Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

26 

 

hüququna  malik  müxtəlif  növ  adi  səhmlər  buraxırlar.  Belə  səhmlər  məhdudiyyətli 



səhmlər adlanır. 

-İmtiyazlı  səhmlər.  Bu  səhmlər  səhmdar  cəmiyyətinin  təsərrüfat  fəaliyyətindən  asılı 

olmayaraq səhmdarlara səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almaq 

hüququnu  verən  səhmdir.  İmtiyazlı  səhm  öz  sahibinə  aşağıdakı  hüquqları  verir  : 

səhmdar  cəmiyyətinin  ləğvindən  sonra  qalan  əmlak  hissəsini  almaqda  başqa 

səhmdarlara  nisbətən  üstünlük  hüququ;  Belə  ki,  imtiyazlı  səhmlərə  görə  dividendlər 

adi  səhmlərə  görə  dividendlərdən  əvvəl  ödənilir.  Qeyd  edək  ki,  imtiyazlı  səhmlərə 

görə  dividendlərin  ödənilməsi  qaydası  səhmdar  cəmiyyətin  nizamnaməsində 

göstərilir; səhmdar cəmiyyəti ləğv edilərkən ləğvetmə dəyərindən pay almaq hüququ 

bütün  kreditorlarla  hesablaşdıqdan  sonra  yerdə  qalan  əmlakdan  pay  almağa  görə 

imtiyazlı  səhm  sahibləri  adi  səhm  sahiblərinə  nisbətən  üstün  hüquqa  malikdir.  Qeyd 

edək  ki,  səhmdar  cəmiyyətin  nizamnaməsində  hər  bir  imtiyazlı  səhmə  görə 

ödəniləcək  ləğvetmə  dəyəri  (hər  bir  imtiyazlı  səhmə  mütənasib  faizlə  və  ya  pul 

məbləğində)  göstərilməlidir.  Əgər  səhmdar  cəmiyyəti  ləğv  edilərkən  yerdə  qalan 

əmlak  imtiyazlı  səhmlərə  görə  ləğvetmə  dəyərini  ödəməyə  kifayət  etmirsə,  onda  bu 

əmlak  imtiyazlı  səhmlər  arasında  bərabər  şəkildə  bölünür;  səhmdar  cəmiyyətinin 

təsərrüfat  fəaliyyətinin  nəticəsindən  asılı  olmayaraq,  imtiyazlı  səhm  sahiblərinə,  bir 

qayda  olaraq,  səhmin  nominal  dəyərinin  sabit  faiz  şəklində  gəlir  almaq.  Aşağıdakı 

hallar  istisna  olunmaqla,  imtiyazlı  səhmlər  öz  sahiblərinə  cəmiyyətin  işlərinin  idarə 

olunmasında iştirak etmək hüququ vermir: 

• səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi; 

• səhmdar cəmiyyətinin ləğv edilməsi; 

•  səhmdara  məxsus  olan  imtiyazlı  səhm  növü  üzrə  hüquqlarını  məhdudlaşdıran 

dəyişiklik və əlavələrin nizamnamədə edilməsi. 

Bunlardan  başqa  səhmlər  Emitentə  görə  -  korporativ  və  qeyri  səhmdar  tipli 

müəsissələrin səhmlərinə, dönərliyinə görə - dönərli səhmlər (konvertə olunan, digər 

növ  qiymətli  kağızlara  uyğun  proporsiyalarda  dəyişdirilə  bilən),  qeyri  dönərli 

səhmlərə  bölünür  (konvertə  olunmayan,  digər  növ  qiymətli  kağızlara  mübadilə 




27 

 

olunmayan).  Dönərli  səhmlər  müxtəlif  istiqrazlara  və  əksinə  dəyişdirilə  bilər. 



İmtiyazlı  səhmlər  sadə  səhmlərə  və  əksinə  mübadilə  edə  bilər.  Sahiblik  qaydasına 

görə - Adlı səhmlər (səhmin sertifikatında səhmdarın adı və soyadı  göstərilir, bu cür 

səhmlərin  alqı-satqı  sövdələşmələri  emitentdə  rəsmiləşdirilməlidir  ),  təqdimatlı 

səhmlər  (sertifikatda  səhmdarın  adı  göstərilmir  və  bu  cür  səhmlərin  alqı-satqı 

əməliyyatları emitentdə rəsmiləşdirilir). 

 

Müəssisələrin öz maliyyə ehtiyacını ödəmək məqsədi ilə öz səhmlərini satması 



səhm  maliyyələşməsi,  istiqrazların  satılması  ilə  əldə  olunan  maliyyə  vəsaiti  isə  borc 

maliyyələşməsi  adlanır.  Beləki,  səhm  və  istiqraz  maliyyələşməsi  bir-birindən 

fərqlənir.  Səhm  öz  sahibinə  şirkətin  bir  hissəsinə  sahib  olma  hüququ  verir,  istiqraz 

sahibi  isə  şirkətin  debitoruna  çevrilir.  Digər  bir  fərq,  əldə  olunan  gəlirlərdir  ki,  əgər 

şirkətin  gəliri  çox  olarsa,  səhm  üzrə  gəlir  də  çox  olar.  İstiqraz  sahibi  isə  yalnız 

əvvəlcədən  müəyyən  olunmuş  faiz  almaq  hüququna  malikdir.  Ancaq  şirkət  hansısa 

maliyyə  çətinliyi  baş  verərsə,  səhm  sahiblərindən  əvvəl  istiqraz  sahiblərinə  olan 

borclar  ödənilir.  Belə  ki,  səhmdən  gəlir  əldə  edilməsi  çox  olsa  da,  risk  səviyyəsi  də 

yüksəkdir.  

 

Şirkətlər  öz  səhmlərini  satdıqdan  sonra  bu  səhmlər  səhm  birjalarında  sərbəst 



şəkildə  alınıb  satıla  bilər.  Dünyadakı  ən  böyük  səhm  birjaları  “Nyu  York  Fond 

Birjası”,  “Amerika  Fond  Birjası”,  “NASDAQ”  hesab  olunsa  da,  dünyanın  bir  çox 

ölkələrində səhm birjaları mövcuddur və bu birjalarda yerli şirkətlərin səhmləri alınıb 

satılır. Səhm bazarında səhmlərin qiyməti onu buraxan şirkətin səhmlərinə olan tələb 

və  təklif  əsasında  müəyyən  olunur.  Səhmlər  şirkətin  gələcək  mənfəətliliyi  haqqında 

düşüncələri  əks  etdirdiyi  üçün,  səhmlərə  olan  tələbə  birbaşa  təsir  edir.  Əgər  alıcılar 

şirkətin  gələcəyi  barədə  müsbət  fikirdə  olarlarsa,  şirkətin  səhmlərinə  tələb  artar  və 

səhmlərin  qiyməti  qalxar  və  yaxud  əksinə  şirkətin  gələcəkdə  mənfəətinin  azalması 

gözlənilərsə  səhmlərin  də  qiymətində  azalma  müşahidə  olunar.  Səhmlərin  qiyməti 

barədə  dəqiq  məlumat  əldə  etmək  üçün  isə  gündəlik  nəşr  olunan  səhm  cədvəllərinə 

nəzarət  yetirmək  lazımdır.  Bu  cədvəllərdə  minlərlə  şirkətin  səhmlərinin  ən  son  alqı-

satqı  əməliyyatları  haqqında  məlumat  verilir.  Bu  cədvəllərdə  adətən  aşağıdakı 




28 

 

məlumatlar  və  rəqəmlər  göstərilir:  "52  həftə  yuxarı"  və  "52  həftə  aşağı"  başlığı 



altında  verilmiş  sütunda  hər  bir  xüsusi  səhmin  son  52  həftə  ərzində  müvafiq  olaraq 

malik olduğu ən yüksək və ən aşağı qiyməti göstərilir. Bu qiymətlər səhmlərin indiki 

vəziyyətini  son  bir  il  ərzində  səhmin  qiymətinin  dinamikası  ilə  müqayisə  etməyə 

imkan  verir.  Səhmlərdən  əldə  edilən  vəsait  isə  şirkətin  maliyyələşməsinin  alternativ 

mənbəyi kimi mühüm rol oynayır və şirkətdə maliyyələşmənin 20-30 faizi səhmlərin 

payına  düşür.  Səhmdar  cəmiyyətin  maliyyələşmə  strukturunda  müasir  maliyyə  aləti 

İPO (İnitial public offering) çıxış edir. İPO bazarda səhmlərin ilkin yerləşdirilməsidir. 

Burada  əsas  məqsəd  şirkətin  maliyyə  ehtiyatının  artırılmasıdır.  İPO  istifadəsi  təkcə 

şirkət  üçün  deyil,  eyni  zamanda  dövlət  üçün  də  əhəmiyyətlidir.  Çünki  real  sektor 

üçün  investisiyaların  cəlb  edilməsi  iqtisadiyyatda  artıma  müsbət  təsir  göstərir. 

İqtisadiyyatın bu sahəsində inkişaf çox əvvəllərdən başlamış, bugün də sürətlə davam 

edir. 


Səhmdar  cəmiyyəti  digər  təşkilati-hüquqi  kommersiya  fəaliyyəti  formaları 

qarşısında bir sıra üstünlüklərə malikdir: 

-Kapitalların  birləşməsi  prosesinin  məhdudiyyətsizliyi.  Səhmdar  forması  heç  bir 

məhdudiyyətsiz  əmanətçilərin  və  onların  kapitalının,  kiçiklər  də  daxil  olmaqla 

birləşdirməyə  imkan  verir.  Bu  tezliklə  əhəmiyyətli  vəsaitləri  yığmağa,  istehsalı 

genişləndirməyə  və böyük istehsalın bütün üstünlüklərinə  malik olmağa kömək edir. 

Qanunla  nizamnamə  kapitalında  və  səhmdar  cəmiyyətində  səhmdar  sayında  yuxarı 

hədlər qoyulmur; 

-Səhmdarın  şəxsi  riski  seçməsi.  Bu  və  ya  digər  sayda  səhm  əldə  edərək  səhmdar 

riskin onun üçün məqbul ola bilən kapital cəmiyyətinə qoyulan itkinin həddini seçir. 

Məhdud  risk  o  zaman  təzahür  edir  ki,  səhmdarlar  cəmiyyətin  öhdəliklərinə  görə 

kreditorlar  qarşısında  məsuliyyət  daşımırlar.  Səhmdar  cəmiyyətinin  mülkiyyəti  ayrı-

ayrı  səhmdarların  mülkündən  ayrılıb.  Bankrot  zamanı  səhmdarlar  yalnız  onların 

səhmə  qoyduqları  kapitalı  itirirlər.  Belə  risk  kommersiya  təşkilatlarında  mövcuddur. 

Lakin yalnız səhmdar cəmiyyətinin üzvləri bu riskin həddini seçməkdə azaddırlar və 

istənilən zaman riski məhdudlaşdırmaq və ya ondan əl çəkmək iqtidarındadırlar; 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə