Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   2   3   4   5   6   7   8   9   ...   29

11 

 

cəlbi,  məhsulun  istehsalı,  istehsal  edilən  məhsulun  satışı  və  nəticədə  maliyyə 



vəsaitinin əldə edilməsi baş verir. Bundan başqa şirkətin digər maliyyələşmə mənbəyi 

səhmlərin satılmasında əldə olunan maliyyə vəsaitidir. Səhm bazarının yaranması hər 

şeydən  əvvəl  cəmiyyətdə  bazar  münsibətlərinin  yaranmasından  başlayır.  Biznesin 

mövcudluğu  üçün  müasir  zamanda  səhmdar  cəmiyyətlərin  rolu  çox  böyükdür. 

Mülkiyyətin səhmdar formasına aşağıdakılar aiddir: 

-Başlıca,  aparıcı  forma  şəxsi  kapitalların  birləsməsi,  hər  şeydən  əvvəl  birləşən 

kapitalların miqyasına uyğundur. Nisbi olaraq səhmdar cəmiyyətlərinin az hissəsində 

bütün kapitalın böyük hissəsi cəmləşib; 

-Kiçik və orta bizneslə yanaşı böyük biznes forması. Səhmdar cəmiyyəti digər biznes 

formaları ilə yanaşı fəaliyyət göstərir, lakin onları gücləndirmir. 

-İqtisadi prosesin hərəkətvericisi; yalnız böyük biznes səhmdar cəmiyyəti formasında 

müasir bazar, siyasi  və iqtisadi cəhətdən  müstəqil dövlətin  mövcudluğunu təmin edə 

bilər. 

 

Səhmdar cəmiyyətlərin bazar iqtisadiyyatında və cəmiyyət həyatında rolu digər 



kommersiya  və  qeyri  kommersiya  təşkilatlarının  rolunu  və  əhəmiyyətini  çox  geridə 

qoyur.  Məsələn,  inkişaf  etmiş  ölkələrdə  səhmdar  cəmiyyətləri  məhsulun  90%-ə 

qədərini  istehsal  edir.  Belə  şərh  etmək  olmaz  ki,  digər  təşkilatlar  lazım  deyil  və  ya 

təcrübə  üçün  əhəmiyyətsizdir.  Bütün  təşkilat  növləri  lazımlıdır,  lakin  onların  hər 

birinin  iqtisadiyyatda  öz  yeri  var  və  müasir  səhmdar  cəmiyyətlər  kimi,  onlarsız  da 

iqtisadi proseslərin baş verməsi mümkün deyil. Kapitalizmdən də əvvəl mövcud olan 

digər  əksər  kommersiya  təşkilatlarından  fərqli  olaraq,  səhmdar  cəmiyyəti  kapitalist 

əsrinin  törəməsidir,  kapitalın  meydana  gəlməsinin  məhsulu  və  onun  sürətlə 

inkişafının  vasitəçisidir.  Səhmdar  cəmiyyətlərinin  müasir  kommersiya  fəaliyyətinin 

əsas formaları olmasının səbəbləri: 

-müasir,  böyük  istehsal  təşkilatını,  maddi  rifah  və  xidmətlər  istehsalının  cəmi  kimi 

ictimai məhsulun bölünməsi və istifadəsini təqdim edirlər; 

-daha böyük malları və pul kapitallarını bir yerə toplayırlar; 

-muzdlu əməyin böyük hissəsindən istifadə edirlər; 




12 

 

-bir çox fəaliyyət sahələrində texniki tərəqqini təmin edirlər; 



-istehsalın inkişafını və müasir cəmiyyətdə rifahı müəyyən edirlər; 

-digər əksər kommersiya təşkilatlarından fərqli olaraq, siyasi həyatla sıx əlaqəlidirlər. 

 

Hüquqi  şəxs  kimi  səhmdar  cəmiyyəti  bazar  istirakçıları  təşkilatıdır  ki,  burada 



üç  vacib  əlamətin  olması  xarakterikdir:  nizamnamə  kapitalı  onun  iştirakçılarının 

əmanətləri əsasında formalaşır; bu əmanətlər səhmdar cəmiyyətinin tam sərəncamına 

daxil  olur;  cəmiyyət  iştirakçılarının  mülkiyyət  məsuliyyətləri  onların  əmanətlərinin 

həcmi  əsasında  məhdudlaşır;  səhmdar  cəmiyyəti  müstəqil  olaraq  bütün  öz 

öhdəliklərinə  görə  məsuliyyət  daşıyır;  Nizamnamə  kapitalı  əmanətlərlə  mübadiləyə 

verilən  səhmdar  cəmiyyətinin  deyil,  istirakçıların  sahib  olduğu  səhmlərin  müəyyən 

sayına  bölünür.  Sonuncu  əlamət  səhmdar  cəmiyyətini  hüquqi  şəxs  kimi  ən  çox 

fərqləndirən  cəhətdir  və  ya  kommersiya  təşkilatının  mövcudlugu  üçün  səciyyəvi 

formadır. 

 

Səhmdar  cəmiyyəti  səhmlər  buraxaraq  hüquqi  şəxs  kimi  fəaliyyət  göstərir, 



buradan  alınanlar  isə  onun  nizamnamə  kapitalını  formalaşdırır.  Digər  hüquqi 

şəxslərdən  fərqli  olaraq  səhmdar  cəmiyyəti  lazımi  miqdarda  səhm  buraxmadan 

mövcud  ola  bilməz  (qeydiyyatda  ola  bilməz)  və  ya  onun  iştirakçısı  olmaq  yalnız 

əmanətin  səhmə  dəyişilməsi  yolu  ilə  ola  bilər.  Digər  tərəfdən  səhmlərin 

buraxılışından  alınan  bütün  vəsaitlər  hər  şeydən  əvvəl  elan  olunmuş  nizamnamə 

kapitalı kimi nəzərə alınır. Ona yalnız səhm satışından hasil edilənlərdən basqa digər 

vəsaitlər  istiqamətlənə  bilməz.  Bununla  belə,  elan  olunmuş  nizamnamə  kapitalı 

üzərində  səhm  satışından  gələn  gəlirlərin  artımı  və  tam  gəlirin  gəlib  çatmaması  ola 

bilər.  Ən  son  variantda  isə  elan  olunmuş  nizamnamə  kapitalının  həcmini 

qanunvericiliklə qoyulan minimumla aşağı həddə qədər azaltmaq lazım gəlir. Hüquqi 

səxs  yalnız  o  səhmlər  buraxdığına  görə  səhmdar  cəmiyyətinə  çevrilir.  Səhm 

buraxmaq  hüququ  yalnız  kommersiya  təşkilatının  bir  tipinə  aiddir.  İstənilən  digər 

təşkilat  səhmdar  cəmiyyətinin  hüquqi  formasını  qəbul  etmədən  səhmlər  buraxa 

bilməz. 


 

Səhmdar  cəmiyyəti  də  məhdud  məsuliyyətli  cəmiyyət  kimi  iştirakçıların 




13 

 

əmanətlərindən  formalaşan  nizamnamə  kapitalına  malikdir.  Onlar  mülkiyyət 



məsuliyyətini  yalnız  əmanət  ölçüsündə  daşıyırlar.  Səhmdar  cəmiyyətinin  sadə 

cəmiyyətdən əsas fərqləri aşağıdakılardır: 

-Köçürülmüş  əmanətlə  mübadilədə  istirakçı  sonradan  yenidən  xüsusi  bazarda  adi 

bazardan  fərqli  olan  fond  bazarında  satıla  bilən  “səhm”  adlanan  qiymətli  kağız  alır. 

Sadə  cəmiyyətin  nizamnamə  kapitalı  onun  istirakçılarının  əmanətlərinə,  səhmdar 

cəmiyyətinki isə səhmlərə bölünür. 

-Qanunvericiliklə  səhmdar  cəmiyyətin  minimal  nizamnamə  kapitalı  ölçüləri  və 

səhmdarların sayı, sadə cəmiyyətin maksimal ölçüləri və sayıdır; 

-İstirakçının səhmdar və sadə cəmiyyətdən çıxışında qayda və qanunlar fərqlidir; 

-səhm  sahibləri  olan  səhmdarların  hüquqları  eynidir;  sadə  cəmiyyətin  ayrı-ayrı 

istirakçıları üçün əlavə hüquq və öhdəliklər yaradıla bilər; 

-Səhmdar cəmiyytində sadə cəmiyyətdəkinə nisbətən idarə strukturu daha çətindir və 

dövlət qanunvericiliyi ilə nizama salınır. 

 

Səhmdar cəmiyyətlərin tarixinə nəzər salsaq görərik ki, səhmdar cəmiyyətlərin 



tarixi  17-18-ci  əsrlərdən  başlayır.  Belə  cəmiyyətlər  əmtəə  pul  münasibətlərinin 

inkişafının  yüksək  səviyyəsinin  nəticəsidir.  Səhmdar  cəmiyyətlərinin  meydana 

gəlməsinin tarixi ilkin şərtləri aşağıdakılardır: 

-Elmi  texniki  tərəqqinin  nailiyyətləri  bazasında  iri  istehsalın  inkişafı,  insan 

fəaliyyətinin  bütün  əsas  növlərinin  tamamilə  ictimai  prosesə,  çoxsaylı  adamların 

müştərək fəaliyyətinə çevrilməsi; 

-bütün  əmtəələrin  və  pul  məbləğlərinin  irəlicədən  təyinatı  sahibləri  üçün  istənilən 

formada  gəlir  istehsalı  olan  kapitalın  və  ya  aktivlərin  mövcudiyyat  formasına 

çevrilməsinə gətirən kapitalist münasibətlərinin inkişafı; 

-çoxlu  fərdi  kapitalın  vahid  və  bölünməz  kapital  məcmusuna  birləşməyin  təşkilatı 

imkalarının meydana gəlməsi; 

-veksel  bazarı  və  dövlət  istiqraz  bazarı  formasında  qiymətli  kağızlar  bazarının 

meydana gəlməsi. 

 

Səhmdar  cəmiyyətin  təşəkkül  forması  sahibkarlığın  çoxəsrlik  inkişafının 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə