Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   2   3   4   5   6   7   8   9   ...   29

 

-Səhmlər,  mülkiyyət  haqqı  verən  tək  qiymətli  kağızdır.  Nəticədə  səhmlər 



iqtisadiyyatda  investisiya  axışını  təmin  edərkən  iki  böyük  üstünlük  yaradır.  Bunlar, 

ehtiyac duyulan sərmayəni öz sərmayəsi olaraq təmin etmək və ucuz təmin etməkdir. 

Həqiqətən  də  səhm  ixracı  yolu  ilə  əldə  edilən  sərmayənin  vasitəçilik  xərcləri  yaxşı 

işləyən bir səhmbazarı olduğu halda sıfıra yaxındır. 

-Səhmlər sərmayə sahəsi içərisində şirkətlərə öz sərmayəsini yarada biləcəyi tək 

sərmayə  sahəsi  vasitəsidir.  Səhmdən  başqa  digər  vasitələr  xarici  mənbəyə  ehtiyac 

yaradar. 

Bazar  iqtisadiyyatı  şəraitində  əmək  bölgüsünün  dərinləşməsi,  özəl  bölmənin 

inkişafı, maliyyə-kredit sahəsinin də inkişafını və təkmilləşdirilməsini tələb edirdi ki, 

bu da öz növbəsində maliyyə sektorunun bütövlükdə inkişafını şərtləndirirdi. Beləki, 

yığım  və  investisiyanın  müxtəlif  şəxslər  tərəfindən  həyata  keçirildiyi  bir  dövrdə 

yığımların  investisiyaya  çevrilməsini  təmin  edən  mexanizmin  yaranması  aktual 

məsələyə  çevrilmişdi.  Maliyyə  bazarı  və  onun  tərkib  elementləri  bu  mexanizm 

vəzifəsini  yerinə  yetirməklə  iqtisadi  fəaliyyətin  subyektləri  arasında  kapital 

resurslarının  effektiv  şəkildə  yenidən  bölüşdürülməsini  təmin  edirdi.  Maliyyə 

alətlərindən istifadənin genişlənməsinin əsas səbəbi kimi sözügedən sistem üzrə yeni 

borc  alətlərin  meydana  gəlməsi  kimi  qiymətləndirilir  ki,  bunlardan  biri  də  qiymətli 

kağızlar  hesab  olunur.  Həmçinin,  bir-birindən  təcrid  olunmuş  kapitalların 

inteqrasiyası  üçün  təşkilatı  zəminin  yaranması  maliyyə-kredit  qurumlarının  çoxsaylı 

və  çoxcəhətli  formalarının  meydana  gəlməsini  labüd  edirdi.  Bu  istiqamətdə  ölkə 

iqtisadiyyatının  maliyyə  sektorunu  təşkil  edən  qurumlar  tərəfindən  borc  kapitalının 

yaradılması  istiqamətində  bir  sıra  addımlar  atılmışdır  ki,  bunlardan  biri  də  qiymətli 

kagızların  tədavülə  buraxılması  yolu  ilə  maliyyə  kapitalının  formalaşmasına  nail 

olmaq  hesab  olunurdu.  Maliyyə  kapitalı  anlayışı  ilə  ifadə  edilən  bu  münasibətlərin 

maddi  daşıyıcıları  kimi  səhm  və  istiqrazlar  eləcə  də  onlardan  törəmə  kimi  digər 

qiymətli  kağızlar,  bu  qiymətli  kağızların  hərəkəti  maliyyə  kapitalının  hərəkətini, 

onların  məcmu  məzənnəsi  isə  maliyyə  kapitalının  həcmini  ifadə  edirdi.  İqtisadi 

sistemin  mühüm  tərkib  hissəsi  hesab  olunan  qiymətli  kağızların  bütün  növləri 




 

müvafiq xassələrə malikdirlər ki, bunlara da əsasən tədavül etmək, likvidlik, risklilik 



və  s.  aid  edilir.  Məlum  olduğu  kimi  maliyyə  və  pul  sistemi  real  istehsalla  müqayisə 

də  mənfi  amillərə  daha  hissiyyatlıdır.  Odur  ki,  qiymətli  kağızlara  investisiya 

qoyuluşları daha riskli sayılır. İqtisadi sistemə  xas olan əsas xarakterik  xüsusiyyətlər 

qiymətli  kagızlar  bazarı  üçün  də  xarakterikdir.  Belə  ki,  dəyişən  sosial-siyasi  şəraitə 

adekvat  təsirlər  sözügedən  bazarda  da  qiymətlərin  dinamikasına  təsir  göstərir.  Məhz 

bu səbəbdən qiymətli kağızlar bazarında qiymətlərin dinamikasına təsir göstərən əsas 

faktorlar aşağıdakı kimi qruplaşdırılır. Maliyyə təsirləri: bu təsir daha çox səhmin aid 

olduğu şirkətin maliyyə idarəetmə sistemi ilə əlaqədardır. Belə ki, əgər şirkət zərərlə 

üzləşərsə  və  ya  müflisləşmək  təhlükəsi  ilə  qarşılaşarsa,  o  zaman  həmin  şirkətə 

yatırılmış investisiyalarında iflasa uğramaq ehtimalı olur. Belə ki, 2007-2008-ci  illər 

maliyyə böhranı  nəticəsində şirkətlərin  mövcud balansının pozulması nəticəsində bir 

sıra  şirkətlər  maliyyə  riskləri  ilə  qarşı-qarşıya  qalmışdırlar  ki,  bu  da  qısa  müddət 

ərzində  həmin  şirkətlərin  səhmlərinin  qiymətlərinin  ucuzlaşması  ilə  nəticələnmişdir. 

Misal  olaraq,  Bear  Stearns  şirkətinin  səhmlərinin  qiyməti  2007-ci  ilin  əvvəllərində 

170  ABŞ  dolları  olduğu  halda  qısa  müddət  ərzində  həmin  şirkətin  səhmləri  2  ABŞ 

dollar  səviyyəsinə  enir.  Bunun  səbəbini  araşdıran  maliyyəçilər  şirkətin  səhmlərinin 

qısa  müddət  ərzində  belə  sürətlə  düşməsinin  əsas  səbəbi  kimi,  həmin  şirkətin 

mühasibat sistemində mövcud olan boşluqlarla əlaqələndirdilər. Qeyd edək ki, realda 

Bear  Stearns  şirkətinin  səhmlərinin  qiymətinin  süni  şəkildə  yüksəldilməsi  şirkətin 

investisiya  cəlbediciliyini  artırmaq  üçün  irəli  sürülmüş  bir  siyasət  idi.  Lakin  bunun 

arxasında  heç  bir  iqtisadi  faktor  dayanmırdı.  Məhz  bu  səbəbdən  də  maliyyə 

sistemində  baş  vermiş  böhran  bu  siyasətin  qısa  müddət  ərzində  iflasa  uğramasına 

səbəb  oldu.  İnvestorları  bazarın  ümumi  vəziyyəti  və  bazarda  məzənnələrin 

dinamikası  daha  çox  maraqlandırdıgı  üçün  onu  vahid  iqtisadi  subyektə  bənzədirlər. 

Əslində  bu  bazar  səhmlərin  alqı-satqısı  haqda  gündəlik  qərarlar  qəbul  edən 

milyonlarla  fərdlər  toplusudur.  Cəmiyyətimizin  və  iqtisadi  sistemin  nə  dərəcədə 

müasir  olduğuna  baxmayaraq,  tələb  və  təklif  qanunlarından  kənara  çıxa  bilməz. 

Minlərlə  insan  eyni  səhmi  almağa  can  atdıqda,  bu  tələbə  çevrilir  və  həmin  səhmin 




10 

 

qiyməti  yüksəlir.  Təklif  məhduddursa,  qiymət  daha  da  yüksəlir.  Əksinə,  səhmlərin 



alqı-satqısı  ilə  heç  kəs  maraqlanmırsa,  qiymət  aşağı  düşür.  Tələb  və  təklif  bazarda 

qiymətlərin  dinamikasını  təyin  edən  mühüm  amillərdəndir.  Bazar  tələbinin 

dəyişkənliyindən  asılı  olaraq,  aldığınız  səhmin  qiyməti  qalxa  və  yaxud  da  enə  bilər. 

Qiymətli  kağızlar  bazarında  qiymətlərin  səviyyəsi  psixoloji  faktorlara  da  qarşı  çox 

həssasdır.  Səhmlərin  qiymətinin  aramsız  aşağı  düşməsi  və  bəzən  də  qalxması 

investorlara  bu  il  keçən  il  qazandıqlarının  hansı  hissəsini  qazana  biləcəklərini 

hesablamaqda çətinlik yaradır. Ən önəmli məsələ yuxarıya doğru inkişaf və ya iflasa 

uğramaq  deyil.  Əksinə,  bazarda  stabilliyin  və  ya  fond  indekslərindəki  tərəddüdlərin 

hansısa bir qanunauyğunluğa tabe olmasıdır. Digər bir misal, 2011-ci ilin sonu 2012-

ci ilin əvvəllərində dünya borc böhranı nəticəsində Yunanıstanın dövlət borcu elə bir 

səviyyəyə  yüksəlmişdir  ki,  bu  da  beynəlxalq  investisiya  şirkətləri  tərəfindən 

araşdırılaraq  onun  kredit  reytinqini  defolt  səviyyəsində  müəyyənləşdirmişdir.  Kredit 

reytinqinin  dəyişməsi  Yunanıstanın  dövlət  istiqrazlarının  gəlirliklərinin  çox  aşağı 

düşməsi  ilə  nəticələnmişdir  ki,  bu  da  digər  tərəfdən  Yunanıstana  investisiya  yatıran 

şirkətlərin  səhmlərinin  dəyərinin  aşağı  düşməsinə  səbəb  olmuşdur.  Yuxarıda  qeyd 

olunan  faktorların  qiymətli  kağızların  qiymətinə  təsirini  müəyyənləşdirmək  üçün 

müxtəlif  analiz  metodlarından  istifadə  olunur.  Ən  sadə  analiz  üsulu  qrafik  analiz 

metodudur.  Qiymət  qrafiklərinin  3  əsas  növü  vardır.  Bunlar  xətti  qrafiklər,  parça 

modeli  və  yapon  şamları  qrafikidir.  Lakin,  bütün  qiymət  qrafikləri  üçün  ümumi 

xüsusiyyət şaquli istiqamətdə qiymət dəyişikliklərinin, üfüqi istiqamətdə isə zamanın 

əks olunmasıdır. 

 

1.2. Səhm bazarı və onun inkişaf mərhələləri 

Səhm  bazarı  iqtisadiyyatın  maliyyələşdirilməsinin  dövlət  büdcəsi  və  bank 

sistemi  ilə  yanaşı  ən  mühüm  üsullarındandır.  Səhm  bazarı  bir  növ  dinamik  inkişaf 

edən  istehsalların  xeyrinə  perspektivli  və  rentabelli  şəkildə  yenidən  bölgünü  təmin 

edir. Şirkətin fəaliyyət prosesi dövri xarakter daşıyır və bu proses ərzində vəsaitlərin 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə