Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   21   22   23   24   25   26   27   28   29

80 

 

 



 

Nəticə və təkliflər  

 

        Dünya  təcrübəsində  olduğu  kimi,  Azərbaycanda  da  getdikcə  iqtisadiyyatın  əsas 



sahələrindən  birinə  çevrilən  turizm  bir  çox  xidmət  sahələrini  özünə  cəlb  edərək, 

bütövlükdə  cəmiyyətin,  demək  olar  ki,  bütün  təbəqələri  üçün  gəlir  mənbəyi  rolunu 

oynayır.  Təsdiq  edilmiş  Dövlət  Proqramının  yerinə  yetirilməsi  üçün  hazırlanmış 

tədbirlər planında  regionlarda turizm  infrastrukturunun  yaradılması  ilə  bağlı təkliflər 

30 bənddə öz əksini tapmışdır.  

    Azərbaycanda  turizmin  inkişaf  etdirilməsi  ilə  bağlı  Gənclər,  İdman  və  Turizm 

Nazirliyinin  fəaliyyət  planında  məhz  regionlarda  yeni  turizm  infrastrukturunun 

qurulması,  yerli  və  xarici  sərmayəçilərin  regionlara  cəlb  olunması  və  orada  yeni 

turizm  müəssisələrinin  yaradılması  ilə  əhalinin  məşğulluğunu  təmin  etmək  öncül 

istiqamət təşkil edir. Bu məqsədlə Turizm Baş İdarəsinin ölkədə turizmin inkişafı ilə 

bağlı  seçilmiş  30  perspektivli  rayon  və  şəhərlərə  ezam  olunmuş  əməkdaşları 

tərəfindən  regionlarda  turizmin  müxtəlif  növlərinin  yaradılması  üçün  ərazilərin 

öyrənilməsi  və  sxematik  xəritələrin  hazırlanması  işi  aparılır.  Sonrakı  mərhələdə 

Azərbaycan  üzrə  turizm  zonalarının  müəyyən  edilməsi  və  bu  zonalara  sərmayələrin 

cəlb  olunması  nəzərdə  tutulur.  Lakin  bundan  əvvəl  turizm  zonalarından,  yerli 

potensialdan  maksimum  dərəcədə  səmərəli  istifadəni  təmin  etmək,  ətraf  mühiti 

qorumaq  məqsədi  ilə  zonaların  əsasnaməsi  hazırlanmalı  və  təsdiq  edilməlidir. 

Zonaların  istifadəsi  prosesində  də  əsas  meyar  regionların  inkişafı  və  sosial-iqtisadi 

vəziyyətinin yaxşılaşdırılması olacaqdır.  

  Azərbaycanın  təbiətinin  zənginliyi  və  rəngarəngliyi  regionlarda  turizmin  müxtəlif 

növlərinin  inkişafına  geniş  imkanlar  yaradır.  Kortəbii  olsa  da,  yerli  əhali  artıq  belə 

imkandan  istifadə  edir.  Kənd  turizmi  ilə  məşğul  olaraq,  ilin  bütün  mövsümlərində 

yerli  və  xarici  turistlərə  yaşayış  yeri,  yemək  verir,  hətta  bəzi  kəndlərdə  ekskursiya 

xidmətləri  də  göstərirlər.  Qeyd  etmək  lazımdır  ki,  turistləri  qəbul  edən  kəndli  ilə 

yanaşı,  göstərilən  xidmətlərə  görə  digər  sakinlər  də  mənfəət  əldə  edirlər.  Belə  ki, 

qonşu  kəndlilər  istehsal  etdikləri  ərzaq  məhsullarını,  əl  işlərini  turistlərə  satmaq 

imkanı qazanırlar. Bizdə olan məlumatlara görə, belə kənd evlərinin sayı hər mövsüm 



81 

 

 



 

artmaqdadır.  Sosial  rifahın  yaxşılaşdırılmasında  əhəmiyyətli  rol  oynayan  bu  turizm 

növünün  dəstəklənməsi  məqsədi  ilə  Turizm  Baş  İdarəsi  kənd  turizminin  təbliğ 

olunması  və  inkişaf  etdirilməsi  üçün  daim  regionlarda  treninqlər  və  təlim  kursları 

təşkil  edir.  Kənd  turizmi  maddi  gəlir  mənbəyi  olmaqdan  əlavə,  mədəniyyətimizin, 

adət-ənənələrimizin,  mətbəximizin  təbliğində  əvəzedilməz  amildir  və  inanırıq  ki, 

yaxın gələcəkdə Azərbaycanın bütün bölgələrində geniş vüsət tapacaqdır.  

    Regionlarda  mövcud  olan  problemləri  yaxından  öyrənmək  məqsədi  ilə  respublika 

Prezidenti  yanında  fəaliyyət  göstərən  Sahibkarlar  Şurasının  nəzdində  regionlarda 

sahibkarlığın inkişafı işçi qrupu yaradılmışdır. Turizm Baş İdarəsinin əməkdaşının da 

üzv olduğu qrup regionlara mütəmadi səfər edir, müxtəlif fəaliyyət növləri ilə məşğul 

olan  sahibkarlarla  yanaşı,  turizm  sektorunda  çalışan  iş  adamları  ilə  də  görüşlər 

keçirir.  Bütün  bunlar  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramının  yerinə 

yetirilməsinə töhfə verəcəkdir.  

    Regionların  sosial-iqtisadi  inkişafının  sürətləndirilməsində  önəmli  rol  oynayan 

məqamlardan  biri  də  turizm  sahəsində  fəaliyyət  göstərən  sahibkarların  turizm 

infrastrukturunun  yaradılmasına  dair  təqdim  etdikləri  layihələrin  nəzərdə  tutulmuş 

proqramlar  üzrə  maliyyələşdirilməsinə  üstünlük  verilməsidir.  Belə  layihələrin 

aidiyyəti  qurumlar  tərəfindən  dəstəklənməsi  regionlarda  da  turizm  axınının 

güclənməsinə  təsir  edə  biləcək  turist  xidmət  sahələrinin  yaradılmasına  və  inkişafına 

müsbət təsirini göstərəcəkdir.  

      Gənclər,  İdman  və  Turizm  Nazirliyi  regionların  turizm  potensialının  tədqiq  və 

təbliğ  olunması  məqsədi  ilə  Birləşmiş  Millətlər  Təşkilatı  ilə  birgə  Azərbaycanın 

yeddi rayonunda turist informasiya mərkəzinin yaradılması işinə başlamışdır. Turizm 

Təbliğat maşınının tərkib hissəsi olmaqla yanaşı, bu mərkəzlər yerlərdə turizm sahəsi 

üzrə  mütəxəssislərin  hazırlanması  funksiyasını  da  yerinə  yetirərək,  regionlarda 

mövcud olan kadr boşluğunun aradan qaldırılmasında əvəzsiz rol oynayacaqdır.  

 Göründüyü  kimi,  Gənclər,  İdman  və  Turizm  Nazirliyi  tərəfindən  bu  sahədə  həyata 

keçirilən  tədbirlərin  əsasını  regionlarda  turizm  sektorunun  inkişaf  etdirilməsi  və 

bununla  da  sosial-iqtisadi  vəziyyətin  yaxşılaşdırılması  təşkil  edir.  http:  //azertag. 

az/xeber/-2015. 



82 

 

 



 

        2015-ci  ildə  ölkəmizin  mövcud  turizm  potensialının  səmərəli  istifadə  olunması 

məqsədilə turizm sahəsində ardıcıl işlər görülmüşdür. 

Yeni mədəni-turizm  marşrutlarının yaradılması çərçivəsində layihələrin hazırlanması 

üzrə işlər aparılmışdır. 

      Turizm  sahəsində  çalışan  kadrların  maarifləndirilməsinə  və  turizmin  müxtəlif 

növlərinin inkişafına təkan verəcək «Azərbaycan Respublikasında 2007-2016-cı illər 

üçün Turizmin  inkişafına dair Dövlət Proqramı»nın  layihəsi  hazırlanmış  və  müvafiq 

dövlət orqanlarına təqdim edilmişdir. 

       Dövlət  Proqramının  əsas  məqsədi  “Turizm  haqqında”  Qanunda,  habelə  digər 

müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm 

sahəsində  dövlət  siyasətinin  həyata  keçirilməsini,  ölkənin  sosial-iqtisadi  inkişafını 

təmin edən  vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli  istifadə olunmasını, 

turizmin  ölkə  iqtisadiyyatının  öncül  istiqaməti  kimi  tanınması  və  bu  sahənin 

səmərəliliyinin artırılmasını təmin etməkdir. 

       Turizmin inkişafı sahəsində  qarşıya qoyulan əsas məqsədlər  

Turizm  ehtiyatlarının  öyrənilməsi  və  onların  genişləndirilməsi,  turistlərin  istirahəti, 

onların  tələbatının  ödənilməsi  üçün  zəruri  olan  xidmətlərin,  ekskursiya  və  digər 

mədəni 

tədbirlərin 



çeşidinin 

genişləndirilməsi 

və 

müasir 


standartlara 

uyğunlaşdırılması,  sanatoriya-kurort  sərvətlərinin  öyrənilməsi  və  davamlı  istismarı, 

mehmanxanaların  və digər turizm obyektlərinin tikintisinin  genişləndirilməsi, turizm 

marşrutlarının artırılması, turizm  növlərinin  inkişaf etdirilməsi, prioritet turizm  növü 

kimi  mədəni  turizm,  ekoloji  turizm  və  kənd  yaşıl  turizmi,  rekreasiya  turizmi 

sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi,  milli adət-ənənələri, Azərbaycan 

xalqının  tarixi-mədəni  irsini,  ayrı-ayrı  regionların  və  şəhərlərin  tarixini  əks  etdirən 

materialların nəşr etdirilməsi və yayılması, milli sənətkarlıq və suvenir məhsullarının 

istehsalının  və  satışının  genişləndirilməsi  qarşıya  qoyulan  əsas  məqsədlər 

sırasındadır. 

      Eyni zamanda Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi 

dünyada  tanıtmaq  məqsədilə  yeni  Azərbaycan  Turizm  əmtəə  nişanının  (loqosunun) 

və turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat və  məlumat-sorğu 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə