Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi


Marketinq anlayışı: strategiyası və taktikası



Yüklə 22,13 Kb.
səhifə2/10
tarix28.11.2023
ölçüsü22,13 Kb.
#136546
1   2   3   4   5   6   7   8   9   10

Marketinq anlayışı: strategiyası və taktikası


Bazarla əlaqədə olan anlayışlardan biri marketinqdir. Marketinqin hərfi mənası
«bazar yaratmaq» deməkdir. Marketinq XX əsrin əvvəllərində ABŞ-da meydana gəl- mişdir. Onun vəzifəsi məhsul və xidmətləri istehlakçılara daha tez çatdırmaqla istehsalçılar üçün qazanc gətirməkdir. Marketinq böyük biznesin rəqabət mübarizəsi alətidir. Belə ki, marketinq fəaliyyətinin tədqiqatı ilə aparılan işlər yalnız iri inhisarlara müyəssər olur.
Marketinq fəaliyyətinin təşkili əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilir:

  1. Firmanı maraqlandıran bazar kompleks öyrənilir. Yəni alıcıların sayı, yaş və cins tərkibi, dini baxışları, adət-ənənələri; təklif olunan məhsul və xidmətlərə onların tələbatı; alıcıların tədiyyə qabiliyyəti və s.

  2. Alıcıların tələbatına müvafiq olan məhsul və xidmətlər istehsalı təşkil olunur və bazara çıxarılır.

  3. Müxtəlif qrup alıcıların tələbatına müvafiq yeni məhsul çeşidləri hazırlanır və s.

Marketinq fəaliyyətinin təşkilində firmanın məhsullarına olan tələbatın həvəsləndirilməsi sisteminin işlənib hazırlanması da mühüm yer tutur. Bu prosesdə reklam tədbirləri də çox əhəmiyyətlidir. «Relamo»-latın sözü olub qışqırıram, çağırıram deməkdir və ilk reklam İngiltərədə XIX əsrdə hazırlanmışdır.
Firma (müəssisə) marketinq fəaliyyətinə başlamaq üçün satış bazarını kompleks öyrəndikdən sonra, marketinq strategiyasını və taktikasını müəyyən edir.
Marketinq strategiyası dedikdə, firmanın uzun müddətli gələcək inkişafını proqnozlaşdırılması nəzərdə tutulur. Strateji proqnozlaşdırma qısa müddətli – 1 ilə qədər, orta müddətli – 1-5 ilə qədər və uzun müddətli 5-10 ilədək olur. Marketinq strategiyası əsasən aşağıdakıları əhatə edir:

    • Firmanın təşkilati quruluşunun təkmilləşdirilməsi;

    • İşgüzar fəallığın dəyişdirilməsi (bəzi hallarda, bazardan çıxmaq);

    • Yeni əmtəələrin bazara çıxarılması;

    • Bazara çıxmaq vaxtının seçilməsi;

    • İstehlakçılara təsir etmək vasitələrinin seçilməsi və s.


Yüklə 22,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə