Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   21   22   23   24   25   26   27   28   29

77 

 

 



 

     Ölkəmiz  üçün  yeni qeyri-ənənvi turizm növlərini  müəyyən edərkən  nəzərə almaq 

lazımdır  ki,  qeyri-ənənvi  turizmə  maraq  göstərən  turistlərdə  əsasən    aşağıdakı 

xüsusiyyətlər səciyyəvidir: 

-   yeniliyə marağın olması; 

-  kiçik qruplarda səyahətlərə üstünlük vermək; 

-  fərqli mədəniyyətlərə marağın olması və  s. ; 

    Müasir  dövrdə  aktual  problemlərdən  biri  gənclərimizin  dünya  görüşünün 

genişləndirilməsi  məsələsidir.  Xarici  təcrübədə  istehlakçılara  məhsulu  əyləncəli 

şəkildə  təqdim  etməklə,  onları  hiss  edilmədən  maarifləndirirlər.  Praktikadan 

bəhrələnərək  qeyri-ənənəvi  turizm  növlərinin  də  gənclərin  dünya  görüşlərini 

artırmaqda  istifadə  etmək  mümkündür.  Məsələn,  Fransanın  “Astariks”  əyləncə 

mərkəzi daha çox uşaqlı ailələrin istirahəti üçün nəzərdə tutulub. Tematik parktikada 

Istifadə  edilən  əyləndirici  personajlar  kimi  onların  obrazlarında  istifadə  edirlər. 

Bununla da oşaqları kiçik yaşdan  ölkənin tarixi ilə tanış edib, onlarda vətənpərvərlik 

hissini  formalaşdırırlar.  Başqa  misal  olaraq  Yaponiya  və  Almaniya  kimi  ölkələrin 

Disney Parklarını qeyd etmək olar ki, burada adı çəkilən ölkələrin öz animasiyalarına 

üstünlük  verilir.  Almaniyada  daha  çox  Qrim  qardaşlarının  nağılları  tanıdılır. 

Ölkəmizdə  də  gələcəkdə  yaradılacaq  əyləncə  mərkəzlərində  xarici  yox,  öz 

ədəbiyyatlarımıza  aid  cırtdan,  qoğal,  Molla  Nəsrəddin,  qaraca  qız  və  s. 

personajlardan  istifadə  edilsə,  daha  məqsədəuyğun  olar.  Eyni  zamanda,  xaricdən 

gələn  turistlər  üçün  belə  mərkəzlərdə  yeni  obrazların  istifadə  edilməsi  həm  maraqlı, 

həm də cəlbedici olacaq. 

     Beləliklə,  bölgələrimizdə  qeyri-ənənəvi  turizm  növlərinin  inkişaf  etdirilməsinin 

əhəmiyyəti aşağıdakılardan ibarətdir: 

-   ölkənin xarici bazarda tanıdılması; 

-  Dövlət büdcəsinə əlavə gəlirin gəlməsini təmin edəcək; 

-  Regionlara pul axınını yaradaraq onların inkişafına təkan verəcək; 

-  əhalinin (xüsusən də regionlarda) maariflənməsinə kömək edəcək; 

-  ölkədə turizmin mövsümülükdən asılılığını zəiflədəcək; 

-  təbii, eləcə də mənəvi dəyərlərin qorunmasına imkan yaradacaq; 



78 

 

 



 

-  əhalinin məşğulluğunu (xüsusən bölgələrdə) artıracaq; 

-  təklif edilən məhsullar sayəsində istehlakçıların tələbi ödəniləcək; 

-  daxili bazarda təkliflərdə çeşidlilik yaranacaq. 

    Azərbaycan  Respublikasında  turizmin  daha  da  inkişaf  etdirilməsi  və  turizm 

fəaliyyəti  üçün  əlverişli  şəraitin  yaradılması  zərurətini,  turizm  ehtiyatlarından 

səmərəli  istifadə  olunmaqla  zəngin  coğrafi  landşafta  malik  ölkəmizin  təbiət 

abidələrinin,  eləcə  də  xalqımızın  qədim  mədəni-tarixi  irsinin  geniş  miqyasda 

tanıdılmasını təmin etmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. 

2011-ci  ilin  ölkəmizdə  "Turizm  ili"  elan  edilməsi  də  bu  baxımdan  diqqəti  çəkən 

məsələ olmuşdur. Ölkə başçısının "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm 

ili"  elan  edilməsi  ilə  bağlı  Tədbirlər  Planı"nın  təsdiq  olunması  haqqında  sərəncam 

imzalaması qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsini təsdiqlədi. 

    Bakıda beşulduzlu hotel komplekslərinin açılışı qarşıya qoyulan vəzifələrin uğurla 

həyata  keçirildiyinə  əyani  sübutdur.  Dünya  standartlarına  cavab  verən  hotel 

komplekslərinin  istifadəyə  verilməsi  ölkəmizin  qüdrətindən  xəbər  verir.  Yalnız 

dünyanın  ən  inkişaf  etmiş  ölkələrində  rast  gəlinən  bu  cür  obyektlər  iş  adamları, 

turistlər  və  qonaqlar  üçün  maksimum  xidmətlər  təklif  edir.  Ölkəmizdə  qeyri-neft 

sektorunun  inkişafına  olan  diqqət  və  qayğı  respublikamızda  turizmin  inkişafını  

sürətləndirmişdir.Əldə olunan nəticələr ölkəmizdə hotel biznesiningenişləndirilməsini 

və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. 

    Bu  günlərdə  Bakıda  daha  bir  beşulduzlu  hotel  -  "Four  Seasons  Hotel  Baku"nun 

açılışı oldu. Klassik və müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli 

memarlıq  üslubu  peşəkarlıqla  uzlaşdırılmışdır.  "Four  Seasons"  özünün  yeni  incisi  - 

"Four  Seasons  Hotel  Baku"nu  Xəzər  dənizinin  sahilində,  ekoloji  təmiz  zonada 

turistlərin ixtiyarına verir. Yeni istifadəyə verilən hotelin orijinallığını artıran və daha 

çox  diqqəti  cəlb  edən  amillərdən  biri  də  dizayn  zamanı  milliliyin  diqqətdə 

saxlanılmasıdır.  Hotelin  bütün  zallarına  və  toplantı  otaqlarına  ecazkar  Azərbaycan 

muğamlarının  adı  verilmişdir.  Burada  "Segah"  adlı  500  nəfərlik  böyük  ziyafət  zalı 

yaradılmışdır.  Bu  zalda  xüsusi  mərasimlər  və  digər  əlamətdar  tədbirlər  keçirmək 

mümkündür.  Belə  mərasimlərin  keçirilməsi  üçün  həcmcə  daha  kiçik  bir  zal  -  390 



79 

 

 



 

nəfərlik  "Rast"  zalı  da  istifadəyə  verilmişdir.  Hotelin  "Şur",  "Çahargah",  "Bayatı-

Şiraz", "Humayun", "Şüştər" otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün 

bütün  şərait  yaradılmışdır.  "Four  Seasons"  hotellər  şəbəkəsinin  dünyada  sayca  90-cı 

hoteli "Four Seasons Hotel Baku" 27 lüks və yüksəksəviyyəli qonaqlar üçün nəzərdə 

tutulan  iki  nömrə  də  daxil  olmaqla  ümumilikdə  171  geniş  otaqdan  ibarətdir.  Son 

dəbdə yaradılan hotelin fəaliyyətə başlaması ümumilikdə 350-yə yaxın yeni iş yerinin 

açılması deməkdir. 

    Prezident  İlham  Əliyev  Bakıda  beşulduzlu  "Four  Seasons  Hotel  Baku"nun 

açılışında  bildirib:  "Mən  çox  şadam  ki,  belə  möhtəşəm  memarlıq  və  sənət  əsəri 

Bakıdadır,  Azərbaycandadır.  Azərbaycan  buna  layiqdir.  Bakıya  gələn  qonaqlar 

şəhərin gözəlliyi ilə tanış olacaq, eyni zamanda bu gözəl hoteldə istirahət edəcəklər. 

    Ölkəmizdə  hotellərin sayı  getdikcə artır. Azərbaycanda son bir  il ərzində bir  neçə 

dünya  şöhrətli  hotellər  şəbəkəsi  açılmışdır.  Onların  sadəcə  sadalanması  onu  göstərir 

ki, doğrudan da Bakı dünyanın  mərkəzinə çevrilir. Son bir il, ya bir il yarım ərzində 

"Kempinski",  "Hilton",  "Sheraton",  "Marriott",  "Jumeirah"  və  nəhayət,  "Four 

Seasons"  hotellərinin  açılması,  növbəti  aylarda  "Fairmont"  hotelinin  açılışı 

Azərbaycanın  nəinki  turizm  potensialını,  ümumiyyətlə  potensialını  göstərir.  Çünki 

mən  başqa  belə  şəhər  tanımıram  ki,  qısa  müddət  ərzində  dünyanın  aparıcı  hotelləri 

burada  öz  hotellərini  açsınlar.  Bu,  Azərbaycana  olan  inamın  təzahürüdür. 

İnvestorların  Azərbaycanın  bugününə,  gələcəyinə  olan  inamının  təzahürüdür. 

Şəhərimizin sürətlə inkişaf etməsinin təzahürüdür". 

    Prezident  İlham  Əliyev  ötən  9  ildə  Bakı  şəhərinin  milli  üslubda  inkişaf  etməsi, 

təmizliyi,  gözəlliyi,  müasirliyi  ilə  göz  oxşaması  üçün  bütün  zəruri  tədbirləri  həyata 

keçirmişdir.  Bu  illərdə  həyata  keçirilmiş  çoxşaxəli  tədbirlər  sistemi  həm  kəmiyyət, 

həm  də keyfiyyət  göstəricilərinə  görə  miqyaslı, konkret  və  ünvanlı olması  ilə diqqət 

çəkir.  Ölkə  başçısının  yeni  dövrün  tələblərinə  uyğun  olaraq  Bakı  şəhərinin  və  onun 

qəsəbələrinin  sosial-iqtisadi  inkişafının  daha  da  sürətləndirilməsi  üçün  konkret 

vəzifələr  müəyyənləşdirməsi  qarşıdakı  dövrdə  daha  böyük  nəticələrin  əldə 

olunacağına əminlik yaradır. /http://www.azerbaijan-news.az/. 



 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə