fazanın  çox  olması 

çininin mexaniki möhkəmliyini azaldır. 

Mullit  kristallarının  həll  olması  şüşəyəbənzər  kütlənin  mexaniki  xassələrini 

artırır. Bu çini məmulatlarının da mexaniki xassələriin artması deməkdir. 

Çini  kütləsinin  əsas  ikinci  quruluş  növü  kristallik  fazadır.  Bu  faza  çöl  şpatı 

şüşəsində  həll olmayan  kvarsdan  və kaolinint qalığından  ibarətdir ki, bu da  mullit 

kristalları  ilə  birlikdə  kütlənin  skletini  yaradır.Kütlədə  çox  vaxt  60-85%-ə  qədər 

dəyişilməmiş kvars qalır. 

Mullit  əsas  quruluş  elementi  olmaqla  bir  çox  qiymətli  xüsussiyyətlərə 

malikdir.  Yüksək  ərimə  temperaturasına  (1910

0

C),  mexaniki  möhləmliyə,  kiçik 




10 

 

istilik  genişlənmə  əmsalına  və  yüksək  termiki  davamlılığa,  olduqca  yüksək 



kimyəvi  davamlılığa  malikdir.  Bütün  bunlar  mullit  kristallarının  müsbət 

xassələridir.Yandırma zamanı temperatur artdıqca  götürülmüş  materiallar  bir  neçə 

dəfə dəyişir. 

Kaşının  tərkibi  və  xassələri.  Üzəri  şəffaf  tez  əriyən  şirə  ilə  örtülmüş  ağ 

məsaməli keramika məmulatına kaşı deyilir. 

Kaşı  tez  əriyən  şirə  ilə  örtüldüyünə  görə  onlarda  ən  çox  müxtəlif  şirəaltı 

boyaqlarla naxışlama tətbiq edilir. 

Bərk  və  yumşaq  kaşı  qurulmuş  və  xassələrinə  görə  fərqlənir,  lakin  bərk  və 

yumşaq kaşıdan olan məmulatlar bir-birindən xariji görünüşünə görə az fərqlənir. 

Bərk  kaşının  tərkibində  30-35  plastik  gil,  30-35%  kaolin,  31-36%  kvars 

qumu,  2-5  çöl  şpatı  olur.  Kaşının  reseptində  kaşı  ya  olmur  və  ya  az  miqdarda 

iştirak edir. 

Çöl  şpatlı  təsərrüfat  kaşısı  geniş  yayılmışdır,  çünki  gil  və  əhəng  kaşısına 

nisbətən yüksək mexaniki möhkəmliyə malikdir. 

Yumşaq  kaşı  bərk  kaşıya  görə  az  xüsusi  çəkiyə,  çox  məsaməliyə  və  aşağı 

mexaniki möhkəmliyə malikdir. I bişirilmə temperaturası 1060-1080

0

S, II bişirilmə 



1020-1050

0

S-dir. Bu  kaşıdan məsaməli borular və filtrlər, sarımtıl çalarlarlığı olan 



az miqdarda təsərrüfat qabları hazırlanır. 

Kaşı  məmulatı  tez  əriyən  şirə  ilə  örtülür  ki,  bunun  üçün  xammal  kvars,  çöl 

şpatı, sink oksidi, surik və qurğuşun belibindən ibarətdir. 

Qələvi oksidləri şirənin tərkibinə çöl şpatı, peqmatit, soda və potaş vasitəsilə 

daxil olur. 

Qurğuşun oksidi şirənin ərimə temperaturasını aşağı salaraq ona parlaqlıq və 

yaxşı yayınma verir, anjaq kimyəvi davamlılığını azaldır. Surik və qurğuşun belili 

insan  sağlamlığı  üçün  zərərlidir,  buna  görə  kaşı  şirəsində  onu  sink  oksidi  və  ya  

stronsiumla əvəz edirlər. 

Kaşının normal şirəsi temperaturanın 170

0

S-dən 15


0

S–ə qədər dəyişməsində 

jalalanma  nöqsanı  verməməlidir. Onun şirəsi duz tursuşundan tez  xarab olur. Zəif 



Yüklə 396,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə