Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi


A. Marşalın qiymət konsepsiyası



Yüklə 22,13 Kb.
səhifə6/10
tarix28.11.2023
ölçüsü22,13 Kb.
#136546
1   2   3   4   5   6   7   8   9   10
A. Marşalın qiymət konsepsiyası – bu nəzəriyyəyə əsasən qiymət əmtəəyə görə müəyyən məbləğdə pul vahididir. Onun fikrincə, tələb qiyməti - müəyyən miqdarda əmtəənin müəyyən müddət ərzində alıcını cəlb edə biləcək qiymətidir. Əmtəə təklifindən asılı olaraq, tələb qiyməti də dəyişir. Təklif qiyməti - isə əmtəənin konkret bazara satış üçün çıxarıldığı qiymətdir. Bu qiymət də, təklif olunan əmtəənin miqdarından asılı olaraq dəyişir. Əmtəənin təklif qiyməti onun istehsal amillərinin qiymətindən asılıdır.

  1. Marşall qiymətin yaranması mexanizmini izah edərkən aşağıdakıları nəzərdə tutur: bazarda normal tələb və normal təklif təmsil olunmuşdur; tələb və təklifin qüvvələri sərbəst fəaliyyət göstərir, azad rəqabət geniş tətbiq olunur; bazarda yalnız

bir normal qiymət vardır; bazar konyunkturası götürülmüş zaman kəsiyində sabit qalır.

  1. Marşall bazar qiymətinin formalaşması prosesini təklif parametrlərinin müxtəlif dinamikaya malik olduğu 3 zaman kəsiyində nəzərdən keçirir.

    1. Ani zaman kəsiyində əmtəə təklifi dəyişməzdir. Buna görə də əmtəənin qiyməti tamamilə tələbdən asılıdır. Tələbin artması qiymətin artmasına səbəb olur və əksinə, tələbin azalması qiymətin aşağı düşməsinə gətirib çıxarır.

    2. Qısa müddətli tarazılıq şəraitində isə tələbin dəyişməsinə müvafiq olaraq təklif də dəyişir. Bu dəyişmə dəzgah, qurğu və avadanlıqlardan daha intensiv istifadə edilməsi hesabına baş verir. Bu dövrdə tələb aşağı düşə bilər. Proses təklifin azalmasına da səbəb olur.

    3. Uzun müddətli dövrdə isə firmalar öz avadanlıqlarını yeniləşdirir, yeni firmalar sahəyə daxil olurlar. Bunun nəticəsində isə təklif genişlənir. Təklifin genişlənməsi qiymətlərin aşağı düşməsinə səbəb olur. Yeni firmaların bu sahəyə daxil olması, qiymətlərin normal vəziyyətinə qayıdana və firmalar normal qazanc əldə edənə qədər davam edir.





    1. Yüklə 22,13 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə