Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   2   3   4   5   6   7   8   9   ...   29

 

səhm bazarına təsir edən makro və mikro amillərin aşkar edilməsi, səhmin investisiya 



vasitəsi  kimi  rolu  və  Azərbaycanda  səhm  alətlərindən  istifadənin  zəruriliyi  və 

perspektivləri əhatə edir. 



Tədqiqatın  informasiya  bazası  və  işlənməsi  metodları.  Dissertasiya  işinin 

informasiya  bazasında  “Azərbaycan  Respublikası  Mərkəzi  Bankı”-nın,  Qiymətli 

Kağızlar  üzrə  Dövlət  Komitəsinin  xidməti  materiallarından,  Mərkəzi  Bankın  təlimat 

və  hesabatlarından,  mövzuya  aid  digər  jurnal  və  bülletenlərdən,  İnternet 

resurslarından,  monoqrafiyalar  və  dövri  elmi  nəşrlərdən,  həmçinin  ölkəmizin 

iqtisadçı  alimlərindən  Z.F.Məmmədov,  M.M.Sadiqov,  M.M.Bağırov,  D.A.Bağırov, 

M.X.Həsənli,  E.Sadıqov,  A.Abbasov,  xarici  alimlərdən  C.M.Keyns,  M.Fridman, 

L.Gitman, N.Qreqori Mənkyu, Jan Franke-Viebach və başqalarının elmi əsərlərindən 

istifadə edilmişdir. 

Tədqiqatın  elmi  yeniliyi.  İqtisadiyyatda  səhm  bazarının  inkişafı  sahəsində  aparılan 

təhlillərin  nəticəsi  olaraq,  mövcud  problemlərin  aradan  qaldırılması  üçün  tədqiqatlar 

aparılmış və aşağıdakı elmi yeniliklər edilmişdir: 

-  Səhm bazarının əsas xüsusiyyətləri və istiqamətləri araşdırılmışdır 

-  Azərbaycanda səhm bazarının mövcud vəziyyəti təhlil edilmişdir 

-  Təkmilləşdirilmə üçün bir sıra təkliflər irəli sürülmüşdür 

-  Xarici təcrübələrin yerli bazarda tətbiqi məsələləri araşdırılmışdır 

-  Azərbaycanda səhm bazarının gələcək perspektivləri müəyyənləşdirilmişdir. 

Bundan  başqa  burada  Azərbaycanın  mövcud  təcrübəsi  beynəlxalq  təcrübə 

konteksində  təhlil  edilir  və  milli  təcrübənin  qabaqçıl  beynəlxalq  standartlar  əsasında 

təkmilləşdirilməsinin zəruriliyi və yolları göstərilir. 

Tədqiqatın  praktiki  əhəmiyyəti.  Dissertasiya  işində  təklif  olunan  məsələlər 

Azəbaycan  səhm  bazarının  dinamik  və  effektiv  inkişafına  əhəmiyyətli  təsir  göstərə 

bilər,  həmçinin  maliyyə  bazarının,  qiymətli  kağızlar  bazarının  peşəkar  istifadəçiləri 

tərəfindən istifadə oluna bilər. 



Dissertasiya işinin quruluşu və həcmi. “Səhm bazarının təşəkkülü və müasir inkişaf 

meylləri” mövzusunda təqdim olunmuş dissertasiya işi giriş, üç fəsil, nəticə, təkliflər 




 

və  istifadə  olunmuş  ədəbiyyat  siyahısı  ilə  birlikdə  91  səhifədən  ibarətdir.  Giriş 



hissədə  mövzunun  aktuallığı,  məqsəd  və  vəzifələri,  elmi  və  praktiki  əhəmiyyəti 

açıqlanır.  Nəticədə  tədqiqat  zamanı  çıxarılmış  əsas  nəticələr  göstərilmiş  və  təkliflər 

verilmişdir. 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

I FƏSİL. SƏHM BAZARININ YARANMASI VƏ TƏKAMÜLÜ 



1.1. Səhm bazarının iqtisadi mahiyyəti 

Müasir  inkişaf  etmiş  iqtisadiyyatı  olan  bir  ölkəni  maliyyə  bazarı  olmadan 

təsəvvür  etmək  mümkün  deyil.  Dövlət  büdcəsi,  bank  sistemi  və  qiymətli  kağızlar 

bazarı  daima  sıx  qarşılıqlı  əlaqədədir,  yəni  bir-birini  tamamlamaqla  yanaşı,  həm  də 

bir-birilə daha çox resurs cəlb etmək uğrunda rəqabət aparır. Buna səbəb hər üçünün 

inkişaf  üçün  bir  birindən  asılı  olmasıdır.  Belə  ki,  vergilərin  artırılması  və  dövlət 

büdcəsinin  genişlənməsi  təsərrufat  subyektlərinin  və  əhalinin  sərbəst  pul  resurslarını 

azaltmaqla,  bank  sistemi  və  qiymətli  kağızlar  bazarının  resurs  bazasını 

məhdudlaşdırır.  Kapitalın  səfərbər  edilməsini  həvəsləndirməklə,  fond  bazarı 

resursların  iqtisadiyyatın  müxtəlif  sahələri  və  sferaları  arasında,  özü  də  prespektivli 

və  rentabelli,  dinamik  inkişaf  edən  istehsalların  xeyrinə  yenidən  bölgüsünü  təmin 

edir.  İnvestor  real  pul  vəsaitini  gəlir  əldə  etmək  üçün  qiymətli  kağızlara  investisiya 

edir.  Bunu  isə  yalnız  rentabelli  müəssisələr  edə  bilər.  Qiymətli  kağızlar  bazarının 

iqtisadi  rolu  onun  fəaliyyətinin  məqsəd  və  vəzifələrində,  həmçinin  onun 

funksiyalarında  təzahür  edir.  Qiymətli  kağızlar  bazarının  zəruriliyini  müəyyən  edən 

başlıca  məqsədi  sərbəst  maliyyə  resurslarını  səfərbər  etmək  və  onların  bazarın 

istirakçılarının  qiymətli  kağızlarla  keçirdiyi  müxtəlif  əməliyyatlar  vasitəsilə  yenidən 

bölgüsünü təmin etməkdən ibarətdir. Başqa sözlə, qiymətli kağızlar bazarı müvəqqəti 

sərbəst  pul  vəsaitlərinin  investorlardan  qiymətli  kağız  emitentləri  istiqamətindəki 

hərəkətində  vasitəçilik  edir.  Bu  məqsədə  nail  olunması  qiymətli  kağızlar  bazarının 

vəzifələrini müəyyən edir. Bunlara aşağıdakılar aiddir: 

-konkret  investisiyaların  edilməsi  üçün  müvəqqəti  sərbəst  maliyyə  vəsaitlərinin 

səfərbər edilməsi. 

-dünya standartlarına cavab verən bazar infrastrukturunun formalaşması. 

-qiymətli kağızların ikinci bazarının inkişaf etdirilməsi. 

-mülkiyyət münasibətlərinin transformasiyası. 

-bazar mexaniziminin və idarə etmə sisteminin təkmilləşdirilməsi. 



 

-dövlət tənzimlənməsi əsasında fond kapitalı üzərində real nəzarətin təmin edilməsi. 



-investisiya riskinin azaldılması. 

-qiymətqoymanın inkişaf etdirilməsi. 

-perspektiv inkişaf istiqamətlərinin proqnozlaşdırılması. 

Beləliklə göründüyü kimi, göstərilən vəzifələrin yerinə yetirilməsi ilk növbədə 

investisiyaların  yenidən  bölüşdürülməsinə  sərait  yaradır.  Qiymətli  kağızlar  bazarı 

vasitəsilə  yüksək  gəlirliliyi  təmin  edən  sahələrə  kapital  axını  baş  verir.  Digər 

tərəfdən,  qiymətli  kağızların  əldə  edilməsi  imkanını  təmin  etməklə  fond  bazarı 

investisiya  prosesinə  kütləvi  səciyyə  verir.  Qiymətli  kağızlar  dövriyyəsinin  fond 

birjalarının  və  peşəkar  vasitəçilərin  əlində  cəmləşməsi  isə  investisiya  prosesini 

sürətləndirir.   

Səhm  bazarının  iqtisadiyyatdakı  rolu  çox  əhatəlidir.  Səhmin  iqtisadi 

mahiyyətini aşağıdakı şəkildə ümumiləşdirmək olar: 

-Səhmlər,  geniş  xalq  kütlələrinin  kiçik  yığımlarını  böyük  şirkətlər  içində  bir  yerə 

toplayaraq sürətli bir böyümə üçün lazım olan sərmayəni təmin edər. 

-Səhmlər,  istehsal  vasitələrini  və  şirkətlərin  mülkiyyətlərin  geniş  xalq  kütlələrinə 

dağıtmaqla  iqtisadi  rifahı  geniş  bir  sahəyə  yayarlar  və  daha  tarazlı  bir  gəlir 

paylanmasını təmin edərlər. 

-Səhmlər, xalqın, iqtisadi qərarların verilməsində az çox iştirakını təmin edərək 

demokratiyanın iqtisadi tərəfini tamamlayarlar. 

-Səhmlər, xalqın yığımlarına əlavə gəlir təmin edərkən bunu faizlə deyil, inflyasiyaya 

qarşı  dayanıqlı,  inflyasiyayla  birlikdə  qiymətləndirilən  bir  investisiya  yolu  ilə  təmin 

edər, həm investisiya, həm də gəlirinin dəyərini inflyasiyaya qarşı qoruyar. 

-Səhmlər,  vasitəçisi  olmayan  bir  maliyyə  vasitəsidir.  Bir  şirkətin,  investisiya  və  ya 

əlavə  kapital  olaraq  böyük  məbləğli  fondlara  ehtiyacı  olanda,  bu  fondları  səhmlərin 

ixracından  başqa  hansı  yoldan  əldə  edərsə,  bunun  bir  vasitəçilik  xərcləri  vardır  və 

vasitəçilik  xərclərinin  ən  yüksək  olduğu  maliyyə  növü  də  bank  kreditidir.  Banklar 

kredit  fəaliyyətlərindən  əldə  etdikləri  faiz  isə  çox  yüksək  olur.  Çünki  bank  sektoru  

xarakter cəhətdən daha çox məsrəfli bir sektordur. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə