46
etdirilməsinə həmçinin xüsusi diqqət yetirilir. Bu gün QKDK kollektivi əsasən gənc,
dinamik, yaxşı təhsilli və yüksək peşəkarlığa malik əməkdaşlardan formalaşıb.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə icra olunan xaricdə təhsil proqramının
məzunları bu gün bu kollektivin özəyini təşkil edir. Güclü baza təhsili ilə yanaşı,
QKDK-da insan kapitalının gücləndirilməsi “davamlı təlim” prinsiplərinə əsaslanır.
Bu da təbiidir, çünki qiymətli kağızlar bazarı dinamik inkişaf edən sahədir və
buradakı proseslər kifayət qədər mürəkkəbdir.
QKDK beynəlxalq əlaqələr və əməkdaşlığın qurulmasına sahəsində də, önəmli
işlər görülür. Beynəlxalq maliyyə institutları, kapital bazarları sahəsində ixtisaslaşmış
qurumlar və digər ölkələrin tənzimləyiciləri ilə dayanıqlı qarşılıqlı münasibətlər
yaradılır. Bu əlaqələrdən həm qiymətli kağızlar bazarının inkisafı və
tənzimlənməsində, həm də Komitənin daxili potensialının gücləndirilməsində istifadə
olunur. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, regional inkişaf, özəl sektorun
dəstəklənməsi və əhalinin məsğulluq səviyyəsinin yüksəldilməsi sahəsində həyata
keçirilən uğurlu iqtisadi islahatlar sayəsində ölkə iqtisadiyyatı qədəm qoyduğu yeni
inkişaf mərhələsi 2005-ci ildən bəri, 2005 - 2010-cu illər ərzində ÜDM 3 dəfə, o
cümlədən qeyri-neft sektorunda ÜDM 3,5 dəfə, əsas kapitala investisiyalar 1,5 dəfə,
əhalinin nominal pul gəlirləri 3,4 dəfə artmış, strateji valyuta ehtiyatları 30 milyardı
keçmişdir. Bütün bunlar ölkənin rəqabət qabiliyyətliyinin və investisiya
cəlbediciliyinin yüksəlməsinə zəmin yaratdı. Keçən il ərzində isə qiymətli kağızlar
bazarının artım tempi ölkə iqtisadiyyatının inkişaf dinamikasını bir neçə dəfə
üstələyən tendensiya nümayiş etdirmiş, bazarda pozitiv kəmiyyət göstəriciləri ilə
yanaşı önəmli keyfiyyət dəyişiklikləri müşahidə olunmuşdur. Belə ki, qiymətli
kağızlar bazarında əməliyyatların həcmi 2014-cü il ərzində ötən illərlə müqayisədə
50 faiz artaraq 13,2 milyard manat təşkil etmişdir ki, bu da Azərbaycanda qiymətli
kağızlar bazarının formalaşdığı dövrdən bu yana qeydə alınan ən yüksək göstəricidir.
Həmçinin, hesabat dövrü ərzində bazarın korporativ qiymətli kağızlar sektoru yüksək
artım tempi nümayiş etdirərək Azərbaycanın qiymətli kağızlar bazarının dövlət
tənzimlənməsinin başlandığı dövrdən etibarən ən yüksək həddə çatmış, korporativ
47
qiymətli kağızlar sektorunun bazar payı ilk dəfə olaraq 50 faizi ötmüş, ilk dəfə olaraq
iri regional layihələrin korporativ qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi
və qiymətli kağızlar bazarında törəmə alətlər ilə ticarət əməliyyatları həyata
keçirilmişdir. 2014-cü il ərzində şirkətlərin qiymətli kağızlar bazarı vasitəsilə
maliyyələşməsi və qiymətli kağızların təkrar ticarətində əhəmiyyətli canlanma
müşahidə olunmuş, bazarın hər iki seqmentində Azərbaycan qiymətli kağızlar bazarı
tarixinin ən yüksək həddi qeydə alınmışdır. Belə ki, qiymətli kağızlar bazarının ilkin
bazarında da, əqdlərin sayı ötən il ilə müqayisədə 37 faiz, həcmi isə 3 dəfə artaraq 3,6
milyard manat, təkrar bazar ticarəti üzrə əməliyyatların həcmi ötən il ilə müqayisədə
26 faiz artaraq 9,6 milyard manat təşkil etmişdir. Eyni zamanda, 2014-cü il ərzində
həyata keçirilən əməliyyatların 98 faizi mütəşəkkil bazarda baş tutmuşdur ki, bu da
2009-cu ildən bəri qeydə alınmış ən yüksək göstəricidir. Hesabat dövrü ərzində özəl
və dövlət sektoru şirkətlərinə regional layihələrin qiymətli kağızlar bazarı vasitəsilə
maliyyələşməsi, həmçinin korporativ alətlərlə təkrar ticarətin artması nəticəsində
bazarın korporativ qiymətli kağızlar seqmentinə əqdlərin sayı və əməliyyatların
həcmində yüksək templi artım müşahidə olunmuşdur. Belə ki, 2014-cü il ərzində
korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı ötən il ilə müqayisədə 38 faiz,
həcmi isə 2,7 dəfə artaraq 4,7 milyard manat təşkil etmişdir ki, bu da qiymətli
kağızlar bazarının korporativ sektorunda Azərbaycanda qiymətli kağızlar bazarının
formalaşdığı dövrdən bəri qeydə alınmış ən yüksək göstəricidir.
Azərbaycanda qiymətli kağızlar bazarındakı sürətli inkişafı daha aydın görə
bilmək üçün biraz əvvəlki illərinin göstəricilərinə nəzər salmaq lazımdır. Bu inkişaf
dövrü ərzində səhm bazarında gəlirlilik artmış və müddətinə görə müxtəlif alətlər
çıxarılmış, mövcud alətlərin ticarətinin isə həcmi əhəmiyyətli dərəcədə artmışdır.
İnvestorların bazardakı aktivliyi yüksəldi və xarici investorlar Azərbaycan maliyyə
alətlərinə sərmayə qoymağa başladılar. Maliyyə sektoru ilə yanaşı, ilk dəfə olaraq
qeyri-maliyyə sektorunu təmsil edən müəssisələr yerli fond bazarı vasitəsilə
maliyyələşməyə başladılar. 2005-2009-cu illər ərzində bütövlükdə Bakı Fond
Birjasının ticarət dövriyyəsi 6,4 dəfə, o cümlədən dövlət istiqrazları ilə ticarətin
48
həcmi 9,7 dəfə, korporativ istiqrazlar ilə əməliyyatların həcmi 23,3 dəfə artmışdır.
Nəticədə, Bakı Fond Birjasının ticarət dövriyyəsi ÜDM-in 4,1 faizdən 9,6 faizədək
yüksəldi. 2009-cu ild səhmlərin təkrar bazarının həcmi 42 mln.manat təşkil etmişdir,
bu da 2008-ci ilin eyni göstəricisini 2,3 dəfə üstələyir. Təkrar bazarda dövriyyədə
olmuş səhmlərin məcmu sayı 23 mln. ədəddən çox olmuşdur. Səhmlərin təkrar
bazarının canlanması məhz 2009-cu ildə birjanın ticarət sisteminin təkmilləşdirilməsi
və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş
sağlamlaşdırıcı tədbirlərin nəticəsində mümkün olmuşdur. Belə ki, maliyyə
sektorunda təmsil olunan şirkətlərin dinamik kapitallaşması prosesi nəticəsində
korporativ qiymətli kağızların artımı baş verib. 2010-cu ildə qiymətli kağızlar
bazarında mövcud bazar alətlərinin buraxılışı və ticarəti sabit qaydada davam etmiş,
bazara yeni xüsusiyyətli alətlər buraxılmış, bütövlükdə həm tələb, həm də təklifin
canlanması prosesləri müşahidə edilmiş və qiymətli kağızlar bazarı ümumi artımı
üstələyən dinamika nümayiş etdirmişdir. 2011 ilin 6 ayı ərzində korporativ qiymətli
kağızlar bazarı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artaraq 331.5
milyon manat təşkil etmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın müstəqillik əldə etdiyi
dövrdə, cəmiyyət və iqtisadiyyatda demokratizasiya hərəkatı ilə eyni vaxtda ölkənin
daxili maliyyə bazarında dirçəliş prosesi başladı. Bu məsələ çətin və böyükmiqyaslı
bir məsələ idi, buna görə də zaman tələb edirdi. Lakin bütün bunlara baxmayaraq,
qısa tarixi dövrdə qəbul edilmiş qanunverici və hüquqi aktlar və normativ sənədlər
əsasında kapitalın paylanması və təkrar paylanması üzrə xidmət göstərilməsinin
müasir mexanizmi – maliyyə bazarı yarandı ki, bunun da əsas istirakçıları maliyyə və
kredit institutları oldu. Ölkəmizin uçot seqmentindəki əsas maliyyə aləti son
zamanlar emissiya və yerləşdirilməsi təsadüfi xarakter daşıyan dövlət qısamüddətli
istiqrazlar və AMB-nin Notları oldu. Kommersiya, xəzinədar və bank vekselləri,
korporativ istiqrazlar və digər qısamüddətli öhdəlik kağızları kimi alətlər bazarda
özlərinə layiqli yer tapa bilmədilər. Banklararası pul bazarı banklar arasında pul
vəsaitlərinin qısamüddətli banklararası depozit və kredit formasında operasiyaların
Dostları ilə paylaş: |