Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 396,69 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix29.05.2018
ölçüsü396,69 Kb.
#46482
1   2   3   4   5   6   7   8   9   ...   13

11 

 

bişirilmiş şirə turşu və qələvilərdə asan həll olur. Kaşının əsas göstərijilərindən biri 



də ağlıqdır ki, bu da  fotometr jihazı  ilə təyin  edilir.  Kaşının ağlığı 56%-dən 73% 

arasında  olur.  Kaşı  məmulatının  ağlığı  çinidən  çoxdur  Bu  onunla  izah  edilir  ki, 

şirəsiz məsaməli kaşı və şirəli kaşı işıq şüalarını çox səpəliyir və az udur. 

Kaşının  istehsal  xüsusiyyəti.  Kaşı  kütləsi  çini  hazırlanan  maşınlarda  və 

həmin üsullarla istehsal edilir. 

Təsərrüvat  kaşı  məmulatları  dəzgah  və  yarımavtomatlarda  şablon  üsulla 

formaya  salınır.  Dolça,  südqabı,  dekorativ  vazalar,  şorba  vazaları  və  s.  tokmə 

üsulla  hazırlanır.  Formaya  salma  üsulları  və  qurutma,  həmçinin  avadanlıq 

təsərrüfat çini istehsalında  olduğu kimidir. 

Çini  və  kaşının  bişirilmə  recimini  tamamilə  fərqlənir.  I  bişirilmə  yüksək 

temperaturada 1250-1280

0

S-də, II bişirmə isə aşağı temperaturda 1140-1180



0

S-də, 


şirələnmədən sonra aparçılır. Kaşı məmulatda birinji bişirmə gövdəni son formaya 

salır. 


Təsərrüfat  kaşısı  bəzəndirilən  zaman  şirəsi  aşağı  temperaturada  əridiyinə 

görə  müxtəlif  şirəaltı  boyaqlarından  istifadə  edilir,  lakin  bu  boyaqları  yüksək 

temperatura nətijəsində çinidə tətbiq etmək olmaz. 

 

 



 


12 

 

II. KERAMIKA MƏMULATLARININ KEYFIYYƏTINƏ QOYULAN 



ÜMUMI ISTEHLAK TƏLƏBLƏRI 

 

Istehsal  olunan  çini-kaşı  malları  müəyyən  tələblərə  cavab  verməlidirlər. 



Çini-kaşı 

malların 

keyfiyətinə 

verilən 


tələblər 

əhalinin 

maddi-mənəvi 

səviyəsindən,  onun  təyinatından,  xammal  ehtiyyatlarından,  istehsalın  texniki 

imkanlarından  və  mal  haqqında  məlumat  səviyəsindən  çox  aslıdır.  Keramika 

malları cari, perespektiv, ümumi və spesifik tələblərə cavab verməlidir. 



Cari  tələblər  həmin  dövrdə  satışa  daxil  olan  mallara  verilən  tələbdir  və  bu 

tələblər dövri olaraq nəzərdən keçirilir. 

Əhalinin  artmaqda  olan  tələbatını  daha  dolğun  ödəmək  üçün  bir  qayda 

olaraq  istehsal  prosesləri  təkminləşdirilməli,istehsalatda  daha  dəqiq,məhsuldar 

maşınlar  tətbiq  edilməli  və  yeni  xammal  növləri  aşkar  olunmalıdır.  Buna  görə  də 

keramika  mallarıın  keyfiyyətinə  nəzarət  etmək  üçün  perespektiv  tələblər  irəli 

sürülür. Perspektiv tələblər elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq cari 

tələblər qrupuna keçir və standartlar üzrə normalaşdırılır. 

Çini-kaşı  məmulatların  keyfiyyətinə  verilən  ümumi  tələblər  cari  və 

perspektiv  tələblərdən  fərqli  olaraq  onun  təyinatına  uyğunluğunu,  istifadəyə 

yararlılığını,insan 

üçün 


zərərsizliyini,insan 

orqanizminin 

normal 

həyat 


fəaliyyətinin  təmin  edilməsini,  müəyyən  olumluş  müddət  ərzində  istismar  zamanı 

davamlılığı, etibarlılığı, sadəliliyi, estetik və erqonomik tələbləri özündə birləşdirir. 

Çini-kaşı məmulatlarına verilən cari, perespektiv, ümumi və spesifik tələblər 

onun  istehlakının  hansı  sahəsini  xarakterizə  etməsindən  aslı  olaraq  funksional, 

erqonomik, gigyenik, etibarlılıq və s. kimi tələblərə bölünür. 

Funksional  tələblər.  Bu  tələb  bilavasitə  məmulatın  təyinatı  ilə 

əlaqədardır.Çünki  hər  hansı  bir  məmulat təyinat etibarı  ilə öz  funksiyasını  yerrinə 

yetirə  bilmirsə,  o  digər  tələblərə  uyğun  olsa  da,  öz  təyinatı  üçün  yararsız 

sayılır.Funksioal  tələblər  məmulatın  ərzaq,  içki  saxlamağa  yararlı  olmasından, 

ərzaq və içkini ondan sadə və asan tökməkdən, həmçinin hər iki funksiyanı yerinə 



13 

 

yetirilməsinin  universallığından  aslıdır.  Məmulat  birinci  halda  ərzaq  və  içkini 



keçirməməli  və  onlara  davamlı  omalıdır.  Onlar  həmçinin  müxtəlif  atmosfer 

təsirlərə,  kimyəvi,  isti,  mexaniki  təsirlərə  qarşı  davamlı  olmalıdır.  Keramika 

məmulatlarının müxtəlif təsirlərə davamlılığı keramikanın quruluşundan, keramika 

şirəsinin  davamlılığından,  istilik  keçirməsindən,  termiki  davamlılığından  aslıdır. 

Məmulatdan  istifadə  zamanı  ərzaq  və  içkinin  asan  çıxarılması  məmulatın 

konstruksiyasından da aslıdır. 

Forma  anlayışına  onun  utilitar  və  estetik  tələbə  uyğunluğu,  məmulatın 

davamlılığı,detalların əsas forma və ölçülərinə uyğun gəlməsi daxildir. Məmulatın 

forması tətbiq edilən etalona uyğun olmalıdır. Məmulatın forması indiki mərhələdə 

ki, üsluba və milli xüsusiyyətlərə cavab verməli, istifadə zamanı rahat olmalıdır. 

Daha  müvəffəqiyyətli  məmulat  bəzəyinə  və  rənginə  görə  vahid  üslubda 

olmalıdır.  Məmulatın  detalları  vahid  üslub  təşkil  etməli,  eyni  zamanda  biri 

başqasını tamamlamalıdır. Məmulatın forma ölçüsündən onun doldurulma dərəcəsi 

aslıdır  ki,  bu  da  yuxari  hissənin  diametri  və  maksimal  hündürlüyü  ilə  təyin 

olunur.Bu  funksional  bucaqla  təyin  olunur.  Funksional  bucaq  qabın  mailik 

bucağıdır ki,bu zaman  mayenin  ilk damcısı ondan ayrılır. Onun ölçüsü  funksiyanı 

yerinə yetirən məmulatdan aslıdır. 

Erqonomik  tələblər.  Məişət  çini-kaşı  məmulatlatına    olan  erqonomik 

tələblər  onların  istifadəsi  üçün  rahat  olması  və  gigyenik  xüsusiyyətlərə  malik 

olması ilə xarakterizə olunur. 

Birinci  qrupa,yəni  onların  istifadə  üçün  rahat  olmasına  məmulatın  insanın 

antropometrik,  fizioloji  və  psixoloji  xüsusiyyətlərinə  uyğun  olmasını  xarakterizə 

edən  göstəricilər  aiddir.  Antropometrik  tələblər  məmulatın  xarici  və  daxili 

diametrinin,  qulpunun  ölçüsü,  qapaq  saxlayıcının  inasının  əlinin  forma  və 

ölçülərinə  uyğun  gəlməsi  ilə  xarakterizə  olunur.  Belə  ki,  qabın  qulpu  əlin  baş 

barmağının ölçüsünə uyğun gəlməlidir. Əks halda o,əldən sürüşür. Çayniki 70

0

-yə 



qədər əydikdə onun qapağı düşməməlidir. 


Yüklə 396,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə