Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi


Rəqabətin mahiyyəti, növləri və metodları



Yüklə 22,13 Kb.
səhifə8/10
tarix28.11.2023
ölçüsü22,13 Kb.
#136546
1   2   3   4   5   6   7   8   9   10

Rəqabətin mahiyyəti, növləri və metodları


Bazarın zəruri ünsürlərdən biri də rəqabətdir. Rəqabət bazar təsərrüfatı sisteminin ağırlıq mərkəzi, bazarda qiymətlərin və təklif olunan əmtəələrin həcmini müəyyənləşdirmək istiqamətində istehsalçılar arasında olan münasibətləri əks etdirir, insanı rəqabət mübarizəsinə girməyə sövq edən amil, başqalarına üstün gəlmək arzusudur.
Müasir nəzəriyyəçilərə görə isə rəqabət-istehsalçı və istehlakçıların bazara azad sürətdə daxil olub çıxmalarını nəzərdə tutur. Onlar əmtəə istehsalı və satışının
ən yaxşı şərtləri uğrunda mübarizə aparırlar. Bu məqsədlə onlar istehsal prosesində elmi-texniki yeniliklərdən, müasir, daha mükəmməl texnologiyalardan, yeni əmək metodlarından istifadə etməyə çalışır. Bazarda (xüsusilə bazar iqtisadiyyatı şəraitində) rəqabətin mövcud olmasının obyektiv səbəbləri aşağıdakılardır:

  • çoxsaylı bərabərhüquqlu bazar subyektlərinin olması;

  • onların hər birinin tam iqtisadi əlahiddəliyi;

  • bazar subyektlərinin bazar konyunkturasından asılılığı;

  • alıcı tələbinin ödənilməsi uğrunda bazar subyektləri arasında yaşamaq uğrunda mübarizənin getməsi.

~Rəqabətin növlərinə görə azad və inhisar rəqabəti vardır (Markizm nəz.)



  1. Azad rəqabət sahədaxili və sahələrarası rəqabət formasında çıxış edir. Sahədaxili rəqabət -> dedikdə müəyyən növ məhsul (taxıl, çörək, ayaqqabı, maşın və s.) istehsal edən istehsalçılar arasında gedən rəqabət nəzərdə tutulur. Sahələrarası rəqabət -> isə müxtəlif növ məhsullar istehsal edən sahələrin istehsalçıları arasında gedən rəqabətdir.

  2. İnhisarçı rəqabət inhisarların əmələ gəlməsi ilə əlaqədar meydana gəlir və əsasən üç formada: inhisardaxili, inhisarlararası və inhisarlarla inhisarlaşmamış müəssisələr arası formasında təzahür olunur. Bu rəqabət nəticəsində isə inhisar qiymətləri qərarlaşır.

~Rəqabətin məhdudluğunun dərəcəsinə görə bazarın aşağıdakı növləri vardır:




  1. Yüklə 22,13 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə