Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

23 

 

inkişafında böyük rol oynayan kapital münasibətlərinin genişlənməsində əvəzsiz paya 



malikdir.  Sxem №2-də qiymətli kağızlar bazarının maliyyə bazarında yeri göstərilib : 

 

               



Mənbə: N.Qreqori Mənkyu, Ekonomiksin Əsasları, Bakı 2007, səhifə 560

 

 



Azərbaycan  Reapublikasının  Mülki  Məcəlləsində  bu  bazar  qiymətli  kağızların 

emissiyası,  buraxılması,  tədavülü,  ödənilməsi,  sahibliyi,  saxlanılması,  onlarla 

əqdlərin  bağlanması,  digər  əməliyyatların  aparılması  üzrə  subyektlər  arasında  olan 

hüquqi  və  iqtisadi  münasibətlərin  məcmusu  (  maddə  992-1.)  kimi  tərifləndirilir. 

Bazarın  məqsədi  sərbəst  maliyyə  resurslarını  səfərbər  etmək  və  onların  bazarın 

iştirakçılarının  qimətli  kağızlarla  keçirdiyi  müxtəlif  əməliyyatlar  vasitəsilə  yenidən 

bölgüsünü  təmin  etməkdən  ibarətdir.  Bu  bazarın  mövcudluğu  bütün  bazar 

iqtisadiyyatlı  ölkələr  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Qiymətli  kağızlar  bazarı 

əmtəə  və  pul  tədavülünə  fəal  surətdə  xidmət  edir.  Digər  tərəfdən  qiymətli  kağızların 

buraxılması  və  bazarda  yerləşdirilməsi  sərbəst  pul  vəsaitlərinin  səfərbər  edilməsi  və 

sosial-iqtisadi  inkişafa  istiqamətləndirilməsinin  səmərəli  yoludur.  Bunun  nəticəsində 

müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  dövriyyə  sürəti  güclənir,  ölkədə    investisya  üçün 

əlverişli  şərait  yaranır  ki,  bu  da  iqtisadi  artıma  səbəb  olur.  Bu  bazarın  formalaşması 

üçün  ilkin  şərt  qiymətli  kağızlar  buraxan  kifayət  qədər  emitentlərin,  investorların, 

qiymətli  kağızların  hərəkət  və  infrastrukturunu  reqlamentləşdirən  inkişaf  etmiş 

normativ-qanunverici  bazanın,  qiymətli  kağızlarla  aparılan  əməliyyatlara  nəzarətin 

təşkilinin olmasıdır.  



24 

 

Müvəqqəti sərbəst pul  vəsaitlərinin cəlb edilməsi zamanı bazardakı  vasitəçilər 



bu prosesi sürətləndirirlər. Lakin bəzən  vasitəçilərə  müraciət kapitalın cəlb olunması 

ilə bağlı xərcləri artırır. Əgər borc alanın borc verənə  birbaşa  müraciət imkanı varsa 

bu,  cəlb  olunan  resursların  dəyərini  aşağı  salır.  Buna  maliyyə  bazarının 

sekyuritizasiyası  şəraiti  yaradır.  Bu  zaman  az  likvidli    aktivlər  qiymətli  kağızlara 

transformasiya  olunur.  Qiymətli  kağızlar  maliyyə  vəsaitlərinin  ucuz  və  tez  cəlb 

olunmasını  təmin  edir.  Məsələn,  müəssisənin  maliyyə  vəsaitlərinə  ehtiyacı  var.  Bu 

zaman  o,  banka  kredit  almaq  məqsədilə  müraciət  edə  bilər,  ya  da  istiqraz  buraxa 

bilər. Birinci halda bank vasitəçi kimi çıxış edir və öz xidmətinə görə haqq alır. İkinci 

halda isə müəssisə istiqrazları birbaşa investora satır və bu da cəlb olunma xərclərini 

azaldır.  

Qiymətli  kağızlar  bazarında  qiymətli  kağızlar  buraxan  emitentlər  (hüquqi  və 

fiziki şəxslər), qiymətli kağızları alan investorlar (hüquqi və fiziki şəxslər), həmçinin 

qiymətli  kağızların  tədavülünə  və  müxtəlif  fond  əməliyyatlarının  keçirilməsinə 

kömək edən vasitəçilər mövcuddur. 

Həm aparılan əməliyyatların həcmi, həm də iqtisadiyyatda tutduğu  mövqeyinə 

görə  qiymətli  kağızlar  bazarında  səhm  və  istiqrazlar  mühüm  rol  oynayır.  İstiqrazlar, 

təyin edilmiş müddətdən sonra müəyyən gəlirin ödənilməsi və ya ödənilməməsi şərti 

ilə qoyulmuş pul məbləğinin qaytarılmasını nəzərə alan vahid borc öhdəliyidir. Başqa 

sözlə,  istiqraz  onu  əldə  edən  şəxs  qarşısında  borc  götürənin  öhdəliklərini  göstərən 

borc  sertifikatıdır,  yəni,  hər  hansi  bir  iri  şirkət  istiqraz  buraxır.  İstiqrazı  alan  şəxs  öz 

pulunu  həmin  şirkətə  verir  və  bunun  qarşılığında  faiz  və  borc  verilən  məbləğin  geri 

qaytarılacağına  dair  sənəd  alır.  Alıcı  istiqrazı  son  ödəmə  tarixinə  qədər  özündə 

saxlaya bilər və ya bu tarixdən əvvəl başqa bir nəfərə sata bilər. 

Qiymətli  kağızların  digər  növü  isə  səhmlərdir.  Səhm,  səhmdar  cəmiyyətin 

nizamnamə  fondunda  olan  və  müəyyən  edilmiş  hüquqlara  malik  vahid  əmanətdir. 

Başqa sözlə, öz sahibinə dividendlərin alınması və səhm  sahiblərinin yığıncaqlarında 

səs  hüququ  verən  qiymətli  kağızdır.  Səhm  bazarı  səhmlərin  alınıb  satıldığı  bazardır. 

Səhmin aşağıdakı özünəməxsus xüsusiyyətləri vardır:  




25 

 

-  Səhm  sahibliyin  tituludur,  yəni  səhmin  sahibi  səhmdar  cəmiyyətin  sahiblərindən 



biridir; 

-  Səhmlər  müddətsiz  qiymətli  kağızlardır,  yəni  səhm  sahibinin  hüquqları  səhmdar 

cəmiyyətin fəaliyyət göstərdiyi müddət ərzində mövcud olur; 

-  Səhm  üçün  məhdud  məsuliyyət  xarakterikdir.  Belə  ki,  səhmdar  cəmiyyətin 

müflisləşməsi zamanı yalnız səhmə qoyduğu vəsaiti itirir; 

-  Səhmə  görə  hüquqlar  bölünməzdir,  yəni  səhmə  birgə  sahiblik  ona  görə  hüquqların 

bölünməsi demək deyildir. Həmin hüquqa malik şəxslər bir şəxs kimi çıxış edirlər. 

 

Səhmlər gəlirin daxil olma xüsusiyyətinə görə aşağıdakı kimi təsnifləşdirilir: 



-Adi  səhmlər.  Bu  səhmlər  sahibinə  səhmdar  cəmiyyətin  idarə  edilməsində  iştirak 

etmək və xalis mənfəətdən dividend almaq hüququnu verən səhmdir. Adi səhmlər öz 

sahibinə  aşağıdakı  hüquqları  verir:  cəmiyyətin  idarə  edilməsində  Mülki  Məcəllə, 

digər  qanunvericiliklə  və  cəmiyyətin  nizamnaməsi  ilə  müəyyən  edilmiş  qaydada 

iştirak  etmək,  onun  idarəetmə  və  icra  orqanlarına  seçmək  və  seçilmək; 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada,  cəmiyyətin  fəaliyyətinə  dair  məlumatlar 

almaq,  ildə  bir  dəfə  onun  illik  hesabatı  və  mühasibat  balansı  ilə  tanış  olmaq; 

cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin 

səhmdarlarının  ümumi  yığıncağının  gündəliyində  dəyişikliklərin  edilməsini  tələb 

etmək;  cəmiyyətin  səhmdarlarının  ümumi  yığıncağında  səsvermə  hüququ  ilə  iştirak 

etmək  və  onun  protokolunun  surətini  tələb  etmək;  cəmiyyətin  fəaliyyətinin  təftiş 

komissiyası  və  ya  auditor  tərəfindən  yoxlanılmasını  tələb  etmək;  cəmiyyətin  xalis 

mənfəətindən  dividend  almaq;  cəmiyyətin  fəaliyyətinə  xitam  verildikdə,  cəmiyyətin 

kreditorlarının  tələbləri  yerinə  yetirildikdən,  hesablanmış,  lakin  ödənilməmiş 

dividendlər,  habelə  imtiyazlı  səhmlərin  ləğvetmə  dəyəri  ödənildikdən  sonra 

cəmiyyətin  yerdə  qalan  əmlakının  müəyyən  hissəsini  almaq;  səhmdar  cəmiyyətinin 

nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlar.  

Son  dövrlərdə  inkişaf  etmiş  fond  bazarı  infrastrukturuna  malik  ölkələrdə 

səhmdarların  hüquqlarını  məhdudlaşdıran  müxtəlif  növ  adi  səhmlər  dövriyyəyə 

buraxılmışdır.  Belə  ki,  emitentlər  nəzarət  paketini  itirməmək  üçün  məhdud  səs 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə