Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   2   3   4   5   6   7   8   9   10   ...   29

20 

 

- inflyasiya tempinin dəyişməsinə təsir göstərir; 



- maliyyə vəsaitlərinin investordan ehtiyacı olanlara hərəkəti zamanı xərclərin 

minimuma endirilməsinə şərait yaradır. 

  

Cədvəl 1.1 Qiymətli kağızların təsnifatı 

Təsnifat əlaməti 

Qiymətli kağız növü 

Müddətinə görə  

Müddətli 

Müddətsiz 

Mənşəyinə görə 

İlkin 


Təkrar 

Formasına görə 

Sənəd forması 

Qeyri sənəd forması 

Milli mənsubiyyəti 

Daxili 


Xarici 

İstifadə etmə forması 

Investisiya 

Qeyri investisiya 

Sahib olma qaydasına görə  

Təqdim olunana 

Adlı 

Buraxılış forması 



Emissiya olunan 

Emissiya olunmayan 

Mülkiyyət forması 

Dövlət qiymətli kağızlar 

Qeyri dövlər qiymətli kağızlar 

Dövriyyə xarakteri 

Bazar və ya sərbəst dövriyyəli 

Qeyri bazar 

Risk səviyyəsi 

Risksiz 


Riskli 

Gəlirliliyi 

Gəlirli 

Gəlirsiz 

Vəsait qoyuluşu forması 

Borc 


Sahibkar payı 

Iqtisadi mahiyyəti 

Səhm 

Istiqraz 



Veksel və.s 

Mənbə: A.Kərimov,A.Babayev,“Qiymətli kağızlar bazarı”.Dərslik.Bakı 2003 

Təqdimatlı qiymətli kağızlar dedikdə, öz sahibinin adı ilə qeydiyyatdan keçmir 

və  bir  şəxsdən  digərinə  sadəcə  olaraq  təqdim  edilir.  Adlı  qiymətli  kağızlarda  isə 

sahibinin  adı  qeyd  olunur.  Order  qiymətli  kağızında  onu  ilk  dəfə  alan  alıcının  adı 

yazılır  və  belə  kağızın  ötürülməsi  yalnız  kağız  üzərindəki  ötürücü  yazı  olan 

indossament  əsasında  aparıla  bilər.  Müddətli  qiymətli  kağızlar  buraxılış  zamanı 

müddəti  təyin  olunmuş  qiymətli  kağızlardır  və  üç  alt  qrupa  bölünür:  qısamüddətli, 




21 

 

dövriyyə  müddəti  1  il;  ortamüdətli,  dövriyyə  müddəti  1  ildən  yuxarı  5-10  il  arası; 



uzunmüddətli, dövriyyə müddəti 10-30 il.  

Qimətli  kağızların  müxtəlif  növləri  mövcuddur.  Onlara  istiqraz,  səhm,  veksel, 

çek,  depozit  sertifikatları,  opsion,  fyuçers  və  s.  qiymətli  kağızları  misal  göstərmək 

olar.  Qanunvericilik  isə  qiymətli  kağızları  emissiya  və  qeyri-emissiya  qiymətli 

kağızları  olmaqla  iki  hissəyə  bölür  (“Qiymətli  kağızlar  haqqında”  Qanun,  I  fəsil). 

Emissiya  qiymətli  kağızları  buraxılışlarla  yerləşdirilən  və  qiymətli  kağızların  əldə 

edilməsi  vaxtından  asılı  olmayaraq  bir  buraxılış  daxilində  hüquqların  həyata 

keçirilməsinin  həcmi  və  müddəti  eyni  olan  qiymətli  kağızlardır.  Bunlara  səhm  və 

istiqrazlar  aiddir.  Qeyri-emissiya    qiymətli    kağızlar  buraxılışlarla    yerləşdirilməyən  

və  qiymətli  kağızlar  üzrə  hüquqların  keçməsinin  həcmi  və  müddəti  müxtəlif  olan 

qiymətli  kağızlardır.  Bunlara  isə  veksel,  çek,  opsion,  varrant  və  s.  aiddir.  Bundan 

əlavə  qiymətli  kağızlar  əmtəə  dövriyyəsi  prosesinə  və  müəyyən  əmlak  əqdlərinə 

xidmət edən kommersiya (konosament, veksel, anbar şəhadətnaməsi, girov kağızı və 

s.)  və  fond  bazarında  hərəkət  edən  fond  qiymətli  kağızları  şəklində  olur.  Bu 

müxtəlifliyə  baxmayaraq  bütün  qiymətli  kağızlar  üçün  onların  fundamental 

keyfiyyətləri eynidir:  

1.Tədavül etmək;   

2. Likividlik;  

3. Risklilik.  

Qiymətli  kağızın  tədavül  etməsi  onun  bazarda  alınıb-satılmaq,  həmçinin  digər 

əmtəələrin  tədavülünü  asanlaşdıran  müstəqil  tədiyyə  aləti  kimi  çıxış  etmək 

qabiliyyətidir.  Likividlik  qiymətli  kağızın  sahibi  üçün  böyük  itkilərsiz,  bazar 

qiymətinin  cüzi  dəyişməsi  və  az  satış  xərcləri  ilə  alınıb-satılmaq  qabiliyyətidir.  Risk 

isə  qiymətli  kağızlara  qoyulan  investisiyalarla  bağlı  olan  və  onlara  zəruri  olaraq  xas 

olan, bazar konyukturasının dəyişməsi nəticəsində itki vermək ehtimalıdır. Qeyd edək 

ki,  qiymətli  kağızların  gəlirliyi  artdıqca  onların  risk  səviyyələri  də  artır.  Bu  asılılığı 

qrafikdə aşağıdakı kimi əks etdirmək olar: 

 



22 

 

 



1-dövlət  qiymətli  kağızları;  2-şirkətlərin  istiqrazları;  3-səhmlər;  4-törəmə  qiymətli 

kağızlar 

 

Qiymətli  kağız  kapitalın  pul  və  əmtəə  formalarından  fərqli  olaraq  elə  bir 



formasıdır  ki,  o,  həm  bazarda  əmtəə  kimi  təklif  olunmaq,  həm  də  mənfəət  gətirmək 

imkanına  malikdir.  Qiymətli  kağızların  tədavül  etməsi  və  likividliyi  aydın  şəkildə 

onu  göstərir  ki,  qiymətli  kağızlar  xüsusi  əmtəədir  və  buna  görə  də  öz  bazarına 

malikdir.  Bu  bazarın  özünəməxsus  təşkili,  iştirakçılar  heyəti,  iş  qaydaları,  fəaliyyət 

qaydaları  və  s.  mövcuddur.  Qiymətli  kağızlar  bazarı  maliyyə  bazarının  səmərəli 

fəaliyyət  göstərən  başlıca  elementlərindən  biri  olmaqla  iqtisadiyyatın  ayrı-ayrı 

sahələrinə maliyyə vəsaitlərinin operativ şəkildə axınını təmin edən və investisiyaları 

aktivləşdirən  bir  sahədir.    Qiymətli  kağızlar  müddətindən  asılı  olaraq  qısamüddətli 

qiymətli  kağızların  iştirak  etdiyi  pul  və  uzunmüddətli  qiymətli  kağızların  iştirak 

etdiyi  kapital  bazarına  bölünür.  Yəni,  dolayısı  ilə  qimətli  kağızlar  bazarı  həm  pul, 

həm  də  kapital  bazarı  kimi  fəaliyyət  göstərir.  Kapitalın  bir  forması  kimi  qiymətli 

kağızın özünəməxsus cəhətlərindən biri də odur ki, onun sahibi konkret olaraq həmin 

pul, yaxud əmtəə formasında olan kapitala malik olmasa da, onun bütün hüquqlarına 

malikdir.  Hansı  ki,  həmin  hüquqlar  qiymətli  kağız  formasında  ifadə  olunmuşdur. 

Yuxarıda  qeyd  olunan  xüsusiyyətinə  görə  qiymətli  kağızlar  iqtisadiyyatın  müasir 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə