Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   2   3   4   5   6   7   8   9   ...   29

17 

 

kapitalların  birləşməsi  hüquqlarında  köklü  fərqlər  var.  Qapalı  səhmdar  cəmiyyəti  ilə 



məhdud  məsuliyyətli  cəmiyyət  arasında  isə  belə  fərq  yoxdur.  Qapalı  səhmdar 

cəmiyyəti daha çox məhdud məsuliyyətli cəmiyyətdir, açıq səhmdar cəmiyyəti deyil. 

İqtisadi  təbiətinə  görə  səhmdar  cəmiyyətləri  –  açıq  cəmiyyətdir,  çünki  yalnız  bu 

cəmiyyətlərdə  məhdudiyyətsiz  formada  bazar  iştirakçılarının  kapital  birləşmələrinin 

bütün imkanları mümkündür. Yalnız açıq səhmdar cəmiyyəti səhmi səhm edir, yoxsa 

azad işlənməyən səhm qiymətli kağız xarakterini itirir. Təkcə nizamnamə  kapitalına 

qoyulan  əmanətə  şahidlik  funksiyasını  daşıyır.  Bazar  istirakçılarının  tələbləri 

kapitalın  bir  neçə  mərhələdə,  miqyasının  nəzərə  alınması  ilə  birləşdirilməsini,  onun 

keçid formada mövcudluğunu və məhdud məsuliyyətli cəmiyyətlərin olması ilə baglı 

məhdud cəmiyyətlərin mövcudluğunu vacib edir. 

 

1.3. Qiymətli kağızlar bazarında səhm bazarının yeri və rolu 

Maliyyə  bazarı,  onun  inkişafı  və  təkmilləşdirilməsi  həmişə  ölkə  iqtisadiyyatı 

üçün  vacib  məsələlərdən  olmuşdur.  Ümumilikdə  bir  ölkənin  maliyyə  sistemi  üç 

hissədən  ibarətdir  ki,  bunlar  bank  sistemi,  siğorta  bazarı  və  qiymətli  kağızlar 

bazarıdır.  Qiymətli  kağızlar  bazarı  pul  vəsaitlərinə  olan  tələblə  onun  təklifinin 

qarşılıqlı  olduğu  münasibətlərdən  ibarət  olmaqla,  inkişaf  etmiş  iqtisadiyyatın  əsasını 

təşkil edir. Qiymətli  kağızlar  bazarı  anlayışını  ümumi  şəkildə  qiymətli  kağızların 

emissiyası,  buraxılışı,  tədavülü,  ödənilməsi,  sahibliyi,  saxlanılması,  onlarla  əqdlərin 

bağlanması  və    dövriyyəsi    ilə    bağlı    iqtisadi    münasibətlərin    məcmusu    kimi  

müəyyənləşdirmək    olar.  Qiymətli  kağız  müəyyənləşdirilmiş  formaya  riayət 

olunmaqla  hər  hansı  hüququ  təsdiqləyən  elə  bir  sənəddir  ki,  həmin  hüquq  bu  sənəd 

olmadan  nə  həyata  keçirilə  bilər,  nə  də  başqa  şəxsə  verilə  bilər.  Qiymətli  kağız, 

qiymətli  kağızlar  bazarının  əsas  obyektidir.  Qiymətli  kağızların  özünəməxsus 

əlamətləri vardır. Bunlara aiddir:  

-Qiymətli  kağızlar  kapital  üzərində  mülkiyyət  hüququnu  təsdiq  edir.  Bura  səhmlər 

aiddir. 


-Qiymətli  kağızlar  investorla  (qiymətli  kağız  sahibləri)  emitent  arasında  olan  borc 


18 

 

münasibətlərini  əks  etdirir  ki,  bura  veksel,  istiqrazlar  və  depozit  sertifikatları  aid 



etmək olar. 

-Qiymətli  kağızlar  onun  sahibinə  emitentdən  müəyyən  gəlir  dividend  almaq 

hüququnu verir. 

-Səhm səhmdarlara səhmdar cəmiyyətin idarə edilməsində iştirak hüququ verir. 

-Qiymətli  kağızlar alınıb satıla  və  girov qoyula bilir. Beləki, alınan kreditin təminatı 

kimi qiymətli kağızlar girov qoyula bilər. 

Qiymətli  kağızlar  dövriyyədə  olan  sərbəst  pul  kütləsinin  sterilizasiya  edilməsi 

və həmçinin inflyasiyanın qarşısının alınmasında əvəzolunmaz rol oynayır. Bu bazar 

müxtəlif  iqtisadi  sahələr  arasında  əlaqələndirici  rol  oynamaqla  maliyyə  vəsaitlərinin 

tarazlı  şəkildə  yayılmasına  şərait  yaradır.  Qimətli  kağızların  əsas  xüsusiyyətləri 

aşağıdakılardır: 

-Seriyalılıq, qiymətli kağızların seriya ilə buraxılışını nəzərdə tutur. 

-Mülki  dövriyyədə  iştirak,  qiymətli  kağızların  mülkiyyət  münasibələrinin  obyekti 

kimi çıxış etməsi imkanı ilə bağlıdır. 

-Standartlılıq, eyni tip qiymətli kağızların standart məzmuna malik olmasıdır. 

-Dövr etmə xüsusiyyəti. 

-Qiymətli  kağızların  bazarda  alqı  satqı  predmeti  və  ya  digər  əmtəələrin  dövriyyəsini 

qabaqlayan ödəniş aləti kimi (çeklər, veksellər, konosamentlər) çıxış edə bilməsi. 

-Dövlət tərəfindən tanınması və tənzimlənməsi. 

-Sənədlilik. 

-Qiymətli  kağızların  mövcudluğu  müvafiq  qanunlarla  tənzimlənir.  Qiymətli 

kağızların  təstiq  etdiyi  hüquqlar,  qiymətli  kağızların  məcburi  rekvizitləri,  qiymətli 

kağızların  formasına  olan  tələblər,  emissiya  qaydaları,  onların  dövriyyəsinin  digər 

parametrləri 

qanunvericiliklə 

tənzimlənir. 

Dövlət 

tərəfindən 



tənzimlənmə 

investorların  maraqlarının  müdafiə  edilməsinə,  onlara  qiymətli  kağızlar  bazarında 

bərabər  şərait  yaradılmasına  yönəldilmişdir.  Qiymətli  kağızların  gətirdiyi  gəlir, 

qoyulmuş vəsaitlərin geri qaytarılması imkanı çox amillərdən asılıdır. 

-Qiymətli  kağızların  verdiyi  hüquqların  sənədlə  təstiq  edilməsidir  ki,  bunlar  sənədli 



19 

 

qiymətli kağızlar üzrə qiymətli kağızlar sertifikatı, elektron qiymətli kağızlar üzrə isə 



depo hesabından çıxarışdır 

-Qiymətli kağızların investisiya xüsusiyyətləri 

-Likvidlik, gəlirlilik, etibarlılıq 

-Qiymətli  kağız  nominal  qiymətə  malik  olaraq  müəyyən  miqdarda  real  kapitalı 

göstərir.  Qiymətli  kağızların  bazar  qiyməti  onların  nominal  qiymətindən  əsaslı 

surətdə  fərqlənə  bildiyindən,  gəlirlilik  müxtəlif  olur.  Qiymətli  kağızların  gəlirliliyi 

dividend, faiz, və digər formada ola bilər. Qiymətli kağızların likvidliyi onların alqı-

satqı  vasitəsilə  pul  vəsaitlərinə  çevrilə  bilməsidir.  Qiymətli  kağızların  etibarlılığı 

onun gətirdiyi gəlirin sabit olması ilə əlaqədardır və bir çox amillərdən asılıdır. 

Qiymətli  kağızlar  bazarı  pul  yığımlarının  yenidən  bölgüsü  mexanizmlərindən 

biri  olmaqla  iqtisadiyyatın  digər  sferaları  ilə  sıx  əlaqədə  fəaliyyət  göstərərək, 

kapitalın sərbəst pul resurslarına malik sahələrdən inkişafını maliyyələşməyə ehtiyac 

duyan  sahələrə  axınını  təmin  edir.  Qiymətli  kağızları  sonradan,  əlverişli  şərait 

yarandıqda  mənfəətli  satışın  mümkünlüyü  investorları  qiymətli  kağızları  almağa  və 

bu  yolla  kapitalı  ona  ehtiyac  duyan  müəssisələrə  verməyə  sövq  edir.  Buna  görə  də 

qiymətli  kağızlar  bazarının  rolu  iqtisadiyyata  müvəqqəti  sərbəst  pul  vəsaitlərini  cəlb 

etməkdən  ibarətdir.  Qiymətli  kağızlar  bazarının  iqtisadi  rolu  onun  fəaliyyətinin 

məqsəd  və  vəzifələrində,  həmçinin  onun  funksiyalarında  təzahür  edir.    Qiymətli 

kağızlar bazarının rolu və əhəmiyyəti ümumi şəkildə aşağıdakılarla müəyyən edilir: 

- qiymətli kağızlar bazarı istehsal üçün sərbəst vəsaitlərin investisiyaya cəlb 

edilməsini təşkil edir; 

- kapitalın bir sahədən başqa sahəyə axınını təmin etməklə, ayrı-ayrı sahələrin 

fəaliyyətini tənzimləyir; 

- dövlət büdcəsində olan kəsirin aradan qaldırılması üçün vəsait cəlb edir; 

- əhalinin istehsalın idarə edilməsi işində iştirak etməsini təmin edir; 

- satışa çıxarılan aktivlərin real bazar qiymətlərini müəyyən edir; 

- fond bazarının göstəriciləri əsasında iqtisadiyyatın vəziyyətinin 

qiymətləndirilməsinə imkan yaradır; 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə