Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   2   3   4   5   6   7   8   9   ...   29

14 

 

nəticəsidir.  İstehsal  fəaliyyətinin  miqyası  və  ticarətin  genişlənməsi  inkişaf  etdikcə 



həm  bütün  böyük  kapitallara,  həm  də  onların  təşkilinin  mükəmməl  formalarının 

olmasına obyektiv tələbat meydana gəldi. Əməyin təşkilinin kollektiv forması qədim 

zamanlardan  məlumdur.  Səhmdar  cəmiyyətlərin  inkişafının  təşkilatı  hüquqi  əsası 

müştərək  işlərin  aparılma  təcrübəsi  oldu.  Aşağıdakıları  müasir  səhmdar 

cəmiyyətlərinin tarixi sələfləri hesab etmək qəbul olunub:   

-orta əsrlərdə Fransanın unüyütmə yoldaşlığı 

-Almaniyanın dağ-mədən yoldaşlığı 

-dəniz yoldaşlığı 

-ticarət gildiyaları və buna bənzər başqa tikililər. 

Sahibkarlar  birliyinin  orta  əsrlər  formalarının  hər  biri  və  onların  kapitalı 

sonrakı  təkamül  nəticəsində  səhmdar  cəmiyyətinin  müasir  konstruksiyasının 

meydana gəlməsinə səbəb olmuşdur. 

 

Müasir  dövrdə  səhmdar  cəmiyyətlərin  və  səhm  sahiblərinin  hüquqlarının 



qanunvericiliklə  tənzimlənməsi  daha  da  təkmilləşdirilmişdir.  Səhm  sahibi  səhmdar 

cəmiyyətinin  üzvüdür,  yəni  səhmdar  həm  də  onun  mülkiyyətçisidir.  Burada  səhm 

sahibi  iki  qrup  hüquqa  malikdir: səhm buraxan şəxsin əlaqələrindəki  hüquqları, yəni 

səhmdar  cəmiyyətinə  münasibətdə  hüquqlar,  onun  səhmi  və  ya  səhmdar  hüquqları 

olan  nizamnamə  kapitalına;  səhmin  əlaqələrində  hüquqlar  qiymətli  kagızlar 

formasında, səhm mülkiyyətçisinin mülkiyyət kimi hüquqlarına. 

Səhmdarın  hüquqları səhmdar cəmiyyətinin  nizamnaməsi  ilə  müəyyən olunur. 

Səhmdarın hüquqlarına həmçinin aşağıdakılar aiddir: 

-divident adlanan gəlirin əldə edilməsi hüququ; 

-səhmdar cəmiyyətlərinin nizamnaməyə əsasən olan formalarında idarəetmədə iştirak 

hüququ, hər şeydən əvvəl səs hüququnun və ya idarəetmə hüququnun olması; 

-səhmdar  cəmiyyətinin  ləğvindən  sonra  mülkiyyətin  bir  hissəsinə  olan  hüquq  və  ya 

mövcudluğu  başa  çatdığı  dövrdə  mülkiyyətin  təşkilatın  istirakçıları  arasında  açıq 

bölünməsi hüququ; 

-proporsional surətdə payı olan yeni səhm buraxılışlarının əldə edilməsi hüququ; 



15 

 

-səhmdar cəmiyyətinin fəaliyyəti barədə məlumat almaq hüququ. 



Qiymətli kağız kimi səhm mülkiyyətçisinin hüquqları tamamilə onun digər mal və ya 

mülkün  sahibi  kimi  hüquqları  ilə  eynidir.  Səhm  mülkiyyətçisi  qiymətli  kağız  kimi 

onun  bütün  hüquqlarından  istifadə  edir.  Qiymətli  kağızın  bütün  hüquqlarının 

mahiyyəti  mal  və  mülkünkü  kimidir  bu  onun  hətta  özgəninkiləşdirilməsinədək  tam 

mülkiyyət  hüququdur.  Səhm  mülkiyyətçisi  onunla  qanunvericiliklə  müəyyən 

olunmuş hər növ fəaliyyəti həyata keçirə bilər, daha dəqiq desək: 

• məhdudiyyətsiz vaxt ərzində sahib olmaq; 

• satmaq; 

• borc vermək; 

• hədiyyə etmək; 

• vəsiyyət etmək; 

• özü istədiyi kimi saxlamaq; 

• aparmaq, göndərmək və s. 

Bunlardan əlavə səhmdar cəmiyyətlər açıq və qapalı olaraq da iki yerə bölünür. 

Açıq  səhmdar  cəmiyyəti,  bu  səhmdar  cəmiyyətinin  istirakçıları  onlara  aid  olan 

səhmləri  başqa  səhmdarların  razılığı  olmadan  uzaqlaşdıra  (özgələşdirə)  bilərlər. 

Qapalı səhmdar cəmiyyəti, bu səhmdar cəmiyyətin səhmləri yalnız onun müəssisələri 

arasında  və  yaxud  digər,  öncədən  müəyyən  edilmiş  şəxslər  çərçivəsində  yayılır. 

Qanunla  qapalı  səhmdar  cəmiyyətinin  əsas  əlamətləri:  bu  cəmiyyət  öz  səhmlərini 

yalnız  ümumi  sayı  50-dən  çox  olmayan  təsisçilər  arasında  və  ya  digər  əvvəlcədən 

məlum  olan  şəxslər  dairəsində  paylaya  bilər;  onun  öz  səhmlərinə  açıq  abunə 

aparmağa  ixtiyarı  yoxdur;  səhmdarlar  həmin  cəmiyyətin  apardığı  səhmləri  almaqda 

üstün  hüquqa  malikdirlər;  onun  strukturu  açıq  səhmdar  cəmiyyətinin  strukturu  ilə 

müqayisədə daha sadədir. Məsələn, qapalı cəmiyyətin idarə heyətində Direktor Surası 

(müsahidəçi  sura)  olmaya  bilər.  Açıq  səhmdar  cəmiyyətinin  əsas  əlamətləri  isə 

bunlarıdır: 

-səhmdarların sayı məhdud deyil; 

-səhmdarlar öz səhmlərini digər səhmdarların razılığı olmadan müsadirə edə bilər; 




16 

 

-onun həm açıq, həm də qapalı abunə aparmağa ixtiyarı var; 



-bazara  həmin  ölkənin  qanunvericiliyinə  və  digər  normalarına  uyğun  olaraq  öz 

fəaliyyətinin  həcmi  və  müddəti  haqqında  məlumat  verməlidir.  Xüsusilə  heç  olmasa 

hər  il  ümumi  məlumat  üçün  illik  hesabatı,  mühasibat  tarazlığını,  gəlirin  və  ziyanın 

hesabını verməlidir. 

Qapalı  səhmdar  cəmiyyət  ilə  məhdud  məsuliyyətli  cəmiyyəti  isə  belə 

fərqləndirə  bilərik:  -Qapalı  səhmdar  cəmiyyəti  mahiyyət  etibarı  ilə  məhdud 

məsuliyyətli cəmiyyətlə açıq səhmdar cəmiyyət arasında aralıq vəziyyət tutur: 

-Qapalı  səhmdar  cəmiyyəti  səhmdar  cəmiyyətidir,  çünki  cəmiyyətdə  olduğu  kimi 

məhdud məsuliyyətlə onun nizamnamə kapitalı səhmlərə, paylara bölünüb; 

-Qapalı  səhmdar  cəmiyyəti  məhdud  məsuliyyətli  cəmiyyətdir,  onun  iştirakçılarının 

sayı ciddi  məhdudlaşdırılıb  və pay kimi səhmlərin satışı cəmiyyətin digər  üzvlərinin 

razılığı olmadan mümkün deyil; 

-Açıq səhmdar cəmiyyətinin səhmləri ölkənin fond bazarında işlənir, qapalı səhmdar 

cəmiyyətinin səhmləri isə cəmiyyətin payları kimi fond bazarında islənmir. Ona görə 

də onlar sistematik bazar xarakteristikası, ictimai tanınmıs 

qiymətlər  kimi  bazar  qiymətinə  malik  deyillər.  Buna  baxmayaraq  birdəfəlik  satıs 

üçün fərdi, birdəfəlik is zamanı bazar qiyməti ala bilərlər; 

-məhdud  məsuliyyətli  cəmiyyət  və  qapalı  səhmdar  cəmiyyəti  açıq  cəmiyyətə  çevirə 

bilər  (və  ya  əksinə_).  Lakin  birincisi  bunun  üçün  səhmdar  cəmiyyəti  kimi  təkrar 

qeydiyyat,  ikincisi,  səhmdar  cəmiyyətinin  statusunun  dəyişilməsi  tələb  olunacaq. 

Məhdud  məsuliyyətli  cəmiyyətlə  qapalı  səhmdar  cəmiyyət  arasında  fərq  kapitalların 

birləşməsi  hesabı  ilə  şərtidir.  Birincidə  qoyulmuş  kapitalı  pay  adlandırırlar,  ikincidə 

isə səhm,  yəni qiymətli kağız  forması. Bununla belə qiymətli kağızın  forması qapalı 

səhmdar  cəmiyyətinin  səhmləri  üçün  yalnız  şərti  forma  daşıyır,  belə  ki,  səhmlərin 

mahiyyəti  onların  fond  bazarında  azad  işlənməsidir,  lakin  qapalı  səhmdar 

cəmiyyətinin  səhmi  bu  xüsusiyyətdən  məhrumdur.  Həmin  səhm  öz  mövcudluğunu 

qiymətli  kağız  kimi  itirir.  Yalnız  açıq  səhmdar  cəmiyyəti  səhmlər  bazarı  kimi  fond 

bazarı  yaradır.  Qeyd  etmək  olar  ki,  açıq  və  qapalı  səhmdar  cəmiyyəti  arasında 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə