Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

65 

 

 



 

ölkəmizin  turizm  potensialının  nümayiş  etdirilməsində  belə  beynəlxalq  tədbirlər 

böyük əhəmiyyətə malikdir.  

 Sərgilərdə  Azərbaycana  aid  guşədə  müxtəlif  səpkili  reklam  və  turizm  məhsulları 

nümayiş etdirilir. Materiallar arasında  Azərbaycanın  turizm  imkanları,  respublikanın 

müxtəlif  regionları,  mədəniyyət  və  tarixi  ilə  yanaşı,  Qarabağ  və  Şuşa  haqqında 

kitablar  və  bukletlər  üstünlük  təşkil  edir.  Azərbaycanın  bu  sərgilərdə  iştirakının 

əhəmiyyəti  ondan  ibarətdir  ki,  yerli  əhali  Azərbaycanın  turizm  potensialı  barədə 

ətraflı  məlumatlandırılır,  aktual  mövsüm  kataloqları  əsasında  insanlara  tətil 

seçimlərində  istiqamət  verilir  və  həmçinin,  turizm  mütəxəssisləri  arasında  təcrübə 

mübadiləsi  aparılır.Turizm  sahəsində  görülən  işlərin  və  uğurların  davamı  olaraq 

Azərbaycan  bu  il  ərzində  -  2011-ci  ildə  Azərbaycanda  "Hilton  Worldwide"  hotellər 

şəbəkəsinə  daxil  olan  yeni  mehmanxananın  cari  ilin  sonunda  istifadəyə  verilməsi 

nəzərdə tutulub. 

    2011-ci  ilin  "Turizm  ili"  elan  edilməsi  il  ərzində  bu  sahədən  gələn  gəlirin  turizm 

sənayesində  böyük    iqtisadi  sıçrayışlarla,  beynəlxalq  siyasi  və  mədəni  müstəvidə 

uğurlarla  nəticələnəcək.    Odur  ki,  turizm  sahəsinin    inkişafına  xidmət  edə  biləcək, 

beynəlxalq standartlar səviyyəsinə təkliflər irəli sürülməlidir. Buna ölkənin yeraltı və 

yerüstü  sərvətləri  imkan  verir.  Dövlət  başçısı  İlham    Əliyevin  dediyi    kimi, 

Azərbaycanın  gözəl  təbiəti  var,  Xəzər  dənizi,  gözəl  dağlar,  çaylar,  meşələr  xalqın 

böyük sərvətidir. http://webcache.googleusercontent.com. 

      Turizmin idarəçiliyinin müasir şəraitdə təkmilləşmə istiqamətlərinə gəldikdə deyə 

bilərik  ki,  turizmin  idarə  edilməsi  kompleks  sistemli  məqsədyönlü  fəaliyyət  dairəsi 

olub, struktur islahatların tərkib hissəsidir. Turizm idarəetmə obyekti olaraq turizmin 

məqsədinə, onun əsas təşkilati qurulişuna  və kadr potensialına əsaslanır.       Turizm 

idarəçiliyi  turistlərin  motivasiyasına  əsasən  qurulur.  Bu  baxımdan  hər  bir  turist 

obyektində  turistlərin  rəyi,  seçimi  öyrənilir,  onların  özlərinin  xarakteristikası,  hansı 

ölkədən  gəldikləri,  turist  müddəti  və  turistlərin  sosial-demoqrafik  tərkibi,  sosial 

statusu  turist  tələbatı  ilə  müqayisə  olunur  və  bu  idarəetmə  aparıcı  motiv  seçilir. 

Turistlərin  hər  bir ölkəyə axını, potensial turist axını qiymətləndirməyə  imkan  verir.           




66 

 

 



 

Turizm  potensialı  hər  bir  nəfərə  düşən  şəraitin,  maddi  məsrəflərin,  kadrların  sosial 

xarakterləri  ilə  öyrənilir.  Turist  idarəçiliyi,  turist  agentliyi,  turist  operatorluğu,  turist 

dillerləri  və  turizmin  əsas  xidmət  sferasında  işləyən  əhalinin  sayını  müəyyən  edir. 

Onların  arasında  əmək  bölgüsünü  formalaşdırır.  İdarəetmə  səmərəsi  cari  və 

perspektiv  resursların  istifadəsi  və  onlarınehtiyatlarının  artımı  ilə  müəyyənləşdirilir. 

Turizm  ehtiyatları  idarə  etmənin  resurs  potensialını  formalaşdırır.  Ehtiyatlar  plana 

uyğun  olaraq,  turistlərin  sayı  və  hər  bir  tuistə  düşən  maddi,  maliyyə,  əmək 

məsrəflərini formalaşdırır.  

     Hər  bir  ölkədə  bu  nisbətlər  özünəməxsus  formada  həll  olunur.  Turizm  sahəsində 

vəzifə  bölgüsü  çoxukladlı  təsərrüfat  xarakteri  daşıyır.  Turist  sənayesi,  turist 

infrastrukturu,  otelçilik,  turist  planlaşması,  turizmə  maddi-xidmət  sferası  bir-birini 

əlaqəli  surətdə  tamamlayır.  Bu  etapların  hər  biri  özünün  bir  sıra  xarakterik 

göstəriciləri,meyarları və idarə etmə üsulları ilə səciyyələnir.Təbii ki, təkmilləşdirmə 

dedikdə, müasir səraitdə ölkə iqtisadiyyatında baş verən struktur dəyişmələrini nəzərə 

alır  və  ölkənin  perspektivinə  uyğun  olaraq  layihələr  hazırlanır.  Turizm  sahəsi  ərazi 

idarə etmənin üstünlüyünü tələb edir. Həmçinin dünyəvilik prioritet istiqamət sayılır.  

     Turizmin qlobal problemlərini onun makroiqtisadi aspektləri,  ölkə iqtisadiyyatına 

xüsusilə  bağlanır.  Məsələn,  investisiya  mühiti,  qida  təhlükəsizliyi,  bütövlükdə 

təhlükəsizlik,  sahibkarlıq  mühiti,  qanunvericilik  bazası,  turizmin  region  üzrə 

yerləşməsi  straregiyası,  təbii-coğrafi  şəraitin  üstünlüyü  və  onlardan  istifadənin 

zəruriliyi  makroiqtisadi  problemlərdir  və  təkmilləşmə  tələb  edir.  Makro  səviyyədə 

turizmin  problemləri  və  istiqamətləri  planlaşma  ilə  bağlıdır.  Daha  çox  marka 

planlaşmasına  üstünlük  verilir.  Biznes  planları  tutulur.  Sosial  prioritetlət  və 

kommersiya  maraqları  üst-üstə  düşəndə  əlverişli  şərait  yaranır.  Davamlı  və  tarazlı 

inkişafda,  büdcə  gəlirlərinin  formalaşmasında,  vergi  daxilolmalarının  həcminin 

artımında  mühüm  rol  oynayan  turizm  sektorunda  zəruri  infrastrukturun 

formalaşdırılması  son  illər  hökumət  üçün  prioritet  məsələlərdən  birinə  çevrilib.            

Ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsi,beynəlxalq əlaqələrin genişlənməsi, 

habelə  mədəniyyət  və  idman  sahələrində  əldə  olunan  nailiyyətlər  turizm  sahəsinin 

davamlı  inkişafını  təmin  edir.  Azərbaycanda  turizm  sahəsində  mövcud  olan  geniş 



67 

 

 



 

imkanlar  ölkəmizin  bir  sıra  beynəlxalq  təşkilatlarla  turizmin  inkişafı  istiqamətində 

əməkdaşlıq  etməsinə  şərait  yaradır.  Son  illər  Azərbaycanın  bu  sahədə  əldə  etdiyi 

nailiyyətlər beynəlxalq  təşkilatlar  və  maliyyə qurumlarının  hesabatlarında da  yüksək 

dəyərləndirilir.  Xatırladaq  ki,  bir  müddət  əvvəl  Dünya  İqtisadi  Forumunun  dünya 

ölkələrinin  turizm  sahəsində  rəqabət  qabiliyyətinə  görə  tərtib  etdiyi  reytinq 

cədvəlində  respublikamız  irəliləyərək  7-ci  onluqda  qərarlaşıb.  Dünya  Turizm 

Təşkilatı  (DTT)  Azərbaycanda  turizmin  inkişafını  yüksək  dəyərləndirərək,  xüsusən 

də  elektron  viza  sisteminə  keçidi  alqışlayıb.  Təşkilatın  baş  katibi  Taleb  Rifai 

Azərbaycanın  bu  qərarının  ölkədə  turizm  sektorunun  inkişafına  təkan  verəcəyini 

bildirib.  Qeyd  edib  ki,  yeni  sistemin  tətbiqi  Azərbaycana  turist  axınını 

gücləndirməklə,  bütövlükdə  ölkəmizin  turistlər  üçün  daha  sadə  və  əlverişli  viza 

prosedurunun  formalaşmasına  imkan  verəcək.  Qurumun  baş  katibi  həmçinin 

vurğulayıb  ki,  Azərbaycan  regionda  yüksək  turizm  potensialına  malik  ölkədir  və  bu 

sahədə  ildən-ilə  müsbət  irəliləyişlər  hiss  olunur.Azərbaycanın  turizm  imkanlarının 

xarici  ölkələrdə  təbliği  məqsədilə  Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən 

müxtəlif  vaxtlarda  İtaliyanın  “Classis  Assoiation”,  “İtalian  Multimedia  Group  Sri” 

şirkətlərinin,  Cənubi  Koreyanın  “Educational  Broadcasting  System”  dövlət 

televiziyakanalının,  Rusiyanın  “Kommersant  FM”  radiosunun  və  Yaponiyanın 

“Turistlərin  cəlb  olunmasına  dair  GUAM-ın  vahid  turizm  məhsulu”  layihəsi 

çərçivəsində  kütləvi  informasiya  vasitələri  nümayəndələrinin  ölkəmizə  press-turları 

təşkil  edilmişdir.  Bakı  şəhərində  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm 

Nazirliyi,Ümumdünya 

Turizm 


Təşkilatı(BMÜTT) 

vəAzərbaycan 

Turizm 

Assosiasiyasının birgə təşkilatçılığı ilə “İpək yolunun tamı: kulinariya, mədəniyyət və 



turizm”  adlı  beynəlxalq  konfrans  keçirilmişdir.  Nazirlik  tərəfindən  Azərbaycanın 

turizm imkanlarının daha səmərəli təbliğatını həyata keçirmək məqsədilə 2014-2016-

cı  illər  üçün  marketinq  strategiyası  hazırlanıb.  Artıq  marketinq  strategiyasına  uyğun 

olaraq  Azərbaycan  2014-cü  ildə  bir  neçə  beynəlxalq  turizm  sərgisində  iştirak 

etmişdir.  Onlardan  Türkiyə,  Almaniya,  Rusiya,  Ukraynada  və  Digər  ölkələrdə 

keçirilən sərgiləri qeyd etmək olar. 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə